Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6490/2025 20.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı satqı müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakimi Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Süleymanova Ləman Çingiz oğlunun katibliyi, İddiaçının nümayəndələri X3 və X6 iştirakları ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 164 manat 74 qəpik əlavə dəyər vergisi, 915 manat 26 qəpik borcun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 35 manat dövlət rüsumunun, ümumilikdə 1115 (bir mi yüz on beş) manatın İddiaçı MMC-nin xeyrinə tutulması barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 035 №-li “Alğı-Satqı Müqaviləsi” (“Müqavilə”) üzrə ödənilməmiş borc məbləği 1080 (bir min səksən) manat (915.26 manat + 164.74 ƏDV) təşkil edir. xx.xx.2025-ci il tarixli Təhvil-Təslim Aktı № 80105864 və xx.xx.2025-ci il tarixli Təhvil-Təslim Aktı № 80105863 əsasənda iddiaçı “VESTEL” markalı 2 (iki) ədəd televizoru cavabdehə təhvil vermişdir.Müqaviləyə 1 saylı Əlavə - xx.xx.2025-ci il tarixli 035№li X5 əsasən cavabdeh 5 iş gün ərzində iddiaçının bank hesabına ödənişi icra etməli idi. Cavabdeh uzun müddətdir ki, Müqavilə üzrə öhdəliyini icra etmədiyi və ödənişietmədiyi üçün onun iddiaçıya borcu yaranmışdır. Müqavilənin 10-cu bəndinə əsasən isə ödənişin gecikdirildiyi hər gün üçün iddiaçının 1% dəbbə pulu (cərimə) hesablamaq hüququ vardır. 5 iş günü ərzində ödənişi icra etmədiyi üçün 27 iyul 2025-ci il tarixdən etibarən 40 gün üçün iddiaçının cərimə (1080 X 1% X 40 gün) hesablamaq və 432 manat cəriməni tələb etmək hüququ yaranmışdır. Dəfələrlə şifahi və yazılı müraciətimizə (pretenziya məktubumuz da daxil olmaqla) baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliklərini icra etmir və borcunu iddiaçıya ödəmir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdilər.
4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir.
5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 035 №-li “Alğı-Satqı Müqaviləsi”-nə əsasən:
8. Müqavilənin 3-cü bəndinə əsasən Satıcı bu müqavilənin şərtləri əsasında və bu müqavilənin tərkib hissələri olan "X1 göstərilən malları ("Mallar") Alıcının mülkiyyətinə verməyi, Alıcı isə Malları bu müqavilənin şərtləri əsasında qəbul etməyi və onların razılaşdırılmış qiymətlərini ödəməyi öhdəsinə götürür.
9. Müqavilənin 4-cü bəndinə əsasən satıcının hüquq və öhdəlikləri: malları Alıcının Bakı şəhəri ərazisində yerləşən ünvanına çatdırmaq və çatdırılma xərclərini öz üzərinə götürmək. Alıcı tərəfindən qəbul edilməsi anına qədər Malların təsadüfən məhv olması və zədələnməsi riskini öz üzərinə götürmək.
10. Müqavilənin 5-ci bəndinə əsasən alıcının hüquq və öhdəlikləri: malların vaxtmda və Bakı şəhəri ərzisində tələb olunan ünvana çatdırılmasını Satıcıdan tələb etmək; Malların keyfiyyətini, qiymətini, miqdarmı, çeşidini, komplektini müşayiətedici sənədlər əsasmda yoxlayıb təhvil almaq; Razılaşdırılmış qiyməti bu müqavilə ilə müəyyən edilmiş qaydada tam ödəmək; Təhvil aldığı Malların sonradan təsadüfən məhv olması və ya təsadüfən zədələnməsinə görə riski öz üzərinə götürmək;
11. Müqavilənin 6-cı bəndinə əsasən malların qiymətləri, miqdarını, çeşidi "X2" ilə müəyyən edilir.
12. Müqavilənin 7-ci bəndinə əsasən "X2"nda müəyyən olunan yekun qiymətə ƏDV daxildir.
13. Müqavilənin 8-ci bəndinə əsasən ödəniş manatla, e-qaimə və hesab-faktura əsasında Satıcının aşağıdakı bank hesabına 5 iş günü ərzində ödənilməlidir.
14. Müqavilənin 9-cu bəndinə əsasən zəmanət müddəti "X2" üə müəyyən edilir və Malların təhvil verildiyi məqamdan hesablanır. Satıcı zəmanət müddəti ərzində aşkar edümiş qüsurları aradan qaldırır.
15. Müqavilənin 10-cu bəndinə əsasən alıcı gecikdirdiyi ödəniş məbləğinin gündəlik 1% həcmində dəbbə pulu ödəyir.
16. Müqavilənin 11-ci bəndinə əsasən tərəflər biri-birinə vurduğu yalnız real zərəri ödəməyi öhdələrinə götürürlər.
17. Tərəflər xx.xx.2025-ci il tarixli 01 № X4 əsasən Kondisioner Vestel 1 ədədinin qiyməti 533,06 manat, televizor Vestel (55Q9550T) 1 ədədinin qiyməti 584,75 manat, televizor Vestel (43UA9750) 1 ədədinin qiyməti 457,63 manat olmaqla, cəmi 111360,14 manat məbləğində razılaşdırıblar.
18. İddiaçı tərəfindən malların satışına dair cavabdehə xx.xx.2025-ci il tarixli MT**********82 saylı 1080 manat məbləğində e-qaimə göndərilmişdir.
19. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2025-ci il tarixli 80105863 nömrəli təhvil-təslim aktına əsasən cəmi 1 ədəd televizor Vestel (43UA9750), xx.xx.2025-ci il tarixli 80105864 nömrəli təhvil-təslim aktına əsasən cəmi 1 ədəd televizor Vestel (43UA9750) təhvil verilmişdir.
20. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
22. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
23. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
24. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.
25. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
26. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
27. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər
28. Tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 035 №-li müqavilənin 3-cü bəndinə əsasən Satıcı bu müqavilənin şərtləri əsasında və bu müqavilənin tərkib hissələri olan "X1 göstərilən malları alıcının mülkiyyətinə verməyi, Alıcı isə Malları bu müqavilənin şərtləri əsasında qəbul etməyi və onların razılaşdırılmış qiymətlərini ödəməyi öhdəsinə götürür. İddiaçı müqavilədə nəzərdə tutulmuş öhdəlikləri icra etsə də, cavabdehin iddiaçıya müqavilə üzrə ƏDV daxil 1080 manat ödənilməmiş borcu qalmışdır.
29. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, e-qaimə, təhvil-təslim aktları ilə təsdiqini tapdığı üçün, iddia tələbinin ƏDV daxil 1080 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.
30. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya ƏDV daxil 1080 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən ƏDV daxil 1080 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.
31. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 35 manat dövlət rüsumu ödənilmişdir.
32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün dövlət rüsumunun əvəzi qismində 35 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh MMC-dən ƏDV daxil 1080 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 35 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Namazova