Məhkəmə qərarları › İş №e-2-2(113)-641/2021

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-641/2021

18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-641/2021 18.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxx 2017-ci il tarixli ACCA 02/0717 saylı üzrə ƏDV xaric AZN 18243,50 manat pul məbləğinin Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulmasına dair xx.xx.2017-ci ildən hal-hazıradək faiz olaraq, 4561 manat məbləğin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxx 2017-ci il tarixli ACCA 02/0717 saylı müqavilənin 2.1-ci bəndinə əsasən, İddiaçı MMC Əlavə Razılaşmada göstərilən məhsulları satmağı, Alıcı isə dəyərini ödəyib qəbul etməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış müqaviləyə 02 saylı əlavəyə əsasən, 10 ton PVC məhsulları iddiaçı tərəfindən cavabdehə təqdim təqdim edilmişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən, alıcı ödəməni əlavə sazişdə göstərilən qiymətlə həyata keçirməyə razılıq verir. 02 saylı əlavəyə razılaşmaya əsasən isə təqdim edilmiş malların ümumi dəyəri 18243,50 AZN manat (ƏDV xaric) məbləğində müəyyən edilmişdir. Müqavilənin 3.5-ci bəndinə əsasən, tərəflər Əlavə Razılaşmada göstərilənlərə uyğun olaraq ödənilir. Əlavə razılaşmada qeyd edilənlərə və qaimələrə uyğun olaraq, Mal cavabdehə tam şəkildə təhvil verilmişdir. Bugünədən cavabdehin təqdim edilən mala görə 18243,50 manat (ƏDV xaric) pul məbləğində borcu qalmaqdadır. Lakin borclu Cavabdeh MMC üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də Cavabdeh MMC müqavilənin şərtlərini pozaraq borcun qaytarılmasına dair öhdəliyini vaxtında və lazımi qaydada icra etmir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün qarşı tərəfə pretenziya məktubu göndərilmiş, həmin pretenziya məktubu qəbul edilsə də, pretenziya qaydasında həll olunma heç bir fayda verməmişdir və iddiaçı öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Müqavilənin 11.1-ci maddəsinə əsasən, satıcı və alıcı bununla bəyan edir və zəmanət verir ki, bu müqavilə daxil olmaq və müqaviləni icra etmək üçün bütün səlahiyyətlərə malikdirlər. Müqavilənin 11.2-ci maddəsinə əsasən, satıcı və alıcı müqavilə və əlavə razılaşmalar üzrə yaranan bütün öhdəliklərin icrasına görə məsuliyyət daşıyırlar. iddiaçının geri qaytarılmamış pul məbləğinə görə faiz tələb etmək hüququ var. Mərkəzi bankın rəsmi saytından əldə edilən məlumata görə, hal hazırda bank uçot dərəcəsi 10% bərabərdir. Bunu nəzərə alaraq faiz məbləği qeyd olunan düstür üzrə hesablanmalıdır: (18243AZN*10%/12*30=4560.75 AZN. Yəni xx.xx.2017 tarixindən hal hazıradək faiz məbləği 4561 AZN təşkil edir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin azaldılması barədə ərizə verərək xx.xx.2017-ci il tarixli, ACCA 02/0717 saylı müqavilə üzrə ƏDV xaric 18243,50 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etdiyini bildirərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Mülki iş materiallarında olan: - xx.xx.2017-ci il tarixli, ACCA 02/0717 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı MMC malı satmağı, alıcı Cavabdeh MMC isə müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən spesifikasiyada göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə malları satıcıdan almağı və malın müqabilində satıcıya müqavilə ilə nəzərdə tutulmuş qiyməti ödəməyo öhdəsinə götürmüşdür. - xx.xx.2017-ci il tarixli, EAAE seriyalı, 874433 saylı elektron qaiməyə əsasən xx.xx.2017-ci il tarixli müqaviləyə əsasənCavabdeh MMC-yə 1824,35 manat dəyərində mal təhvil verilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İşdə olan müqavilənin 1.1-ci bəndinə əsasən satıcı kimi malları satmağı və alıcı isə almağı öz öhdəsinə götürmüşdür. Həmin müqavilnin 5.1.1-ci bəndinə əsasən cavabdeh malları çatdırılmadan əvvəl ödəniş həyata keçirilməlidir. İşin araşdırılan hallarında da göründüyü kimi iddiaçı tərəfindən cavabdehə mallar verilsə də müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, bunu təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddianın tam təmin olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə iddiası təmin edilsin. 18243,50 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə həmin qətnamənin ləğvi barədə cavabdeh tərəfindən ərizə verilə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar