Məhkəmə qərarları › İş №e-2-2(113)-6551/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6551/2022

20.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6551/2022 20.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC ilə aralarında olan razılaşmaya əsasən tədərük edilmiş mallara görə yaranmış və ödənilməmiş əsas borc üzrə 2269,19 manat, habelə mediasiya xərcinə görə 60 manat və hüquqi yardımla əlaqədar ödənilmiş 300 manat məbləğində xidmət haqqının, ümumilikdə 2629,19 manat məbləğinin cavabdeh "xxxx" MMC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında qida məhsullarının tədarükünə dair razılaşmaya əsasən müxtəlif adlarda qida məhsulları cavabdehə satılmışdır. Tədarük edilmiş malların kəmiyyəti və keyfiyyəti barədə cavabdeh tərəfindən bu günədək heç bir iddia irəli sürülməmişdir. Lakin, cavabdehin bu tədarük edilmiş, yəni satılmış malların dəyəri üzrə iddiaçıya 2269,19 manat borcu qalmaqdadır. Bu borcun ödənilməsi üçün iddiaçı tərəfindən dəfələrlə edilmiş müraciətlərə baxmayaraq borc məbləğinin ödənilməsindən alıcı müxtəlif bəhanələrlə yayınmışdır. Ümumi tədarük olunan malların dəyəri 3701,54 manat təşkil etmiş, həmin məbləğdən 1432,35 manat hissəsi cavabdeh tərəfindən qarşılanmışdır. Borcun ödənilməsinə dair pretenziya məktubu göndərilməsinə baxmayaraq, qeyd olunan borc məbləği ödənilməşmidir. Beləliklə alqısatqı predmeti olmuş malların dəyəri cavabdeh tərəfindən tam həyata keçirilmədiyindən tərəflər arasında razılaşma şərtlərini cavabdeh pozmuşdur. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan: 02 avqust 2019-cu il tarixli, BD-1329 nömrəli malların təhvil-təslim aktına əsasən 437,1 manat (ƏDV 66,68 manat), 02 avqust 2019-cu il tarixli, BD-1330 nömrəli malların təhvil-təslim aktına əsasən 293,5 manat, 05 avqust 2019-cu il tarixli, BD-1357 nömrəli malların təhvil-təslim aktına əsasən 601,55 manat (ƏDV 91,76 manat), 06 avqust 2019-cu il tarixli, BD-1382 nömrəli malların təhvil-təslim aktına əsasən 73,2 manat (ƏDV 11,16 manat), 08 oktyabr 2019-cu il tarixli, BD-2059 nömrəli malların təhvil-təslim aktına əsasən 308,8 manat (ƏDV 48,79 manat), 08 oktyabr 2019-cu il tarixli, BD-2060 nömrəli malların təhvil-təslim aktına əsasən 51 manat, 12 oktyabr 2019-cu il tarixli, BD-2099 nömrəli malların təhvil-təslim aktına əsasən 397,2 manat (ƏDV 60,59 manat), 12 oktyabr 2019-cu il tarixli, BD-2100 nömrəli malların təhvil-təslim aktına əsasən 17 manat, 15 oktyabr 2019cu il tarixli, BD-2124 nömrəli malların təhvil-təslim aktına əsasən 269,26 manat, 16 oktyabr 2019-cu il tarixli, BD-2141 nömrəli malların təhvil-təslim aktına əsasən 203,5 manat (ƏDV 31,04 manat), 18 oktyabr 2019-cu il tarixli, BD-2160 nömrəli malların təhvil-təslim aktına əsasən 336,32 manat (ƏDV 51,29 manat), 18 oktyabr 2019-cu il tarixli, BD-2161 nömrəli malların təhvil-təslim aktına əsasən 259,1 manat, 26 oktyabr 2019-cu il tarixli, BD-2242 nömrəli malların təhvil-təslim aktına əsasən 276,4 manat (ƏDV 42,16 manat), 28 oktyabr 2019-cu il tarixli, BD-2251 nömrəli malların təhvil-təslim aktına əsasən 150,6 manat (ƏDV 22,98 manat) dəyərində mallar iddiaçı tərəfindən təhvil verilmiş, cavabdeh tərəfindən təhvil alınmışdır; 23 noyabr 2020-ci il tarixli, 1362 nömrəli hesab-fakturaya əsasən 73,2 manat, 1332 nömrəli hesab-fakturaya əsasən 293,5 manat, 1331 nömrəli hesab-fakturaya əsasən 437,1 manat, 1349 nömrəli hesab-fakturaya əsasən 601,55 manat, 2041 nömrəli hesabfakturaya əsasən 51 manat, 2086 nömrəli hesab-fakturaya əsasən 17 manat, 2121 nömrəli hesab-fakturaya əsasən 203,5 manat, 2040 nömrəli hesab-fakturaya əsasən 308,8 manat, 2228 nömrəli hesab-fakturaya əsasən 150,6 manat, 2143 nömrəli hesabfakturaya əsasən 259,1 manat, 2110 nömrəli hesab-fakturaya əsasən 269,27 manat, 2087 nömrəli hesab-fakturaya əsasən 397,2 manat, 2215 nömrəli hesab-fakturaya əsasən 276,4 manat, 2142 nömrəli hesab-fakturaya əsasən 336,32 manat məbləğində mallar Cavabdeh MMC-yə təhvil verilmişdir; 07 noyabr 2019-cu il tarixli, EBAC seriyalı, 070129 saylı elektron qaiməyə əsasən 150,6 manat, 25 oktyabr 2019-cu il tarixli, EBAB seriyalı, 659351 saylı elektron qaiməyə əsasən 336,32 manat, 14 sentyabr 2019-cu il tarixli, EAAZ seriyalı,855731 saylı elektron qaiməyə əsasən 437,1 manat, 25 oktyabr 2019-cu il tarixli, EBAB seriyalı, 659350 saylı elektron qaiməyə əsasən 259,1 manat, 27 sentyabr 2019-cu il tarixli, EBAA seriyalı, 471549 saylı elektron qaiməyə əsasən 601,55 manat, 14 sentyabr 2019-cu il tarixli, EAAZ seriyalı, 855730 saylı elektron qaiməyə əsasən 293,5 manat, 21 oktyabr 2019-cu il tarixli, EBAB seriyalı, 422047 saylı elektron qaiməyə əsasən 269,26 manat, 17 oktyabr 2019-cu il tarixli, EBAB seriyalı, 121059 saylı elektron qaiməyə əsasən 308,79 manat, 27 sentyabr 2019-cu il tarixli, EBAA seriyalı, 469692 saylı elektron qaiməyə əsasən 73,2 manat, 17 oktyabr 2019-cu il tarixli, EBAB seriyalı, 121058 saylı elektron qaiməyə əsasən 51 manat, 21 oktyabr 2019-cu il tarixli, EBAB seriyalı, 422048 saylı elektron qaiməyə əsasən 397,2 manat, 21 oktyabr 2019-cu il tarixli, EBAB seriyalı, 422049 saylı elektron qaiməyə əsasən 17 manat, 21 oktyabr 2019-cu il tarixli, EBAB seriyalı, 447147 saylı elektron qaiməyə əsasən 203,5 manat, 01 noyabr 2019-cu il tarixli, EBAB seriyalı, 930453 saylı elektron qaiməyə əsasən 276,4 manat məbləğində Cavabdeh MMC-nin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin alqı-satqı ilə bağlı münasibətləri tənzimləyən 29-cu fəslinin 1-ci paraqrafında daşınar əşyanın alqı-satqı müqaviləsinin mütləq qaydada yazılı formada bağlanmasını nəzərdə tutan hər hansı imperativ norma mövcud deyildir. Bu isə onu deməyə imkan verir ki, daşınar əşyaların (rəsmi reyestrdə qeydə alınan daşınar əşyalar istisna olmaqla) alqı-satqı müqaviləsi şifahi formada da bağlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2 və 329.3-cü maddələrinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Tərəflər arasında alqı-satqı müqaviləsi üzrə münasibətlərin mövcud olması hər iki tərəfin imzaladığı malların təhvil-təslim aktları ilə, habelə, hesab-faktura və elektron qaimələrlə öz təsdiqini tapır. Beləliklə iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla təsdiq olunur ki, tərəflər arasında alqı-satqı müqaviləsi üzrə münasibətlər mövcud olmuş, 3701,54 manat dəyərində mallar iddiaçı tərəfindən Cavabdeh MMC-yə təhvil verilmiş, sonuncu tərəfindən bütün dövr ərzində 1432,35 manat iddiaçıya ödənilmiş, nəticədə 2269,19 manat borcu ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi Məcəlləsinin 176-cı maddəsinə əsasən həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli, 156 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının": 1.2-ci bəndinə əsasən elektron qaimə – faktura həmin qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdimi edilən ilkin uçot sənədidir; 3.9-cu bəndinə əsasən ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Bununla bağlı məhkəmə qeyd edir ki, malın təhvil verilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə bu hal cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qəbul edilməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Belə olduğu təqdirdə iddianın rədd və ya qismən təmin olunması üçün cavabdeh tərəfindən üzləşdirmə aktı tərtib olunduqdan sonra məhkəməyə tələb olunan borcun tam və ya qismən ödənilməsini təsdiq edən sənədlər təqdim edilməlidir. Lakin cavabdeh tərəfindən məhkəməyə bununla bağlı hər hansı bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.” Plenum qərarında qeyd olunan mövqeyi nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın əsas borcun ödənilməsi barədə hissəsinin əsaslı olması yalnız elektron vergihesab fakturaları deyil, həmçinin, malların təhvil – qəbul aktları ilə də təsdiqini tapır. Buna görə də, məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən həmin Qanuna uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 60 manat məbləğində pul vəsaiti və hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 300 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə iddiası təmin edilsin. 2269,19 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 300 manat və ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 60 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar