Məhkəmə qərarları › İş №e-2-2(113)-6483/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6483/2025

04.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6483/2025 04.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2 "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2 "xxxx" MMC-nə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı QSC-nin (bundan sonra-iddiaçı) cavabdehlər “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2 "xxxx" MMC-nə (bundan sonra cavabdehlər) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4 və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən müştərək qaydada 19 yanvar 2023-cü il tarixli LSLC- 2023/11 nömrəli alğı-satqı müqaviləsi üzrə müqavilə öhdəliyini yerinə yetirməyərək iddiaçıya vurduqları 2897.14 (iki min səkkiz yüz doxsan yeddi manat on dörd qəpik) (ƏDV daxil) məbləğində əsas borcun, 1013 manat (bir min on üç manat) məbləğində dəbbə pulunun, 144.8 (bir yüz qırx dörd manat səksən qəpik) faiz borcunun, cəmi 4054.94 (dörd min əlli dörd manat doxsan dörd qəpik) məbləğin və 61 (altmış bir manat) dövlət rüsumunun İddiaçı QSC xeyrinə alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2 "xxxx" MMC-nin nümayəndəsi N.Əhmədova ərizənin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. İddiaçıya və digər cavabdehə məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbər verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib materialları araşdıraraq hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259- 260, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı QSC-nin cavabdehlər “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2 "xxxx" MMC-nə qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi verilərkən ödənilmiş 60,55 (altmış manat əlli beş qəpik) manat dövlət rüsumu İddiaçı QSC-yə geri qaytarılsın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar