Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6534/2025 09.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının qanuni nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra-iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra-cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borc qismində 26380 AZN, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 160 AZN dövlət rüsumunun, əsas borcun gecikdirilməsinə və onu qaytarmaqdan boyun qaçırmasına görə 1107 AZN məbləğində faizin, əsas borc məbləğinin ödənilməsini gecikdirdiyinə görə 757 AZN məbləğdə faizin, ümumilikdə 28404 AZN məbləğdə vəsatin cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli 246/24 saylı Alğı-satqı müqaviləsi bağlanıb. Həmin müqavilənin 2-ci maddəsinə əsasən, Şirkət cavabdehə həmin razılaşdırılmış malları satmağı, cavabdeh isə həmin malları almağı və dəyərini Şirkətə ödəməyi öhdəsinə götürüb. Həmin müqavilənin4.1-ci maddəsinə əsasən, Malların qiyməti, hesablaşma qaydası və ödəniş müddətləri Alıcı ilə razılaşdırılır və Müqavilənin müvafiq Əlavələrində müəyyən edilir. Əlavələrdə başqa cür razılaşdırılmadıqca, Mallar təhvil verildikdən sonra 30 (otuz) təqvim günü ərzində bank köçürməsi ilə ödənilməlidir. xx.xx.2025-ci il tarixli Üzləşmə aktı əsasında təsdiq olunur ki, cavabdehin Şirkətə əsas borc qismində 26380 AZN borcu var. Lakin həmin tarixdən bəri cavabdeh qeyd edilən borcunu Şirkətə ödəməmişdir. Bununla da, cavabdeh müqavilə öhdəliyini pozmuş hesab edilir. Cavabdehə Şirkət tərəfindən dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, Müqavilə üzrə öhdəsinə götürdüyü öhdəliyin icrasını yerinə yetirməkdən indiyədək boyun qaçırmışdır. Bundan başqa, Müqavilə şərtlərini pozan halları aradan qaldırmaq üçün heç bir addım atmamışdır. Bugünədək irəli sürülən bütün təkliflərə cavabdeh heç bir müsbət qarşılıq verməmiş, yol yerdiyi hüquqpozmanı aradan qaldıracaq heç bir tədbir görməmiş və qanunvericiliyin müvafiq tələblərini pozaraq bugünə kimi Şirkətin Müqavilə üzrə hüquqlarını pozmaqdadır. Odur ki, cavabdehin Müqavilə üzrə öz öhdəliklərinizi yerinə yetirməməsi ucbatından Şirkətin maliyyə vəziyyətinə ciddi zərər dəymişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişdir.
5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı (alıcı) ilə cavabdeh (satıcı) arasında imzalanmış xx.xx.2024-cü il tarixli, 246/24 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı müqavilənin əlavəsi hesab edilən və alıcı tərəfindən rəsmiləşdirilən ayrı-ayrı sifariş formalarında göstərilən malları razılaşdırılmış miqdarda, müddətdə, ünvanda, qiymətdə, keyfiyyətdə və digər xüsusiyyətlərdə yeni və istifadə məqsədləri üçün yararlı halda alıcıya satmağı və təhvil verməyi, alıcı isə həmin malları təhvil alıb dəyərini müvafiq əlavədə müəyyən edilmiş məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürür.
8. Müqavilənin 4.1-ci bəndinə əsasən malların qiyməti, hesablaşma qaydası və ödəniş müddətləri alıcı ilə razılaşdırılır və müqavilənin müvafiq əlavələrində müəyyən edilir. Əlavələrdə başqa cür razılaşdırılmadıqca, mallar təhvil verildikdən sonra 30 təqvim günü ərzində bank köçürməsi ilə ödənilməlidir.
9. Müqavilənin 5.2.1-ci bəndinə əsasən müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişlərin həyata keçirilməsini alıcıdan tələb etmək satıcının hüququdur.
10. Müqavilənin 5.3.1-ci bəndinə əsasən hazırki müqavilənin şərtlərinə uyğun təchiz olunmuş malları qəbul etmək və həmin malların dəyərini müqavilə ilə müəyyən olunmuş qaydada satıcıya ödəmək alıcının öhdəliyidir.
11. Müqavilənin 10.1-ci bəndinə əsasən öz öhdəliklərini tam icra etməyən və ya lazımınca icra etməyən tərəf bununla digər tərəfə vurduğu zərərə görə qüvvədən olan qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyacaq və qarşı tərəfin zərərlərini tam həcmdə ödəyəcək. Bu müqavilə ilə nəzərdə tutulmayan məsuliyyət növləri qüvvədə olan qanunvericiliyə uyğun olaraq tətbiq ediləcək.
12. İş materiallarına əlavə olunmuş, tərəflər arasında imzalanmış, möhürlə təsdiq olunmuş xx.xx.2025-ci il tarixli üzləşmə aktına əsasən cavabdehin iddiaçıya xx.xx.2025-ci il tarixinə 26380,87 manat əsas borcu vardır.
13. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli, **********5/932045636 nömrəli ödəniş tapşırığına əsasən cavabdeh tərəfindən iddiaçıya 2020,8 manat məbləğində vəsait ödənilmişdir.
14. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli, 000İCZ1251010A1D nömrəli ödəniş tapşırığına əsasən cavabdeh tərəfindən iddiaçıya 1433,2 manat məbləğində vəsait ödənilmişdir.
15. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli, 000İCZ********** nömrəli ödəniş tapşırığına əsasən cavabdeh tərəfindən iddiaçıya 1430,6 manat məbləğində vəsait ödənilmişdir.
16. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli, 000İCZ********** nömrəli ödəniş tapşırığına əsasən cavabdeh tərəfindən iddiaçıya 2860,25 manat məbləğində vəsait ödənilmişdir.
17. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli, 000İCZ1251220CD0 nömrəli ödəniş tapşırığına əsasən cavabdeh tərəfindən iddiaçıya 3044,2 manat məbləğində vəsait ödənilmişdir.
18. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli, 000İCZ1251270BC4 nömrəli ödəniş tapşırığına əsasən cavabdeh tərəfindən iddiaçıya 2086,9 manat məbləğində vəsait ödənilmişdir.
19. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli, 000İCZ125128090C nömrəli ödəniş tapşırığına əsasən cavabdeh tərəfindən iddiaçıya 3073,9 manat məbləğində vəsait ödənilmişdir.
20. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli, MT2412 10489775 nömrəli 1650.0506 manat məbləğində, xx.xx.2025-ci il tarixli, MT2501 12285097 nömrəli 1040.0048 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2411 11209004 nömrəli 960.048 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2412 11317757 nömrəli 960.048 manat məbləğində, xx.xx.2025-ci il tarixli, MT2501 10788329 nömrəli 138.0005 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2411 10798775 nömrəli 960.048 manat məbləğində, xx.xx.2025-ci il tarixli, MT2501 10245866 nömrəli 164.9994 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2412 10160815 nömrəli 234.00053 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2412 11760972 nömrəli 960.048 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2411 12749018 nömrəli 1200.06 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2410 11709198 nömrəli 1200.06 manat məbləğində, xx.xx.2025-ci il tarixli, MT2505 11163330 nömrəli 1080.0304 manat məbləğində, xx.xx.2025-ci il tarixli, MT2501 11725606 nömrəli 1040.0048 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2410 11826308 nömrəli 224.3964 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2412 10921454 nömrəli 960.048 manat məbləğində, xx.xx.2025-ci il tarixli, MT2505 10170787 nömrəli 810.0228 manat məbləğində, xx.xx.2025-ci il tarixli, MT2501 11445486 nömrəli 1144.0053 manat məbləğində, xx.xx.2025-ci il tarixli, MT2501 10788336 nömrəli 1046.3494 manat məbləğində, xx.xx.2025-ci il tarixli, MT2504 11365229 nömrəli 151.2043 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2411 10311906 nömrəli 164.9994 manat məbləğində, xx.xx.2025-ci il tarixli, MT2501 10115641 nömrəli 960.048 manat məbləğində, xx.xx.2025-ci il tarixli, MT2504 12254967 nömrəli 1350.038 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2411 10798776 nömrəli 960.048 manat məbləğində, xx.xx.2025ci il tarixli, MT2501 10424383 nömrəli, 960.048 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2411 11037265 nömrəli 1200.06 manat məbləğində, xx.xx.2025-ci il tarixli, MT2501 11538936 nömrəli 124.8006 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2412 11656181 nömrəli 105.5949 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2411 12266698 nömrəli 57.6085 manat məbləğində, xx.xx.2025-ci il tarixli, MT2501 10976176 nömrəli 135.2006 manat məbləğində, xx.xx.2025-ci il tarixli, MT2505 11163346 nömrəli 1134.0319 manat məbləində, xx.xx.2025-ci il tarixli, MT2504 11200645 nömrəli 1198.8337 manat məbləğində, xx.xx.2025-ci il tarixli, MT2505 10902196 nömrəli 594.0167 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2412 10289428 nömrəli 960.048 manat məbləğində, xx.xx.2025-ci il tarixli, MT2501 11058196 nömrəli 72.8069 manat məbləğində, xx.xx.2025-ci il tarixli, MT2505 10902109 nömrəli 1080.0304 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2412 11580979 nömrəli 960.048 manat məbləğində, xx.xx.2024cü il tarixli, MT2411 10512134 nömrəli 326.1119 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2412 11146336 nömrəli 960.048 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2412 12135538 nömrəli 960.048 manat məbləğində, xx.xx.2025-ci il tarixli, MT2501 11058200 nömrəli 1040.0048 manat məbləğində, xx.xx.2025-ci il tarixli, MT2505 10674887 nömrəli 1080.0304 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2412 12014029 nömrəli 273.0048 manat məbləğində, xx.xx.2025-ci il tarixli, MT2501 11829977 nömrəli 1040.0048 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2411 12266699 nömrəli 1444.8892 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2412 11005827 nömrəli 67.2034 manat məbləğində, xx.xx.2025-ci il tarixli, MT2505 10902179 nömrəli 486.0137 manat məbləğində, xx.xx.2025-ci il tarixli, MT2504 12527827 nömrəli 1350.038 manat məbləğində, xx.xx.2025-ci il tarixli, MT2505 11163332 nömrəli 1080.0304 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2412 12258740 nömrəli 1440.072 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2412 10619753 nömrəli 86.3958 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2411 12477085 nömrəli 960.048 manat məbləğində, xx.xx.2025-ci il tarixli, MT2502 10075626 nömrəli 104.0099 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2412 10619748 nömrəli 960.048 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2410 11918726 nömrəli 1200.06 manat məbləğində, xx.xx.2025-ci il tarixli, MT2504 11784791 nömrəli 3375.095 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2411 10311903 nömrəli 960.048 manat məbləğində, xx.xx.2025-ci il tarixli, MT2501 10976174 nömrəli 655.203 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2412 10160808 nömrəli 960.048 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2411 10043342 nömrəli 1200.06 manat məbləğində elektron qaimə-fakturalar göndərilmişdir.
21. Məhkəmə nümayəndənin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır.
22. Belə ki, iddia 3 hissədən ibarətdir: 1. 26380 manat əsas borcun tutulması; 2. borcun ödənilməsinin gecikdirilməsinə görə bank uçot dərəcəsi nəzərə alınmaqla hesablanmış 1107 manat məbləğində faiz borcunun tutulması; 3. İllik beş faizlə hesablanmış 757 manat faiz borcunun tutulması.
23. Məhkəmə iddia ərizəsini birinci hissədə əsaslı hesab edir.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
25. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
26. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.
27. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
28. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
29. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
30. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
31. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
32. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
33. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
34. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.
35. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində əsaslı olduğundan təmin edilməli, cavabdehdən 26380 manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir.
36. Məhkəmə iddianı ikinci hissədə əsassız hesab edir.
37. Belə ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə bank uçot dərəcəsi nəzərə alınmaqla hesablanmış 1107 manat məbləğində faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
38. İddiaçının həmin tələbinin qanuni əsasını Mülki Məcəllənin 449.1-ci maddəsi təşkil edir.
39. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.
40. Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, “Mülki Məcəllənin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. ...Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur”.
41. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etmişdir.
42. Məhkəmə hesab edir ki, iddiaçı qeyd olunan halların təsdiqi barədə sübut təqdim etməməklə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilmədiyindən, cavabdehdən Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən bank uçot faizi dərəcəsinə uyğun hesablanmış faizlər tutula bilməz.
43. Məhkəmə iddia tələbini üçüncü hissədə qismən əsaslı hesab edir.
44. Belə ki, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borclunun icranın gecikdirməsi nəticəsində əsas borc üzrə ona vurulmuş zərər qismində ümumilikdə 757 manat (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) pulun ödənilməsi tələbini də irəli sürmüşdür.
45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
46. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
47. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:
48. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;
49. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ...
50. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”
51. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
52. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
53. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. ... ...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.”
54. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.
55. Mülki Məcəllənin 445.7-ci maddəsindən və Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz iddiaçının əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Başqa sözlə, borcun gecikdirilməsi faktının müəyyən olunması iddiaçının gecikdirilmiş vaxt üçün borcludan illik beş faizin tutulmasına dair tələbinin təmin olunması üçün əsasdır.
56. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan və cavabdehin özü tərəfindən də təkzib edilmədiyindən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının həmin tələbi də əsaslıdır.
57. Bununla yanaşı, məhkəmə hesab edir ki, cavabdehdən tutulmalı olan faiz borcunun məbləği 324,90 manat müəyyən edilməlidir.
58. Belə ki, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinin 4.1-ci bəndinə əsasən cavabdeh mallar təhvil verildikdən sonra 30 gün ərzində ödəniş etməlidir.
59. Bu səbəbdən həmin qaimələr üzrə ödənişin gecikdirilməsi ilə əlaqədar olaraq ümumilikdə 324,90 manat (26380 manat * 5 faiz / 100 / 365 gün * 90 gün (3 ay)) faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
60. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 26380 manat əsas borc, 324,90 manat illik beş faizlə hesablanmış faiz borcu tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
62. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 170,12 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş qalan 4,61 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
63. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 26380 manat əsas borc, 324,90 manat illik beş faizlə hesablanmış faiz borcu, 170,12 manat dövlət rüsumu, ümumilikdə 26875,02 (iyirmi altı min səkkiz yüz yetmiş beş manat sıfır iki qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMCyə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 4,61 (dörd manat altmış bir qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova