Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-639/2021 06.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, Cavabdeh1 ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər “xxxx” ASC və Azərbaycan Respublikası Kənd Təssərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı lizinq predmetinin dəyərinin azaldılması tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh1 (keçmiş Aqrolizinq) ASC arasında bağlanmış 05.02.2019-cu il tarixli 1853- P/18 saylı müqaviləyə əsasən lizinqə verilmiş 1902 adda kənd təsərrüfatı texnikalarının dəyərinin 30520809,60 manat hesab olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılması barədə məhkəməyə müraciət etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X2 işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirərək ərizənin baxılmamış saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respubikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh1 ASC və Azərbaycan Respublikası Kənd Təssərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı lizinq predmetinin dəyərinin azaldılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər, eləcə də 30 manat dövlət rüsumunun ödənilməsi barədə ********* nömrəli 03.12.2020-ci il tarixli qəbz geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-639/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-639/2021
06.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver