Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6442/2024 07.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20073,99 ABŞ dolları məbləğində əsas borcun və Müqavilənin 12.2-ci bəndinə əsasən ödənişin gecikdirilməsi ilə bağlı hesablanmış 2,007.39 ABŞ dolları məbləğində cərimənin, ümumilikdə 22,081.38 ABŞ dolları məbləğində pul vəsaitinin və ödənilmiş 202.62 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra “İddiaçı”), "xxxx" QSC-nin törəmə cəmiyyəti olmaqla, dəmiryolu nəqliyyatı ilə beynəlxalq və yerli yükdaşımaları sahəsində fəaliyyət göstərən və müvafiq qaydada hər il əldə olunmuş mənfəətdən dövlət büdcəsinə dividend ödəyən bir dövlət şirkətidir. Yük daşınma xidmətlərinin göstərilməsi çərçivəsində İddiaçı MMC iləCavabdeh MM(Cbundan sonra “Cavabdeh”) arasında xidmətlərin göstərilməsi haqqında 21-ADY-AZE-075a nömrəli, xx.xx.2021-ci il tarixli müqavilə (bundan sonra “Müqavilə”) imzalayaraq mülki-hüquqi münasibətlərə daxil olmuşdur. Müqavilə şərtlərinə uyğun olaraq Cavabdehə dəmiryolu daşınmaları ilə bağlı verdiyi sifarişlər əsasında nəqliyyat-ekspedisiya xidməti göstərilmişdir, lakin Cavabdeh Müqavilənin 1.1, 2.2.5, 8.1, 8.7-ci bəndlərinin tələblərini pozaraq İddiaçı MMC tərəfindən göstərilmiş xidmətlər müqabilində zəruri ödənişləri həyata keçirməmişdir. Bununla belə, cari tarixə Cavabdehin İddiaçı qarşısında 20,073.99 (iyirmi min yetmiş üç dollar, 99 sent) ABŞ dolları məbləğində pul öhdəliyi mövcuddur. Sözügedən borc məbləğinin yaranması Cavabdeh tərəfindən verilmiş daşınmaya dair sifarişlər, bu sifarişlər əsasında kəsilmiş İNV-AZE 2112-0460 nömrəli, xx.xx.2021-ci il tarixli; İNV-AZE 2202-0946 nömrəli, xx.xx.2022-ci il tarixli; İNV-AZE 2204-0032 nömrəli, xx.xx.2022-ci il tarixli; İNV- AZE 2205-0742 və İNV-AZE 2205-0249 nömrəli, xx.xx.2022-ci il tarixli; İNV-AZE 2206- 0688 nömrəli, xx.xx.2022-ci il tarixli və İNV-AZE 2208-0861 nömrəli, xx.xx.2022-ci il tarixli invoyslar, o cümlədən bu invoyslar əsasında kəsilmiş 356945 nömrəli, xx.xx.2022-ci il tarixli; 493773 nömrəli, xx.xx.2022-ci il tarixli; 091562 nömrəli, xx.xx.2022-ci il tarixli; 575686 və 717204 nömrəli, xx.xx.2022-ci il tarixli; 506505 nömrəli, xx.xx.2022-ci il tarixli və 808564 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə-fakturalar, habelə Müqavilə üzrə göstərilən xidmətlərə dair xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli Üzləşmə aktları ilə öz təsdiqini tapmaqdadır. Qeyd olunan invoysların ümumi dəyəri 134,970.58 (yüz otuz dörd min doqquz yüz yetmiş dollar, 58 sent) ABŞ dolları ekvivalentində 229,449.99 (iki yüz iyirmi doqquz min dörd yüz qırx doqquz manat, 99 qəpik) AZN təşkil edir və bu invoysların əhatə etdiyi xidmətlərə dair Cavabdeh ümumi olaraq 114,896.59 ABŞ dolları məbləğində ödəniş etmişdir. Hazırda, Cavabdehin İddiaçı qarşısında 20,073.99 (iyirmi min yetmiş üç dollar, 99 sent) ABŞ dolları ekvivalentində 34,125.78 (otuz dörd min yüz iyirmi beş manat, 78 qəpik) AZN məbləğində borcu qalmaqdadır. Cavabdeh bu borcla bağlı tərəflər arasında olan son xx.xx.2022-ci il tarixli Üzləşmə aktında qeyd olunan xx.xx.2022-ci il tarixli ödənişdən sonra hər hansı ödəniş etməmişdir. Müqavilənin 9.2 və 9.3-cü bəndlərinin şərtlərinə uyğun olaraq, göstərilmiş xidmətlərlə bağlı dövr üzrə təqdim olunmuş Üzləşmə aktlarından qarşı tərəfdən 5 (beş) iş günü ərzində əsaslanıdırlmış imtina verilmədikdə, Üzləşmə aktları qəbul olunmuş hesab olunur və belə aktlar xidmətlərin tam yerinə yetirilməsini təsdiqləyir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi İ.Kərimov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə bamayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı (icraçı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 21-ADY-AZE-075a nömrəli xidmət göstərilməsi haqqında müqaviləyə görə, icraçı sifarişçinin yazılı sifarişinə əsasən xidmətlər yerinə yetirməyi və ya onların sifarişçi adından yerinə yetirməsini təşkil etməyi, sifarişçi isə həmin xidmətlər müqabilində icraçıya xidmət haqqı ödəməyi öhdəsinə götürür. Hər bir xidmət üzrə xüsusi şərtlər və qiymətlər müqaviləyə edilən əlavələrdə öz əksini tapacaqdır.
8. Müqavilənin 2.2.2-ci bəndinə görə, bu müqavilə üzrə göstəriləcək xidmətin dəyərini qabaqcadan 100 (yüz) faiz ödmək sifarişçinin vəzifəsidir.
9. Müqavilənin 4.9-cu bəndinə görə, icraçı xidmətləri həyata keçirdikdən sonra tərtib olunmuş VU-36 saylı bildirişi təmir həyata keçirən zavod və ya deponun tərtib etdiyi aktı və xidmət haqqını əks etdirən hesab fakturanı sifarişçiyə təqdim edir.
10. Müqavilənin 12.2-ci bəndinə görə, müqavilə üzrə ödəniş vaxtında olmadığı təqdirdə sifarişçi hər bir gecikdirilmiş gün üçün icraçıya ödənilməmiş məbləğin 0,5 %-i olmaqla cərimə ödəyir, lakin bu borc məbləğinin dəyərinin 10%-dən çox olmamalıdır.
11. İddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışına görə, 21-ADY-AZE-075a nömrəli, xx.xx.2021-ci il tarixli müqavilə üzrə cavabdehin iddiaçıya olan əsas borcu 20073,99 ABŞ dolları, cərimə borcu isə 2007,39 ABŞ dolları təşkil edir. Cavabdeh xx.xx.2022-ci il tarixdən öz borc öhdəliklərini icra etmir.
12. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixdə 23010 manat, xx.xx.2022ci il tarixdə 10670 manat, xx.xx.2022-ci il tarixdə 2448 manat, xx.xx.2022-ci il tarixdə 1224 manat, 2473,22 manat, xx.xx.2022-ci il tarixdə 2448 manat, xx.xx.2022-ci il tarixdə 67051 manat, xx.xx.2022-ci il tarixdə 68000 manat, xx.xx.2022-ci il tarixdə 17000 manat vəsait ödənilmişdir.
13. İddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixli İNV-AZE 2112-0460 nömrəli 14930 ABŞ dolları məbləğində, xx.xx.2022-ci il tarixli İNV-AZE 2202-0946 nömrəli 16569,30 manat məbləğində, xx.xx.2022-ci il tarixli İNV-AZE 2204-0032 nömrəli 28353,04 ABŞ dolları məbləğində, xx.xx.2022-ci il tarixli 45489,32 ABŞ dolları məbləğində, xx.xx.2022-ci il tarixli İNV-AZE 2205-0742 nömrəli 720 ABŞ dolları məbləğində, xx.xx.2022-ci il tarixli İNV-AZE 2206-0688 nömrəli 23548,92 ABŞ dolları məbləğində, xx.xx.2022-ci il tarixli İNV-AZE 2208-0861 nömrəli 5360 ABŞ dolları məbləğində hesab fakturalar təqdim edilmişdir.
14. İddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli EBBR 356945 nömrəli 25381 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBBU 493773 nömrəli 28167,81 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBBZ 091562 nömrəli 48200,17 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCB 575686 nömrəli 77331,84 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCB 717204 nömrəli 1224 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCC 506505 nömrəli 40033,16 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCH 808564 nömrəli 9112 manat məbləğində elektron qaimələr təqdim olunmuşdur.
15. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, cavabdehin iddiaçıya borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 21- ADY-AZE-075a nömrəli müqavilədən irəli gəlir. Cavabdehin həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.
16. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
18. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
19. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
20. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
22. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
23. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.
24. Həmin Məcəllənin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.
25. Həmin Məcəllənin 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir.
26. Həmin Məcəllənin 852.4-cü maddəsinə əsasən ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır.
27. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin xidmət və yük daşınması müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 20073,99 ABŞ dolları borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olduğu üçün təmin edilməli, cavabdehdən 20073,99 ABŞ dolları məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.
28. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən hesablanmış 2007,39 ABŞ dolları dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
29. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
30. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
31. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 1000 ABŞ dolları müəyyən edilməlidir.
32. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 20073,99 ABŞ dolları əsas borc və 2007,39 ABŞ dolları dəbbə pulu (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
34. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 150 manat dövlət rüsumu cavabdehə, 52,62 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 20073,99 ABŞ dolları əsas borc, 1000 ABŞ dolları dəbbə pulu (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) və 150 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş qalan 52,62 manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova