Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6539/2025 09.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" QSC (bundan sonra-iddiaçı) Cavabdeh MMC-yə (bundan sonracavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 64 703,97 (altmış dörd min yeddi yüz üç manat doxsan yeddi qəpik) manat əsas borc məbləği, gecikdirilmiş dövr üçün 269.60 (iki yüz altmış doqquz manat altmış qəpik) manat, hüquqi xidmətin göstərilməsi üçün 2500 (iki min beş yüz) anat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 293 (iki yüz doxsan üç) manat məbləğin, cəmi 67766.57 (altmış yeddi min yeddi yüz altmış altı anat əlli yeddi qəpik) manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 01 may 2025-ci il tarixində, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra İcraçı) Cavabdeh Məhdud əsuliyyətli Cəmiyyətindən (bundan sonra Sifarişçi) PW50/SK-0118C nömrəli və 90019/TOVH/MT-1098İ nömrəli 2 ədəd satınalma sifarişi mışdır. Sifarişlərə uyğun olaraq "xxxx" QSC tərəfindən Cavabdeh MMC-nə ümumilikdə 64 03,97 manatlıq mal təhvil verilmişdir. Lakin cavabdeh öz üzərinə düşən öhdəliyi icra etmədiyindən iddiaçı qarşısında 64 703,97 manatlıq borc öhdəliyi aranmışdır. İddiaçının cavabdehdən aldığı sifariş üzrə malların qarşı tərəfə faktiki olaraq təhvil verilməsi 2 (iki) ədəd təhvil-təslim aktı ə 2 (iki) ədəd elektron qaimə ilə sübut olunur. Belə ki, təqdim olunmuş xx.xx.2025-ci il tarixli, İSÖ №**********0 saylı və xx.xx.2025-ci il tarixli İSÖ №**********1 saylı malların təhvil əbul aktları iddiaçı tərəfindən cavabdehə sifariş predmetinə uyğun olaraq malların təhvil verildiyini, cavabdeh tərəfindən isə həmin malların qüsursuz əziyyətdə və sifariş şərtlərinə uyğun olaraq qəbul edildiyini təsdiq edir. Həmin aktlar hər iki tərəfin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmaqla, alların təhvil verilməsi faktının qarşılıqlı razılıqla həyata keçirildiyini göstərir. Bununla yanaşı, "xxxx" QSC tərəfindən təqdim olunmuş xx.xx.2025-ci il tarixli, MT2506 seriyalı, 10155167 nömrəli və xx.xx.2025-ci tarixli, MT2506 seriyalı, 10154427 nömrəli elektron qaimələr malların növü, miqdarı və ümumi dəyəri barədə məlumatları ehtiva edir. Qaimələrin təqdim unması malların satılması və təhvil verilməsi üzrə iddiaçı tərəfindən öhdəliyin icrasını təsdiq edən əlavə sənədlərdir. Bu səbəbdən cavabdeh aranmış öhdəliyi icra etməli, yəni təqdim olunmuş malların dəyərini iddiaçıya ödəməlidir. Həmçinin xx.xx.2025-ci il tarixli №24/25 saylı maliyyə rayışınında məzmunundan aydın olur ki, Cavabdeh "xxxx" Qapalı Səhmdar əmiyyətinə olan borcu 64 703,97 manat təşkil etmişdir. İddiaçı "xxxx" QSC tərəfindən xx.xx.2025-ci il tarixində Cavabdeh MMC-ə pretenziya məktubu göndərilmişdir. akin heç bir nəticəsi olmamışdır. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7ci maddəsinə əsasən, borclu pul məbləğinin dənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz dəməyə borcludur. Odur ki, borclu şəxs tərəfindən iddianın gecikdirilməsi üzrə borc məbləği 1 ay əsasında ((64 703.97 *5%)/12)*1= 269.60 manat təşkil edir.
3. Cavabdeh xx.xx.2025-ci il tarixdə iddia ərizəsinə dair yazılı etiraz ərizəsi təqdim edərək, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. Yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının tələbi tamamilə əsassızdır. Öncəliklə qeyd edək ki, İddiaçı “Azimuth Solutions MMC-nir qanuni təmsilçisi qismində çıxış edən X2 eyni zamanda "xxxx" QSC-nin (VÖEN **********) qanuni təmsilçisidir və hər iki şirkətlə Cəmiyyət arasında əməkdaşlıq mövcud olmuşdur. Belə ki, 05 yanvar 2022-ci il tarixində Cavabdeh MMC ilə "xxxx" QSC (bundan sonra "xxxx") arasında İNT001/01022022 nömrəli qeyri-qida mallarının təchizatı müqaviləsi bağlanmışdır. Həmin Müqavilə üzrə İnteqral tərəfindən Cəmiyyətə 39.679, 65 manat dəyərində məhsul təchiz olunmuş, lakin məhsullarda olan qüsur səbəbindən məhsullar qaytarma aktı əsasında İnteqrala geri qaytarılmışdır. Məhsulların akt əsasında tam formada geri qaytarılmasına baxmayaraq, Cəmiyyət tərəfindən həmin məhsullara görə İnteqrala ödənilmiş məbləğ Cəmiyyətə geri ödənilməmişdir. Nəticədə, "xxxx" QSC-nin Müqavilə üzrə Cəmiyyətə 39.679,65 manat məbləğində borc öhdəliyi yaranmışdır. Cəmiyyət bu borcun ödənilməsi üçün İnteqrala dəfələrlə müraciət etsə də, İnteqral öhdəliyini icra etməyərək Cəmiyyətə olan borcunu ödəməkdən imtina etmişdir. Daha sonra Cəmiyyət borc məbləğinin əvəzləşdirilməsi məqsədilə İnteqrala yeni məhsul sifarişi vermişdir. Bu sifarişlər isə İnteqrala aidiyyəti olan şirkət - Azimuth tərəfindən təchiz olunub. Qeyd etdiyimiz kimi, sifariş İnteqralın Cəmiyyətə olan borcunun əvəzləşdirilməsi məqsədilə verildiyindən həmin sifariş üçün Cəmiyyət tərəfindən hər hansı ödəniş edilməsi nəzərdə tutulmayıb. Azimuth İnteqralın Cəmiyyətə borclu olduğundan xəbərdar olduğu halda əvəzləşməni qəbul etməyərək sifarişin dəyərinin ödənilməsi üçün Cəmiyyətə pretenziya ünvanlamışdır. Pretenziyaya cavab olaraq, əvəzləşmə edilmədiyi halda Cəmiyyətin ləngitmə hüququndan istifadə edəcəyi və Azimutha müvafiq sifarişin dəyərinin yalnız İnteqralın Cəmiyyətə olan borcunun ödənilməsindən sonra icra olunacağı bildirilmişdir. Azimuth bununla da razılaşmayıb əsassız olaraq məhkəməyə müraciət etmişdir. Bildirək ki, Cavabdeh hazırda 500-dən çox təchizatçı və podratçı ilə müqavilə əsasında əməkdaşlıq etməkdədir. Cavabdeh bağladığı bütün müqavilələr, habelə verdiyi bütün sifariş tapşırıqları üzrə ödəniş və digər öhdəliklərim bu günədək heç bir gecikmə olmadan icra etmişdir və indiyədək heç bir təchizatçı tərəfindən “Bravo ödənişimi etmir” əsası ilə iddia irəli sürülməyib. Nəticədə, Cəmiyyət öz tələblərinin təmini məqsədilə İnteqralın ona olan borcuna münasibətdə əvəzləşdırmə huququndan, bu mümkün olmad.qda isə öhdəliyin icrasının ləngidilməsi hüququndan istifadə etmişdir. Qeyd etdiyimiz kimi, əvəzləşdirilmə məqsədilə verilən sifariş Cəmiyyət tərəfindən İnteqrala göndərilmiş, lakin sifariş aidiyyəti olan şəxs Azimulh tərəfindən icra edilmişdir. Beləliklə, Azimuth Cəmiyyətin Azimuthla aidiyyəti olan şəxslə bağladığı Müqavilə üzrə hüquqlarının təmini üçün etdiyi müraciətə məhəl qoymadan əsassız şəkildə məhkəməyə müraciət etmişdir. Bir daha diqqətinizə çatdıraq ki. Cəmiyyətin məqsədi öz öhdəliklərinin icrasından yayınmaq deyil, yalnız İddiaçıya aidiyyəti olan şəxslə bağlanmış Müqavilə üzrə pozulmuş hüquqlarının bərpası olmuşdur.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, "xxxx" QSC ilə hazırkı iddiaçı QSC-nin hər hansı bir bağlılığı, əlaqəsi yoxdur, hər biri müstəqil hüquqi şəxsdir, cavabdehin hazırkı müqavilənin hər hansı borcun əvəzləşdirilməsi ilə bağlı bağlanması barədə dəlili əsassızdır.
6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi N.Məhəmmədli iddia ərizəsinə etiraz edib yazılı etirazlarının məzmununa uyğun izahat verib, iddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixli, MT2506 10155167 nömrəli, 52299,96 manat məbləğində elektron qaimə-faktura göndərilmişdir.
9. Tərəflər arasında imzalanmış, möhürlə təsdiq olunmuş 05 may 2025-ci il tarixli malların təhvil-qəbul aktına əsasən iddiaçı tərəfindən cavabdehə 52299,96 manat məbləğində mallar (23 ədəd noutbuk və 20 ədəd printer) təhvil verilmişdir.
10. İddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixli, MT2506 10154427 nömrəli, 12404,01 manat məbləğində elektron qaimə-faktura göndərilmişdir.
11. Tərəflər arasında imzalanmış, möhürlə təsdiq olunmuş 05 may 2025-ci il tarixli malların təhvil-qəbul aktına əsasən iddiaçı tərəfindən cavabdehə 12404,01 manat məbləğində mallar (6 ədəd noutbuk və laptop) təhvil verilmişdir.
12. Cavabdeh tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sifariş sənədinə əsasən 10511,87 manat dəyərində, xx.xx.2025-ci il tarixli sifariş sənədinə əsasən 44322 manat dəyərində mal iddiaçıya sifariş edilmişdir.
13. Məhkəmə nümayəndələrin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır.
14. Belə ki, iddia 2 hissədən ibarətdir: 1. əsas borcun ödənilməsi; 2. illik 5 faizlə hesablanmış 269,60 manat faiz borcunun tutulması.
15. Məhkəmə iddia ərizəsini birinci hissədə əsaslı hesab edir.
16. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 2025-ci ilin may ayında şifahi alqı-satqı müqaviləsi bağlanmış, cavabdehin xx.xx.2025-ci il tarixli sifarişləri əsasında iddiaçı tərəfindən ona xx.xx.2025-ci il tarixdə ümumilikdə 52299,96 manat, xx.xx.2025-ci il tarixdə 12404,01 manat məbləğində mallar təhvil verilmiş, cavabdeh tərəfindən mallar qəbul edilmiş, lakin dəyəri ödənilməmişdir.
17. Cavabdehin öz öhdəliyini lazımınca icra etməməsi iddiaçıya Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
20. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.
21. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
22. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
23. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
24. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
25. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
26. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
27. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
28. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır və həmin hissədə təmin edilməlidir.
29. Məhkəmə cavabdehin göstərilən malların "xxxx" QSC-nin ona olan borcunun əvəzi qismində borcun əvəzləşdirilməsi məqsədilə verilmiş olması, bu səbəbdən dəyərini ödəməli olmaması barədə dəlilini əsassız hesab edir.
30. Belə ki, Kommersiya Qurumlarının dövlət reyestr məlumatlarından görünür ki, "xxxx" QSC və iddiaçı QSC ayrı-ayrı hüquqi şəxslər olmaqla müstəqil balansa, habelə əmlaka malikdir, biri digərinin öhdəliklərinə görə məsuliyyət daşımır.
31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 540.1-ci maddəsinə əsasən əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər.
32. Hazırkı halda, iddiaçının özünün bildirdiyi kimi iddiaçı hüquqi şəxsin deyil, digər hüquqi şəxsin cavabdeh qarşısında icra edilməli 39679,65 manat pul öhdəliyi mövcuddur, bu səbəbdən iddiaçının hazırkı tələbi ilə cavabdehin digər borcluya qarşı olan həmin tələbinin əvəzləşdirilməli olması barədə cavabdehin dəlili əsassızdır.
33. Bundan əlavə, cavabdehin “39679,65 manat borcun əvəzinə ona 64703,97 manat dəyərində malların verilmiş olması barədə” arqumenti ağlabatan deyildir.
34. Belə ki, cavabdehin nümayəndəsi məhkəmə iclasında yazılı etirazında göstərilənlər nəzərə alındıqda hansı səbəbdən ona 25024,32 manat artıq məbləğdə malın verilməsinin səbəbini izah edə bilməmişdir.
35. Cavabdeh ona iddiaçı tərəfindən təqdim edilmiş elektron qaimələrə etiraz etməmiş, onlara düzəlişə göndərməmiş, ləğv edilməsini iddiaçıdan tələb etməmişdir.
36. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı 64703,97 manat borcun ödənilməsini tələb etməklə haqlıdır, iddia həmin hissədə təmin edilməlidir.
37. Məhkəmə iddianı ikinci hissədə də əsaslı hesab edir.
38. Belə ki, iddiaçı iddia ərizəsində borclunun icranın gecikdirməsi nəticəsində əsas borc (64703,97 manat) üzrə ona vurulmuş zərər qismində bir aylıq dövr üzrə 269,60 manat (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) pulun ödənilməsi tələbini də irəli sürmüşdür.
39. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
40. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
41. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:
42. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;
43. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
44. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”
45. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
46. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
47. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. ... ...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.”
48. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.
49. Mülki Məcəllənin 445.7-ci maddəsindən və Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz iddiaçının əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Başqa sözlə, borcun gecikdirilməsi faktının müəyyən olunması iddiaçının gecikdirilmiş vaxt üçün borcludan illik beş faizin tutulmasına dair tələbinin təmin olunması üçün əsasdır.
50. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan məhkəmə belə qənaətə gəlir ki, iddiaçının həmin tələbi də əsaslıdır, iddia həmin hissədə də təmin edilməlidir.
51. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 64703,97 manat əsas borc, 269,60 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.
52. Bundan başqa iddiaçı iddia ərizəsində hüquqi xidmətin göstərilməsi ilə bağlı 2500 manat xərcin də cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən hüquqi yardımla bağlı yaranmış xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
53. Belə ki, iddiaçı tərəfindən iş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli, 206OPXO252180669 nömrəli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən “Sirius” Vəkil Bürosunun hesabına 2500 manat məbləğində vəsait ödənilmişdir.
54. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
55. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
56. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 286 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
57. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 64703,97 manat əsas borc, 269,60 manat faiz borcu, 2500 manat hüquqi yardıma görə xərc, 286 manat dövlət rüsumu, ümumilikdə 67759,57 (altmış yeddi min yeddi yüz əlli doqquz manat əlli yeddi qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
X5