Məhkəmə qərarları › İş №e-2-2(113)-647/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-647/2024

15.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-647/2024 15.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X1, İddiaçı MMC-nin nümayəndəsi, Vəkil katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin direktoru X2i ilə Cavabdeh MMC-nin direktoru X3 arasında xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh MMC-nin İddiaçı MMC-yə olan 15865,10 manat (əsas borc) və 793,25 manat faiz borcu olmaqla ümumilikdə cəmi 16658,35 manat borcunun və mediatora ödənilmiş 200 manatın cavabdehdən məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı MMC-nin direktoru X2i ilə Cavabdeh MMCnin direktoru X3 arasında 24.05. 2021-ci il tarixli alqı-satqı müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən satıcı qismində çıxış edən İddiaçı MMC boya məhsullarını alıcı qismində çıxış edən Cavabdeh MMC-yə satmağı, Cavabdeh MMC isə “Mal”ları qəbul etməyi və müqavilədə razılaşdırılmış şərtlərə uyğun olaraq “Mal”ların dəyərini İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Qiymətlər həmin tarixdə imzalanmış alqı-satqı müqaviləsinə Əlavədə razılaşdırılmışdır (Divar kağızı 25 kq-26 manat, astar boya 16 kq-23 manat, Emusiya 25 kq-65 manat, Emusiya 25 kq-45 manat) Bildiririk ki, cavabdeh İddiaçı MMC əvvələr üzərinə götürdüyü öhdəliyə əməl etsə də sonradan müqavilə şərtlərini pozmağa başlamış və “Mal”ların dəyərini ödəməyi geçikdirmişdir. Son vaxtlar isə ümumiyyətlə ödəmə etməmişdir. Bununla əlaqədar tərəfimizdən İddiaçı MMC-nin rəhbərliyinə pretenziya məktubu ilə rəsmi qaydada müraciət olunmuş, ondan müqavilənin şərtlərinə əməl etməsi və aldığı “Mal”ların dəyərini ödəməsi tələb olunmuşdur. Müqavilə şərtlərini pozmaqda davam edəcəyi təqdirdə qanuna uyğun tədbirlər görüləcəyi cavabdehin diqqətinə çatdırılmışdır. Ancaq, pretenziya məktubunun cavabdeh tərəfindən qəbul edilməsinə baxmayaraq tərəf bundan nəticə şıxarmamış və müqavilə şərtlərini pozmaqda davam etmişdir. Bildiririk ki, xx.xx.2021-ci il tarixli (seriya: EBBE, no491508) və xx.xx.2021-ci il tarixli (seriya: EBBE, no201186) qaimlərlə Cavabdeh MMC tərəfindən alınmış malların dəyəri 12643,70 manat və ikinci qaimə üzrə 3221,40 manat, cəmi 15865,10 manat bu günə qədər İddiaçı MMC-yə ödənilməmişdir. Bütün bu halları nəzərə alaraq İddiaçı MMC pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi, Vəkil iddia ərizəsinə uyğun izahat vermiş və Cavabdeh MMC-dən 15865,10 manat məbləğində borcun, həmçinin həmin borca illik 5%-lə hesablanmış faiz borcun İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli 0536 nömrəli satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında bağlanmış müqavilənin 1.1-ci bəndinin tələbinə görə satıcı bu müqavilənin 1.2 yarım bəndində göstərilən malları (boya) alıcıya təqdim etməyi, alıcı isə həmin məhsulları qəbul etməyi və onun dəyərini ödəməyi öz üzərinə götürür. xx.xx.2021-ci il tarixli EBBE seriyalı 201186 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC Cavabdeh MMC-yə 2730 manat məbləğində mal təhvil vermişdir. xx.xx.2021-ci il tarixli EBBD seriyalı 491508 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC Cavabdeh MMC-yə 10715 manat məbləğində mal təhvil vermişdir. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC İddiaçı MMCyə 491,4 manat ƏDV ödəmişdir. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC İddiaçı MMCyə 1928,7 manat ƏDV ödəmişdir. xx.xx.2023-cü il tarixli MŞB/xx/xx-00634 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC 200 manat məbləğində mediasiya xərcini ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7 və 567-ci maddələrinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə biləralqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli 0536 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, İddiaçı MMC öz üzərinə düşən öhdəliyi yerinə yetirərək iki elektron qaimə üzrə ƏDV daxil 15865,10 manat məbləğində malları Cavabdeh MMC-yə təqdim etsə də, alıcı xx.xx.2021-ci il tarixli EBBD seriyalı 491508 nömrəli və xx.xx.2021-ci il tarixli EBBE seriyalı 201186 nömrəli elektron qaimələr üzrə yalnız ƏDV hissəni, müvafiq olaraq 1928,70 və 491,40 manat məbləğində vəsaiti ödəsə də, əsas borclar ödənilməmiş qalmışdır. Göründüyü kimi iddiaçı ƏDV daxil 15865,10 manat məbləğində vəsaitin ödənilməsi ilə bağlı tələb irəli sürsə də, müəyyən edilmişdir ki, həmin vəsaitin ƏDV hissəsi olan 2420,10 (1928,70+491,40) manatı ödənilmişdir. Bununla yanaşı məhkəmə qeyd ki, İddiaçı MMC illik 5%-lə hesablanmış 793,25 (15865,10x5%) manat faiz borcu tələb etsə də, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən 2420,10 manat məbləğində vəsait ödənildiyinə görə həmin tələb qismən 672,25 (13445 x5%) manat məbləğində hissəsində təmin edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli və cavabdeh "xxxx" MMC-dən 13445 manat əsas borc, illik 5%-lə hesablanmış 672,25 manat faz borcu, mediyasiya xərci kimi ödənilmiş 200 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 13445 manat əsas borc, illik 5%-lə hesablanmış 672,25 manat faz borcu, mediyasiya xərci kimi ödənilmiş 200 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar