Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6426/2021 27.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsi, Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədirliyi ilə, Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh “X1 Təsərrüfatı” məhdud məsuliyyətli cəmiyyətinə qarşı 20.06.2017-ci il tarixli 207-LD/17 nömrəli müqavilə üzrə 111395.58 manat gecikdirilmiş əsas borcun və 84993.90 manat cərimənin, 10.08.2017-ci il tarixli 248- LD/17 nömrəli müqavilə üzrə 78742.56 manat gecikdirilmiş borcun və 56402.29 manat cərimənin, 18.04.2018-ci il tarixli 233-LD/18 nömrəli müqavilə üzrə 88938.00 manat gecikdirilmiş əsas borcun və 51849.50 manat cərimənin, 31.05.2018-ci il tarixli 309-LD/18 nömrəli müqavilə üzrə 127350.00 manat gecikdirilmiş borcun və 74246.40 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 350 manatın, cəmi 674.268,23 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh “X1 Təsərrüfatı” məhdud məsuliyyətli cəmiyyətinə qarşı 20.06.2017-ci il tarixli 207-LD/17 nömrəli müqavilə üzrə 111395.58 manat gecikdirilmiş əsas borcun və 84993.90 manat cərimənin, 10.08.2017-ci il tarixli 248- LD/17 nömrəli müqavilə üzrə 78742.56 manat gecikdirilmiş borcun və 56402.29 manat cərimənin, 18.04.2018-ci il tarixli 233-LD/18 nömrəli müqavilə üzrə 88938.00 manat gecikdirilmiş əsas borcun və 51849.50 manat cərimənin, 31.05.2018-ci il tarixli 309-LD/18 nömrəli müqavilə üzrə 127350.00 manat gecikdirilmiş borcun və 74246.40 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 350 manatın, cəmi 674.268,23 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəylə məhkəməyə müraciət edərək iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1- 261.0.3 və 261.0.6, 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Buna görə məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh “X1 Təsərrüfatı” məhdud məsuliyyətli cəmiyyətinə qarşı 20.06.2017-ci il tarixli 207-LD/17 nömrəli müqavilə üzrə 111395.58 manat gecikdirilmiş əsas borcun və 84993.90 manat cərimənin, 10.08.2017-ci il tarixli 248- LD/17 nömrəli müqavilə üzrə 78742.56 manat gecikdirilmiş borcun və 56402.29 manat cərimənin, 18.04.2018-ci il tarixli 233-LD/18 nömrəli müqavilə üzrə 88938.00 manat gecikdirilmiş əsas borcun və 51849.50 manat cərimənin, 31.05.2018-ci il tarixli 309-LD/18 nömrəli müqavilə üzrə 127350.00 manat gecikdirilmiş borcun və 74246.40 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 350 manatın, cəmi 674.268,23 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-6426/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6426/2021
27.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver