Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6497/2024 26.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, İddiaçının və cavabdehin nümayəndələrinin iştirakı olmadan, İddiaçı “PSG X2 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi və lizinq predmetinin qaytarılması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı “PSG X2 Kredit Təşkilatı” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25 noyabr 2022-ci il tarixli, ML/4383nömrəli Maliyyə Lizinqi müqaviləsi üzrə - əsas borcun məbləği 11.779,20 (on bir min yeddi yüz yetmiş doqquz manat iyirmi qəpik) AZN, lizinq üzrə faiz borcunun məbləği 3.210,60 (üç min iki yüz on manat altmış qəpik) AZN, lizinq üzrə hesablanmış cərimə məbləği 152,43 (bir yüz əlli iki manat qırx üç qəpik) AZN olmaqla,cəmi 15.142,23 (on beş min yüz qırx iki manat iyirmi üç qəpik) AZN məbləğdə lizinq borcunun və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 136 (bir yüz otuz altı) AZN məbləğdə dövlət rüsumunun cavabdehlər – Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı - “PSG X2 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsil,izinq predmetini təşkil edən “Ford Fusion” minik markalı avtomobilin saz və işlək vəziyyətdə cavabdehdən alınaraq iddiaçıya geri qaytarılması barədə Qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə hazırlıq iclasları xx.xx.2024-cü il tarixə saat 09:30-a və xx.xx.2024-cü il tarixə saat 11:30-a təyin edilmişdir. İş üzrə keçirilmiş iki hazırlıq iclaslarının heç birində nə iddiaçı, nə də cavabdehlərin nümayəndələri iştirak etməmişdilər. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddiaçı tərəfə iki məhkəmə hazırlıq iclaslarinin yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi heç bir məhkəmə hazırlıq iclasına gəlməmiş və xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iştirak etməməklərinin səbəbləri barədə məhkəməyə məlumat versə də, həmin səbəblərə dair heç bir sübut təqdim etməmişdir, ikinci iclas barədə heç bir məlumat ümumiyyətlə verilməmişdir. Azərbaycan Respublikası MPM-nin: - 259.0.7-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. - 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. - 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli Qərarının 2-ci bəndinə görə Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.7, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı “PSG X2 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi və lizinq predmetinin qaytarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi verilərkən ********** saylı qəbzə əsasən ödənilmiş 136 manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Namazova
Məhkəmə qərarları › İş №e-2-2(113)-6497/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6497/2024
26.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver