Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6512/2022 10.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinın Bakı şəhəri X2 üzrə Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi barədə xüsusi icraat qaydasında ərizəsi üzrə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan hüquqi şəxs ”Binəqədi- 10” MMMC və fiziki şəxs Maraqlı şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 0,01 manat, dövlət sosial müdafiə fonduna olan 3727,6 manat, icbari tibbi sığorta fonduna olan 14,02 manat məbləğində borcun ödənilmesini təmin etmək üçün həmin şəxslərin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində ölkədən gətmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 0,01 manat məbləğində (o cümlədən, maliyyə sanksiyası üzrə 0,01 manat) ”Binəqədi-10” MMMC-nin (VÖEN: **********) dövlət sosial müdafiə fonduna 3727,6 manat, icbari tibbi sığorta fonduna 14,02 manat olmaqla, ümumilikdə 3741,63 manat borcu vardır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmiş, ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin nümayəndəsi isə məhkəməyə ərizə ilə müraciət edərək, maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi barədə ərizənin təmin edilməsini və məhkəmə iclasını vergi orqanının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə qeyd edir ki, vergi orqanı ”Binəqədi-10” MMMC və fiziki şəxs Maraqlı şəxs tərəfindən ödənilməmiş vergi borcu ilə bağlı hüquqi şəxsin icra orqanının rəhbəri və fiziki şəxs Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məhkəmədən xahiş etsə də, məhkəmə hesab edir ki, sözügedən məhdudiyyət yalnız ”Binəqədi-10” MMMC-yə aid olan ********** nömrəli VÖEN üzrə qoyula bilər. Belə ki, fiziki şəxs Maraqlı şəxs ********** nömrəli VÖEN üzrə dövlət büdcəsinə cəmi 0,01 manat borcu olduğundan həmin VÖEN üzrə fiziki şəxs Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilməz. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, ərizə qismən təmin edilməli, yalnız ********** nömrəli VÖEN üzrə vergi ödəyicisi olan hüquqi şəxs ”Binəqədi- 10” MMMC-nin dövlət sosial müdafiə fonduna 3727,6 manat, icbari tibbi sığorta fonduna 14,02 manat olan borcunun ödənilməsinin təmin edilməsi məqsədilə hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Ərizə fiziki şəxs Maraqlı şəxs ********** nömrəli VÖEN üzrə dövlət büdcəsinə olan 0,01 manat borca görə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: Ərizə qismən təmin edilsin. xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan hüquqi şəxs ”Binəqədi-10” MMMC-nin dövlət sosial müdafiə fonduna 3727,6 manat, icbari tibbi sığorta fonduna 14,02 manat olan borcunun ödənilməsinin təmin edilməsi məqsədilə hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Ərizə fiziki şəxs Maraqlı şəxs ********** nömrəli VÖEN üzrə dövlət büdcəsinə olan 0,01 manat borca görə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə hissədə təmin edilməsin. Maraqlı şəxs 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-6512/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6512/2022
10.11.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver