Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-653/2024 08.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı maddi ziyanın ödənilməsi və s. tələbi, Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə birləşdirilmiş işlər (açar sözlər: müqavilə öhdəlikləri, xidmət haqqının tutulması, maddi ziyanın ödənilməsi, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı maddi ziyanın ödənilməsi və s. tələbi, Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə birləşdirilmiş işlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (İddiaçı QSC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 146382,74 manat maddi ziyan, 20000 manat əldən çıxmış fayda, xx.xx.2023-cü il tarixli, 80 saylı sayım müqaviləsi əsasında ödədiyi 5000 manat, 400 manat mediasiya xərci, 10 manat poçt kargüzarlıq xərci, 61,79 manat məhkəmə xərc olmaqla, ümumilikdə 171862,53 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında xx.xx.2022-ci il tarixli № LG/2022/113 xidmət müqaviləsi (anbarlarda saxlamaya və sifarişlərin çatdırılmasına dair) müqavilə bağlanmışdır. Bu müqavilə şərtlərinə əsasən icraçı qismində Bakı şəhəri, Qaradağ rayonu, Xocahəsən yolu 112 A ünvanında yerləşən “1” adlanan ərazidə (qeyri-yaşayış sahəsində) tapşıran “xxx" QSC-yə məxsus olan 15000000 manat dəyərində kompyuter avadanlıqlarının təhlükəsiz (A+ kateqoriyaya uyğun şəkildə) şəraitdə saxlanması və s. xidmətlər göstərilməsi şəxsən direktor xxxə və rəhbərlik etdiyi Cavabdeh MMC şirkətinə etibar edilmişdir. Tərəflər arasında bağlanan xx.xx.2022-ci il tarixli № LG/2022/113 xidmət müqaviləsinin anbarlarda saxlamaya və sifarişlərin çatdırılmasına dair) 7.1-ci bəndinə əsasən icraçı tərəfindən mallarla bağlı lazımi tədbirlərin (müvafiq ehtiyatlı şəxs tərəfindən belə hallarda yerinə yetirəcəyi ağlabatan tədbirləri) təmin edilməməsi nəticəsində saxlanılan istənilən mallara dəyən zərər və ziyana görə icraçı məsuliyyət daşıyır. Hazırda məlum olduğu kimi, 2023-cü ilin iyul ayının sonundan sentyabr ayının ortalarına kimi Logist” MMC-nin məsuliyyət dairəsində olan ərazidə, axşam saat 18:00-dan (iş saatlarından) sonra olan müddətdə “xxx" QSC-yə məxsus olan 146382,74 manat (ilkin maya dəyərində) külli miqdarda avadanlıqların oğurlanması halı baş vermişdir. Belə ki, polis tərəfindən şirkət xx.xx.2023cü il tarixindən zərərçəkmiş kimi tanındığı cinayət işi üzrə ilkin əməlliyyat-istintaq tədbirləri zamanı artıq dörd şəxs barəsində məhkəmə qərarı ilə həbs qətiimkan tədbiri seçilmişdir. Məlum olmuşdur ki, anbar ərazisindən malların davamlı şəkildə, yəni 2023-cü ilin iyul – sentyabr ayları ərzində hissə-hissə oğurlanması Cavabdeh MMC-nin direktoru X1 öz işinə etinasız münasibəti və onun birbaşa günahı nəticəsində yaranmışdır. Belə ki, anbardar Bəxtiyar Hüseynov əvvəlcədən ərazidə elektrik kimi çalışan xxxxdan şübhələndiyini avqust ayında Cavabdeh MMC-nin direktoru xxxə bildirsə də, o, buna əhəmiyyət verməmiş, “yox nə danışırsan, yazıq adamdır” və s. kimi fikirlər bildirmişdir. Eyni zamanda avqust ayında anbar ərazisində video kameraların işləməməsi səbəbini də araşdırmağı ərazidə elektrik kimi çalışan xxxxa həvalə etmişdir. İstinaq zamanı isə məlum olmuşdur ki, Cavabdeh MMC-nin direktoru xxx tanışları olan əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməyən şəxsləri (elektrik qismində çalışdırdığı X9, fəhlə kimi çalışdırdığı X3 və X5) əmək müqaviləsi bağlamadan (qanunla onların bu kimi əraziyə buraxıla bilib bilməmələrini araşdırılmadan) bu şəxslərin iş saatlarında və işdən sonrakı saatlarda milyonlarla manat dəyərində olan avadanlıqların saxlandığı qeyri-yaşayış sahələrinə maneəsiz keçmələrinə şərait yaratmışdır. Belə ki, bu şəxslərin son 3 (üç) ay ərzində gecə vaxtlarında anbar ərazisinə gəlmələrinə göz yumulmuş, vəzifə səhlənkarlığı etmiş, cinayət edən şəxslərin üzərində qonşu olan anbarın açarları olmuş və bu şəxslər ərazidə elektrik, fəhlə və bu kimi işlərə cəlb edilmişlər. Nəticə etibarı ilə məlum olmuşudr ki, Cavabdeh MMC-nin direktoru xxx ilk gündən verdiyi sözdən və müqavilə şərtləri üzrə rəhbərlik etdiyi A+ kateqoriyalı və 24/7 mühafizə olunmalı ərazidə müəmmalı şəkildə 3 ay (iyul – sentyabr) müddətində məhz oğurluq hadisələri baş verən saxlanc yerlərində altı sayda müşahidə kameraları ümumiyyətlə işlək vəziyyətdə olmamasından guya xəbərsiz olmuşdur. İcraçı Cavabdeh MMC-nin maddi məsul şəxsi kimi, qanunsuz səhlənkarlığı (hərəkətsizliyi) nəticəsində anbar ərazisinin etibarlı mühafizəsi təşkil olunmamış və nəticədə 3 ay müddətində eyni şəxslər (faktiki icraçının işçiləri) tərəfindən davamlı xarakter daşıyan silsilə oğurluq hadisələri baş vermişdir. Anbarda malların çatışmadığına dair Cavabdeh MMC-nin direktoru xxxin avqust ayının sonunda İddiaçı QSC-yə dəvət edilməsinə, təsisçi, baş mühasib, hüquqşünas, anbardar və digər əməkdaşların yanında ona ilkin olaraq iddiaçıya məxsus 72000 ABŞ dolları dəyərində malların saxlanc yerində olmadığı barədə məlumat verilməsi və oğurluğa əsaslı şübhələrin olması barədə məlumat verildikdə o, bu məlumatları nəzərə almaq (daxili araşdırma aparmaq) əvəzinə, kinayəli gülüşlə bu halın yanlış olduğunu israrla irəli sürmüş, heç bir təsirli iş görməmişdir. Bu görüşdən heç bir nəticə əldə edilmədiyindən məcburiyyət qarşısında malların üçüncü şəxslər tərəfindən sayımının keçirilməsi təmin edilmişdir. Sayımda Cavabdeh MMC-nin əməkdaşı iştirakını imzası və ştampla təsdiq etmişdir. Məhz bu görüşdən və sayımdan sonra belə Cavabdeh MMC tərəfindən heç-bir təhlükəsizlik addımları atılmadığından, eyni şəxslər tərəfindən anbardan təkrarən daha 40006,84 manat dəyərində malların oğurlanması artıq Cavabdeh MMC-nin direktoru xxxin avqust - sentyabr ayı ərzində də davamlı qanunsuz səhlənkarlıq (hərəkətsizlik) göstərməsi bir daha sübut etmişdir. İddiaçı QSC qarşısında yaratdığı 146382,74 manat maddi ziyan, 20000 manat əldən çıxmış fayda və xx.xx.2023-cü il tarixli 80 nömrəli sayım müqaviləsi əsasında ödədiyi 5000 manat məbləğin qarşılanması üçün Cavabdeh MMC-yə pretenziya məktubu ünvanlansa da, direktoru xxx heç bir hərəkət göstərməmişdir. Daha sonra bu kommersiya mübahisəsinin Bakı 2 saylı Mediasiya təşkilatında alternativ yolla həlli istiqamətində addım atılmasına baxmayaraq, qarşı tərəfin nümayəndəsi təklifləri qəbul etməmişdir. 400 manat mediasiya xərci və 10 manat poçt kargüzarlıq xərci ödənilmişdir. Hazırda isə məhkəmə xərci olan 61,79 manat məbləğin də ödənilməsi təmin edilmişdir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə istinad olunmuşdur.
4. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili iddiaya etiraz etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli LG/2022/113 saylı anbarda saxlama və sifarişlərin çatdırılmasına dair xidmət müqaviləsi bağlanmışdır. Cavabdeh MMC tərəfindən 2023-cü ilin fevral ayınadək qeyd olunan müqavilə əsasında İddiaçı QSC-yə aid malların sonuncudan müvafiq sənədlər əsasında anbara qəbul edilməsi, yerləşdirilməsi, çeşidlənməsi, saxlanılması, seçilməsi, yüklənməsi, tapşıranın təyin etdiyi ünvanlara çatdırılması və sair xidmətlər göstərilmişdir. 2023-cü ilin yanvar ayından Cavabdeh MMC tərəfindən “xxx" QSC-nin istəyinə əsasən yuxarıda qeyd edilən xidmətlərin göstərilməsi dayandırılmış və sonuncunun anbar sahəsinin ayrılması barədə istəyinə uyğun olaraq onlar üçün 600 m² anbar sahəsi ayrılaraq təqdim edilmişdir. Bundan sonra iddiaçı həmin anbar sahəsinə malları özü yerləşdirmiş, çeşidləmiş, saxlamış və anbardan çıxarılmasına nəzarət etmişdir. Anbara daxil olan və çıxarılan mallar barədə cavabdehə hər hansı məlumat verilməmişdir. Bununla da qeyd edilən tarixdən tərəflər arasındakı münasibətlər faktiki olaraq anbar sahəsinin sub-icarəsi münasibətlərinə keçirilmiş və 2023-cü ilin fevral ayından başlayaraq buna görə hesablanmış sub-icarə haqqı məbləğləri hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş aktlar əsasında müəyyən edilmiş qiymətlər əsasında ödənilməyə başlanmışdır. 2023-cü ilin sentyabr ayında iddiaçının anbar sahəsində onlara məxsus bir sıra malların çatışmadığı barədə məlumatları əsasında cavabdeh ərazidə olan müşahidə kameraları vasitəsi ilə anbar sahələrinə şübhəli şəxslərin daxil olduğunu gördükdən sonra dərhal AR DİN-nin 102 qaynar xətt xidmətinə məlumat verilmiş və Qaradağ RPİ tərəfindən müvafiq araşdırma nəticəsində ərazidə oğurluq cinayətinin törədilməsi faktı aşkar olunaraq bu barədə ********* nömrəli cinayət işi başlanılmış və cinayət işi üzrə bir neçə şəxs təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Qaradağ Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. İddiaçı QSC sözügedən cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İddiaçı cinayət nəticəsində ona vurulmuş ziyanla bağlı hazırkı iş üzrə Cavabdeh MMC-yə qarşı iddia qaldırmaqda haqlı olmamışdır. Belə ki, hazırkı iddia tələbi cinayət əməlini törətməkdə təqsirli bilinən şəxslərə qarşı qaldırılmalı idi. Azərbaycan Respublikası Mülki Məcəllənin 404.1-404.2-ci maddələrinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyəqədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
5. Eyni zamanda iddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən iddiaçı Cavabdeh xeyrinə icarə haqqı borcu üzrə ƏDV daxil 19665 manat, gecikdirilmiş günlərə görə hesablanmış ƏDV daxil 2619,20 manat və hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 1500 manat, həmçinin hazırkı iddianın qaldırılması ilə əlaqədar dövlət rüsumu kimi dövlət büdcəsinə ödəmiş, 161,50 manat dövlət rüsumu olmaqla, cəmi 23945 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı QSC ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli LG/2022/113 saylı anbarda saxlama və sifarişlərin çatdırılmasına dair xidmət müqaviləsinə əsasən Cavabdeh MMC tərəfindən 2023-cü ilin yanvar ayınadək malların anbara qəbul edilməsi, yerləşdirilməsi, çeşidlənməsi, saxlanılması, seçilməsi, yüklənməsi, təyin etdiyiniz ünvanlara çatdırılması və sair xidmətlər göstərilmişdir. 2023-cü ilin fevral ayından cavabdehin istəyinə əsasən yuxarıda qeyd edilən xidmətlərin göstərilməsi dayandırılmış və həmin müəssisə üçün Bakı xxxx Mərkəzi MMC-nin ərazisində iddiaçının icarəsində olan anbar sahələrindən 600 m2 anbar sahəsi ayrılmaqla cavabdehin istifadəsinə verilmişdir. Bununla da münasibətlər faktiki olaraq anbar sahəsinin icarəsi münasibətlərinə keçirilmişdir. 2023-cü ilin fevral ayından başlayaraq buna görə hesablanmış icarə haqqı məbləğləri hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş aktlar əsasında müəyyən edilmiş anbar sahəsinin istifadəsinə görə müəyyən edilmiş qiymətlər üzrə cavabdehə təqdim edilən e-qaimələr əsasında ödənilməyə başlanılmışdır. xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən qeyd edilən anbar sahəsi boşaldılaraq icarə münasibətlərinə də xitam verilmişdir. Lakin cavabdeh anbar sahəsindən istifadəyə (icarəyə) görə hesablanmış 2023-cü ilin avqust ayı üzrə ƏDV daxil 9658,56 (doqquz min altı yüz əlli səkkiz manat əllialtı qəpik) manat, sentyabr ayı üzrə isə ƏDV daxil 10006,52 (on min altımanat əlli iki qəpik) manat olmaqla, cəmi 19665 (on doqquz min altı yüz altmış beş) manat əsas borc məbləğlərini bu günə qədər ödəməmişdir. Bununla əlaqədar olaraq dəfələrlə cavabdehə müraciət edilsə də, heç bir nəticə əldə olunmamış, yaranmış borcun ödənilməsi təmin edilməmişdir. Bundan başqa, sözügedən borc məbləğlərinin vaxtında ödənilmədiyinə görə, gecişdirilmiş hər gün üçün 0,01 % cərimə məbləği olaraq xx.xx.2024-cü il tarixədək 2023-cü ilin avqust ayı üçün icarə haqqı məbləği üzrə xx.xx.2024-cü il tarixədək 156 gün gecikməyə görə 1458,44 manat, 2023-cü ilin sentyabr ayı üzrə icarə haqqı məbləğinin 121 gün gecikməsinə görə isə 1160,76 manat olmaqla, ümumilikdə 2619,20 manat dəbbə pulu hesablanmışdır və həmin cərimə məbləği də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən yaranmış mübahisə məhkəmə qaydasında həll edilməli, anbar sahəsinin icarəsinə görə yaranmış 19665,08 manat məbləğində əsas borc, gecikdirilmiş günlərə hesablanmaqla yaranmış 2619,20 (iki min altı yüz on doqquz manat iyirmi qəpik) manat və hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 1500 (bir min beş yüz) manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
7. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425, 448.1, 675, 684-cü maddələrinə istinad olunmuşdur.
8. İddiaçı QSC-nin nümayəndəsi tərəfindən etiraz ərizəsi təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı QSC arasında xx.xx.2022-ci il tarixli № LG/2022/113 xidmət müqaviləsi (anbarlarda saxlamaya və sifarişlərin çatdırılmasına dair) bağlanmışdır. Belə ki, qeyd edilən müqaviləyə əsasən anbara daxil olan mallar icraçı Cavabdeh MMC tərəfindən çeşidlənməli, rəflərə düzülməli və daha sonra tapşıran İddiaçı QSC tərəfindən göstərilən ünvana Cavabdeh MMC tərəfindən çatdırılmalı idi. Halbuki biznes dövriyyəsi artdıqca Cavabdeh MMC tərəfindən istənilən keyfiyyətdə xidmət göstərilməmiş, İddiaçı QSC tərəfindən müəyyən narazılıqlara səbəb olmuşdur. İddiaçı QSC öz müştərilərini vaxtlı-vaxtında müvafiq mallarla təmin etmək və biznes prosesini surətləndirmək məqsədilə X2 anbardar vəzifəsinə işə götürmüş və həmin anbardar Cavabdeh MMC-nin işçiləri ilə bərabər anbara daxil olan malların çeşidlənib rəflərə düzülməsində, həmçinin anbardan yola salınmasında birbaşa iştirak etmişdir. Amma müəyyən müddət sonra İddiaçı QSC-nin anbarda olan mallarının sayının kəskin artması səbəbindən malların ayrı sahədə və yanaşı yığılmasının biznesin tələbləri baxımından daha məqsədəuyğun olacağı güman edilmiş və bu barədə Cavabdeh MMCyə məlumat verilmişdir. Belə ki, Cavabdeh MMC tərəfindən təkcə İddiaçı QSC-nin malları deyil, həmçinin xidmət göstərdiyi digər firmaların malları qarışıq formada anbarda saxlanılırdı. Eləcə də, Cavabdeh MMC-də rəflərin ölçüsü FİN palletə uyğun dizayn edilmişdir, halbuki İddiaçı QSC tərəfindən anbara mədaxil edilən mallar Çin palleti olması səbəbindən İddiaçı QSC sanki boş sahə üçün ödəniş etməli olurdu. Qeyd edilən nüanslar anbarda malların ayrı sahədə və yanaşı toplanmasına ehtiyac yaratmış, nəticədə İddiaçı QSC-yǝ məxsus mallar elə Cavabdeh MMC-nin anbar sahəsinin daxilində bir yerə yanaşı şəkildə toplamış və anbardar tərəfindən malların dövriyyəsi təmin edilmişdir. Əslində mahiyyət etibarilə dəyişən bir şey olmamışdır. Belə ki, anbardar daha əvvəl malların dövriyyəsini Cavabdeh MMC-nin xidmət göstərdiyi digər firmalara məxsus mallarla yanaşı təmin etdiyi halda, 2023-cü ilin əvvəllərindən etibarən bu prosesi yenə Cavabdeh MMC-nin anbarının içində, sadəcə ayrı bir sahədən həyata keçirmişdir. Hazırda Cavabdeh MMC bu prosesi bəhanə və manipulyasiya edərək, məsuliyyətdən yayınmaqdan ötrü sanki tərəflər arasında münasibətlərin subicarə münasibətlərinə dəyişdiyini iddia edir. Halbuki hüquqi cəhətdən dəyişilən münasibətin olmaması ilə yanaşı işin mahiyyətində də dəyişiklik yoxdur, sadəcə dəyişilən İddiaçı QSC mallarının pərakəndə şəkildə deyil, bir yerdə toplanması və dövriyyəsinin anbardar tərəfindən bir yerdən aparılması olmuşdur. Eyni zamanda qeyd etmək lazımdır ki, Cavabdeh MMC-nin məhkəməyə təqdim etdiyi "Bakı xxxx Mərkəzi” MMC ilə 2018-ci ildə 5 illik müddətə bağlanmış müqavilə qüvvədən düşmüş hesab edilə bilər. Belə ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə vergi orqanına təqdim etmək məqsədilə obyekt kodu barəsində müraciət edilmiş və Cavabdeh MMC tərəfindən 2022-ci ildə "xxxx" MMC ilə "xxxx" MMC bağlanmış və notarial qaydada təsdiq edilmiş icarə müqaviləsi təqdim edilmişdir (qoşmada e-mail və digər sənədlər). Həmin müqavilədə nə mühafizə, nə də üçüncü tərəfə subicarə münasibətlərinə dair hər hansı məqam yoxdur. Mülki qanunvericilik baxımından da "xxxx" MMC-nin icarəyə götürdüyü obyekti subicarəyə vermək kimi hüququ olmamışdır, olsaydı, bu kimi səlahiyyətlər notarial qaydada təsdiqlənmiş 2022-ci il müqaviləsində göstərilməli idi. Ümumiyyətlə, "Logist” MMC tərəfindən təqdim edilmiş bütün rəsmi sənədlərdə xüsusi olaraq xidmət göstərildiyi vurğulanmışdır. Belə ki, göndərilən elektron qaimələrdə “təqdim edilmiş mal, iş və ya xidmətlər" sətrində kod olaraq – **********, yəni saxlanma və anbara yığma üzrə sair xidmətlər kodu seçilmiş, təyinatda müvafiq ay üzrə logistik xidmətlər yazılmışdır. Yəni tərəflər həm biznesin normal axışında Cavabdeh MMC tərəfindən göstərilən xidmətlərin say olaraq artıb-azaldığını qəbul etmişdir. Eləcə də, Vergi Məcəlləsinin tələblərinə əsasən əgər subicarə münasibətinə keçid olsaydı, bu halda mütləq notarial qaydada təsdiqlənmiş icarə müqaviləsi olmalı və müvafiq məlumatlar Dövlət Vergi Xidmətinə təqdim edilərək anbar kodu alınmalı idi. Həmçinin xidmət müqaviləsinin qüvvədə olması və subicarə münasibətlərinə keçid olmaması səbəbindən anbar kodu alınmamışdır. Bununla belə, cavabdeh ilə iddiaçı arasında bağlanan xx.xx.2022-ci il tarixli, LG/2022/113 nömrəli xidmət müqaviləsi (anbarlarda saxlamaya və sifarişlərin çatdırılmasına dair) müqavilənin 2.4-cü və 7.1-ci bəndinə əsasən icraçı tərəfindən mallarla bağlı lazımi tədbirlərin (müvafiq ehtiyatlı şəxs tərəfindən belə hallarda yerinə yetirəcəyi ağlabatan tədbirləri) təmin edilməməsi nəticəsində saxlanılan istənilən mallara dəyən zərər və ziyana görə icraçı məsuliyyət daşıyır. Cavabdeh məsuliyyətdən yayınaraq qeyd edir və əsas gətirməyə çalışır ki, bu təhlükəsizlik tədbirləri Bakı xxxx Mərkəzi ("xxxx" MMC) tərəfindən icra edilməli idi. Halbuki, xidmət müqaviləsinin (anbarlarda saxlamaya və sifarişlərin çatdırılmasına dair) 12-ci maddəsinə əsasən üçüncü tərəfə qarşı iddialar sürülə bilməz, həmçinin LG/2022/113 xidmət müqaviləsində “BLC Company" MMC tərəfindən mühafizə təşkil ediləcəyinə dair hər hansı məqam yoxdur. Cavabdeh MMC-nin direktoru xxx ərazidə elektrik kimi xxxxu özü çalışdırmışdır. Belə ki, anbarda Bəxtiyar Hüseynov tərəfindən anbar sahəsində xarab olmuş lampaların dəyişdirilməsi üçün dövri olaraq xxxə müraciət edilmiş, o da öz növbəsində “Rüfəti göndərərəm, gəlib dəyişər” demişdir. Faktiki olaraq 2023-cü ilin iyul - sentyabr ayları ərzində anbar xidmətləri göstərmək və bunun müqabilində xidmət haqqı almaq əvəzinə "xxxx" MMC-nin direktoru xxx işini düzgün qurmadığından, təhlükəsizliyi təmin etmədiyindən və vəzifə səhlənkarlığı nəticəsində 15000000 manat daşınar əmlakımız olan ərazidə əvvəllər məhkum olunmuş şəxs olan elektrik kimi təqdim etdiyi xxxxun daxil olmasına qanunsuz şərait yaratmışdır. O isə öz növbəsində başına dəstə formasında digər şəxsləri yığaraq, heç bir maneə olmadan “mühafizə olunmalı" ərazidən sakitcəsinə taksi avtomobilinə malları yükləməklə ərazidən çıxarmışdır.
9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1407/2024 saylı qərardadı ilə sözügedən işlərin bir icraatda birləşdirilməsi qərara alınmışdır.
Tədqiq olunan sübutlar:
10. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində və etirazda göstərilənlərə uyğun izahat verərək, İddiaçı QSC-nin iddia tələbinin təmin, Cavabdeh MMC-nin iddia tələbinin isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
11. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində və etirazda göstərilənlərə uyğun izahat verərək, Cavabdeh MMC-nin iddia tələbinin təmin, İddiaçı QSC-nin iddia tələbinin isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirdi ki, hazırkı işlə bağlı cinayət işi gedir və o, zərərçəkmişin nümayəndəsi qismində həmin işdə iştirak edir. Ona məlumat verildi ki, 15000000 dəyərində olan əmlakla bağlı oğurluq hadisəsi baş vermiş, müəyyən mallar anbarda aşkar olunmamışdır. Bununla bağlı dərhal görüş keçirildi və Cavabdeh MMC-nin direktorunu ofisə dəvət etdilər və görüşdülər. Görüşdə o da iştirak edirdi. O, Ceyhun müəllimə sual verdi ki, necə ola bilər ki, qapısı bağlı anbardan oğurluq baş versin. İlkin məlumatlara görə 76000 dollar dəyərində malların yoxa çıxması bildirilmişdi. Ceyhun müəllimə dedi ki, onların elektrik kimi gətirdiyi adamdan şübhələnirlər. Sual verəndə Ceyhun müəllim dedi ki, araşdırma aparıblar və həmin anbarda 2 aya yaxındır ki, kameralar işləmirmiş. Amma sonra da də səhlənkarlıq edilərək heç bir təhlükəsizlik tədbiri görülməmiş və beləcə yenə də oğurluq baş vermişdir. Yenidən oğurluq olandan sonra Ceyhun müəllim dedi ki, xahiş edir, polisə heç bir məlumat verilməsin. Ceyhun müəllim dəfələrlə deyib ki, heç kimə məlumat verməsinlər. O, təqsirləndirilən şəxslərlə də görüşmüş və ona deyiblər ki, onlarda açar olub və mütəşəkkil dəstə formasında malları talayıblar. Qarşı tərəf malları qorumamışdır. Bu işlərin günahkarı hüquqi şəxs və onun direktorudur. Faktiki olaraq oğurluq edən şəxslərə şərait yaradıbdır. Oğurluq edən şəxslər anbarın qapısından içəri daxil olublar. Ceyhun müəllim müstəntiqin yanında dedi ki, açarı o veribdir.
13. İcarəyə verən qismində "xxxx" MMC ilə icarəçi qismində Cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2-ci bəndinə əsasən bu müqaviləyə görə icarəyə verən 3-cü maddədə qeyd edilən əmlakını (bundan sonra icarǝ obyekti) icarəçinin istifadəsinə və sahibliyinə verməyi, icarəçi isə həmin əmlakı istifadəsinə qəbul edib əvəzində icarəyə verənə haqq ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən icarə obyekti Bakı şəhəri, Lökbatan qəsəbəsi, Xocasən yolu, 112A ünvanında yerləşən "xxxx" kompleksinin (bundan sonra "BLC" adlanacaq) anbar sahəsinin 1-ci mərtəbəsində 600 m2 anbar sahəsi; anbar sahəsinin daxilində 20 m2 ofis sahəsi. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən icarə obyekti 01 mart 2018-ci il tarixindən 28 fevral 2023-cü il tarixinədək, tərəflərin təhvil-təslim aktı imzalaması ilə 5 (beş) illiyə icarəyə verən tərəfindən icarəçinin birbaşa (vasitəsiz) sahibliyinə və istifadəsinə verilir.
14. İcraçı qismində Cavabdeh MMC ilə tapşıran qismində İddiaçı QSC arasında xx.xx.2022-ci il tarixdə LG/2022/113 nömrəli xidmət müqaviləsi (anbarlarda saxlamaya və sifarişlərin çatdırılmasına dair) bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqavilənin şərtlərinə və müddəalarına əsasən icraçı Azərbaycan Respublikası, Bakı şəhəri, Lökbatan qəsəbəsi, Bakı xxxx Mərkəzində malların qəbul edilməsi, yerləşdirilməsi, çeşidlənməsi, saxlanması, seçilməsi, toplanması, yüklənməsi daxil olmaqla, lakin bunlarla məhdudlaşmamaq şərtilə, anbar xidmətləri göstərməyi, tapşıran isə xidmətlərə görə bu müqavilə üzrə təyin edilmiş xidmət haqqını ödəməyi öhdəsinə götürür; 1.2-ci bəndinə əsasən icraçı anbarda toplanılan sifarişlərin Bakı-Abşeron ərazisi üzrə müştərilərə çatdırılmasını öhdəsinə götürür. 2.1-ci bəndinə əsasən icraçı tapşıranın mallarını müvafiq qaydada anbarda qəbul etməyi, yükləməyi və boşaltmağı, saxlamağı öhdəsinə götürür; 2.2-ci bəndinə əsasən icraçı müqavilənin şərtlərinə uyğun olaraq, belə qəbul, yükləmə və boşaltma və saxlama ilə bağlı xidmətlərin effektiv və təhlükəsiz şəkildə həyata keçirilməsi üçün kifayət qədər və müvafiq işçi qüvvəsi, avadanlıq və digər vasitələri təmin edir; 2.3-cü bəndinə əsasən mallar, onları yağışdan, qardan və hava şəraiti səbəbindən yarana bilən hər hansı digər zərərdən, oğurluqdan, o cümlədən mallara zərər vura və ya onları zədələyə biləcək hər hansı təmasdan qoruyacaq tərzdə boşaldılmalı, yüklənməlidir; 2.4-cü bəndinə əsasən icraçı malları oğurluğa və yaxud rütubət, həşərat, gəmirici, düzgün olmayan və ya fərqli yerləşmə, yaxud zədələyici təmas səbəbindən belə Malların məruz qala biləcəyi zədələnməyə qarşı qorumalıdır; 3.1-ci bəndinə əsasən icraçı tapşıranın yazılı göstərişlərini almayanadək heç bir mal anbara təqdim edilməyəcək. Yazılı göstərişlərə faks, elektron məlumat mübadiləsi, epoçt və ya bənzər yazışmalar aiddir. Mallar, tapşıranın əvvəlcədən yazılı icazəsi əsasında telefon vasitəsilə göstəriş verməklə çatdırıla bilər; 4.1-ci bəndinə əsasən anbarda saxlanılan mallara icraçının məsuliyyət daşımadığı (istehsalçının keyfiyyətsiz qablaşdırma nəticəsində və ya malların nəqliyyatı vaxtı meydana gələn) zərər və ya zədələnmə halları olduqda tapşıran belə malların çıxarılmasına, daşınmasına və satılmasına və ətraf mühitin təmizlənməsi ilə bağlı xərclərə və mallara zərərin dəyməsi nəticəsində sahənin bərpasına cavabdeh olacaq; 5.2-ci bəndinə əsasən icraçı, hər ayın sonu xidmətlərin göstərilməsi haqqında akt tərtib edir. Aktda xidmətlərin növü, sayı və qiymətlərin razılaşma protokoluna əsasən tariflər qeyd olunur. İcraçı akta əsasən hesab faktura təqdim edir. Tapşıran hesab-faktura təqdim edilən gündən 3 iş günü ərzində ödənişi həyata keçirir; 7.1-ci bəndinə əsasən icraçı tərəfindən mallarla bağlı lazımi tədbirlərin (müvafiq ehtiyatlı şəxs tərəfindən belə hallarda yerinə yetirəcəyi ağlabatan tədbirləri) təmin edilməməsi nəticəsində saxlanılan istənilən mallara dǝyǝn zərər və ziyana görə icraçı məsuliyyət daşıyır; 7.2-ci bəndinə əsasən tapşıran bildirir ki, zərərlər, ziyan dəymiş malların maya dəyəri ilə müəyyənləşdirilir; 7.6-cı bəndinə əsasən tapşıranın göstərişinə əsasən, icraçı malları tapşıranın müştərilərinə vaxtında və yararlı vəziyyətdə çatdırılmasını təmin etməlidir. Çatdırılması gecikdirilən hər mal və ya mallara görə, icraçı həmin malların satış qiymətinin 0.3% dəyərində penya ödəyir. Əgər bu səbəbdən tapşıranın müştərisi tapşıranın xidmətlərindən tamamən imtina edərsə, tapşırana dəymiş zərəri icraçı tapşırana ödəməlidir. Çatdırılmanı icraçı təşkil edərsə, malların çatdırılması zamanı mallara dəymiş zərərə görə icraçı məsuliyyət daşıyır və dəymiş zərəri tam şəkildə, ən geci 3 (üç) iş günü ərzində tapşırana ödəyir; 9.1-ci bəndinə əsasən (fors major halı) istənilən tərəf bu Müqavilə üzrə fəaliyyətinə mane ola bilən və ya onu müvəqqəti təxirə sala bilən müharibə, terror hücumları, qiyamlar, oğurluq (təyyarənin qaçırılması, silahlı soyğun, sındırma və əraziyə giriş daxil olmaqla lakin bununla məhdudlaşmamaqla), kütləvi iğtişaşlar, təxribatlar, zəlzələlər, daşqınlar, təbii fəlakətlər, qadağalar (embarqo), qanunun tələbi, əmək mübahisələri (eləcə də tətillər, işdən kütləvi azadolma ilə bağlı etirazlar və ya boykotlar) və ya (b) yanğınlar, hava şəraiti, partlayışlar, elektrik enerjisinin, istilik, işıq təminatının və sərinləşdirici sistemlərin və rabitə avadanlığının (bu bənddə qeyd edilən hadisələr nəticəsində) pozulması bir şərtlə ki, bu bənddə qeyd olunan hadisələr müqavilə öhdəliyindən azad olma tələb edən Tərəfin etinasız münasibəti və ya günahı səbəbindən baş verməsin (c) Müqavilə Tərəfi onun nəzarətindən kənar olan ("Fors Major" hadisəsi) digər hallar nəticəsində öhdəliklərin icra olunmamsına görə Fors Major hallarının əhatə dairəsindən və davam etmə müddətindən asılı olaraq azad olunacaq.
15. İddiaçı QSC tərəfindən təqdim edilmiş gömrük bəyannamələrindən görünür ki, dəyəri tələb edilən əmlaklar İddiaçı QSC tərəfindən idxal edilmişdir.
16. xx.xx.2022-ci il tarixli, EBBX seriyalı, 548389 nömrəli elektron qaimədən müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 15058,44 manat təşkil edir.
17. xx.xx.2022-ci il tarixli, EBBZ seriyalı, 286032 nömrəli elektron qaimədən müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 5277,89 manat təşkil edir.
18. xx.xx.2022-ci il tarixli, EBCB seriyalı, 372412 nömrəli elektron qaimədən müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6585,99 manat təşkil edir.
19. xx.xx.2022-ci il tarixli, EBCD seriyalı, 344535 nömrəli elektron qaimədən müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 14453,57 manat təşkil edir.
20. xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 731998 nömrəli elektron qaimədən müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 7465,74 manat təşkil edir.
21. xx.xx.2022-ci il tarixli, EBCİ seriyalı, 879038 nömrəli elektron qaimədən müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 13812,51 manat təşkil edir.
22. xx.xx.2022-ci il tarixli, EBCK seriyalı, 615480 nömrəli elektron qaimədən müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 17918,09 manat təşkil edir.
23. xx.xx.2022-ci il tarixli, EBCM seriyalı, 272154 nömrəli elektron qaimədən müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 5900 manat təşkil edir.
24. xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 026826 nömrəli elektron qaimədən müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 10609,26 manat təşkil edir.
25. xx.xx.2023-cü il tarixli, EBCO seriyalı, 207405 nömrəli elektron qaimədən müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 10970,79 manat təşkil edir.
26. xx.xx.2023-cü il tarixli, EBDB seriyalı, 007672 nömrəli elektron qaimədən müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 8260 manat təşkil edir.
27. xx.xx.2023-cü il tarixli, EBDC seriyalı, 770071 nömrəli elektron qaimədən müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 8260 manat təşkil edir.
28. xx.xx.2023-cü il tarixli, EBDE seriyalı, 639048 nömrəli elektron qaimədən müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 8260 manat təşkil edir.
29. xx.xx.2023-cü il tarixli, EBDG seriyalı, 755245 nömrəli elektron qaimədən müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 8260 manat təşkil edir.
30. xx.xx.2023-cü il tarixli, EBDİ seriyalı, 726967 nömrəli elektron qaimədən müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 8260 manat təşkil edir.
31. xx.xx.2023-cü il tarixli, EBDL seriyalı, 042493 nömrəli elektron qaimədən müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 8605,72 manat təşkil edir.
32. xx.xx.2023-cü il tarixli, EBDN seriyalı, 131617 nömrəli elektron qaimədən müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 9658,56 manat təşkil edir.
33. xx.xx.2023-cü il tarixli, EBDP seriyalı, 626668 nömrəli elektron qaimədən müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 10006,52 manat təşkil edir.
34. Xidmətlərin göstərilməsi haqqında xx.xx.2022-ci il tarixli aktdan görünür ki, anbar sahibi tərəfindən 2022-ci ilin aprel ayı ərzində aktda qeyd olunan xidmətlər sifarişçiyə göstərilmiş və bu müddət ərzində xidmətin keyfiyyəti ilə bağlı sifarişçinin heç bir iradı olmamışdır. Göstərilmiş xidmətlərin cəmi dəyəri 1029,34 manat + ƏDV 185,28 manat təşkil edir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
35. Xidmətlərin göstərilməsi haqqında xx.xx.2022-ci il tarixli aktdan görünür ki, anbar sahibi tərəfindən 2022-ci ilin may ayı ərzində aktda qeyd olunan xidmətlər sifarişçiyə göstərilmiş və bu müddət ərzində xidmətin keyfiyyəti ilə bağlı sifarişçinin heç bir iradı olmamışdır. Göstərilmiş xidmətlərin cəmi dəyəri 11732,05 manat + ƏDV 2111,77 manat təşkil edir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
36. Xidmətlərin göstərilməsi haqqında xx.xx.2022-ci il tarixli aktdan görünür ki, anbar sahibi tərəfindən 2022-ci ilin iyun ayı ərzində aktda qeyd olunan xidmətlər sifarişçiyə göstərilmiş və bu müddət ərzində xidmətin keyfiyyəti ilə bağlı sifarişçinin heç bir iradı olmamışdır. Göstərilmiş xidmətlərin cəmi dəyəri 4472,79 manat + ƏDV 805,10 manat təşkil edir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
37. Xidmətlərin göstərilməsi haqqında xx.xx.2022-ci il tarixli aktdan görünür ki, anbar sahibi tərəfindən 2022-ci ilin oktyabr ayı ərzində aktda qeyd olunan xidmətlər sifarişçiyə göstərilmiş və bu müddət ərzində xidmətin keyfiyyəti ilə bağlı sifarişçinin heç bir iradı olmamışdır. Göstərilmiş xidmətlərin cəmi dəyəri 11705,52 manat + ƏDV 2106,99 manat təşkil edir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
38. Xidmətlərin göstərilməsi haqqında xx.xx.2023-cü il tarixli aktdan görünür ki, anbar sahibi tərəfindən 2023-cü ilin yanvar ayı ərzində aktda qeyd olunan xidmətlər sifarişçiyə göstərilmiş və bu müddət ərzində xidmətin keyfiyyəti ilə bağlı sifarişçinin heç bir iradı olmamışdır. Göstərilmiş xidmətlərin cəmi dəyəri 9297,28 manat + ƏDV 1673,51 manat təşkil edir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
39. Xidmətlərin göstərilməsi haqqında xx.xx.2023-cü il tarixli aktdan görünür ki, anbar sahibi tərəfindən 2023-cü ilin fevral ayı ərzində aktda qeyd olunan xidmətlər sifarişçiyə göstərilmiş və bu müddət ərzində xidmətin keyfiyyəti ilə bağlı sifarişçinin heç bir iradı olmamışdır. Göstərilmiş xidmətlərin cəmi dəyəri 7000 manat + ƏDV 1260 manat təşkil edir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
40. Xidmətlərin göstərilməsi haqqında xx.xx.2023-cü il tarixli aktdan görünür ki, anbar sahibi tərəfindən 2023-cü ilin iyul ayı ərzində aktda qeyd olunan xidmətlər sifarişçiyə göstərilmiş və bu müddət ərzində xidmətin keyfiyyəti ilə bağlı sifarişçinin heç bir iradı olmamışdır. Göstərilmiş xidmətlərin cəmi dəyəri 7292,98 manat + ƏDV 1312,74 manat təşkil edir. Akt Cavabdeh MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir.
41. Xidmətlərin göstərilməsi haqqında xx.xx.2023-cü il tarixli aktdan görünür ki, anbar sahibi tərəfindən 2023-cü ilin sentyabr ayı ərzində aktda qeyd olunan xidmətlər sifarişçiyə göstərilmiş və bu müddət ərzində xidmətin keyfiyyəti ilə bağlı sifarişçinin heç bir iradı olmamışdır. Göstərilmiş xidmətlərin cəmi dəyəri 8480,10 manat + ƏDV 1526,42 manat təşkil edir. Akt Cavabdeh MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir.
42. 230901 nömrəli sayım nəticəsindən (xx.xx.2023-xx.xx.2023-cü il tarixli dövr) görünür ki, 1C proqramı üzrə anbar qalığı və sayım nəticəsi arasında 84 ədəd avadanlıq fərqi mövcuddur. Sayım nəticələrinin qəbulu haqqında xx.xx.2023-cü il tarixli akt tərtib edilmiş və aktda göstərilmişdir ki, bu akt 230901 nömrəli əlavə sənədin (sayım nəticəsi) əsasında hazırlanmışdır. Akt İddiaçı QSC, Cavabdeh MMC və "xxxx" MMC-nin nümayəndələri tərəfindən imzalanmışdır.
43. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, malın alış, gömrük, nəqliyyat və malların alınması ilə bağlı çəkilən və maya dəyərinə aid edilən digər xərcləri əsasında malların maya dəyəri formalaşmış və çatışmayan malların yekun maya dəyəri 106375,90 manat məbləğində müəyyənləşdirilmişdir.
44. xx.xx.2023-cü il tarixli, 230901-1 nömrəli sayım nəticəsindən görünür ki, 1C proqramı üzrə anbar qalığı və sayım nəticəsi arasında 26 ədəd noutbuk fərqi mövcuddur. Sayım nəticələrinin qəbulu haqqında xx.xx.2023-cü il tarixli akt tərtib edilmiş və aktda göstərilmişdir ki, imza edənlər təsdiq edirik ki, 230901 nömrəli, xx.xx.2023 tarixli sayım nəticələrinə əlavə olaraq xx.xx.2023 tarixində "noutbuk" kateqoriyası üzrə mallar anbarda bir yerə toplanaraq yenidən sayım həyata keçirilmiş və "noutbuk" kateqoriyası üzrə aşağıda qeyd olunan sayda mal qalığı müəyyən olunmuşdur. Bu akt 230901-1 nömrəli əlavə sənədin (sayım nəticəsi) əsasında hazırlanmışdır. Akt İddiaçı QSC, Cavabdeh MMC və "xxxx" MMC-nin nümayəndələri tərəfindən imzalanmışdır.
45. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, malın alış, gömrük, nəqliyyat və malların alınması ilə bağlı çəkilən və maya dəyərinə aid edilən digər xərcləri əsasında malların maya dəyəri formalaşmış və çatışmayan malların yekun maya dəyəri 40006,84 manat məbləğində müəyyənləşdirilmişdir.
46. Bakı şəhəri Qaradağ RPİ-nin İŞ-nin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərarına əsasən fakta görə Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir.
47. Bakı şəhəri Qaradağ RPİ-nin İŞ-nin xx.xx.2023-cü il tarixli zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin tanınması haqqında qərarına əsasən İddiaçı QSC iş üzrə zərərçəkmiş hüquqi şəxs qismində, X14 isə cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmışdır.
48. Məhkəməyə sübut qismində maddia daşıyıcı-diskdə məlumatlar təqdim edilmişdir.
49. xxx” QSC xx.xx.2023-cü il tarixli pretenziya məktubu ilə Cavabdeh MMC-yə müraciət edərək borcun 5 gün müddətində ödənilməsini xahiş etmiş etmişdir.
50. Cavabdeh MMC xx.xx.2023-cü il tarixli, 10 nömrəli borc ödənişi haqqında bildirişlə İddiaçı QSC-yə müraciət edərək 19665,08 manat məbləğində borcun ödənilməsini xahiş etmişdir.
51. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-1688/2024 nömrəli qərarına əsasən X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi, X7, X12 və X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilmiş və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır.
Tətbiq edilən hüquq
52. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 822-ci maddəsinə əsasən saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür. 823.1-ci maddəsinə əsasən tapşıran saxlama müqaviləsinin icrası ilə bağlı saxlayıcının çəkdiyi zəruri xərclərin əvəzini ödəməlidir. 823.2-ci maddəsinə əsasən tapşıran saxlama üçün muzdu yalnız o halda ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya şərait nəzərə alınmaqla saxlama üçün muzd ödənilməsi qəbul edilmiş olsun. Zərurət olduqda muzd saxlamanın sonunda ödənilir. Müəyyən zaman hissələri üçün muzd ödənilməsi barədə razılaşma olduqda həmin muzd müvafiq olaraq ayrı-ayrı zaman hissələrinin sonunda hissələr şəklində ödənilir. 824.1-ci maddəsinə əsasən əgər saxlama əvəzsiz həyata keçirilirsə, saxlama dövründə saxlayıcı yalnız qəsd və/və ya kobud ehtiyatsızlığa görə məsuliyyət daşıyır. Əgər saxlama haqq müqabilində həyata keçirilirsə, saxlayıcı şərtləşdirilmiş vicdanlılığa riayət edilməsi üçün, qalan hallarda isə bu cür əşyaların saxlanması zamanı adi olan vicdanlılıq üçün məsuliyyət daşıyır. 824.2-ci maddəsinə əsasən saxlayıcının saxlamaya götürdüyü əşyadan tapşıranın qabaqcadan razılığı olmadan istifadə etmək hüququ yoxdur. Əks halda o, əşyanın təsadüfən itməsi üçün, əgər itmənin əşyadan istifadə edilmədən də mümkün olduğunu sübuta yetirməsə, tapşıran qarşısında məsuliyyət daşıyır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
54. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
Məhkəmənin mövqeyi
55. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2022-ci il tarixdə LG/2022/113 nömrəli xidmət müqaviləsi (anbarlarda saxlamaya və sifarişlərin çatdırılmasına dair) bağlanmış, həmin müqaviləyə əsasən icraçı Cavabdeh MMC Bakı şəhəri, Lökbatan qəsəbəsi, Bakı xxxx Mərkəzində malların qəbul edilməsi, yerləşdirilməsi, çeşidlənməsi, saxlanması, seçilməsi, toplanması, yüklənməsi daxil olmaqla, lakin bunlarla məhdudlaşmamaq şərtilə, anbar xidmətləri göstərməyi, tapşıran İddiaçı QSC isə xidmətlərə görə bu müqavilə üzrə təyin edilmiş xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. İcraçı həmçinin tapşıranın mallarını müvafiq qaydada anbarda qəbul etməyi, yükləməyi və boşaltmağı, saxlamağı, eləcə də müqavilənin şərtlərinə uyğun olaraq, belə qəbul, yükləmə və boşaltma və saxlama ilə bağlı xidmətlərin effektiv və təhlükəsiz şəkildə həyata keçirilməsi üçün kifayət qədər və müvafiq işçi qüvvəsi, avadanlıq və digər vasitələri təmin etməyi öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən icraçının tapşıranın yazılı göstərişlərini almayanadək heç bir mal anbara təqdim etməmək hüququ olmuşdur (yazılı göstərişlərə faks, elektron məlumat mübadiləsi, e-poçt və ya bənzər yazışmalar aid olmuşdur). Malların tapşıranın əvvəlcədən yazılı icazəsi əsasında telefon vasitəsilə göstəriş verməklə çatdırıla bilməsi də nəzərdə tutulmuşdu.
56. Məhkəmənin qənaətinə əsasən müqavilə qarışıq (tapşırıq, saxlama və s.) müqavilə olmuşdur.
57. Cavabdeh MMC-nin nümayəndəsi bildirmişdir ki, müqavilə xidmət müqaviləsi olsa da, 2023-cü ilin yanvar ayından Cavabdeh MMC tərəfindən “xxx" QSC-nin istəyinə əsasən qeyd edilən xidmətlərin göstərilməsi dayandırılmış və sonuncunun anbar sahəsinin ayrılması barədə istəyinə uyğun olaraq onlar üçün 600 m² anbar sahəsi ayrılaraq təqdim edilmişdir. Bundan sonra iddiaçı həmin anbar sahəsinə malları özü yerləşdirmiş, çeşidləmiş, saxlamış və anbardan çıxarılmasına nəzarət etmişdir. Anbara daxil olan və çıxarılan mallar barədə cavabdehə hər hansı məlumat verilməmişdir. Bununla da qeyd edilən tarixdən tərəflər arasındakı münasibətlər faktiki olaraq anbar sahəsinin sub-icarəsi münasibətlərinə keçirilmişdir.
58. Məhkəmə tərəflər arasındakı münasibətlərin faktiki olaraq anbar sahəsinin subicarəsi münasibətlərinə keçməsinə dair cavabdehin mövqeyi ilə razılaşmır. Belə ki, müqavilədən göründüyü kimi, icraçı malların qəbul edilməsi, yerləşdirilməsi, çeşidlənməsi, saxlanması, seçilməsi, toplanması, yüklənməsi daxil olmaqla, lakin bunlarla məhdudlaşmamaq şərtilə, müxtəlif anbar xidmətləri göstərməyi öhdəsinə götürmüşdür.
59. Təqdim olunan xidmətlərin göstərilməsi haqqında aktlardan görünür ki, həmin aktlarda göstərilmiş xidmətlərin (işin) adı və məbləği qeyd olunmuş, cavabdehin qeyd etdiyi aylarda da malların anbarda saxlanması xidməti qeyd olunaraq, həmin xidmətə görə haqqın məbləği göstərilmişdir. Beləliklə, cavabdehin tərəflər arasındakı münasibətlərin faktiki olaraq anbar sahəsinin sub-icarəsi münasibətlərinə keçdiyini iddia etdiyi aylarda cavabdehin müqavilədə nəzərdə tutulan digər xidmətlərindən istifadə edilməmiş, yalnız malların anbarda saxlanması xidmətindən istifadə olunmuşdur. İddiaçıya göndərilən elektron qaimələrdə də xidmətin adı kimi logistik xidmət haqqı olaraq qeyd olunmuşdur. Beləliklə, tərəflər arasında münasibətlər heç bir mərhələdə icarə münasibətləri olmamışdır.
60. İddiaçı QSC-nin iddia tələbinin bir hissəsi Cavabdeh MMC-dən 146382,74 manat maddi ziyanın tutulmasından ibarətdir.
61. İddiaçı ona ziyan dəydiyini və həmin ziyanın məhz qarşı tərəfin müqavilə öhdəliklərini yerinə yetirmədiyinə görə dəydiyini iddia etmişdir.
62. Məhkəmə araşdırması nəticəsində iddiaçıya ziyan dəyməsi faktı öz təsdiqini tapmışdır. Belə ki, 2023-cü ilin iyul ayının sonundan sentyabr ayının ortalarına kimi Cavabdeh MMC-nin məsuliyyət dairəsində olan ərazidə “xxx" QSC-yə məxsus olan avadanlıqların itməsi (oğurlanması yoxa çıxması) halı baş vermişdir. Həmin hal iş materialları ilə (Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)- 1688/2024 saylı qərarı və s.) öz təsdiqini tapır.
63. İddiaçı ona 146382,74 manat məbləğində maddi ziyan dəydiyini iddia etmişdir. Məhkəmə qəbul edir ki, iddiaçıya həmin məbləğdə ziyan dəymişdir. Həmin hal da iş materialları ilə (sayım aktları və s.) öz təsdiqini tapır. Müqavilənin 7.2-ci bəndinə əsasən tapşıran bildirir ki, zərərlər, ziyan dəymiş malların maya dəyəri ilə müəyyənləşdirilir. Həmin bəndə uyğun olaraq da dəymiş ziyan malların maya dəyəri ilə müəyyənləşdirilmişdir.
64. Məhkəmənin qənaətinə əsasən iddiaçıya ziyan cavabdehin müqavilə üzrə öhdəliklərini pozması nəticəsində dəymişdir.
65. Belə ki, müqavilənin şərtlərinə əsasən icraçı iddiaçıya məxsus malları oğurluğa qarşı qorumaq, icraçı tərəfindən mallarla bağlı lazımi tədbirlərin (müvafiq ehtiyatlı şəxs tərəfindən belə hallarda yerinə yetirəcəyi ağlabatan tədbirləri) təmin edilməməsi nəticəsində saxlanılan istənilən mallara dǝyǝn zərər və ziyana görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüş, lakin həmin öhdəliklərini yerinə yetirməmiş, mallar cavabdehin Cavabdeh MMC-nin məsuliyyət dairəsində olan ərazidən yoxa çıxmışdır və Cavabdeh MMC İddiaçı QSC-yə məxsus olan əşyaların itməsinə görə onun qarşısında məsuliyyət daşıyır. Müqavilənin 9.1-ci bəndində oğurluq fors major hallarından biri kimi göstərilsə də, hazırkı halda baş verən hal məhkəmənin qənaətinə əsasən həmin bəndin təsiri altına düşmür, belə ki, həmin bənddə oğurluq halına aid edilən hallar konkret olaraq göstərilir: təyyarənin qaçırılması, silahlı soyğun, sındırma və əraziyə giriş daxil olmaqla lakin bununla məhdudlaşmamaqla).
66. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin öz öhdəliklərini pozması nəticəsində iddiaçıya ziyan dəymişdir. Ona görə də dəymiş maddi ziyana görə Cavabdehndən 146382,74 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır.
67. Məhkəmə İddiaçı QSC-nin iddia tələbinin 20000 manat əldən çıxmış fayda hissəsinə münasibətdə qeyd edir ki, İddiaçı QSC əldən çıxmış faydanın olması və həmin məbləğin 20000 manat təşkil etməsi ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə araşdırması zamanı müəyyən olunmuş hallara və yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia həmin hissədə sübuta yetirilmədiyindən təmin olunmamalıdır.
68. Həmçinin İddiaçı QSC tərəfindən xx.xx.2023-cü il tarixli, 80 saylı sayım müqaviləsi əsasında ödənilmiş 5000 manatla bağlı sübutlar da məhkəməyə təqdim edilmədiyindən iddia tələbi həmin hissədə də təmin edilməməlidir.
69. Eləcə də, İddiaçı QSC 400 manat mediasiya xərci, 10 manat poçt kargüzarlıq xərci, 61,79 manat məhkəmə xərcinin tutulmasını xahiş edir.
70. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş mediasiya xərci və dövlət rüsumuna görə 394 (üz yüz doxsan dörd) manat Cavabdeh MMC-dən tutularaq İddiaçı QSC-yə ödənilməlidir.
71. Eyni zamanda Cavabdeh MMC 19665 manat borcun İddiaçı QSC-dən tutulmasını xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-nin anbarda saxlama xidmətlərindən istifadə edilmiş və 19665 manat məbləğində borcu yaranmışdır. Bu borc iş materialları ilə (elektron qaimələ və s.) öz təsdiqini tapır. Həmçinin İddiaçı QSC-nin nümayəndəsi də həmin məbləğin iddiaçıya ödənilmədiyini bildirmişdir. Ona görə də iddia tələbi həmin hissədə təmin edilməldir.
72. Bundan əlavə, Cavabdeh MMC İddiaçı QSC-dən 2619,20 manat cərimə borcunun tutulmasını xahiş etmişdir.
73. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən Cavabdeh MMC müqavilə şərtlərinə uyğun dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq 150 (yüz əlli) manat məbləğində müəyyən edilməli, qalan hissədə isə təmin edilməməlidir. Cərimə məbləği ilə bağlı hazırkı qənaətə gəlinərkən iddiaçının böyük məbləğdə zərərə məruz qalması, ödənişlərin edilməməsinin həmin halla əlaqələndirilməsi nəzərə alınmışdır.
74. Eləcə də, Cavabdeh MMC hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 1500 manat, həmçinin hazırkı iddianın qaldırılması ilə əlaqədar dövlət rüsumu kimi dövlət büdcəsinə ödəmiş 161,50 manat dövlət rüsumunun tutulmasını xahiş edir.
75. Məhkəmə hesab edir ki, ağlabatan məbləğ olaraq 500 (beş yüz) manat hüquqi yardım xərci, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 144 manat İddiaçı QSC-dən tutularaq Cavabdeh MMC-yə ödənilməlidir.
76. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı iddiası qismən təmin edilsin. Cavabdehndən dəymiş maddi ziyana görə 146382,74 manat (yüz qırx altı min üç yüz səksən iki manat yetmiş dörd qəpik), ödənilmiş mediasiya xərci və dövlət rüsumuna görə 394 (üz yüz doxsan dörd) manat olmaqla, cəmi 146776,74 manat (yüz qırx altı min yeddi yüz yetmiş altı manat altmış iki qəpik) məbləğində pul İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin iddiası qalan hissədə təmin edilməsin. Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən 19665 (on doqquz min altı yüz altmış beş) manat borc, 150 (yüz əlli) manat cərimə, 500 (beş yüz) manat hüquqi yardım xərci, ödənilmiş dövlət rüsumuna görə 144 manat olmaqla, cəmi 20459 (iyirmi min dörd yüz əlli doqquz) manat məbləğində pul vəsaiti Cavabdeh xeyrinə tutulsun. İddiaçı Cavabdeh iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova