Məhkəmə qərarları › İş №e-2-2(113)-642/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-642/2025

06.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-642/2025 06.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh “X2 Agentliyi” X8 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı,pul) X9 Rövşən qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh “X2 Agentliyi” X4rşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı "Azinterexpo” MMC (bundan sonra – iddiaçı) cavabdeh “X2 Agentliyi” X8 (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilə üzrə ƏDV daxil olmaqla 15 565.38 manat borcun, uyğun olaraq 1556.54 manat dəbbə pulunun (ödənişin gecikdirilməsinə görə cərimə) və 141.37 manat məhkəmə rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 04 oktyabr 2023-cü il tarixli 008/23 saylı müqavilə (bundan sonra:müqavilə) bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən Azinterexpo MMC 19-21 oktyabr 2023-cü il tarixdəQarabağ ərazisinin işğaldan azad edilərək geri qaytarılması və fəal şəkildə bərpa olunması ilə əlaqədar olaraq keçirilən 3-cü Azərbaycan Beynəlxalq “QarabağınBərpa, Yenidənqurma və İnkişafı” Rebuild Karabakh sərgisində “X2 Agentliyi” X6 iştirakı üçün sərgi stendinin hazırlanması, tədbirin keçiriləcəyi məkanda quraşdırılması və sərgidən sonrasöküntü işlərinin yerinə yetirməli, buna uyğun olaraq “X2 Agentliyi” X11 Azinterexpo MMC-yə ƏDVdaxil olmaqla 15 565.38 manat ödəniş etməlidir. Tərəfimizdən bütün işlər müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirildikdən sonra qarşı tərəfə Təhvil-təslim aktı təqdim edilmişdir. Lakin, “X2 Agentliyi” X6 nümayəndəsi müxtəlif bəhanələrlə aktı imzalamaqdan imtinaetmişdir. Dəfələrlə buməsələ ilə bağlı qarşı tərəfə müxtəli formalarda(telefon zəngi, məktub və s) müraciətetsək də, onlaraktınmüqavilədərazılaşdırılmış qaydadaimzalamaqdan imtinaetdilər və bizə ƏDV daxil olmaqla 13 125.14 (on üç min bir yüz iyirmi beş man 14 qəp) manat məbləğdə akt təqdimetdilər. Təbii ki, bu məbləğ müqavilə üzrə razılaşdırılmış məbləğdən az olduğu üçün həmin aktıimzalmaqdan imtina etdik.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili dəqiqləşdirilmiş iddia tələbini müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında tərəflər arasında bağlanmış müqaviləni mübahisələndirmədiklərini, iddiaçının müqavilədə nəzərdə tutulan stendi təhvil berdiyini mübahisələndirmədiklərini bildirdi. Belə ki tərəflər arasında daha əvvəl müqavilə münasibətləri olub və iddiaçı tərəfindən cavabdehə daha əvvəl 2 stendin hazırlanması,quraşdırılması və daşınması ilə bağlı işlər həyata keçirilmişdir. Daha sonra üçüncü stendin hazırlanması ilə bağlı iddiaçı ilə razılaşdıqda, iddiaçı köhnə stendə cüzi dəyişikliklər edərək,yenidən quraşdırmışdır və bununla iddiaçı tərəfindən müqavilənin şərtləri (stendin hazırlanması hissəsində) pozulmuşdur.Qeyd olunan halları nəzərə alaraq görülmüş işlərin həcmini 13125 manat məbləğində qəbul etdiklərini bildirdi.Sonuncu məhkəmə iclası lə bağlı cavabdehə məlumat verilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasımda iştirak etməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdir.

5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

7. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

8. İddiaçı "Azinterexpo” MMC (“icraçı”) ilə cavabdeh “X2 Agentliyi” X11 (“sifarişçi”) arasında 008/2023 saylı xx.xx.2023-cü il tarixli satınalma müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 2.1-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, sifarişçi 2023-cü ilin 19-21 oktyabr tarixlərində Qarabağ ərazisinin işğaldan azad edilərək geri qaytarılması və fəal şəkildə bərpa olunması ilə əlaqədar olaraq keçiriləcək 3-cü Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” Rebuild Karabakh sərgisində iştirakı üçün stend hazırlanması, tədbirin keçiriləcəyi məkanda quraşdırılmasına və söküntüsünə dair iş və xidmətlərin satın alınması üçün İcraçının ƏDV daxil 15 565,38 manat məbləğində qiymət təklifini qəbul etmişdir. - 10.1-ci bəndinə əsasən müqavilə üzrə ödəmələr Müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, İcraçının təqdim etdiyi ödəniş sənədləri (hesab-faktura və s.) əsasında, mümkün qısa müddət ərzində, lakin 15 (on beş) bank günündən gec olmamaq şərti ilə aparılır. - 13.1-ci bəndinə əsasən sifarişçi (və ya onun nümayəndələri) heç bir əlavə xərc çəkmədən, bu Müqavilənin icrasına texniki nəzarət etmək və sınaq keçirmək hüququna malikdir. - 14.1-ci bəndinə əsasən müqavilənin icra müddətində Sifarişçi aşkar olunmuş qüsurlar, o cümlədən gizli qüsurlar haqqında icraçıya dərhal bildiriş verməlidir. Bildirişdə qüsurların aradan qaldırılması üçün müddət də göstərilməlidir. - 16.2-ci bəndinə əsasən sifarişçi bu Müqavilədə müəyyən olunmuş müddət ərzində və xüsusi şərtlərdə göstərilmiş qaydada ödəmələri aparmadıqda, İcraçı xüsusi şərtlərdə müəyyən edilmiş məbləğdə cərimə sanksiyaları tətbiq edə bilər. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

9. İddiaçı "Azinterexpo” MMC (“icraçı”) ilə cavabdeh “X2 Agentliyi” X11 (“sifarişçi”) arasında 28 dekabr 2022-ci il tarixli 028/2022 saylı “Xidmətlərin göstərilməsi” barədə müqavilə imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən müqavilənin şərtlərinə əsasən İcraçı bu Müqavilənin şərtlərinə uyğun olaraq, Sifarişçinin sərgidə iştirakı üçün sahəsi 32 kv.m təşkil Sərgi stendinin hazırlanması, quraşdırılması və demontajı üzrə xidmətləri (bundan sonra - Xidmətlər) razılaşdırılmış şərtlərlə Sifarişçiyə göstərməyi, Sifarişçi isə həmin Xidmətlərin nəticələrini təhvil alıb dəyərini Müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə İcraçıya ödəməyi öhdəsinə götürür - 1.2-ci bəndinə əsasən icraçının Xidmətlərin göstərilməsi üçün istifadə edəcəyi materialların siyahısı və onların qiymətləri 16849.22 manat (ƏDV daxil) məbləğində razılaşdırılmışdır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

10. “X2 Agentliyi” X6 05 fevral 2024-cü il tarixli məktubundan görünür ki, cavabdeh iddiaçı tərəfindən görülmüş işlərinin dəyərinin 13125.14 manat məbləğində olmasını qəbul etmişdir.

11. İddiaçı tərəfindən cavabdehə EBDW 331171 nömrəli xx.xx.2023-cü il tarixli 15565.38 manat məbləğində elektron qaimə göndərilmişdir.

12. “X2 Agentliyi” X6 09 yanvar 2025-cü il tarixli məktubu ilə məhkəməyə sübut qismində təqdim etdiyi xərclər smetasından görünür ki, yüksəkliyi 4900 mm olan Ana divarın qurulması ilə bağlı xərclər smetasında yekun qiymət 2039 manat müəyyən edilmişdir.

V. Tətbiq edilən hüquq:

13. AR Mülki Məcəlləsinin: - 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 466.1-ci maddəsinə görə əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. - 466.2-ci maddəsinə görə qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: - 466.2.1. zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; - 466.2.2. dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; - 466.2.3. kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

14. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”

16. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X3rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”

Vİ.Məhkəmənin mövqeyi:

17. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

18. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər arasında xidmət müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək, tələb edilən xidmətləri cavabdehə təqdim etsə də, cavabdeh təqdim edilmiş xidmətin dəyərini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini pozmuşdur. Məhkəmə qeyd edir ki, tərəflərin məhkəmə iclasında verdikləri izahatlrla da müəyyən edilir ki, tərəflər arasında müqavilənin mövcudluğu, xidmətin təhvil verilməsi tərəflər arasında işin mübahisələndirilməyən halıdır. Cavabdeh tələbi 13125.14 manat hissəsində tam qəbul edir, digər hissədə qəbul etməyərək, buna əsas kimi, qiymətlərin artıq hesab edilməsini qeyd edir. Məhkəmə hesab edir ki, cavabdehin etirazı əsassızdır. Belə ki, tərəflər arasında mövcud olan müqavilənin 2-ci bəndində sifarişçi (cavabdeh) 15565.38 manat məbləğində qiymət təklifini qəbul etmiş, sonradan sifarişin təhvilini faktiki olaraq sərgidə qəbul etmiş, müqavilədə nəzərdə tutulan qaydada qüsur haqqında heç bir bildiriş verməmişdir. Nəticədə cavabdehin iddiaçıya 15565.38 manat məbləğində borcu yaranmışdır. Qeyd edilən hal, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş və məhkəmə iclaslarında tədqiq edilmiş, tərəflər arasında mövcud olan müqaviləsi, elektron qaimə, tərəflərin izahatları ilə təsdiq edilir.

19. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin müqaviləyə əsasən verilmiş malların və göstərilmiş xidmətlərin dəyərindən – 15565.38 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, eləcə də iddiaçı cavabdehdən 15565.38 manat məbləğində pul vəsaitini tələb etdiyini nəzərə alaraq hesab edir ki, cavabdehdən 15565.38 manat borc tutularaq iddiaçıya ödənilməlidir.

20. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 1556.54 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

21. Göründüyü kimi cavabdeh “X2 Agentliyi” X6 müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur.

22. Belə olan halda məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə əsasən tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən 600 manat məbləğində dəbbə pulu tutulmalıdır.

23. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 141.37 manat məbləğində dövlət rüsum iddiaçı tərəfindən ödənilmişdir.

24. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 138 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh “X2 Agentliyi” X5 15565.38 (on beş min beş yüz altmış beş manat otuz səkkiz qəpik) ,600 (altı yüz) manat dəbbə pulu və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 138 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi digər hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar