Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6540/2025 28.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 16 iyul 2024-cü il tarixli alqısatqı müqaviləsi üzrə ƏDV daxil olmaqla 36465,77 manat məbləğində pulun və ödənilmiş 199,4 manat dövlət rüsumu, 150 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 16 iyul oktyabr 2024-cü il tarixində bağlanan 16/24-07 saylı müqaviləyə əsasən müqavilənin əlavə hissəsində göstərilən mal-material dəyərində malları qəbul edib əvəzində malın dəyərini 5 iş günü müddətində ödəməyi cavabdeh öhdəsinə götürmüş, həmin müqaviləyə əsasən ödəniş həyata keçirilməmişdir. Bunun nəticəsində hal-hazırkı tarixədək 36465,77 manat məbləğində borc məbləği ödənilməmişdir. Borcun ödənilməməsi tərəflər arasında razılaşmaya əməl olunmaması ilə nəticələnmişdir. Bu halda borcun ödənilməməsi həm satıcı, həm də alıcının hüquqlarını pozur. Borcun gecikməsindən irəli gələrək, gecikmə və ödənişin edilməməsi nəticəsində iddiaçı daha sonra əlavə hüquqi tədbirlər tətbiq etməyə məcbur ola bilər. Bununla bağlı xx.xx.2025-ci il tarixdə cavabdehə borcun ödənilməsi ilə bağlı pretenziya məktubu ilə müraciət olunmuşdur. Lakin cavabdeh tərəfindən bu günə qədər pretenziyaya rəsmi münasibət bildirilməmişdir.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385, 739, 740-cı və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. İddiaçının nümayəndəsi X4 məhkəmə iclaslarında iştirak edərək iddia tələbinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi.
6. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə ünvanlayaraq iddiaya etiraz etmiş və göstərmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdə qiymətin haradan götürülməsi, necə müəyyən edilməsi bəlli deyil, bu haqda sənədlər yoxdur. Ona görə iş ətraflı araşdırma tələb edir.
7. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Alqı-satqı müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki: – iddiaçı ilə cavabdeh arasında 16 iyul 2024-cü il tarixli 16/24-07 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı cavabdehə müqaviləyə əlavədə göstərilən mal-materialı satmağı, cavabdeh isə həmin malları qəbul edib razılaşdırılmış müddətlərdə malın haqqını ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əlavə olaraq xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 17 qiymət razılaşdırma protokolu imzalanmış, ayrı-ayrı malların adı, ölçüləri, miqdarı qiyməti razılaşdırılmışdır. – İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli MT2407 11401146 seriya və nömrəli elektron qaimə ƏDV daxil 2537 manat, xx.xx.2024-cü il tarixli MT2407 11762277 seriya və nömrəli elektron qaimə ƏDV daxil 455,48 manat, xx.xx.2024-cü il tarixli MT2408 ********* seriya və nömrəli elektron qaimə ƏDV daxil 1062 manat, xx.xx.2024-cü il tarixli MT2408 10109034 seriya və nömrəli elektron qaimə ƏDV daxil 39,53 manat, xx.xx.2024-cü il tarixli MT2408 10328489 seriya və nömrəli elektron qaimə ƏDV daxil 759,92 manat, xx.xx.2024cü il tarixli MT2408 10738067 seriya və nömrəli elektron qaimə ƏDV daxil 902,7 manat, xx.xx.2024-cü il tarixli MT2408 11139681 seriya və nömrəli elektron qaimə ƏDV daxil 6501,8 manat, xx.xx.2024-cü il tarixli MT2408 11217393 seriya və nömrəli elektron qaimə ƏDV daxil 148,09 manat, xx.xx.2024-cü il tarixli MT2408 11255448 seriya və nömrəli elektron qaimə ƏDV daxil 141,6 manat, xx.xx.2024-cü il tarixli MT2408 11381884 seriya və nömrəli elektron qaimə ƏDV daxil 2643,2 manat, xx.xx.2024-cü il tarixli MT2408 11987548 seriya və nömrəli elektron qaimə ƏDV daxil 11528,718 manat, xx.xx.2024-cü il tarixli MT2409 10118190 seriya və nömrəli elektron qaimə ƏDV daxil 1148,14 manat, xx.xx.2024-cü il tarixli MT2409 10274656 seriya və nömrəli elektron qaimə ƏDV daxil 659,62 manat, xx.xx.2024-cü il tarixli MT2409 10518703 seriya və nömrəli elektron qaimə ƏDV daxil 500,32 manat, xx.xx.2024-cü il tarixli MT2409 10719196 seriya və nömrəli elektron qaimə ƏDV daxil 3572,45 manat, xx.xx.2024-cü il tarixli MT2409 11011204 seriya və nömrəli elektron qaimə ƏDV daxil 777,73 manat, xx.xx.2024-cü il tarixli MT2409 11386288 seriya və nömrəli elektron qaimə ƏDV daxil 14230,8 manat, xx.xx.2024-cü il tarixli MT2409 12000413 seriya və nömrəli elektron qaimə ƏDV daxil 1115,1 manat olmaqla ümumilikdə ƏDV daxil 48724,198 manat dəyərində malın verilməsi ilə bağlı cavabdehə göndərilmiş, həmin elektron qaimənin kağız surəti cavabdehin möhürü ilə təsdiq edilmişdir. – Cavabdeh tərəfindən ayrı-ayrı elektron qaimələrə istinad edilməklə xx.xx.2024-cü il tarixdə 1800,45 manat ƏDV, 10002,5 manat əsas məbləğ olmaqla cəmi 11802,95 manat ödəniş edilmişdir.
12. İddiaçı 16 iyul 2024-cü il tarixli 16/24-07 nömrəli alqı-satqı müqaviləsi üzrə malların qalıq dəyəri olan 36465,77 manat məbləğində pulun tutulmasını tələb edir.
13. Cavabdeh məhkəmə iclaslarında iştirak etmir, lakin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə iddiaçı tərəfindən hesablanan məbləğin əsasının olmadığını qeyd edir.
14. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.
15. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
16. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
17. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.
18. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
19. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub, iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.
20. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
21. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.
22. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin sübutetmə vəzifəsindən və mülki qanunvericilik normalarından irəli gələrək məhkəmə göstərir ki, kreditor tərəfindən borcluya qarşı müqavilənin dəyərinin ödənilməsi tələblərində: (a) tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğu, (b) həmin müqavilə üzrə kreditorun öz vəzifələrini lazımınca icra etdiyi, (c) lakin borclunun müqavilə öhdəliklərini – müqavilənin dəyərini ödəmək vəzifəsini pozduğunu sübutetmə vəzifəsini, bir qayda olaraq, kreditor daşıyır. Borclu isə, bir qayda olaraq, kreditorun adıçəkilən tələbinə qarşı etirazının məzmunundan irəli gələrək (a) müqavilə münasibətlərinin mövcud olmadığını və ya (b) kreditorun öz vəzifələrini vaxtında və lazımınca icra etmədiyini və ya (c) müqavilənin dəyərini ödədiyini sübut etməlidir.
23. Lakin cavabdeh aldığı malların dəyərini ödəməsi ilə bağlı hər hansı sübut təqdim etməmiş, elektron qaimələri möhürlə təsdiq etdiyi halda, borcun əsasının olmadığını bildirmişdir.
24. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
25. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
26. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
27. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
28. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
29. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin olunmalı, 16 iyul 2024-cü il tarixli 16/24-07 nömrəli alqı-satqı müqaviləsi üzrə 36465,77 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
30. İddiaçı eyni zamanda ödənilmiş 199,4 manat dövlət rüsumunun, 150 manat hüquqi yardım xərcinin də tutulmasını tələb edir.
31. İş materiallarından görünür ki, **********89 nömrəli mədaxil qəbzi ilə 183,16 manat, **********14 nömrəli mədaxil qəbzi ilə 16,24 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
32. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
33. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir.
34. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
35. Məhkəmə hüquqi yardım xərcinə münasibətdə göstərir ki, əvvəla, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli mədaxil qəbzində əks olunan 300 manat hüquqi xidmət üçün Əliyev Arif tərəfindən X1 bank hesabına köçürülmüşdür ki, hər iki şəxsin hazırkı işlə əlaqəsi müəyyən edilə bilmir.
36. Digər tərəfdən, mülki prosessual qanunvericilikdə isə nümayəndə və ya vəkilə ödənilən xərcin bölüşdürülməsi qaydası təsbit edilmişdir. Mülki Prosessual Məcəllənin 69.2-ci maddəsinə əsasən, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. İşin halından da təsdiq olunur ki, iddiaçını məhkəmədə işçisi təmsil və hüquqlarını müdafiə etmişdir. Bu səbəbdən digər şəxsə ödənilən vəsait məhkəmə xərclərinə aid edilə bilməz.
37. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
38. Beləliklə, məhkəmə iddia tələbinin təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 199,4 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. V. Nəticə:
39. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 16 iyul 2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 36465,77 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 199,4 manat Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova