Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6420/2025 06.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İlk iddia üzrə İddiaçı Cavabdehnə qarşı maddi ziyanın ödənilməsi tələbi, qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh İddiaçı qarşı pul tələblərə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: maddi ziyanın ödənilməsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Hacıyeva Nərmin Xaliq qızının katibliyi, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İlk iddia üzrə İddiaçı Cavabdehnə qarşı maddi ziyanın ödənilməsi tələbi, qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh İddiaçı qarşı pultələblərə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı vurulmuş ziyana görə 894750 (səkkiz yüz doxsan dörd min yeddi yüz əlli) manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı fərdi sahikar kimi 5 ildən artıq bir müddətdə Sabirabad rayonu, Bulduq kəndi ərazisində təxminən 70 hektara yaxın torpaq sahəsində aqrotexniki qaydalara tam uyğun şəkildə özəl olaraq müxtəlif növ meyvə bitkilərinin o cümlədən armud, gilas, alça, gavalı və nektarin ağaclarının əkib becərilməsi, istehsalı və satışı ilə məşğul olaraq vergi ödəyicisi kimi fəaliyyət göstərir. Meyvə bağlarında işin fasiləsiz fəaliyyəti iddiaçı tərəfindən təmin edilir. Bununla bağlı olaraq 2024cü ilin fevral ayından başlayaraq 2025-ci ilin iyun ayınadək olan müddətdə Şəmkir rayonunda fəaliyyət göstərən Cavabdeh MMC-dən müvafiq razılaşma əsasında qeyd olunan meyvə ağacları üçün müxtəlif zərərverici və xəstəliklərə qarşı kimyəvi mübarizə aparılması məqsədi ilə ümumi dəyəri yüz min manatdan yuxarı olan müxtəlif növ kimyəvi dərman preparatları alınmışdır. Cavabdehdən dərman vasitələrinin alışı aşağıdakı qaydada həyata keçirilmişdir: 1. xx.xx.2024-cü il tarixli ST2024/110 nömrəli satış qaiməsinə əsasən 19315 manat dəyərində X6 Nitrat 25 kg, SOLİPON FE 1 kg, Yağ Qışlıq 25 lt, Suum 1 lt, Nutrikey 16-8-24 25 kg, Feras Bordo 10 kg; 2. xx.xx.2024-cü il tarixli ST2024/172 nömrəli satış qaiməsinə əsasən 9261 manat dəyərində KEMAPCO 13-0-46 (25 kg), Ziram forte 1 kg, Terraflex 17-17-17 25 kg ; 3. xx.xx.2024-cü il tarixli ST2024/223 nömrəli satış qaiməsinə əsasən 120 manat dəyərində Sistem şlankı F16 (Agro next), calaq 16-lıq; 4. xx.xx.2024-cü il tarixli ST2024/276 nömrəli satış qaiməsinə əsasən 140 manat dəyərində Fidan ipi 1 kg; 5. xx.xx.2024-cü il tarixli ST2024/371 nömrəli satış qaiməsinə əsasən 4830 manat dəyərində Akbash 20 lt, Vel Gilber 1 lt; 6. xx.xx.2024-cü il tarixli ST2024/444 nömrəli satış qaiməsinə əsasən 150 manat dəyərində FRS Musti 1 lt; 7. xx.xx.2024-cü il tarixli ST2024/483 nömrəli satış qaiməsinə əsasən 360 manat dəyərində Feras Borda 10 kg; 8. xx.xx.2024-cü il tarixli ST2024/550 nömrəli satış qaiməsinə əsasən 692 manat dəyərində Pyrecin 1 lt, Alyans Wet 1 lt, Fullvic 5 lt; 9. xx.xx.2024-cü il tarixli ST2024/594 nömrəli satış qaiməsinə əsasən 96 manat dəyərində Alyans Wet 1 lt; 10. xx.xx.2024-cü il tarixli ST2024/619 nömrəli satış qaiməsinə əsasən 300 manat dəyərində PERSPHONE 1 lt, Atalante 1 lt; 11. xx.xx.2024-cü il tarixli ST2024/673 nömrəli satış qaiməsinə əsasən 0.04 manat dəyərində Akbash 20 lt; 12. xx.xx.2024-cü il tarixli ST2024/696 nömrəli satış qaiməsinə əsasən 76.004 manat dəyərində Pyrecin 1lt, Akbash 20 lt; 13. xx.xx.2024-cü il tarixli ST2024/815 nömrəli satış qaiməsinə əsasən 174 manat dəyərində PERSPHONE 1 lt, Atalante 1 lt, Alyans Wet 1 lt; 14. xx.xx.2024-cü il tarixli ST2024/874 nömrəli satış qaiməsinə əsasən 146 manat dəyərində PERSPHONE 1 lt, Hula 1 lt, Pyrecin 1 lt; 15. xx.xx.2024-cü il tarixli ST2024/896 nömrəli satış qaiməsinə əsasən 210 manat dəyərində Deham 0.800 qr; 16. xx.xx.2024-cü il tarixli ST2024/939 nömrəli satış qaiməsinə əsasən 172 manat dəyərində FRS Musti 1 lt, FRS ASKİNA 1 lt, TROFER 5EC 1 lt; 17. xx.xx.2024-cü il tarixli ST2024/1026 nömrəli satış qaiməsinə əsasən 12880 manat dəyərində Velara Fosfor 20 lt, FRS NİTRİK ASİT 20 lt; 18. xx.xx.2024-cü il tarixli GA2024/1026 nömrəli geri alma qaiməsinə əsasən 3020 manat dəyərində İlya L-Plus 20 lt, Asmition 1 lt, Nutrikey 16-8-24 25 kg, Suum 1 lt, Vel Gibber 1 lt, FRS Paunt 1 lt; 19. xx.xx.2024-cü il tarixli ST2024/1037 nömrəli satış qaiməsinə əsasən 441 manat dəyərində Fherus 1 kg, Asmition 1 lt, Atalante lt, Pyrecin 1 lt, Map Almaz 25 kg;
20. xx.xx.2024-cü il tarixli ST2024/1324 nömrəli satış qaiməsinə əsasən 28080 manat dəyərində FRS Bordo 10 kg, Pyrecin 1 lt; 21. xx.xx.2025-ci il tarixli ST2025/117 nömrəli satış qaiməsinə əsasən 33340 manat dəyərində İran yağı 20 lt, Alyans Wet 1 lt, Fherus 1 kg, PERSPHONE 1 lt, Terra Desal 20 lt, Canolex 5 lt, Canolex 1 lt, EDDHA FE 10 kg, FRS MİLANO COMBİ 1 kg; 22. xx.xx.2025-ci il tarixli ST2025/158 nömrəli satış qaiməsinə əsasən 20932 manat dəyərində Pyrecin 1 lt, Acetamplan 1 kg, Full Thiram 800 gr, EDDHA FE 10 kg, Polyamix 10-10-36 25 kg, Magnesium sulphate 20 kg; 23. xx.xx.2025-ci il tarixli ST2025/264 nömrəli satış qaiməsinə əsasən 6000 manat dəyərində Deham 0.800 qr; 24. xx.xx.2025-ci il tarixli GA2025/3 nömrəli geri alma qaiməsinə əsasən 1710 manat dəyərində EDDHA 10 kg; 25. xx.xx.2025-ci il tarixli ST2025/361 nömrəli satış qaiməsinə əsasən 15660 manat dəyərində CODEX CAL 20 lt, Akbash 20 lt; 26. xx.xx.2025-ci il tarixli ST2025/467 nömrəli satış qaiməsinə əsasən 1060 manat dəyərində Harvest 20 lt, SETO 15-30-15 25 kg; 27. xx.xx.2025-ci il tarixli ST2025/513 nömrəli satış qaiməsinə əsasən 8640 manat dəyərində Karbamit 40 kg, Ferti k-30 PLUS 20 lt; 28. xx.xx.2025-ci il tarixli ST2025/714 nömrəli satış qaiməsinə əsasən 1212 manat dəyərində Calaq 16-lıq, Seto MAP 12-61-0 25 kg, FRS Glok 20 kg, Venti 1 lt, Hula 1 lt, Alyans Wet 1 lt, Zodiac 1 lt; 29. xx.xx.2025-ci il tarixli ST2025/781 nömrəli satış qaiməsinə əsasən 62 manat dəyərində Alyans Wet 1 lt, Hula 1 lt; 30. xx.xx.2025-ci il tarixli ST2025/846 nömrəli satış qaiməsinə əsasən 230 manat dəyərində Hula 1 lt, Dumble 1 lt; 31. xx.xx.2025-ci il tarixli ST2025/918 nömrəli satış qaiməsinə əsasən 380 manat dəyərində Pyrecin 1 lt; 32. xx.xx.2025-ci il tarixli ST2025/1000 nömrəli satış qaiməsinə əsasən 1497 manat dəyərində Hula 1 lt, Asmition 1 lt, TROFER SEC 1 lt, Samand 1 kg, Alyans Wet 1 lt. MT2504 seriyalı 11993876 nömrəli xx.xx.2025-ci il tarixli elektron qaiməyə əsasən 114279,348 manat iddiaçı tərəfindən dərman vasitələrinin alınmasına görə cavabdehə pul ödənilmişdir. Həmin dərman vasitələrinin çilənməsi şirkətin əməkdaşı türkiyəli Fikrət adlı mütəxəssisin tövsiyyələri və iştirakı ilə həyata keçirilmişdir. Türkiyəli Fikrət adlı mütəxəssis dərman preparatlarının çilənməsi zamanı həftədə iki dəfə şəxsən iştirak etmiş, iştirak etmədiyi vaxtlarda isə telefonla tövsiyyələrini vermişdir. Sonradan müəyyən edilmişdir ki, cavabdeh tərəfindən verilmiş müxtəlif növ kimyəvi dərman vasitələrinin istifadə edilməsi üçün müəyyən edilmiş müddəti ötüb keçmiş olduğundan, təsiredici xüsusiyyəti olmayan yararsız olduğundan, həyata keçirilmiş kimyəvi mübarizə vasitələrinin heç bir səmərəsi olmamış, əksinə ziyanverici həşəratlar fəallaşaraq məhsullara və məhsuldarlığa daha çox ziyan vurmuşlar. Nəticədə yüzlərlə məhsuldar meyvə ağacları quruyaraq məhv olmuş, bir hissəsi isə məhv olma ərəfəsindədir. Minlərlə ağaclardan alça və gilas məhsulu əldə etmək ümumiyyətlə mümkün olmamış, digər armud, gavalı və nektarin bağlarında isə məhsuldarlığa orta hesabla 65-85% miqdarında ziyan dəymiş, məhsulun miqdarı, keyfiyyəti və əmtəə dəyəri aşağı düşmüşdür. Vaxtı ötüb keçmiş, təsir xüsusiyyəti olmayan yararsız dərman vasitələrinin istifadəsinin səmərəsizliyi nəticəsində armud, gavalı və nektarin sahələrinə müxtəlif növ zərərverici həşəratlar sirayətlənmiş, zərərverici həşəratların generasiyası davam etmişdir. Halbuki, əgər zərərvericilərə qarşı mübarizənin səmərəsi olsaydı, bu vəziyyət baş verməzdi. İstifadə müddəti qeyd olunmuş dərman vasitələrinin yararlılıq müddətini təsdiq edən QR kodlu sənədlər iddia ərizəsinə əlavə edilir. Qeyd olunanlar Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi tərəfindən tərtib edilərək, təsdiq edilmiş 19 iyun 2025-ci il tarixli Aktı ilə də təsdiq olunur. Qeyd olunan faktlar və iddiaçıya dəymiş ziyanın həcmi ünvan 1 ünvanında yaşayan ali təhsilli, “Alim aqronom” ixtisaslı (diplom Г-1 No 038283) müstəqil mütəxəssis X2 tərəfindən detallı şəkildə tərtib edilmiş 19 iyun 2025-ci il tarixli rəylə də təsdiq olunur. Həmin rəydən aydın olur ki, iddiaçıya dəymiş maddi ziyan ümumilikdə 894750 (səkkiz yüz doxsan dörd min yeddi yüz əlli) manat təşkil edir. Beləliklə də, cavabdehin təqsirli hərəkətləri nəticəsində vergi ödəyicisi sahibkar kimi iddiaçıya külli miqdarda zərər dəymişdir. Bildirilir ki, vaxtı keçmiş, yararsız dərman vasitələrinin istifadəsi nəticəsində vurulmuş ziyanla bağlı cavabdehə dəfələrlə məlumat verilməsinə baxmayaraq, cavabdeh buna məhəl qoymadan heç bir tədbir görməmişdir. Cavabdeh tərəfindən heç bir tədbir görülmədiyindən, zərəri ödəməkdən imtina edildiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Hesab edilir ki, cavabdehin təqsiri ilə iddiaçıya həm maddi, həm də mənəvi ziyan vurulmuşdur. İddiaçıya dəymiş mənəvi ziyan isə stress və əsəb oyanığını nəzərə almaqla, çox ağır zəhmətlə keçirdiyi vaxtı və əziyyəti, müxtəlif orqanlara müraciəti, içə qapanmaqla uzun müddət belə şəraitdə yaşamağa və işləməyə məcbur olduğunu nəzərə alaraq, 100000 (yüz min) manat təşkil edir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 21.1, 21.2, 21.3, 324.1, 329.2, 329.3, 385.1, 389.1, 406.1, 425.1, 436, 442, 443.1, 448, 459.1, 459.5, 587.1, 1096.1, 1096.2, 1097.1, 1115, 1128.1, 1129.1-ci maddələrinə istinad edilmişdir.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.
5. Eyni zamanda Cavabdeh MMC İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 118859 (yüz on səkkiz min səkkiz yüz əlli doqquz) manat məbləğində borcun ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı vurulmuş ziyana görə 894750 (səkkiz yüz doxsan dörd min yeddi yüz əlli) manat pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Cavabdeh MMC-dən əldə etdiyi müxtəlif növ kimyəvi dərman vasitələrinin istifadə edilməsi üçün müəyyən edilmiş müddəti ötüb keçmiş olduğundan, təsiredici xüsusiyyəti olmayan yararsız olduğundan, həyata keçirilmiş kimyəvi mübarizə vasitələrinin heç bir səmərəsi olmamış, əksinə ziyanverici həşəratlar fəallaşaraq məhsullara və məhsuldarlığa daha çox ziyan vurmuşlar. Nəticədə yüzlərlə məhsuldar meyvə ağacları quruyaraq məhv olmuş, bir hissəsi isə məhv olma ərəfəsindədir. Minlərlə ağaclardan alça və gilas məhsulu əldə etmək ümumiyyətlə mümkün olmamış, digər armud, gavalı və nektarin bağlarında isə məhsuldarlığa orta hesabla 65-85% miqdarında ziyan dəymiş, məhsulun miqdarı, keyfiyyəti və əmtəə dəyəri aşağı düşmüşdür. Vaxtı ötüb keçmiş, təsir xüsusiyyəti olmayan yararsız dərman vasitələrinin istifadəsinin səmərəsizliyi nəticəsində armud, gavalı və nektarin sahələrinə müxtəlif növ zərərverici həşəratlar sirayətlənmiş, zərərverici həşəratların generasiyası davam etmişdir. Halbuki, əgər zərərvericilərə qarşı mübarizənin təsiri olsaydı, bu vəziyyət baş verməzdi. İlkin iddia üzrə İddiaçı tərəfindən Cavabdeh MMC-yə qarşı verilmiş iddia ərizəsi tamamilə əsassızdır və qanuni əsaslara söykənmir. Belə ki, iddiaçı onun maddi və mənəvi zərərə uğradığını iddia etsə də, bu iddia həqiqəti əks etdirmir və öhdəlikdən yayınmaq məqsədi daşıyır. Bildirilir ki, xx.xx.2024-cü il tarixli, ST2024/1026 nömrəli; xx.xx.2025-ci il tarixli, ST2025/158 nömrəli; xx.xx.2025-ci il tarixli, ST2025/264 nömrəli; xx.xx.2025-ci il tarixli, ST2025/846 nömrəli; xx.xx.2025-ci il tarixli, ST2025/781 nömrəli; xx.xx.2025-ci il tarixli, ST2025/513 nömrəli; xx.xx.2025-ci il tarixli, ST2025/361 və xx.xx.2025-ci il tarixli ST2025/117 nömrəli satış qaimələrinə əsasən iddiaçıya müxtəlif növ dərman vasitələri təhvil verilmişdir. Beləliklə, qarşılıqlı iddia üzrə cavabdehin qarşılıqlı iddia üzrə iddiaçıya xx.xx.2025-ci il tarixli MT2506 seriyalı, 11734293 nömrəli elektron qaimə-fakturaya əsasən 4580 (dörd min beş yüz səksən) manat və xx.xx.2025-ci il tarixli MT2504 seriyalı, 11993876 nömrəli elektron qaimə-fakturaya əsasən 114279 (yüz on dörd min iki yüz yetmiş doqquz) manat, ümumilikdə 118859 (yüz ön səkkiz min səkkiz yüz əlli doqquz) manat məbləğində borcu mövcuddur. Qarşılıqlı iddia üzrə cavabdeh, ilkin iddia ərizəsində həmin elektron qaiməfakturalara əsasən qeyd olunan məbləğlərin ödənildiyini iddia etsə də, həmin məbləğlərlə bağlı heç bir ödəniş həyata keçirilməmişdir. Tərəflər arasında bağlanmış müqavilə münasibətləri nisyə satış əsasında formalaşmış, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən müqavilə üzrə bütün öhdəliklər yerinə yetirilmiş və mallar alıcıya təhvil verilmişdir. Qeyd edilir ki, iddiaçının “kimyəvi dərman vasitələrinin istifadə edilməsi üçün müəyyən edilmiş müddətin bitməsi” iddiası tamamilə əsassızdır. Belə ki, Cavabdeh MMC tərəfindən iddiaçıya təqdim edilən dərman vasitələri sertifikatlı, keyfiyyət standartlara uyğun və rəsmi idxal sənədləri ilə müşayiət olunan məhsullardır. Bu məhsullar sözügedən dövrdə bir çox alıcıya təqdim edilmiş və digər alıcılarda bunun kimi heç bir hal baş verməmişdir. Bu fakt sübut edir ki, məhsulun keyfiyyətində heç bir problem mövcud olmamışdır. İddiaçı isə məhsuldarlığa dəymiş zərəri və məhsul itkisini yalnız təqdim edilmiş dərman vasitələri ilə əlaqələndirməyə çalışır. Halbuki, belə hallar digər bir çox səbəbdən baş verə bilər (torpağın münbitliyindən, suvarmadan, iqlim şəraitindən, aqrotexniki qulluqdan və digər amillərdən). Bu isə MMC-nin məsuliyyəti deyildir. Əksinə, təqdim edilmiş elektron qaiməfakturalara əsasən ilkin iddia üzrə iddiaçı, qarışılıqlı iddia üzrə cavabdehin Cavabdeh MMC-yə 118859 (yüz on səkkiz min səkkiz yüz əlli doqquz) manat məbləğində borcu vardır. İddiaçı yeganə məqsədi isə borc öhdəliyindən yayınmaqdır.
7. Qarşılıqlı iddianın hüquq əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 425.2, 442, 443.1, 445.1, 445.2-ci maddələrinə istinad edilmişdir.
8. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.
9. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
10. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, Kənd Təsərrüfatı Nazirliyi sahibkarlara subsidiyalar ayırır ki, həmin dərmanları əldə etsinlər. Dərman preparatlarını biz sadəcə iddiaçıya yox, minlərlə şirkətə satırıq. Həmin satışlar da subsidiyalar vasitəsilə həyata keçirilir. Artıq bu sistem uzun illərdir ki, fəaliyyət göstərir. Və həmin sistemdə dərmanların mənşəyi, keyfiyyəti, satıcı və s. məlumatlar öz əksini tapır. Burada keyfiyyətsiz məhsulların satışı mümkün deyil, çünki Kənd Təsərrüfatı Nazirliyi bu işdə birbaşa maraqlıdır ki, subsidiya ayrılmış məbləğ boşa getməsin. Qarşı tərəfin iddiası əsassızdır və əsaslı şəkildə sübut edə bilmirlər. Qarşı tərəf gah deyir ki, biz aldıq dərmanı, vaxtı keçmişdir deyə effekt vermədi, gah deyir ki, dərman keyfiyyətsizdir. Əgər keyfiyyətsiz idisə, niyə istifadə etməyə davam etdilər. Şahid də burada utopik miqdarda məhsulun götürülməli olduğunu qeyd etmiş, amma bunu təsdiq edən hər hansı bir sübutu yoxdur. Qarşı tərəfin aqronomları olmalı idi ki, bağdakı qanuna uyğun olmayan formada həyata keçirilən hər hansı prosesə görə məsuliyyəti aqronom daşısın. Qarşı tərəfin satdığı mal məhsuldarlığı göstərir, hətta şahid qeyd etdi ki, bazarda da satmışdır. Əgər həmin məhsulların rəsmi satışını təsdiq edən sənədləri məhkəməyə təqdim etsələr, aydın olacaq ki, hətta məhsuldarlıq artmışdır və qarşı tərəfin iddiaları əsassızdır. Eyni zamanda ağacların yerindən çıxarılması, onların yenisi ilə əvəz edilməsi və s. ilə bağlı da bir sübut yoxdur. Əgər satış zamanı dərmanların istifadə müddəti keçməmişdirsə, ondan sonra vaxtın keçməsi ilə əlaqədar, hətta vaxtı keçmiş dərmanlardan istifadə edilməsi nəticəsində ziyan görmüş ağacların yenisi ilə əvəz edilməsi ilə bağlı bizə qarşı iddia qaldırılması absurddur. 15 ildən artıqdır ki, hüquqi şəxs dərmanların satışı ilə məşğul olur, qeyd edildiyi kimi, minlərlə müştəriyə dərman satılmışdır. İndiyə qədər belə bir mübahisə ilə rastlaşmamışlar. Onlar vasitəçinin əli ilə qarşı tərəfə nisyə məhsul vermişlər. Lakin məhsullar yığıldı da, satıldı da, amma onların pulu ödənilmədi. Əgər dərmanlarla bağlı nəsə problem olsaydı, vasitəçi nə onlarla işləyər, nə də onlara başqa müştəri gətirərdi. Hətta vasitəçi də pulun ödənilməsi ilə bağlı Şahidla danışmış və ona zamin olduğunu və borcunu ödəməli olduğunu qeyd etmişdir. Dərmanlar müqavilə əsasında satılmışdır. Eyni zamanda elektron-qaimələr də göndərilmişdir. Qarşı tərəfin dediyi mütəxəssis məsələsini də qəbul etmirlər. Onların minlərlə müştərisi var, deməli, belə çıxır ki, minlərlə ekspertləri olmalıdır ki, hər birinin yanında da bir ekspert də göndərsinlər. Bu mümkün ola biləcək bir şey deyildir. Məhsulların keyfiyyət sertifikatı vardır və onlar Kənd Təsərrüfatı Nazirliyinin vasitəsilə gəlir. Həmin dərmanlar yoxlanır, müəyyənləşdirilir ki, bu dərmanların keyfiyyət səviyyəsi yaxşıdır, bununla da, həmin dərmanlar ölkəyə buraxılır. Fikrət adlı şəxsi tanımırlar, cəmiyyətin belə bir işçisi olmamışdır və ümumiyyətlə MMC-nin belə mütəxəssislərin təyin etmə vəzifəsi yoxdur.
11. Əvvəlki məhkəmə iclasında ilk iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdi və təmin olunmasını xahiş etdi, həmçinin qarşılıqlı iddia əsassız olduğundan, qarşılıqlı iddiaçıya heç bir borc olmadığından, alınan malların dəyəri ödənildiyindən qarşılıqlı iddianın rədd olunmasını xahiş etdi və bildirdi ki, Qarşı tərəfdən alınan dərman preparatlarının necə istifadə edilməsi ilə bağlı qarşı tərəfin öz mütəxəssisi bizim əraziyə gələrək, ağacların dərmanlanmasını həyata keçirmişdir. Fikrət bizə bildirdi ki, preparatlar yalnız onun göstərişi və birbaşa onun iştirakı ilə həyata keçiriləcəkdir. Hətta bildirdi ki, bütün dərmanlama mövsümlərini bilir və bütün proseslərdə iştirak edəcəkdir. Qarşı tərəf qeyd etdi ki, bizim dərmanlardan istifadə qaydaları də biz tərəfindən müəyyənləşdiriləcək, buna görə mütəxəssisə əlavə haqq ödənilməsinə ehtiyac yoxdur, lakin istəsəniz, əlavə yol pulu ödənilə bilər. Biz də hər ay 1000 manat məbləğində qeyrirəsmi əməkhaqqı vermişik. Qeyd edilən proseslər tərəflərin razılığına uyğun olaraq Fikrət tərəfindən həyata keçirilmişdir. Lakin 2024-cü ilin yaz aylarından ağacların çiçəkləri töküldü, gözlənilən məhsul əldə edilə bilmədi. Daha sonra ağacların hamısında ciddi xəstəliklər yarandı. Bu barədə qarşı tərəfə bildirdikdə, bizə dedilər ki, bizim dərmanlarda heç bir problem yoxdur, hətta bizlə əməkdaşlığın davam etdirilməsini təklif etdilər. Lakin 2025-ci ildə də gözlənilən məhsul əldə edilmədi, hətta dərmanların artıq verilməsi artıq ağacarın bar vermə qabiliyyətlərinin itirilməsinə səbəb oldu. Biz tərəfindən müəyyənləşdirilən hallara əsasən dərman preparatlarının vaxtı 2024-cü ilin aprel ayında bitmişdir. Bu da ona səbəb olur ki, dərmanlar ağaclara heç bir təsir göstərmir, ağaclarda qurdlar yuva salır və ağacın bar verməsinə mane olur. Həmin dərman preparatlara aid qanunvericilikdə nəzərdə tutulan müşayiət sənədlərinin heç biri bizdə yoxdur. Halbuki, bitki dərmanları ilə bağlı birbaşa göstəriş vardır ki, bitki dərmanları sınaqdan keçdikdən sonra istifadəyə verilməlidir, həmin sınaqların da qüvvədə olma müddəti 5 ildir. Ağaclarda müşayiət olunan xəstəlikləri təsdiq edən fotoşəkillər və video məhkəməyə təqdim edilmişdir. Ziyan məhsuldarlığın aşağı düşməsi ilə əlaqədardır. 2024-cü ilin fevral ayında alınmış dərmanların 90%-nin istifadə müddəti 2024-cü ilin aprel ayında bitmişdir. Onlar həmin dərmanlardan istifadə etmişlər. Dərmanların təqdim edilmə forması qeyri-rəsmi formada idi. Onlara sadəcə deyildi ki, Fikrət hər şeyi həll edəcək. Onlar də buna inandılar. 2022-2023-cü illərdə başqa dərmanlardan istifadə etmişlər. O zaman məhsuldarlıq gözlənilən qədər olmuşdur. 2024-cü ildə dərman preparatları dəyişdirilmiş, qarşı tərəflə əməkdaşlığa başlanılmış və onların dərmanlarından istifadə edilmişdir. Lakin dərmanlar təsirsiz olmuş və ziyanvericilər ölməmişdir, bu da məhsuldarlığın aşağı düşməsinə səbəb olmuşdur. Məhsuldarlığın aşağı olmasına səbəb kimi dərmanların müddətinin ötməsini görürlər. Dərmanların tərkibləri fərqlidir. Bu dərmanların çiləmə vaxtlarını ollar bilə bilməzlər. Qeyd etdikləri kimi, onlara deyildi ki, sadəcə dərmanların pulunu ödəyəcəksiniz, qalan işləri mütəxəssislərimiz görəcəkdir. Qarşı tərəf bilirdisə ki, bu dərmanlar may ayında tətbiq ediləcək və həmin vaxt dərmanların vaxtı bitəcək, bu barədə onlara məlumat verməli, ya da həmin dərmanları onlara satmamalı idi. Və məsələ sadəcə aprel ayı ilə bitmirdi. Avqust ayında da eyni prosedur olmalı idi. Bundan əlavə, bu dərmanların müşayiət sənədləri yoxdur. Dərmanların vaxtı keçsə də, keçməsə də, artıq onlarda şübhə yaranır ki, bu dərmanların tərkibi də, o səmərəni verməyə qadir deyildir. Bəlkə də, dərmanların istifadə tarixinə baxmalı idilər, lakin hər şeyin Fikrət adlı şəxsin həll edəcəyini dedikdə, onlar da buna inandılar.
12. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid verdiyi ifadədə bildirmişdir ki, iddiaçının atasıdır. 2024-cü ildə tanışının vasitəsilə dərman almışdır. Cavabdehlə danışdıq və dedilər ki, dərmanları verəcəklər və fevral ayında pulu ödəyəcəksiniz, təxminən 65-70 min manat xərc olacaqdır. Dedilər ki, türk bir ekspert ayıracayıq sizə, dərmanlar düzgün qatılsın. Ekspert gəlirdi, dərmanları qatırdı. Nəsə mübahisəli məsələ olanda, məsələn dərmanlamadan sonra yağış yağanda və s. dərmanların yenilənməsi üçün təzədən SMS yazırdı. Elə hallarda özü gəlmirdi. Bizdə onların dərmanlarından başqa dərmanımız olmamışdır. Dərmanlamadan sonra bir çox ağacları məhv oldu, borcları artdı. Onlara dərmanların yararsız olmasına görə ciddi şəkildə ziyan dəymişdir. 2024-cü ildə məhsul olmadı. Bunu qarşı tərəfə bildirdim, dedilər ki, dərmanlamanı səhv etmisiniz, iqlimi bilməmisiniz və s. Gələn ildən narahat olma. 2025-ci ildə də onlara 30 minə yaxın dərman verdilər. Ərik ağacları şaxtaya düşdü deyə məhsul olmadı. Onları ziyana saymamışlar. Amma qalan bütün məhsulları qurd basdı. Dərmanların verilmə vaxtını keçirməmişlər, hər şey yönləndirilməyə uyğun edilmişdir. Bağı qurd basdı, qalan bütün ağaclar qurudu. Artıq qurdlanmanın qarşısının alınması məqsədilə də yenidən dərman vermişlər, lakin bu da ağaclara təsir etdi, gətirdiyi məhsulları da yetişdirə bilmədi. 2025-ci ilin fevral ayında dərmanları anbara yığmışdılar, həmin dərmanlar avqust ayına qədər işlədilməli idi. Aprel ayında onlara məlum oldu ki, bu dərmanların vaxtı bitib. Qanunvericiliyə uyğun olaraq, əgər dərmanın vaxtının bitməsinə 2-3 ay qalıbsa, həmin dərmanlar satışdan çıxarılmalıdır. Bu barədə qarşı tərəfə məlumat verdilər və deyildi ki, “almazdın”. Verilən suallara cavabında bildirmişdir ki, 2023-cü ildə 21000 ağacla 700 tondan yuxarı, 2025-ci ildə 40000 ağacla 550 ton məhsul götürmüşlər. O, 2023-cü ildən sonra ağaclarında təzələmə işləri aparmışdı. Artıq 2025-ci ildə bunlar məhsul verməli idi, lakin gözlənilən nəticə olmadı. 2025-ci ildə 1000 tondan yuxarı məhsul olmalı idi, lakin 550 ton məhsul götürdü. Onların 80-90 ton məhsulu olmalı idi, lakin dərmanların təsiri olmadığından bu məhsulu əldə edə bilmədilər. Bu barədə qarşı tərəfdən də soruşanda, dedilər ki, iqlimi tuta bilməmişik və s. Onların aqronomları həmişə olub. 2024-cü ildən bu tərəfə cavabdeh şirkət tərəfindən onlara aqronom müəyyənləşdirilibdir. Hətta deyildi ki, nə vaxtsa səhv qatarsınız dərmanları, sonra deyərsiniz ki, sizin dərmanlar keyfiyyətsizdir. Heç satıcının da əlində müqavilə yoxdur, sadəcə pulun atılması ilə bağlı bank sənədi varıydı. 2024-cü ildə biz 500 ton məhsul götürmüşdük. Əslində 700-800 ton götürülməli idi. Onda da dedilər ki, iqlimi tuta bilməmişik, gələn il nə qədər gözləyirsinizsə, o qədər götürəcəksiniz. Keçən il onlara dərmanlar veriləndə, bütün dərmanlardan istifadə edildi. Bu il üçün də qeyd etdiyi kimi vəd verildi, o, yenidən həmin şirkətlə işlədi və dərmanları aldı. Bir ağaca hər il fərqli dərman verildikdə, ağac stressə düşür. 2025-ci ildə 550-560 ton məhsul götürmüşlər. 2 yaşında ağac 12-13 kq məhsul verirsə, 3 yaşındakı ağac 50-60 kq verməli idi, yəni ümumiyyətlə 1000 tona çatmalı idi. Hər hansı bir sosial şəbəkədə qeyd edilən rəqəmlər hansısa şirkətin ona vaxtı keçmiş dərmanlar verməsinə əsas ola bilməz. Burada mübahisə başqadır. Məhsulları rəsmi də, qeyri-rəsmi də satır. Elə vaxtlar olur ki, bazarda aparıb özü satır. Mal satışını təsdiq edən sənədləri təqdim edə bilərəm, amma onlar sadəcə rəsmi satışlardır. Amma bazarda satdığı məhsulların hesabatını təqdim edə bilməz.
13. xx.xx.2024-cü il tarixli, ST2024/110 nömrəli satış qaiməsinə əsasən Cavabdeh MMC tərəfindən alıcı qismində “Eyvaz Sabirabad” adlı şəxsə qaimədə adıçəkilən və ümumi dəyəri 19315 manat olan məhsul satılmışdır.
14. xx.xx.2024-cü il tarixli, ST2024/172 nömrəli satış qaiməsinə əsasən Cavabdeh MMC tərəfindən alıcı qismində “Eyvaz Sabirabad” adlı şəxsə qaimədə adıçəkilən və ümumi dəyəri 9261 manat olan məhsul satılmışdır.
15. xx.xx.2024-cü il tarixli, ST2024/223 nömrəli satış qaiməsinə əsasən Cavabdeh MMC tərəfindən alıcı qismində “Eyvaz Sabirabad” adlı şəxsə qaimədə adıçəkilən və ümumi dəyəri 120 manat olan məhsul satılmışdır.
16. xx.xx.2024-cü il tarixli, ST2024/276 nömrəli satış qaiməsinə əsasən Cavabdeh MMC tərəfindən alıcı qismində “Eyvaz Sabirabad” adlı şəxsə qaimədə adıçəkilən və ümumi dəyəri 140 manat olan məhsul satılmışdır.
17. xx.xx.2024-cü il tarixli, ST2024/371 nömrəli satış qaiməsinə əsasən Cavabdeh MMC tərəfindən alıcı qismində “Eyvaz Sabirabad” adlı şəxsə qaimədə adıçəkilən və ümumi dəyəri 4830 manat olan məhsul satılmışdır.
18. xx.xx.2024-cü il tarixli, ST2024/444 nömrəli satış qaiməsinə əsasən Cavabdeh MMC tərəfindən alıcı qismində “Eyvaz Sabirabad” adlı şəxsə qaimədə adıçəkilən və ümumi dəyəri 150 manat olan məhsul satılmışdır.
19. xx.xx.2024-cü il tarixli, ST2024/483 nömrəli satış qaiməsinə əsasən Cavabdeh MMC tərəfindən alıcı qismində “Eyvaz Sabirabad” adlı şəxsə qaimədə adıçəkilən və ümumi dəyəri 360 manat olan məhsul satılmışdır.
20. xx.xx.2024-cü il tarixli, ST2024/550 nömrəli satış qaiməsinə əsasən Cavabdeh MMC tərəfindən alıcı qismində “Eyvaz Sabirabad” adlı şəxsə qaimədə adıçəkilən və ümumi dəyəri 692 manat olan məhsul satılmışdır.
21. xx.xx.2024-cü il tarixli, ST2024/594 nömrəli satış qaiməsinə əsasən Cavabdeh MMC tərəfindən alıcı qismində “Eyvaz Sabirabad” adlı şəxsə qaimədə adıçəkilən və ümumi dəyəri 96 manat olan məhsul satılmışdır.
22. xx.xx.2024-cü il tarixli, ST2024/619 nömrəli satış qaiməsinə əsasən Cavabdeh MMC tərəfindən alıcı qismində “Eyvaz Sabirabad” adlı şəxsə qaimədə adıçəkilən və ümumi dəyəri 300 manat olan məhsul satılmışdır.
23. xx.xx.2024-cü il tarixli, ST2024/673 nömrəli satış qaiməsinə əsasən Cavabdeh MMC tərəfindən alıcı qismində “Eyvaz Sabirabad” adlı şəxsə qaimədə adıçəkilən və ümumi dəyəri 0,04 manat olan məhsul satılmışdır.
24. xx.xx.2024-cü il tarixli, ST2024/696 nömrəli satış qaiməsinə əsasən Cavabdeh MMC tərəfindən alıcı qismində “Eyvaz Sabirabad” adlı şəxsə qaimədə adıçəkilən və ümumi dəyəri 76,004 manat olan məhsul satılmışdır.
25. xx.xx.2024-cü il tarixli, ST2024/815 nömrəli satış qaiməsinə əsasən Cavabdeh MMC tərəfindən alıcı qismində “Eyvaz Sabirabad” adlı şəxsə qaimədə adıçəkilən və ümumi dəyəri 174 manat olan məhsul satılmışdır.
26. xx.xx.2024-cü il tarixli, ST2024/874 nömrəli satış qaiməsinə əsasən Cavabdeh MMC tərəfindən alıcı qismində “Eyvaz Sabirabad” adlı şəxsə qaimədə adıçəkilən və ümumi dəyəri 146 manat olan məhsul satılmışdır.
27. xx.xx.2024-cü il tarixli, ST2024/896 nömrəli satış qaiməsinə əsasən Cavabdeh MMC tərəfindən alıcı qismində “Eyvaz Sabirabad” adlı şəxsə qaimədə adıçəkilən və ümumi dəyəri 210 manat olan məhsul satılmışdır.
28. xx.xx.2024-cü il tarixli, ST2024/939 nömrəli satış qaiməsinə əsasən Cavabdeh MMC tərəfindən alıcı qismində “Eyvaz Sabirabad” adlı şəxsə qaimədə adıçəkilən və ümumi dəyəri 172 manat olan məhsul satılmışdır.
29. xx.xx.2024-cü il tarixli, ST2024/1026 nömrəli satış qaiməsinə əsasən Cavabdeh MMC tərəfindən alıcı qismində “Eyvaz Sabirabad” adlı şəxsə qaimədə adıçəkilən və ümumi dəyəri 12880 manat olan məhsul satılmışdır.
30. xx.xx.2024-cü il tarixli, ST2024/1037 nömrəli satış qaiməsinə əsasən Cavabdeh MMC tərəfindən alıcı qismində “Eyvaz Sabirabad” adlı şəxsə qaimədə adıçəkilən və ümumi dəyəri 441 manat olan məhsul satılmışdır.
31. xx.xx.2024-cü il tarixli, GA2024/11 nömrəli geri alma qaiməsi ilə müəyyən olunur ki, Eyvaz Sabirabad tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 3020 manat olan məhsul qaytarılmışdır.
32. xx.xx.2024-cü il tarixli, ST2024/1324 nömrəli satış qaiməsinə əsasən Cavabdeh MMC tərəfindən alıcı qismində “Eyvaz Sabirabad” adlı şəxsə qaimədə adıçəkilən və ümumi dəyəri 28080 manat olan məhsul satılmışdır. Qaimə Cavabdeh MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir.
33. xx.xx.2025-ci il tarixli, ST2025/117 nömrəli satış qaiməsinə əsasən Cavabdeh MMC tərəfindən alıcı qismində “Eyvaz Sabirabad” adlı şəxsə qaimədə adıçəkilən və ümumi dəyəri 33340 manat olan məhsul satılmışdır.
34. xx.xx.2025-ci il tarixli, ST2025/158 nömrəli satış qaiməsinə əsasən Cavabdeh MMC tərəfindən alıcı qismində “Eyvaz Sabirabad” adlı şəxsə qaimədə adıçəkilən və ümumi dəyəri 20932 manat olan məhsul satılmışdır.
35. xx.xx.2025-ci il tarixli, ST2025/264 nömrəli satış qaiməsinə əsasən Cavabdeh MMC tərəfindən alıcı qismində “Eyvaz Sabirabad” adlı şəxsə qaimədə adıçəkilən və ümumi dəyəri 6000 manat olan məhsul satılmışdır.
36. xx.xx.2025-ci il tarixli, GA2025/3 nömrəli geri alma qaiməsi ilə müəyyən olunur ki, Eyvaz Sabirabad tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 1710 manat olan məhsul qaytarılmışdır. Qaimə tərəflərin imzası ilə təsdiq edilmişdir.
37. xx.xx.2025-ci il tarixli, ST2025/361 nömrəli satış qaiməsinə əsasən Cavabdeh MMC tərəfindən alıcı qismində “Eyvaz Sabirabad” adlı şəxsə qaimədə adıçəkilən və ümumi dəyəri 15660 manat olan məhsul satılmışdır.
38. xx.xx.2025-ci il tarixli, ST2025/467 nömrəli satış qaiməsinə əsasən Cavabdeh MMC tərəfindən alıcı qismində “Eyvaz Sabirabad” adlı şəxsə qaimədə adıçəkilən və ümumi dəyəri 1060 manat olan məhsul satılmışdır.
39. xx.xx.2025-ci il tarixli, ST2025/513 nömrəli satış qaiməsinə əsasən Cavabdeh MMC tərəfindən alıcı qismində “Eyvaz Sabirabad” adlı şəxsə qaimədə adıçəkilən və ümumi dəyəri 8640 manat olan məhsul satılmışdır.
40. xx.xx.2025-ci il tarixli, ST2025/714 nömrəli satış qaiməsinə əsasən Cavabdeh MMC tərəfindən alıcı qismində “Eyvaz Sabirabad” adlı şəxsə qaimədə adıçəkilən və ümumi dəyəri 1212 manat olan məhsul satılmışdır.
41. xx.xx.2025-ci il tarixli, ST2025/781 nömrəli satış qaiməsinə əsasən Cavabdeh MMC tərəfindən alıcı qismində “Eyvaz Sabirabad” adlı şəxsə qaimədə adıçəkilən və ümumi dəyəri 62 manat olan məhsul satılmışdır. Qaimə Cavabdeh MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir.
42. xx.xx.2025-ci il tarixli, ST2025/846 nömrəli satış qaiməsinə əsasən Cavabdeh MMC tərəfindən alıcı qismində “Eyvaz Sabirabad” adlı şəxsə qaimədə adıçəkilən və ümumi dəyəri 230 manat olan məhsul satılmışdır.
43. xx.xx.2025-ci il tarixli, ST2025/918 nömrəli satış qaiməsinə əsasən Cavabdeh MMC tərəfindən alıcı qismində “Eyvaz Sabirabad” adlı şəxsə qaimədə adıçəkilən və ümumi dəyəri 380 manat olan məhsul satılmışdır.
44. xx.xx.2025-ci il tarixli, ST2025/1000 nömrəli satış qaiməsinə əsasən Cavabdeh MMC tərəfindən alıcı qismində “Eyvaz Sabirabad” adlı şəxsə qaimədə adıçəkilən və ümumi dəyəri 1497 manat olan məhsul satılmışdır.
45. xx.xx.2025-ci il tarixli, MT2504 seriyalı, 11993876 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən İddiaçı yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 114279,34 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2024-cü il tarixli, OD 252 nömrəli müqavilə qeyd edilmişdir.
46. xx.xx.2025-ci il tarixli, MT2506 seriyalı, 11734293 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən İddiaçı yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 4580 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2024-cü il tarixli, OD 252 nömrəli müqavilə qeyd edilmişdir.
47. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tərtib edilmiş peptisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin idxalına rəylər və Azərbaycan Respublikası Qida X1 Regional Bölməsi tərəfindən tərtib edilmiş yoxlamanın nəticələri üzrə xx.xx.2025-ci il tarixli, YP-059 nömrəli qərarına əsasən Şəmkir rayonu, Təzəkənd kəndi, Şəmkir-Kür yolunun sağ tərəfində yerləşən Cavabdeh MMC-də aparılan yoxlamaların nəticəsi qənaətbəxş hesab edilmiş, istifadə müddəti bitmiş, dövlət sınağından keçməmiş, dövlət qeydiyyatına alınmamış, standartlara və texniki şərtlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan saxta və keyfiyyətsiz peptisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin satışının həyata keçirilmədiyi müəyyən edilmişdir.
48. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Sabirabad rayonu, Bulduq kəndi ərazisində yerləşən 6.031 ha torpaq sahəsi İddiaçı xeyrinə yüklü edilmişdir. Qeydiyyat tarixi: xx.xx.2021, qeydiyyat nömrəsi: **********.
49. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Sabirabad rayonu, Bulduq kəndi ərazisində yerləşən 5.952 ha torpaq sahəsi İddiaçı xeyrinə yüklü edilmişdir. Qeydiyyat tarixi: xx.xx.2021, qeydiyyat nömrəsi: **********.
50. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Sabirabad rayonu, Bulduq kəndi ərazisində yerləşən 6.8749 ha torpaq sahəsi İddiaçı xeyrinə yüklü edilmişdir. Qeydiyyat tarixi: xx.xx.2021, qeydiyyat nömrəsi: **********.
51. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Sabirabad rayonu, Bulduq kəndi ərazisində yerləşən 4.845 ha torpaq sahəsi İddiaçı xeyrinə yüklü edilmişdir. Qeydiyyat tarixi: xx.xx.2021, qeydiyyat nömrəsi: **********.
52. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Sabirabad rayonu, Bulduq kəndi ərazisində yerləşən 6.32 ha torpaq sahəsi İddiaçı xeyrinə yüklü edilmişdir. Qeydiyyat tarixi: xx.xx.2021, qeydiyyat nömrəsi: **********.
53. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Sabirabad rayonu, Bulduq kəndi ərazisində yerləşən 6.1695 ha torpaq sahəsi İddiaçı xeyrinə yüklü edilmişdir. Qeydiyyat tarixi: xx.xx.2021, qeydiyyat nömrəsi: **********.
54. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Sabirabad rayonu, Bulduq kəndi ərazisində yerləşən 7.391 ha torpaq sahəsi İddiaçı xeyrinə yüklü edilmişdir. Qeydiyyat tarixi: xx.xx.2021, qeydiyyat nömrəsi: **********.
55. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Sabirabad rayonu, Bulduq kəndi ərazisində yerləşən 2.10 ha torpaq sahəsi İddiaçı xeyrinə yüklü edilmişdir. Qeydiyyat tarixi: xx.xx.2021, qeydiyyat nömrəsi: **********.
56. İddiaçı tərəfindən iş materiallarına ağacların ziyan görməsi, ziyanverici həşəratlarla bağlı fotoşəkillər əlavə edilmişdir.
57. Sabirabad Rayon Mərkəzi Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktda qeyd edilmişdir ki, Sabirabad rayonunun Bulduq kəndində fəaliyyət göstərən özəl meyvə bağı şirkətinin rəhbəri İddiaçı Sabirabad X4 Mərkəzinə müraciətində, rayonun Bulduq kəndində 70 hektara yaxın sahədə 5 ildən artıq müddətdə aqrotexniki qaydalara tam uyğun şəkildə özəl olaraq müxtəlif növ meyvə bitkiləri əkib becərdiklərini, onlardan istehsal edilmiş meyvələri satmaqla gəlir əldə etdiklərini, bununla təsərrüfatının fəsiləsiz fəaliyyətini təmin etdiklərini, lakin 2024-cü ilin son aylarından 2025-ci ilin may ayına qədər Şəmkir rayonunda fəaliyyət göstərən Cavabdehndən müvafiq razılaşma əsasında əkib becərdikləri meyvə ağaclarının müxtəlif zərərverici və xəstəliklərinə qarşı kimyəvi mübarizə aparılması məqsədi ilə ümumi dəyəri yüz min manatdan yuxarı vəsaitin nağd şəkildə ödənilməklə müxtəlif növ kimyəvi dərman preparatları aldıqlarını, onların çilənməsini şirkətin əməkdaşı türkiyəli Fikrət adlı mütəxəssisin tövsiyyələri və iştirakı ilə həyata keçirdiklərini, lakin həyata keçirdikləri kimyəvi mübarizənin heç bir səmərəsinin olmadığını, əksinə ziyanverici həşəratların fəallaşaraq məhsullara və məhsuldarlığa daha çox ziyan vurduqlarını və onlara külli miqdarda maddi ziyan dəydiyini, əlavə olaraq ziyanvericilərin kütləvi surətdə sirayətlənməsi nəticəsində yüzlərlə məhsuldar meyvə ağaclarının quruyaraq məhv olduqlarını və məhv olmaq ərəfəsində olduqlarını bildirmiş, onlara vurulmuş maddi ziyanın ödənilməsi üçün mütəxəssis rəyinin hazırlanmasına köməklik göstərilməsini xahiş etmişdir. Qeyd olunmalıdır ki, şikayətçinin və onun işçilərinin bildirdiklərinə görə türkiyəli mütəxəssis Fikrət adlı şəxs dərman preparatlarının çilənməsi zamanı həftədə iki dəfə şəxsən özü iştirak etmiş, iştirak edə bilməyəndə isə telefon vasitəsilə öz tövsiyələrini vermişdir. Müraciətlə əlaqədar rayonun Bulduq kəndində fəaliyyət göstərən özəl meyvə bağlarının rəhbəri İddiaçı iştirakı ilə yuxarıda adı qeyd olunan meyvə bağlarına mütəxəssis baxışı keçirilmiş, baxış zamanı ərizədə göstərilənlər əsasən öz təsdiqini tapmışdır. Belə ki, rayonun Bulduq kəndində fəaliyyət göstərən, yuxarıda adı qeyd olunan 70 hektara yaxın ərazidə becərilən müxtəlif növ meyvə ağaclarından ibarət meyvə bağına baxış keçirilərkən müəyyənləşdirildi ki, həqiqətən də yuxarıda haqqında qeyd olunan sahədə armud, gilas, alça, gavalı, nektarin ağacları yüksək aqrotexniki qaydada becərilir. Cərgə araları yumşaldılaraq alaq otlarından təmizlənmiş, ağaclarda vaxtında budama işləri aparılmış ve suvarılmışdır. Bundan əlavə, mülkiyyətçinin, bağa təhkim olunmuş agronomun və orada işləyən fəhlələrin bildirdiklərinə görə zərərverici və xəstəliklərə qarşı "Smart Trade” MMC şirkətinin nümayəndələrinin tövsiyyələri və iştirakı ilə zərərvericilərə qarşı müxtəlif növ kimyəvi preparatlarla dəfələrlə kimyəvi mübarizə aparmışlar. Buna baxmayaraq, bağ sahibinin və aqronomunun dediklərinə əsasən onlar iddia edirlər ki, səpilən dərman preparatlarının səmərəsi olmamış, alça ve gilas sahələrindən, minlərlə ağaclardan ümumiyyətlə gilas və alça məhsulu əldə etmək mümkün olmamış, digər armud, gavalı ve nektarin bağlarında isə məhsuldarlığa orta hesabla 65-85% miqdarında ziyan dəymiş, məhsulun miqdarı, keyfiyyəti və əmtəə dəyəri aşağı düşmüşdür. Bağlara baxış keçirərkən armud, gavalı və nektarin sahələrinin müxtəlif növ zərərverici həşəratlara sirayətləndiyi və onların generasiyasının davam etdiyi aşkarlandı. Halbuki, fermerin və onun agronomunun bildirdiklərinə görə həmin sahələrdə zərərvericilərə qarşı bir neçə gün əvvəl kimyəvi mübarizə aparılmışdır. Təsərrüfatın rəhbərinin və aqronomunun bildirdiklərinə əsasən kimyəvi dərmanların bəzilərinin istifadə muddəti başa çatmış, bəzilərinin isə ümumiyyətlə təsir xüsusiyyəti olmamış, nəticədə təsərrüfata külli miqdarda maddi ziyan dəymişdir. Dəymiş ziyanın müəyyənləşdirilməsi üçün müvafiq rəyin hazırlanması barədə şikayətçiyə rayon məhkəməsinə və ya müstəqil mütəxəssislərə müraciət etməsi tövsiyyə olunmuşdur. X5 və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Sabirabad rayon Mərkəzinin rəisi Bəxtiyar Məmiyev, BMFM-in Sabirabad rayon Mərkəzinin aparıcı mütəxəssisi Elvin Hüseynov və Sabirabad rayonu, Bulduq kəndinin ərazisində fəaliyyət göstərən özəl şirkətin icraçı direktoru İddiaçı tərəfindən imzalanmışdır.
58. Alim-aqronom X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli rəyə əsasən Sabirabad rayonu Bulduq kəndində fəaliyyət göstərən özəl meyvə bağı şirkətinin rəhbəri İddiaçı müstəqil mütəxəssis kimi ərizə ilə müraciət edərək, rayonun Bulduq kəndində 70 hektara yaxın sahədə 5 ildən artıq müddətdə özəl olaraq tam aqrotexniki qaydalara uyğun şəkildə müxtəlif növ meyvə bitkiləri əkib becərdiklərini, onlardan istehsal edilmiş məhsulları satmaqla yüksək gəlir əldə etdiklərini, bununla da təsərrüfatlarının fasiləsiz fəaliyyətlərini təmin etdiklərini, lakin 2024-cü ilin son aylarından 2025-ci ilin may ayına qədər Şəmkir rayonunda fəaliyyət göstərən Cavabdeh MMC-dən müvafiq razılaşma əsasında əkib becərdikləri meyvə ağaclarının müxtəlif zərərverici və xəstəliklərinə qarşı kimyəvi mübarizə aparılması məqsədi ilə ümumi dəyəri yüz min manatdan yuxarı vəsaitin nağd şəkildə ödənilməklə müxtəlif növ kimyəvi dərman preparatları aldıqlarını, onların çilənməsini şirkətin əməkdaşı Türkiyəli Fikrət adlı mütəxəssisinin tövsiyyələri və iştirakı ilə həyata keçirdiklərini, lakin, həyata keçirdikləri kimyəvi mübarizənin heç bir səmərəsinin olmadığını, əksinə, ziyanverici həşəratların fəallaşaraq məhsullara va məhsuldarlığa daha çox ziyan vurduqlarını va onlara külli miqdarda maddi ziyan dəydiyini, əlavə olaraq ziyanvericilərin kütləvi surətdə sirayətlənməsi nəticəsində yüzlərlə məhsuldar meyvə ağaclarının quruyaraq məhv olduqlanını və məhv olmaq ərəfəsində olduqlarını bildirmiş, onlara vurulmuş maddi ziyanın ödənilməsi üçün mütəxəssis rəyinin hazırlanmasına köməklik göstəriməsini xahiş etmişdir. Qeyd olunmalıdır ki, şikayətçinin və onun işçilərinin bildirdiklərinə görə Türkiyəli mütəxəssis Fikrət adlı şəxs dərman preparatlarının çilənməsi zamanı həftədə iki dəfə şəxsən özü iştirak etmiş, iştirak edə bilməyənde isə telefon vasitəsilə öz tövsiyələrini vermişdir. Müraciətlə əlaqədar rayonun Bulduq kəndində fəaliyyət göstərən özəl meyvə bağlarının rəhbəri İddiaçı iştirakı ilə yuxarıda adı qeyd olunan meyvə bağlarına tərəfindən mütəxəssis baxışı keçirilçmişdir. Müəyyən olundu ki, rayonun Bulduq kəndində həqiqətən də İddiaçı rəhbərliyi altında 70 hektara yaxın ərazidə müxtəlif növ meyvə ağaclarından ibarət meyvə bağı salınmış, 5 ildən artıq müddətdir ki, həmin sahələrdə aqrotexniki qaydalara uyğun şəkildə armud, gilas, alça, gavalı, nektarin və digər meyvə ağacları əkilib becərilir. Belə ki, sahələrdə cərgə araları yumşaldılaraq alaq otlarından təmizlənmiş, vaxtında budama işləri aparılmış və suvarılmışdır. Bundan əlavə mülkiyyətçinin və orada işləyənlərin bildirdiklərinə göre zərərverici və xəstəliklərə qarşı "Smart Trade” MMC şirkətinin nümayəndələrinin tövsiyələri ve iştirakı ilə müxtəlif növ preparatlarla dəfələrlə kimyəvi mübarizə aparmışlar. Buna baxmayaraq səpilən dərman preparatlarının səmərəsi hiss olunmamış, alça ve gilas sahələrindən minlərlə gilas və alça ağaçlarından məhsul əldə etmək mümkün olmamış, digər meyvə ağaclarının məhsuldarlığı orta hesabla təqribən 65-85% aşağı düşmüşdür, eyni zamanda qalan məhsulun miqdarı, keyfiyyəti və əmtəə dəyəri aşağı düşmüş, satışa yararsız vəziyyətdə olmuşdur. Sahələrə baxış keçirərkən armud, gavalı ve nektarin sahələrində müxtəlif növ zərərverici həşəratların sirayətlənməsı ve onların Agronomun bildirdiyinə görə kimyəvi dərmanların bəzilərinin istifadə müddəti başa çatmış, bəzilərinin isə ümumiyyətlə təsir xüsusiyyəti olmamışdır. Nəticədə təsərrüfata külli miqdarda maddi ziyan dəymişdir. Sahələrə mütəxəssis baxışı keçirilmiş, müvafiq araşdırmalar və aqrotexniki hesablamar apararılaraq Şəmkir rayonunda fəaliyyət gösteren Cavabdeh MMC şirkətinin mütəxəssis ve nümayəndələninin verdikləri yanlış tövsiyələri, həmçinin bəzi dərman preparatlarının istifadə müddətinin başa çatmasına baxmayaraq tətbiq olunması nəticəsində İddiaçı meyvə bağları təsərrüfatına dəymiş maddi ziyan aşağıdakı kimi hesablanmışdır. Yuxarıda qeyd olunduğu kimi İddiaçı təsərrüfatında 70 hektara yaxın sahədə müxtəlif növlü minlərlə meyvə ağacları əkilib becərilir, həmin ağaclara yüksek aqrotexniki qaydalara uyğun qulluq göstərilir. Lakin zərərverici və xəstəliklərə qarşı kimyəvi mübarizə zamanı Cavabdeh MMC şirkətinin mütəxəssisləri tərəfindən düzgün diaqnoz qoyulmadığı ve düzgün kimyəvi preparat seçimi edilmədiyindən bağda becərilən Nektarin, Armud, Gavali, Alça ve Gilas ağaclarının məhsul itkisindən İddiaçı təsərrüfatına külli miqdarda maddi ziyan dəymişdir. Həmin ziyanın məbləğləri ayrı-ayrı bitkilər üzrə aşağıdakı kimidir: Nektarin: Ağacların sayı 5 yaşlı ağac-5000 ədəd. Bir ağacın məhsuldarlığı orta hesabla 40 kq. Məhsul itkisi orta hesabla 50% olmaqla 5000 ağac x 40 kg x 50% = 100000 kq təşkil etmişdir. Hal-hazırda isə sağlam becərilmiş 1 kg nektarin meyvəsinin satış qiyməti 3 manat olduğundan, bu meyvədən təsərrüfata dəymiş maddi ziyan 100000 x 3 man = 300000 manat olmuşdur; 2. Armud: Ağacların sayı 5 yaşlı 1250 ədəd. Bir ağacın məhsuldarlığı orta hesabla 25 kq. Məhsul itkisi orta hesabla 80% olmaqla, 1250 əd x 25 kq x 80% = 25000 kq məhsul itkisi olmuşdur. 1kq armudun bu ilki satış qiyməti 3 manat təşkil etdiyindən maddi ziyan məbləği 25000 kq x 3 man 75000 manat olmuşdur; 3. Gavalı: Ağacların sayı 3800 nəşr. Bir ağacın məhsuldarlığı 30 kq. Məhsul itkisi orta hesabla 85% olmaqla 3800 əd x 30 kq = 114000 kq x 85% = 96900 kq məhsul itkisi olmuşdur. 1 kq gavalı meyvəsinin satış qiyməti orta hesabla 2.5 manat olduğundan, dəymiş maddi ziyanın məbləği 96900 kq x 2.5 man. 242250 manat təşkil etmişdir; 4. Gilas: Ağacların sayı 3800 ədəd Bir ağacın məhsuldarlığı orta hesabla 6 kq. Məhsul itkisi orta hesabla 100% olmaqla 3800 əd. X 6 kq x 100% = 22800 kq məhsul itkisi olmuşdur. 1 kq gilas meyvəsinin hazırda satış qiyməti orta hesabla 5 manat təşkil etdiyindən 22800 kq x 5 man 114000 manat maddi ziyan olmuşdur; 5. Alça: Ağacların sayı 1000 əd. Bir ağacın orta məhsuldarlığı 20 kq. Məhsul itkisi orta hesabla 60% olmaqla, 1000 əd X 20 kq x 60% = 12000 kq məhsul itkisi olmuşdur. Bu ilki mövsümdə 1 kq alça məhsulunun orta satış qiyməti 3 manat təşkil etmişdir. Bu hesabla alça məhsulunun itkisindən təsərrüfata dəymiş maddi ziyanın məbləği 12000 kq x 3 man= 36000 manat təşkil etmişdir. Bunlardan əlavə, armud bağlarında alma (armud) ballıcasının kütləvi sirayətlənməsi və onlara qarşı aparılan kimyəvi mübarizənin səmərəsizliyi nəticəsində həmin ziyanvericilər daha da sürətlə sirayətlənmiş, ağacın gövdə, budaq və yarpaqlarının şirəsini soraraq onları zəiflətmiş, ifrazatları ile yarpaq, gövdə, budaq və meyvələrini çirkləndirir, mehsullar normal inkişafdan qalır və onların əmtəəlik dəyəri aşağı və istifadəyə yararsız vəziyyətə düşür. Eyni zamanda ağaclar özləri də inkişafdan qalır və qurumağa başlayır. Məhz bu səbəbdən də hazırda təsərrüfatda ballıcanın və sorucu ağız aparatına malik digər həşəratların güclü sirayətlənməsi nəticəsində yüzdən artıq armud ağacları ve 150 ədəd Nektarin ağacları qurumuş və ya qurumaq üzrədirlər. Hər bir armud ağacı gələcəkdə ən azı 5 hər il üçün 25 kq hesab ilə 125 kq armud meyvəsi verə bilərdi. Bu isə ən azı 100 əd ağacdan 100 ǝd X 125 kg = 12500 kq armud meyvəsi deməkdir. 1 kq armud meyvəsinin orta pərakəndə satış qiyməti 3 manat olmaqla 12500 kq x 3 manat = 37500 manat maddi ziyan alınır. 150 ədəd Nektarin bitkisinin hər biri ildə 40 kq hesab ilə bir ildə 8000 kq nektarin meyvəsi deməkdir. Həmin ağaclardan ən azı gələcək 5 ildə 6000 kg x 5 = 30000 kq nektarin meyvəsi deməkdir. Bir kq nektarin meyvəsinin satış qiyməti orta hesabla 3 manat olmaqla 30000 kq x 3 man. = 90000 manat təşkil edir. Beləliklə, İddiaçı məxsus 70 hektarda becərilən meyvə bağında müxtəlif növ meyvə ağaclarının məhsuldarlığına kimyəvi dərman preparatlarının qeyri-düzgün tətbiqindən, eləcə də bəzi preparatların istifadə müddətinin keçməsi nəticəsində tətbiqinin səmərəsizliyi nəticəsində təsərrüfata nektarin, armud, gavalı, gilas, alça ağaclarının məhsuldarlığının aşağı düşməsi ve 100 ədəd armud va 150 ədəd nektarin ağacının quruması nəticəsində ümumilikdə dəymiş maddi ziyanın ümumi məbləği aşağıdakı kimi olmuşdur: 300000 man + 75000 man+ 242250 man.+ 114000 man + 36000 man + 37500 man+90000 man = 894750 (səkkiz yüz doxsan dörd min yeddi yüz əlli) manat ümumi maddi ziyan müəyyən edilmişdir.
59. Alim-aqronom X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli rəyə əsasən Sabirabad rayonu Bulduq kəndində fəaliyyət göstərən özəl meyvə bağı şirkətinin rəhbəri İddiaçı müstəqil mütəxəssis kimi ərizə ilə müraciət edərək, 2024-cü ilin son aylarından 2025-ci ilin may ayına qədər Şəmkir rayonunda fəaliyyət göstərən "xxxx" MMC-dən müvafiq razılaşma əsasında əkib becərdikləri meyvə ağaclarının müxtəlif zərərverici və xəstəliklərinə qarşı kimyəvi mübarizə aparılması məqsədi ilə ümumi dəyəri yüz min manatdan yuxarı vəsaitlə nağd şəkildə ödənilməklə müxtəlif növ kimyəvi dərman preparatları aldıqlarını, onların çilənməsini şirkət əməkdaşlarının tövsiyyələri və iştirakları ilə həyata keçirdiklərini, lakin həyata keçirdikləri kimyəvi mübarizənin heç bir səmərəsinin olmadığını, əksinə bəzi preparatların istifadə müddətinin bitməsi səbəbindən xəstəlik və ziyanvericilərin daha da aqressiv şəkildə fəallıqlaşdıqlarını, 2025-ci ilin iyun ayındakı müraciətindən həmin ilin dekabr ayına kimi keçən müddət ərzində hektarlarla sahədə becərdikləri 4000 ədəd tam meyvə vermək qabiliyyətində olan armud ağaclarınıın 70-80%dən çoxunun quruyaraq məhv olduğunu, yeni armud bağının salınması zərurətinin yarandığını, bunun üçün müxtəlif yaşlı ağacların eyni sahədə becərilməsinin məqsədə uyğun olmadığı üçün salamat qalan ağacların da sahədən çıxarılaraq kənarlaşdırılmasının vacibliyini, lakin bütün bu işlərin həyata keçirilməsi üçün həddən artıq böyük maddi vəsaitin tələb olunduğunu, yeni bağın salınmasının təsərrüfat üçün böyük məbləğdə maddi ziyan demək olduğunu bildirmiş, həmin maddi ziyanın hesablanması və ödənilməsi üçün mütəxəssis rəyinin hazırlanmasında ona köməklik göstərilməsini xahiş etmişdir. Müraciətlə əlaqədar rayonun Bulduq kəndində fəaliyyət özəl meyvə şirkətinin rəhbəri İddiaçı və təsərrüfat aqronomunun iştirakı ilə meyvə bağına mütəxəssis baxışı keçirildi. Baxış zamanı ərizədə göstərilənlər əsasən öz təsdiqini tapdı. Müəyyən olundu ki, rayonun Bulduq kəndində həqiqətən də İddiaçı rəhbərliyi altında 70 hektara yaxın ərazidə müxtəlif növ meyvə ağaclarından ibarət meyvə bağı salınmış, 5 ildən artıq müddətdir ki, həmin sahələrdə aqrotexniki qaydalara uyğun şəkildə armud, gilas, alça, gavalı, nektarin və digər meyvə ağacları əkilib becərilir. Belə ki, sahələrdə cərgə araları yumşaldılaraq alaq otlarından təmizlənmiş, vaxtında budama işləri aparılmış və suvarılmışdır. Bundan əlavə, mülkiyyətçinin və orada işləyənlərin bildirdiklərinə görə zərərverici və xəstəliklərə qarşı "xxxx" MMC şirkətininin nümayəndələrinin tövsiyələri və iştirakı ilə müxtəlif növ preparatlarla dəfələrlə kimyəvi mübarizə aparmışlar. Buna baxmayaraq, vegetasiya dövründə səpilən dərman preparatlarının səmərəsi hiss olunmamış, bir çox meyvə sahələrindən məhsul əldə etmək mümkün olmamış, digər meyvə ağaclarının məhsuldarlığı orta hesabla təqribən 65-85 faiz aşağı düşmüşdür, eyni zamanda qalan məhsulun miqdarı, keyfiyyəti və əmtəə dəyəri aşağı düşmüş, satışa yararsız vəziyyətdə olmuşdur. Bununla əlaqədar 19 iyun 2025-ci ildə tarixdə dəymiş ziyan barədə mütəxəssis rəyi tərtib olunmuşdur və hazırda məhkəmə baxışı icraatında olduğu müəyyən olunmuşdur. Müəyyən olumuşdur ki, xx.xx.2025-ci il tarixindan keçən dövr ərzində 4000 ədəd bar verən armud ağaclarının 70%-dən çoxu xəstəlik va ziyanvericilərin təsiri altında quruyaraq məhv olmuşdur. Bu isə 2800 bar verən meyvə ağacı deməkdir. Deməli, armud bağının bərpa edilməsi üçün bu ağaclar doğranaraq sahədən çıxarılmalı, sonra isə həmin ağacların kötükləri yerindən traktorla qazılaraq çıxarılmalı və sahədən kənara daşınmalıdır. Bundan əlavə qeyd olunmalıdır ki, eyni bağda müxtəlif yaşlı ağaclara aqrotexniki qulluq işləri müxtəlif olduğundan onların bir yerdə əkilib becərilməsi məqsədəmüvafiq deyil. Bu səbəbdən də həmin bağda hələlik salamat qalmış armud ağaclarının da çıxarılaraq, sahədən kənarlaşdırılması zərurəti yaranmışdır. Buna görə də armud bağının bərpası üçün 4000 ədəd armud tingi alınmalı, onlar üçün quyular qazılmalı va əkilməlidir. Əİbəttə, bütün bunlar üçün müvafiq xərclər tələb olunur. Bundan əlavə, həmin bağda 16 sortda olan 17400 ədəd nektarin va şaftalı ağacının ümumi şəkildə təqribən 35%-nin quruyaraq məhv olduğu müəyyən olunmuşdur. Sahələrə mütəxəssis baxışı keçirilmiş, müvafiq araşdırmalar va aqrotexniki hesablamar apararaq, Şəmkir rayonunda fəaliyyət göstərən "xxxx" MMC şirkətinin mütəxəssis və nümayəndələrinin verdikləri yanlış tövsiyələri, həmçinin bəzi dərman preparatlarının istifadə müddətinin başa çatmasına baxmayaraq, tətbiq olunması nəticəsində İddiaçı meyvə bağları təsərrüfatına dəymiş maddi ziyan aşağıdakı kimi hesablanmışdır: Qurumuş hər bir ədəd armud ağacının kəsilib doğranaraq, sahədən kənara daşınması üçün tələb olunan xərc = 7 manat, belə olduqda: 1. 4000 əd. x 7 man. = 28000 manat. 2. Həmin ağacların yeraltı kötük hissələrinin traktorla çıxarılması və kənara daşınması, bir ağac üçün orta hesabla 8 manat. O halda: 4000 ad. x 8 man. = 32000 manat. 3. Bir ədəd armud tinginin alınması : 4000 ad. x 7 man. = 28000 manat. 4. Bir ədəd armud ağacının əkilməsi üçün quyunun qazılması və əkilməsi - 8 manat: 4000 ədəd x 8 manat 32000 manat. Deməli, 4000 ədəd yenidən armud bağının bərpa edilməsi üçün ümumilikdə: 28000 + 32000 + 28000 + 32000 = 120000 (yüz iyirmi min) manat xərc tələb olunur. Qeyd edirəm ki, 4000 ədəd armud ağacı yenidən əkilib yenidən az miqdarda məhsul verənə qədər 3 il, tam məhsul verənə qədər isə 5 il vaxt tələb olunur. Məhv olmuş 4000 ədəd armud ağacı 5 yaşlı ağaclar idi va onların hər biri bir mövsüm ərzində orta hesabla 22 kq məhsul verir ki, bu da bir mövsüm ərzində təqribən: 4000 əd. x 22 kq = 88000 kq məhsul deməkdir. 1 kq armud meyvəsinin satış qiyməti 2,5 manat olduğundan: 88000 kq x 2,5 manat = 220000 manat. 2 il ərzində isə bu: 220000 man. X 2 il = 440000 (Dörd yüz qırx min) manat maddi ziyan təşkil edər. Bundan əlavə, 16 sektorda 17400 ədəd nektarin və şaftalı ağacları, 0 cümlədən hər sektorda 1087 ədəd ağac mövcuddur, 13 sektorun hər birində orta hesabla 4% ağacda quruma, 2 sektor nektarın, 1 sektor isə şaftalı ağaclarının 35 %-i yuxarıda göstərilən səbəbdən quruyaraq məhv olmuşdur kı, bunun da ümumi sayını aşağıdakı kimi müəyyən etdi: 1087 ədəd x 4% = 44 əd. 44 əd. məhv olmuş ağac x 13 sektor= 572 ədəd. Bundan əlavə, 3 sektorun hər birində orta hesabla 35% quruma olmuşdur ki, bunun da ümumi sayı: 1141 əd.+ 572 əd.= 1113 ədəd məhv olmuş ağac təşkil edir. Bu ağacların bərpası üçün tələb olunan maddi xərc aşağıda göstərilən məbləğdə təşkil edir: 1. 1713 əd. ağacın kəsilib, doğranaraq sahədən çıxarılması: bir ağac üçün 7 manat, 1713 əd. x 7 manat = 11991 manat; 2. 1713 ədəd ağacın yeraltı kötüklərinin traktorla qazılıbçıxarılması, sahədən kənara çıxarılması, bir ağac üçün 8 manat: 1713 əd. x 8 manat = 13704 manat, 3. 1713 əd. yeni tinglərin alınması, bir ədəd tingin qiyməti 7 manat: 1713 əd. x 7 manat = 11991 manat; 4. 1713 ad. quyunun qazılması və tinglərin sahəyə daşınması və əkilməsi: 8 manat 1713 x 8 manat = 13704 manat., ümumilikdə isə: 5. 11991 man. + 13704 man. + 11991 man. + 13704 man.= 51390 (əlli bir min üç yüz doxsan) manat təşkil etmişdir. Qeyd olunmalıdır ki, 13 sektorda 572 ədəd nektarin va şaftalı ağacının quruyaraq məhv olması nəticəsində sahələrdə seyrəklik yaranmışdır. Nəticədə həmin sektorlarda xəstəlik və ziyanvericilərə qarşı traktorla kimyəvi mübarizə aparılarkən çiləmə zamanı məhv olmuş ağaclara da dərman vurularkən izafi xərclər yaranır ki, nəticədə təsərrüfata maddi ziyan dəyir. Əlavə olaraq qeyd olunmalıdır ki, məhv olmuş həmin ağaclar 5 yaşlı tam meyvəyə düşmüş ağaclardır və hər bir ağac bir ildə orta hesabla 22 kq məhsul verir. Yeni əkilmiş tinglər ən azı 3 il müddətinə məhsul verməyə başlayır. Bu da o deməkdir ki, 1713 ədəd nektarin və şaftalı ağaclarının quruyaraq məhv olmasından 2 ilde: 1713 əd. x 22 kq = 37686 kq x 2 il x 75372 kq məhsul 2 il ərzində. Mövsüm ərzində 1 kq nektarin və şaftalı meyvələrinin minimal qiyməti 2,5 manat olduğundan: 75372 kq x 2,5 man. = 188430 manat maddi ziyan dəymişdir. Beləliklə, Sabirabad rayonu, Bulduq kəndində fəaliyyət göstərən özəl meyvə bağları şirkəti tərəfindən 2024-cü ilin son aylarında Şəmkir rayonunda fəaliyyət göstərən "xxxx" MMCdən bitki xəstəlik və ziyanvericilərə qarşı mübarizə aparmaq üçün qarşılıqlı razılaşma əsasında 100000 manat dəyərində nağd şəkildə almış olduğu kimyəvi dərman preparatlarının bəzilərinin istifadə müddətlərinin keçməsi səbəbindən, bəzilərinin isə ümumiyyətlə təsirinin olmaması səbəbindən çoxlu sayda bar verən meyvə ağaclarının, xəstəlik va ziyanvericilərin vurduqları ziyan nəticəsində 4000 ədəd 5 yaşlı bar verən armud ağacı, 1713 ədəd nektarin və şaftalı ağacı məhv olmuşdur. Beləliklə, məhv olmuş ağacların məhsuldarlığı və məhv olan ağacların yerində yeni bağların salınması üçün haqqında sözügedən özəl meyvə şirkətinə dəymiş maddi ziyanın ümumi məbləği: 120000 man. + 51390 man. + 188430 man. + 440000 man. = 799820 (yeddi yüz doxsan doqquz min səkkiz yüz iyirmi) manat təşkil etmişdir.
60. İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktubundan müəyyən olunur ki, 894750 manat dəymiş ziyanın 10 (gün) ərzində ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
61. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 584.1. Qanunvericilik, dövlət standartlarının məcburi tələbləri və ya digər məcburi qaydalar ilə əşyanın təyinatı üzrə istifadəyə yararlığına hədd qoyan müddət (yararlıq müddəti) müəyyənləşdirilə bilər. 584.2. Satıcı yararlıq müddəti müəyyənləşdirilmiş əşyanı alıcıya elə hesabla verməlidir ki, yararlıq müddəti bitənədək əşyadan təyinatı üzrə istifadə edilə bilsin.
62. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
63. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında şifahi alqısatqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Razılaşmaya əsasən satıcı Cavabdeh MMC alıcı İddiaçı ziyanverici həşəratlara qarşı kimyəvi dərman preparatlarını satmağı, alıcı İddiaçı isə həmin məhsulların dəyərini razılaşmaya uyğun ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Tərəflər arasında razılaşmanın olduğu, satıcı tərəfindən məhsulların alıcıya təhvil verilməsi işin mübahisəsiz hallarını təşkil edir. İlk iddia üzrə iddiaçı təhvil alınmış preparatların istifadəyə yararsız olduğunu, vaxtının keçməsi səbəbindən heç bir təsirinin olmamasını, nəticədə isə ziyanvericilərin məhsula külli miqdarda ziyan vurduğunu və əldə edilmiş məhsulun ümid ediləndən xeyli miqdarda aşağı olduğunu iddia etmiş, qarşılıqlı iddia üzrə iddiaçı isə ilk iddianı qəbul etməmiş, eyni zamanda malların razılaşmaya uyğun olaraq təhvil verildiyini və müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirdiklərini, lakin alıcının təhvil aldığı malın dəyərini ödəmək barədə öhdəliyini yerinə yetirmədiyini bildirmişdir. Nəticədə tərəflər arasında mübahisə yaranmış və məhkəməyə müraciət olunmuşdur.
64. İlk iddia tələbini İddiaçı vurulmuş ziyana görə 894750 (səkkiz yüz doxsan dörd min yeddi yüz əlli) manat pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı xeyrinə ödənilməsi təşkil edir.
65. Məhkəmə qanunvericilik normalarını, işin faktiki hallarını, işdə olan sübutları nəzərə alaraq hesab edir ki, ilk iddia təmin edilməməlidir.
66. Belə ki, işin mübahisəsiz halıdır ki, ilk iddia üzrə cavabdeh tərəfindən kimyəvi dərman preparatları iddiaçıya təhvil verilmişdir. İddiaçı həmin preparatlardan istifadənin heç bir təsirinin olmadığını və yararlılıq müddətinin keçməsi səbəbindən ziyanvericilərin məhv olmadığını və bunun da nəticəsində məhsuldarlığın aşağı düşdüyünü və bütün bunların cavabdehin öz öhdəliklərini lazımınca yerinə yetirməməsi nəticəsində baş verdiyini iddia etsə də, bununla bağlı mötəbər sübutları təqdim etməmişdir. İlk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili öz izahatında qeyd etmişdir ki, Cavabdeh MMC tərəfindən türk vətəndaşı olan Fikrət adlı şəxs mütəxəssis qismində təyin edilmiş və dərmanların çiləmə prosesi tamamilə ona həvalə edilmişdir. Lakin ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Fikrət adlı şəxsi tanımadıqlarını, belə bir işçilərinin olmadığını, ümumiyyətlə MMC-nin belə mütəxəssislər təyin etmə vəzifəsinin olmadığını qeyd etmiş və bildirmişdir ki, satıcı kimi üzərinə düşən öhdəliklər onlar tərəfindən yerinə yetirilmişdir, iddiaçının iddiasını isə əsassız olduğundan qəbul etmirlər.
67. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən məhkəməyə sübut qismində təqdim edilmiş maddi daşıyıcı (CD-Disk) tədqiq edilmişdir. CD-Diskdə yer alan ilk iddia üzrə iddiaçı ilə Cavabdeh MMC tərəfindən mütəxəssis qismində cəlb edildiyi iddia edilən Fikrət adlı şəxsin whatsapp yazışmaları və mübahisələndirilən aylar üzrə ziyanverici həşəratlar tərəfindən vurulmuş ziyanı, ağacların qurumasını və s. özündə əks etdirən videoçəkilişlər tədqiq edilmişdir və müəyyən edilmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsində ziyanın vurulması ilə qeyd etdiyi hallar təsdiqini tapır. Həmin hallar iddiaçının təqdim etdiyi yuxarıda qeyd olunan hallarla bağlı rəylərlə də təsdiq olunur, yəni iddiaçıya ziyanın dəyməsi öz təsdiqini tapır. Lakin həmin halların məhz cavabdehdən alınan preparatlardan istifadə nəticəsində baş verməsi ilə bağlı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Eyni zamanda Fikrət adlı şəxsin Cavabdeh MMC-nin işçisi, əməkdaşı olması yaxud da MMC tərəfindən təyin edildiyini təsdiq edən sübutlar təqdim edilməmişdir. İlk iddia üzrə iddiaçının nümayəndəsi əvvəlki məhkəmə iclaslarında verdiyi izahatlarında həmin mütəxəssislə aralarında şifahi razılıq əldə edildiyini və qeyri-rəsmi formada 1000 manat məbləğində əməkhaqqının verildiyini qeyd etmişdir.
68. Bundan əlavə olaraq qeyd edilməlidir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tərtib edilmiş peptisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin idxalına rəylər və Azərbaycan Respublikası Qida X1 Regional Bölməsi tərəfindən tərtib edilmiş yoxlamanın nəticələri üzrə xx.xx.2025-ci il tarixli, YP-059 nömrəli qərarına əsasən Şəmkir rayonu, Təzəkənd kəndi, Şəmkir-Kür yolunun sağ tərəfində yerləşən Cavabdeh MMC-də aparılan yoxlamaların nəticəsi qənaətbəxş hesab edilmiş, istifadə müddəti bitmiş, dövlət sınağından keçməmiş, dövlət qeydiyyatına alınmamış, standartlara və texniki şərtlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan saxta və keyfiyyətsiz peptisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin satışının həyata keçirilmədiyi müəyyən edilmişdir. Qeyd edilən sənədlər ilk iddia üzrə iddiaçının cavabdehə münasibətdə irəli sürdüyü mülahizələri şübhə altına almaqla, sübut edilmə zəruriliyi yaradır.
69. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçının sübut qismində təqdim etdiyi rəylərdə əksini tapan aşağıdakı ifadələr: “eyni bağda müxtəlif yaşlı ağaclara aqrotexniki qulluq işləri müxtəlif olduğundan onların bir yerdə əkilib becərilməsi məqsədəmüvafiq deyil”, “mülkiyyətçinin və orada işləyənlərin bildirdiklərinə görə”, “Sahələrə mütəxəssis baxışı keçirilmiş, müvafiq araşdırmalar va aqrotexniki hesablamar apararaq, Şəmkir rayonunda fəaliyyət göstərən "xxxx" MMC şirkətinin mütəxəssis və nümayəndələrinin verdikləri yanlış tövsiyələri” və s. cavabdehə münasibətdə iddianın əsaslılığını şübhə altına alır. Qeyd olunmalıdır ki, tərəflər arasında ilk iddia üzrə cavabdehin belə tövsiyələr vermək öhdəliyinin müəyyən olunması barədə razılaşmanın olması təsdiqini tapmamışdır. Həmçinin bəzi dərman preparatlarının istifadə müddətinin başa çatmasına baxmayaraq, tətbiq olunması nəticəsində İddiaçı meyvə bağları təsərrüfatına dəymiş maddi ziyanla bağlı iddiaçının bildirdiklərinə gəlincə isə qeyd olunmalıdır ki, iddiaçı özünün də qeyd etdiyi kimi, 2024-cü ilin fevral ayından başlayaraq 2025-ci ilin iyun ayınadək olan müddətdə müxtəlif vaxtlarda müxtəlif adlarda cavabdehdən müxtəlif kimyəvi dərman preparatları (bəziləri həm 2024-cü ildə, bəziləri isə 2025-ci ildə) alınmışdır. Aldığı dərman maddələrinin müddəti ilə bağlı satıcıya heç bir pretenziyası olmamışdır. Saxlanılıb isifadə müddəti sonradan keçmiş (hansı vaxtdan sonra müddətin keçməsi yaxud keçməməsi isə müəyyən deyil) preparatlar olsaydı belə, iddiaçı məhz həmin səbəbdən dərmanların təsirinin olmayacağı ehtimalını görməliydi və istifadə etməməliydi.
70. Təqdim edilən rəylərdə deyilir ki, zərərverici və xəstəliklərə qarşı kimyəvi mübarizə zamanı Cavabdeh MMC şirkətinin mütəxəssisləri tərəfindən düzgün diaqnoz qoyulmadığı ve düzgün kimyəvi preparat seçimi edilmədiyindən bağda becərilən armud, gavalı və s. ağacların məhsul itkisindən İddiaçı təsərrüfatına külli miqdarda maddi ziyan dəymişdir. Göründüyü kimi, səbəb kimi Cavabdeh MMC şirkətinin mütəxəssisləri tərəfindən düzgün diaqnozun qoyulmaması və düzgün kimyəvi preparat seçiminin edilmədiyi göstərilir. Halbuki, iddiaçının göstərdiyi şəxsin qarşı tərəfin mütəxəssisi, işçisi olması, yenə də cavabdehin iddiaçı qarşısında müvafiq öhdəliyinin olması müəyyən edilmir.
71. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid (iddiaçının atası) verdiyi ifadəyə münasibətdə qeyd olunmalıdır ki, həmin ifadə ilk iddianın təmin olunması üçün mötəbər sübut qismində qəbul oluna bilməz.
72. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, ilk iddia üzrə iddia tələbi qanunvericiliyin tələblərinə uyğun olaraq əsaslandırılmadığından təmin edilməməlidir.
73. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli qərarında qeyd edilmişdir ki: “....hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır”.
74. Qeyd olunanlara əsasən məhkəmə ilk iddia üzrə hazırkı nəticəyə gəlmişdir.
75. Qarşılıqlı iddia tələbi üzrə iddia tələbini 118859 (yüz on səkkiz min səkkiz yüz əlli doqquz) manat məbləğində borcun ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq Cavabdeh MMC-yə ödənilməsi təşkil edir.
76. Məhkəmə qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, cavabdehin qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, belə olan halda isə iddiaçının həmin məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, qarşılıqlı iddia təmin edilməli və cavabdeh İddiaçı 118859 (yüz on səkkiz min səkkiz yüz əlli doqquz) manat məbləğində pul vəsaiti tutularaq Cavabdehnə ödənilməlidir. Belə ki, razılaşmaya uyğun olaraq mallar İddiaçı təhvil verilmiş, lakin dəyəri ödənilməmişdir. Cavabdeh MMC tərəfindən İddiaçı ümumi dəyəri 118859,34 manat olan 2 elektron qaimə göndərilmişdir.
77. Qarşılıqlı iddia üzrə cavabdeh borc məbləğinin nağd şəkildə ödənildiyini bildirsə də, qeyd olunan məbləğin ödənilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
78. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı 118859 (yüz on səkkiz min səkkiz yüz əlli doqquz) manat məbləğində pul vəsaiti tutularaq Cavabdehnə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova