Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6554/2022 05.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı Cavabdeh2 Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07 mart 2018-ci il ,27 mart 2018-ci il və 03 mart 2021-ci il tarixlərində bağlanmış müqavilələrə əsasən Cavabdeh2 MMC-dən alıcının aldığı kiçik buynuzlu piklə dərisinə görə ümumilikdə 414198 ABŞ dolları məbləğində pulun və ödənişi gecikdirdiyinə görə, bank uçot dərəcəsinə uyğun olaraq illik 5% olmaqla 35000 ABŞ dolları həcmində faizin cavabdehdən tutularaq Cavabdeh2 MMC-nin bank hesabına köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in: 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsini və ona əlavə edilmiş sənədlər geri qaytarılır. İddia ərizəsinə əlavə edilmiş və elektron informasiya sistemində yerləşdirilmiş sənədləri nəzərdən keçirən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır, belə ki, iddia ərizəsini imzalayan şəxs Nümayəndə “AZEMİS” elektron məhkəmə informasiya sistemində işə nümayəndə kimi əlavə olunsa da, Nümayəndə kimi səlahiyyətlərini təsdiq edən etibarnamə və order sistemə əlavə edilməmişdir. Bununla yanaşı Nümayəndə sistemə əlavə edilmiş sənədləri imzalasa da, onun sənədləri imzalamağa səlahiyyəti olmamışdır. Həmçinin iddiaçının diqqətinə çatdırılır ki, Cavabdeh2 elektron sistemdə cavabdeh kimi qeydə alınmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 263-264-ci maddələrinə əsasən, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh2 Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin xx.xx.2022-ci il tarixli 995 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə ********* nömrəli qəbz geri qaytarılsın. İddiaçı Cavabdeh2nə izah edilsin ki, iddia ərizəsini imzalayan şəxsin səlahiyyətlərini təsdiq edən sənədləri sistemə əlavə etdikdən sonra təkrarən məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-6554/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6554/2022
05.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver