Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6415/2021 13.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ (Ərizənin geri qaytarılması haqqında) Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh “X1” MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, MÜƏYYƏN E T D İ M: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04.04.2018-ci il tarixli 196-LD/18 nömrəli müqavilə üzrə 124467.95 (bir yüz iyirmi dörd min dörd yüz altmış yeddi manat 95 qəpik) manat gecikdirilmiş əsas borc və 53771.43 (əlli üç min yeddi yüz yetmiş bir manat 43 qəpik) manat cərimə, 06.09.2018-cı il tarixli 330- LD/18 nömrəli müqavilə üzrə 322936.60 (üç yüz iyirmi iki min doqquz yüz otuz altı manat 60 qəpik) manat gecikdirilmiş əsas borc və 124308.52 (bir yüz iyirmi dörd min üç yüz səkkiz manat 52 qəpik) manat cərimə, 05.08.2016-cı il tarixli 239-LD/16 nömrəli müqavilə üzrə 24285.73 (iyirmi dörd min iki yüz səksən beş manat 73 qəpik) manat gecikdirilmiş əsas borc və 18141.44 ( on səkkiz min yüz qırx bir manat 44 qəpik) manat cərimə, 02.04.2018-cı il tarixli 1241-GL/15 nömrəlivə 03.09.2020-ci il tarixli 561-GL/19 nömrəli müqavilələr üzrə 65145.01 (altmış beş min yüz qırx beş manat 01 qəpik) manat gecikdirilmiş əsas borc və 9072.41 (doqquz min yetmiş iki manat 41 qəpik) manat cərimə, 27.06.2019-cu il tarixli 02-LD/19 nömrəli müqavilə üzrə 299048.00 (iki yüz doxsan doqquz min qırx səkkiz manat 00 qəpik) manat gecikdirilmiş əsas borcunuz və 102274.42 ( bir yüz iki min iki yüz yetmiş dörd manat 42 qəpik) manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 350 (üç yüz əlli) manat, cəmi: 1.143.801,51 (bir milyon yüz qırx üç min səkkiz yüz bir manat 51qəpik) manat pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edilərkən pozuntulara yol verildiyini, səhvən mediasiya proseduruna əməl edilmədən məhkəməyə təqdim edildiyini, ona görə də iddia ərizəsini geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını və ərizəni nəzrərdən keçirirək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, iddiaçını ərizənin geri qaytarılması barədə ərizəsi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də iddiaçının ərizənin geri qaytarılması barədə ərizəsi qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh “X1” MMC-yə qarşı “pul” tələbinə dair ərizəsi iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-6415/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6415/2021
13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver