Məhkəmə qərarları › İş №e-2-2(113)-641/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-641/2025

03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-641/2025 03.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Bank olmayan kredit təşkilatı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi və lizinq predmetinin qaytarılması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, mükafat borcu, dəbbə pulu, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, Cavabdehlərin iştirakı olmadan, İddiaçı Bank olmayan Kredit Təşkilatı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi və lizinq predmetinin qaytarılması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Bank olmayan kredit təşkilatı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25 noyabr 2022-ci il tarixli, ML/4383nömrəli X7 üzrə - əsas borcun məbləği 11.779,20 AZN, lizinq üzrə faiz borcunun məbləği 3.526,34 AZN, lizinq üzrə hesablanmış cərimə məbləği 185,6 AZN olmaqla, cəmi 15.491,14 AZN məbləğdə lizinq borcunun və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 137 AZN məbləğdə dövlət rüsumunun cavabdehlər – Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı - “X11 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, lizinq predmetini təşkil edən “Ford Fusion” minik markalı avtomobilin saz və işlək vəziyyətdə cavabdehdən alınaraq iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ddia ərizəsinə əlavə edilən sənədlərdən də göründüyü kimi, iddiaçı - "X11 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə "xxxx" MMC adlandırılacaq) ilə cavabdeh - Cavabdeh2 arasında 25 noyabr 2022-ci il tarixli, ML/4383 nömrəli X7 bağlanıb. Həmin müqaviləyə əsasən, cavabdeh - Cavabdeh2 1 (bir) ədəd 2012-ci il buraxılışlı, “Ford Fusion” minik markalı, 3FA6P0H9XDR173979 ban nömrəli nəqliyyat vasitəsi (lizinq obyekti) 24 (iyirmi dörd) % dərəcəsi ilə 36 (otuz altı) ay müddətinə lizinqə verilmişdir. 25 noyabr 2022-ci il tarixli, ML/4383 nömrəli Lizinqi Müqaviləsi üzrə öhdəliyin icrasının təmini üsulu kimi iddiaçı - "xxxx" MMC ilə cavabdeh – Cavabdeh1 arasında 25 noyabr 2022-ci il tarixli, ML/4383 nömrəli zaminlik müqaviləsi bağlanıb. Həmin Zaminlik müqaviləsinə əsasən, cavabdeh – Cavabdeh1 25 noyabr 2022-ci il tarixli, ML/4383 nömrəli Lizinq Müqaviləsi üzrə öhdəliklərin icra edilməsi üçün əsas borclu ilə birgə məsuliyyət daşımaq barədə öhdəlik götürüb. Cavabdeh2uzun müddətdir ki, lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmir. İddiaçı - "xxxx" MMC tərəfindən cavabdeh dəfələrlə yazılı və şifahi müraciət edilməsinə baxmayaraq, müqavilə üzrə öhdəliklər hələ də icra edilmir, lizinq üzrə borcu ödənilmir. İddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən, cavabdeh – Cavabdeh2 25 noyabr 2022-ci il tarixli, ML/4383 nömrəli X7 üzrə lizinq borcu - lizinq üzrə əsas borcun məbləği 11.779,20 AZN, lizinq üzrə faiz borcunun məbləği 3.526,34 AZN, lizinq üzrə hesablanmış cərimə məbləği 185,6 AZN olmaqla, cəmi 15.491,14 AZN təşkil edir. İddiaçı tərəfindən cavabdehə lizinq öhdəliyinin icra edilməsinə dair müxtəlif vaxtlarda pretenziya məktubları ünvanlanıb. Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin Onlayn kargüzarlıq bölməsi vasitəsilə rəsmi qaydada göndərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. İşin təkzibedilməz halıdır ki, tərəflər arasında 25 noyabr 2022-ci il tarixli, ML/4383 nömrəli X7 bağlanılıb. Həmin müqavilə üzrə, iddiaçı öz üzərinə düşən öhdəliyi tam icra edərək cavabdehə 1 (bir) ədəd 2012-ci il buraxılışlı, “Ford Fusion” minik markalı,3FA6P0H9XDR173979ban nömrəli nəqliyyat vasitəsini təhvil-təslim aktı əsasında (lizing obyekti) cavabdeh – Cavabdeh2 müvəqqəti sahiblik və istifadəsinə verib. Lakin buna baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərini gecikdirərək icra etməməyə başlayıb. 25 noyabr 2022-ci il tarixli, ML/4383 nömrəli X7nin 12.1-ci maddəsinə əsasən,lizinq alan tərəfindən şübhəsiz və aşkar pozuntulara yol verildiyi hallarda (12.1.1. lizinq alanın lizinq obyektinin istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; 12.1.2. Lizinq alan lizinq obyektinin vəziyyətini pisləşdirir, habelə onun xəbəri olmaqla və ya onun hərəkətsizliyi ilə lizinq obyektinin vəziyyəti üçüncü şəxslər tərəfindən pisləşdirilirsə; 12.1.3. lizinq alan lizinq ödənişlərini müəyyən edilmiş müddətdə ardıcıl olaraq iki dəfədən artıq ödəmir və ya üç dəfədən artıq ödənişi gecikdiribsə), lizinq verən müqavilənin icra edilməsindən birtərəfli qaydada imtina edə bilər. 25 noyabr 2022-ci il tarixli, ML/4383 nömrəli Lizinqi Müqaviləsi üzrə öhdəliyin icrasının təmini üsulu kimi iddiaçı - "xxxx" MMC ilə cavabdeh – Cavabdeh1 arasında 25 noyabr 2022-ci il tarixli, ML/4383 nömrəli zaminlik müqaviləsi bağlanıb. Zaminlik müqaviləsinin 2.2-ci maddəsinə əsasən zamin özünə məxsus bütün daşınar və daşınmaz əmlakları ilə BOKT-la borcalan arasında bağlanmış. 25 noyabr 2022-ci il tarixli ML/4383 saylı lizinq müqaviləsi üzrə BOKT qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsinin 2.3-cü maddəsinə əsasən borcalan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borcalan BOKT-la birgə məsuliyyət daşıyır. Zaminlik müqaviləsinin 2.4-cü madddəsinə əsasən borcalanın BOKT qarşısındaki öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində BOKT-a dəyən bütün zərərlərin (əsas borc,faizlər,cərimə, dəbbə pulu) həcmində, yəni tamöhdəlik üzrə məsuliyyət daşıyır. Təkrarən qeyd edirik ki, cavabdeh - Cavabdeh2 25 noyabr 2022-ci il tarixli, ML/4383 nömrəli X7 üzrə lizinq borcu - lizinq üzrə əsas borcun məbləği 11.779,20 (on bir min yeddi yüz yetmiş doqquz manat iyirmi qəpik) AZN, lizinq üzrə faiz borcunun məbləği 3.526,34 (üç min beş yüz iyirmi altı manat otuz dörd qəpik) AZN, lizinq üzrə hesablanmış cərimə məbləği 185,6 (bir yüz səksən beş manat altmış qəpik) AZN olmaqla, cəmi 15.491,14 (on beş min dörd yüz doxsan bir manat on dörd qəpik) AZN təşkil edir. Ümumilikdə 15.491,14 (on beş min dörd yüz doxsan bir manat on dörd qəpik) AZN məbləğdə pul vəsaitinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi və lizinq predmetini təşkil edən “Ford Fusion” minik markalı avtomobilin saz və işlək vəziyyətdə geri qaytarılması barədə qətnamə çıxarılmalıdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.

5. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. "X11 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 25 noyabr 2022-ci il tarixli, ML/4383 nömrəli X7nə əsasən:

8. Müqavilənin 1.1-ci bəndinə əsasən Lizinqverən Lizinq alan tərəfindən seçilmiş 1 (bir) ədəd 2012-ci il buraxılışı olan Ford Fusion minik markalı, 3FA6P0H9XDR173979 ban nömrəli nəqliyyat vasitəsini (mndan sonra - Lizinq obyekti) öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində Lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi. Lizinq alan isə lizinq obyektini bu müqavilənin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə qötürür.

9. Müqavilənin 2.1-ci bəndinə əsasən Lizinq obyekti Lizinq vtrən tərəfindən Alqı-satqı Müqaviləsi əsasında Lizinq alanın müstəqil olaraq seçdiyi Satıcıdan alınır.

10. Müqavilənin 2.2-ci bəndinə əsasən lizinq obyektinin X3 adından 7E-14388 reyestr nömrəli etibarnamə əsasında çıxış edən X5 (ş/v seriya AA ******* verilib Ağdaş RPŞ QVŞV Qrupu tərəfindən xx.xx.2020-ci il tarixində) Satıcının ünvanı: Ağdaş ray., Korarx Ə/D, Korarx kəndi.

11. Müqavilənin 2.3-cü bəndinə əsasən alqı-satqı müqaviləsi üzrə əldə edilən, lizinq obyektinin qiyməti 20000 manat təşkil edir.

12. Müqavilənin 2.4-cü bəndinə əsasən lizinq obyektinin verilmə yeri və qaydası Alqısatqı müqaviləsi ilə müəyyən edilir.

13. Müqavilənin 2.5-ci bəndinə əsasən lizinq alan Satıcını və lizinq obyektini müstəqil surətdə seçdiyinə görə qəbul edir ki, Lizinq verən lizinq obyektinin çatdırılma müddətləri, keyfiyyəti, kompicktliyi. sazlığı ya lizinq obyektinin və ya onun har hansı bir hissəsinin istismara yararlığı ilə bağlı Lizinq alan və ya üçüncü şəxslərdə yaranan hər lıansı itki və zərərə görə məsuliyyət daşımır Tərəflər razılığa gəlirlər ki, Satıcı tərəfindən Alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icra edilməməsinə və ya lazımınca icra edilməməsinə, habelə lizinq obyektinin keyfiyyəti, kompicktliyi və zəmanətli xidmətinə görə Lizinq verən məsuliyyət daşımır.

14. Müqavilənin 2.6-cı bəndinə əsasən lizinq alan Satıcı və Lizinq verən arasında bağlanılmış Alqı-satqı müqaviləsindər irəli gələn Alıcı hüquqlara malikdir.

15. Müqavilənin 3.1-ci bəndinə əsasən Lizinq verənin hüquq və vəzifələri:

16. Müqavilənin 3.1.4-cü bəndinə əsasən Lizinq alan müqavilə ilə müəyyən edilmiş müddətdə ödənişləri həyata keçirmədikdə. Lizinq verən ödənişin gecikdirildiyi hər gun üçün lizinq obyektinin cari dəyərinin 0.3% məbləğində dəbbə pulunun ödənilməsini tələb edə bilər.

17. Müqavilənin 3.1.5-ci bəndinə əsasən Lizinq alan müqavilə üzrə öhdəlikləri yerinə yetirmirsə və Lizinq verənin yazılı bildirişi alındıqdan sonra 5 (beş) gün ərzində belə pozuntular aradan qaldırılmayıbsa, Lizinq verən müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsinin hər bir konkret halına görə lizinq obyektinin cari dəyərinin 0.3% (sıfır tam onda üç faiz) miqdarında dəbbə pulunu tələb etmək hüququna malikdir. Lizinq alan isə ona Lizinq yerən tərəfindən öhdəliyin yerinə yetirilməməsi haqqında müvafiq bildiriş göndərilən gündən 7 gün ərzində dəbbə pulunu ödəməyi öhdəsinə götürür.

18. Müqavilənin 3.1.6-cı bəndinə əsasən lizinq verən Lizinq obyektini müqavilənin müvafiq şərtlərinə və təyinatına uyğun vəziyyətində Lizinq alana təqdim etməlidir.

19. Müqavilənin 3.1.7-ci bəndinə əsasən Lizinq verən Lizinq obyektini Lizinq alana müvəqqəti sahibliyə və istifadəyə verərkən Təhvil-təslim aktı imzalamalıdır.

20. Müqavilənin 3.3-cü bəndinə əsasən Lizinq alanın vəzifələri:

21. Müqavilənin 3.3.1-ci bəndinə əsasən Lizinq obyektinin faktiki istifadə edilməsindən asılı olmayaraq, habelə texniki xidmət, təmir və ya lizinq obyektinin itirilməsi dövründə Lizinq alan lizinq müddəti ərzində və ya müqavilənin vaxtından əvvəl ləğv edilməsi anına qədər Lizinq verən tərəfindən hesab təqdim edilmədən Lizinq ödənişləri qrafiki ilə müəyyən edilmiş vaxtda və həcmdə lizinq ödənişlərini ödəməlidir.

22. Müqavilənin 3.3.2-ci bəndinə əsasən Lizinq alan müqavilə ilə müəvycn edilmiş müddətdə ödənişləri həyata keçirmədikdə. Lizinq verənin tələbi ilə ödənişin gecikdirilidi hər gun üçün lizinq obyektinin cari dəyərinin 0.3% məbləğində dəbbə pulunun ödəməlidir.

23. Müqavilənin 3.3.3-cü bəndinə əsasən Lizinq alan müqavilə üzrə öhdəlikləri yerinə yetirmirsə və Lizinq verənin yazılı bildirişi alındıqdan sonra 5 (beş) gün ərzində belə pozuntular aradan qaldırılmayıbsa, Lizinq verənin tələbi ilə Lizinq alan müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsinin hər bir konkret halına görə lizinq obyektinin carı dəyərinin 0.3% (sıfr tam onda üç faiz) miqdarında dəbbə pulunu ödəməlidir.

24. Müqavilənin 3.3.4-cü bənidnə əsasən Lizinq alan müqavilənin qüvvədə olduğu müddət ərzində İ.izinq obyektinin istifadəsi ilə bağlı göstərilənlərdə nəzərdə tutulan bütün öhdəliklər üzrə (vergilər, rüsumlar, digər haqqlar), habelə Lizinq obyektinin qeydiyyatı, gömrük təmizlənməsi, texniki baxışdan keçməsi ilə bağlı bütün xərcləri ödəməlidir.

25. Müqavilənin 3.3.5-ci bəndinə əsasən lizinq obyektini Azərbaycan Respublikasının hüdudlarında qüvvədə olan qanunvericilik normalarına, lizinq obyektinin istismar haqqında təlimatına və sığorıa müqaviləsinin şərtlərinə əməl etməklə onun məqsədli təyinatına uyğun olanıq istifadə etməlidir:

26. Müqavilənin 4.1-ci bəndinə əsasən Lizinq obyektinin, habelə onun ayrılmaz hissəsini təşkil edən bütün ləvazimat va sənədlərin Satıcı tərəfindən Lizinq verənə və Lizinq alana təhvil- təslimi alqı-satqı mü qaviləsi iiə müəyyən edilmiş yerdə, müddətdə və şərtlərlə həyata keçirilir. Lizinq obyektinin təhvil-təslimi Təhvil-təslim aktı ilə rəsmiləşdirilir.

27. Müqavilənin 4.2-ci bəndinə əsasən Lizinq obyektinin təhvil-təslim aktı imzalandığı andan lizinq obyektinə mülkiyyət hüququ Lizinq verənə, sahiblik və istifadə hüququ işə Lizinq alana keçir və Lizinq verənin lizinq obyektinin Lizinq alana maliyyə lizinqinə verilməsi üzrə öhdəliyi icra edilmiş sayılır.

28. Müqavilənin 8.1-ci bəndinə əsasən Tərəflər razılaşdılar ki, müqavilənin valyutası Azərbaycan Rcspublikısının manatı ilə ifada olunur.

29. Müqavilənin 8.2-ci bəndinə əsasən Lizinq alanın Lizinq verənə ödəməli olduğu lizinq ödənişlərinin ümumi məbləği 19773 manat 24 % dərəcəsi ilə 36 ay müddətinə təşkil edir. Bu məbləğdən 5773 manat Lizinq verənin mükafatını təşkil edir. Lizinq verəndə Lizinq obyektinin əldə edilməsi ilə bağlı Lizinq ödənişlərinin ümumi məbləği hesablanarkən nəzərə alınmayan əlavə xərclər yarandıqda, Lizinq alan Lizinq obyektinin Təhvil-təslim aktının (Müqavilənin 3.1.-ci bəndi) imzalandığı andan gec olmayaraq qeyd olunan xərclərin əvəzini Lizıtq verən ödəməyi və bu məqsədlə Lizinq ödənişlərinin ümumi məbləğinə və yeni Lizinq ödəniləri qrafikinə dair Müqaviləyə dəyişikliklərin edilməsi barədə Razılaşmağı imzalamağı və ya Lizinq verənin lizinq alana təqdim etdiyi müvafiq hesabı yuxarıda göstəribmiş müddət ərzində ödəməyə öhdəsinə götürür.

30. Müqavilənin 8.3-cü bəndinə əsasən Lizinq alan 30.00 % - 6000 manat məbləğində ilkin ödənişi bu müqavilə imzalandığı andan 5 (beş) gün ərzində ödəməyi öhdəsinə götürür. Lizinq alan 5 gün ərzində ilkin ödənişi tam həcmdə ödəmədikdə müqaviləyə Lizinq verənin təşəbbüsü ilə birtərəfli qaydada xitam verilir.

31. Müqavilənin 8.4-cü bənidnə əsasən Lizinq ödənişləri lizinq ııüddətinin hər ayı üçiin hesablanır. Lizinq müddətinin həı ayı üçün lizinq ödənişinin məbləği, habelə Lizinq ödənişlərinin ödənilməsi qaydası Lizinq ödənişləri qrafiki (Bu müqaviləyə Əlavə Ni 1) ilə müəyyən edilir. Lizinq ödənişləri qrafiki ilə müəyyən edilmiş müddətdən əvvəl lizinq ödənişlərinin ödənilməsi müqavilə şərtlərinin, habelə lizinq Ödənişləri məbləğini və ödəniş müddətlnrinin dəyişdirilməsinə səbəb olmur.

32. Müqavilənin 8.5-ci bəndinə əsasən Lizinq verənin hesablaşma hesabına Lizinq alandan növbəti pul vəsaitləri daxil olduqda. Lizinq verən onları ilk növbədə müqaviləyə müvafiq olaraq hesablanmış dəbbə pulu və/və ya cərimə üzrə borcun ödənilməsinə, qalan məbləği isə növbəti lizinq ödənişinin ödənilməsinə yönəldilə bilər.

33. Müqavilənin 12.1-ci bəndinə əsasən, lizinq alan tərəfindən şübhəsiz və aşkar pozuntulara yol verildiyi hallarda:

34. Müqavilənin 12.1.1-ci bəndinə əsasən lizinq alanın lizinq obyektinin istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə;

35. Müqavilənin 12.1.2-ci bəndinə əsasən Lizinq alan lizinq obyektinin vəziyyətini pisləşdirir, habelə onun xəbəri olmaqla və ya onun hərəkətsizliyi ilə lizinq obyektinin vəziyyəti üçüncü şəxslər tərəfindən pisləşdirilirsə;

36. Müqavilənin 12.1.3-cü bəndinə əsasən lizinq alan lizinq ödənişlərini müəyyən edilmiş müddətdə ardıcıl olaraq iki dəfədən artıq ödəmir və ya üç dəfədən artıq ödənişi gecikdiribsə), lizinq verən müqavilənin icra edilməsindən birtərəfli qaydada imtina edə bilər.

37. "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 25 noyabr 2022-ci il tarixli, ML/4383 nömrəli zaminlik müqaviləsinə əsasən:

38. Müqavilənin 2.2-ci bəndinə əsasən zamin özünə məxsus bütün daşınar və daşınmaz əmlakları ilə BOKT-la borcalan arasında bağlanmış 25 noyabr 2022-ci il tarixli ML/4383 saylı lizinq müqaviləsi üzrə BOKT qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

39. Müqavilənin 2.3-cü bəndinə əsasən borcalan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borcalan BOKT-la birgə məsuliyyət daşıyır.

40. Müqavilənin 2.4-cü bəndinə əsasən borcalanın BOKT qarşısındaki öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində BOKT-a dəyən bütün zərərlərin (əsas borc,faizlər,cərimə, dəbbə pulu) həcmində, yəni tamöhdəlik üzrə məsuliyyət daşıyır.

41. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən "xxxx" BOKT MMC-yə məxsus “Ford Fusion” minik markalı, 3FA6p0H9XDR173979 ban, 77AX417 qeydiyyat nişanlı avtomobil Cavabdeh2 təhvil verilmiş və akt tərəflərin imzası ilə təsdiqlənmişdir.

42. Müqaviləyə 1 saylı əlavəyə əsasən cəmi ödəniləcək məbləğ 19773,36 manat və cəmi ödəniləcək mükafat 5773,36 manat müəyyən edilmişdir.

43. Azərbaycan Respublikası ƏN MEM-in xx.xx.2025-ci il tarixli, 9/420 saylı rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlər, təqdim edilmiş iş materiallarında olan ödənişləri özündə əks etdirən maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli, ML/4383 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh2 iddiaçı «X11 Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2024 cü il (maliyyə arayışında göstərilən tarixə) əsas borcu 11.678,67 manat və faiz borcu 2958,60 manat müəyyən edilmişdir. O cümlədən, hazırkı ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli, ML/4383 nömrəli kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat (cərimə hesabı üzrə silinmələri özündə əks etdirən çıxarış) olmadığı üçün sualda soruşulan tarixə Cavabdeh2 cərimə borcu hesablanmadığı qeyd olunmuşdur.

44. Məhkəmə iş materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

45. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, "X11 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə "xxxx" MMC adlandırılacaq) ilə cavabdeh - Cavabdeh2 arasında 25 noyabr 2022-ci il tarixli, ML/4383 nömrəli X7 bağlanıb. Həmin müqaviləyə əsasən, cavabdeh - Cavabdeh2 1 (bir) ədəd 2012-ci il buraxılışlı, “Ford Fusion” minik markalı, 3FA6P0H9XDR173979 ban nömrəli nəqliyyat vasitəsi (lizinq obyekti) 24 (iyirmi dörd) % dərəcəsi ilə 36 (otuz altı) ay müddətinə lizinqə verilmişdir. 25 noyabr 2022-ci il tarixli, ML/4383 nömrəli Lizinqi Müqaviləsi üzrə öhdəliyin icrasının təmini üsulu kimi iddiaçı - "xxxx" MMC ilə cavabdeh – Cavabdeh1 arasında 25 noyabr 2022-ci il tarixli, ML/4383 nömrəli zaminlik müqaviləsi bağlanıb. Həmin Zaminlik müqaviləsinə əsasən, cavabdeh –Cavabdeh1 25 noyabr 2022-ci il tarixli, ML/4383 nömrəli Lizinq Müqaviləsi üzrə öhdəliklərin icra edilməsi üçün əsas borclu ilə birgə məsuliyyət daşımaq barədə öhdəlik götürüb. Cavabdeh2 uzun müddətdir ki, lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmir. İddiaçı - "xxxx" MMC tərəfindən cavabdehə dəfələrlə yazılı və şifahi müraciət edilməsinə baxmayaraq, müqavilə üzrə öhdəliklər hələ də icra edilmir, lizinq üzrə borcu ödənilmir. İddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən, cavabdeh – Cavabdeh2 25 noyabr 2022-ci il tarixli, ML/4383 nömrəli X7 üzrə lizinq borcu - lizinq üzrə əsas borcun məbləği 11.779,20 AZN, lizinq üzrə faiz borcunun məbləği 3.526,34 AZN, lizinq üzrə hesablanmış cərimə məbləği 185,6 AZN olmaqla, cəmi 15.491,14 AZN təşkil edir.

46. Mülki Məcəllənin 385.1, 386, 442 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

47. Həmin Məcəllənin 747.1-ci maddəsinə görə lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

48. Həmin Məcəllənin 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.

49. Həmin Məcəllənin 748-1.12-ci maddəsinə görə lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.

50. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə.

51. Həmin Məcəllənin 748-.2.5-ci maddəsinə əsasən, maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər X7ndə ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir.

52. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

53. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

54. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

55. Göründüyü kimi lizinq alan Cavabdeh2 lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədiyindən lizinqə verən MMC Mülki Məcəllənin 748-1.12-ci maddəsinin tələblərinə əsasən gecikdirilmiş lizinq ödənişlərinin həyata keçirilməsini və lizinq obyektinin geri alınmasını tələb etməkdə haqlıdır.

56. Cavabdehdən tutulmalı olan lizinq ödənişlərinin məbləğinə gəldikdə məhkəmə əvvəla qeyd edir ki, yuxarıda göstərilən normaların məzmunundan və mübahisəli müqavilənin şərtlərindən də göründüyü kimi X7nin şərtlərinə görə lizinq ödənişləri tam ödənildikdən sonra lizinq obyekti lizinq alanın mülkiyyətinə keçir. Bu baxımdan X7ndə müəyyən edilmiş lizinq ödənişlərinə lizinq obyektindən istifadəyə görə haqq və lizinq verənin mükafatı ilə yanaşı lizinq obyekti olan əmlakın dəyəri də daxil edilir.

57. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçının 25 noyabr 2022-ci il tarixli, ML/4383 nömrəli X7 üzrə tələb etdiyi əsas və faiz borcu məbləğləri ekspert rəyində göstərilən məbləğlərlə eynilik təşkil etmir, ekspert rəyində göstərilən əsas və faiz borcu məbləği iddia tələbində göstərilən əsas və faiz borcu məbləğindən aşağı məbləğdə müəyyən edilmişdir. Beləliklə, məhkəmə 25 noyabr 2022-ci il tarixli, ML/4383 nömrəli X7 üzrə əsas və faiz borcu məbləği tərəflərin hər ikisinin mövqeyini nəzərə almaqla ekspert rəyində müəyyən edilən məbləğə uyğun olaraq cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli olduğu qənaətinə gəlmişdir.

58. MPM-in 218-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

59. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiklərini, nəticədə əsas və faizi borclarının yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, 11678,67 manat əsas borc, 2958,60 manat faiz borcu (mükafat) məbləğləri cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

60. Cavabdehlərdən tutulacaq dəbbə puluna gəldikdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin:

61. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

62. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

63. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlər mübahisəli lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsinin işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyini, lizinq müqaviləsində öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə ödənilməsi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı həmin müqavilə üzrə 185,6 manat dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.

64. Eyni zamanda avtomobilin geri qaytarılması tələbi ilə bağlı da məhkəmə hesab edir ki, tələb bu hissədə də əsaslıdır.

65. Belə ki, Mülki Məcəlləsinin 748-1.12-ci maddəsinə əsasən lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır:

66. 748-1.12.4-ci maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə.

67. Lizinq alan tərəfindən ödənişlərin iki dəfədən artıq ödənilməməsi yuxarıda qeyd edilənlərə əsasən öz təsdiqini tapmışdır.

68. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 25 noyabr 2022-ci il tarixli, ML/4383nömrəli X7 üzrə 11678,67 manat əsas borc, 2958,60 manat faiz borcu, 185,6 manat dəbbə pulu tutularaq İddiaçı Bank olmayan Kredit Təşkilatı MMC-yə ödənilməli, 25 noyabr 2022-ci il tarixli, ML/4383nömrəli X7 üzrə lizniq obyekti olan Ford Fusion minik markalı **-AX-*** dövlət qeydiyyat nömrəli avtomobil saz və işlək vəziyyətdə Cavabdeh2 alınaraq İddiaçı Bank olmayan Kredit Təşkilatı MMC-yə qaytarılmalıdır.

69. Məhkəmə xərclərinə gəldikdə, iş materialları əsasında müəyyən edilir ki, iddiaçı tərəfindən iş üzrə 137 manat dövlət rüsumu ödənilmişdir.

70. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

71. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 137 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, məhkəmə – mühasibatlıq ekspertizaların keçirilməsinə xərclənmiş 145 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq müvafiq olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir.

V. Nəticə:

72. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 25 noyabr 2022-ci il tarixli, ML/4383nömrəli X7 üzrə 11.678,67 manat əsas borc, 2958,60 manat faiz borcu, 185,6 manat dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 137 manat tutularaq İddiaçı Bank olmayan Kredit Təşkilatı MMC-yə ödənilsin. 25 noyabr 2022-ci il tarixli, ML/4383nömrəli X7 üzrə lizniq obyekti olan Ford Fusion minik markalı **-AX-*** dövlət qeydiyyat nömrəli avtomobil saz və işlək vəziyyətdə Cavabdeh2 alınaraq İddiaçı Bank olmayan Kredit Təşkilatı MMC-yə qaytarılsın. Məhkəmə-mühasibatlıq ekspertizasinin keçirilməsinə xərclənmiş 145 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X4, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar