Məhkəmə qərarları › İş №e-2-2(113)-6468/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6468/2021

17.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6468/2021 17.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əliyev Emin Zöhrab oğlu, İddiaçı ("xxxx" MMC) Cavabdehnə qarşı pul tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada verdiyi ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN E T D İ M: İddiaçı ("xxxx" MMC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMCnin rəhbəri X1 (VÖEN:**********) 14 yanvar 2021-ci il tarixli, 04/21 saylı alqı-satqı müqaviləsinə əsasən yaranmış 1277,91 manat borc, 180 manat dəbbə pulu, mediasiya sessiyasına ödənilmiş 40 manat və iddianın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 1527,91 manat tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-4.1.3-cü maddəsinə görə verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. 284-4.2-ci maddəsinə görə bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Azərbaycan Respublikası MPM-nin: 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə olunmalıdır. 150.1.6-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir). 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. 152.1.4 və 152.1.6-ci maddələrinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut və iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Kiçik iddia üzrə sadələşdirilmiş qaydada ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə hesab edir ki, İddiaçı ("xxxx" MMC) tərəfindən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdır, belə ki, ərizəyə əlavə edilmiş siyahıda elektron qaimələrin nömrələri və tarixlər göstərilsə də, sözügedən qaimələrin QR kod ilə təsdiq edilmiş əsilləri əlavə edilməmiş, bununla yanaşı iddiaçı tərəfindən pretenziya, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə Azərbaycan Respublikası MPM-nin 150.2-ci maddəsində nəzərdə tutulmuş qaydada deyil, sürətli poçt vasitəsi ilə çatdırılmışdır. Həmçinin iddiaçının diqqətinə çatdırılır ki, iddia ərizəsində iddiaçı "xxxx" MMC kimi göstərilsə də, elektron sistemində İddiaçı kimi qeydə alınmışdır. Beləliklə, qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, verilmiş tələbi təsdiq edən sənədlər İddiaçı ("xxxx" MMC) Cavabdehnə qarşı pul tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada verdiyi ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrinə əsasən, QƏRARA A L D İ M: İddiaçı ("xxxx" MMC) Cavabdehnə qarşı pul tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada verdiyi ərizənin icraata qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə ********* nömrəli, 10.12.2021-ci il tarixli qəbz geri qaytarılsın. İddiaçı ("xxxx" MMC) izah edilsin ki, kiçik iddialar üzrə sadələşdirilmiş icraat barədə ərizənin qəbul edilməsindən imtina olunması onun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verilməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar