Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6556/2024 03.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızı tərəfindən İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı pulun tutulması tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı Sığorta Şirkəti ASC (sığortaçı) ilə Cavabdeh (sığortalı) arasında bağlanmış xx.xx.2023-cü il tarixində **********440 saylı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1-ci bəndinə əsasən sığortalının qanunun 13-cü maddəsinə uyğun olaraq müəyyən edilmiş müvafiq sığorta tarifləri əsasında hesablanan bu müqavilədə razılaşdırılmış müvafiq sığorta haqqını ödəməsi müqabilində Qanunun 3.1-ci maddəsinə uyğun olaraq müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi olan qoşmada nəzərdə tutulmuş fiziki şəxslərin həyatına və sağlamlığına istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında dəyən zərərlə əlaqədar onların peşə əmək qabiliyyətinin itirilməsinə və ya ölümünə görə sığortaçı Qanunun 18-ci maddəsində müəyyən edilmiş qaydada sığorta ödənişinin verilməsi öhdəliyi götürür. 6.1-ci bəndinə əsasən müqavilə müddətsiz bağlanılır. 9.2.1-ci bəndinə əsasən müqavilə ilə müəyyən edilmiş məbləğdə, qaydada və müddətlərdə sığorta haqqını sığortaçıya ödəmək sığortalının vəzifəsidir.
2. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinə QH********** nömrəli qoşmada sığorta olunanlar haqqında məlumat, peşə riskinin dərəcəsi, sığorta məbləği, sığorta tarifi, geri qaytarılacaq ödəniş sığorta haqqı göstərilmiş, ümumi sığorta haqqı 741,06 manat məbləğində qeyd edilmişdir.
3. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinə illik qoşmasına QH**********/1 xitam əlavəsində geri qaytarılacaq cəmi sığorta haqqı 149,82 manat məbləğində göstərilmişdir.
4. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixdə pretenziya ünvanlayaraq sığortalı tərəfindən İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə sığorta haqqı borcunun ödənilmədiyi təqdirdə müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir. İİ. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
5. İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı kiçik iddialar üzrə sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, ödənilməmiş sığorta haqqı borcu üzrə 211,24 manat pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh X1 tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Sığorta Şirkəti ASC ilə sahibkar X3 arasında xx.xx.2023-cü il tarixində **********440 nömrəli “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi və həmin müqaviləyə QH********** nömrəli qoşma imzalanmışdır. Həmin qoşmanın qüvvədə olma müddəti xx.xx.2023 – xx.xx.2024-cü il tarixinədək və ödənilməli sığorta haqqı cəmi məbləği 741,06 manat müəyyən edilmişdir. Cavabdeh QH********** nömrəli qoşma üzrə 380 manat ödəniş etsə də, sonradan sığorta haqqını ödəmədiyindən xx.xx.2023-cü il tarixində müqaviləyə vaxtından əvvəl xitam verilmiş, bu səbəbdən sığorta haqqı borcuna görə yenidən hesablanma aparılmış, 149,82 manat qaytarılan məbləğ çıxılmaqla qalıq sığorta haqqı borcu 211,24 manat məbləğində olmuşdur. Bundan sonra borcun xx.xx.2024-cü il tarixinədək ödənilməsinin təmin olunması tələbini özündə əks etdirən xx.xx.2024-cü il tarixli pretenziya məktubu ilə ödəniş üçün yeni müddət müəyyən edilmişdir. Buna baxmayaraq sığorta haqqı borcu hələ də ödənilməmişdir. Sığortalı ilə imzalanmış **********440 nömrəli müqavilənin 9.2.1-ci maddəsinə əsasən sığortalının icbari sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə, qaydada və müddətlərdə sığorta haqqını sığortaçıya ödəmək vəzifəsi mövcuddur.
7. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 386.2, 903.1, 903.5, 903.6-cı maddələrinə, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” AR Qanununun 7.2.2-ci maddəsinə, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi”nin məzmunu və formasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Mərkəzi X2 31 avqust 2021-ci il tarixli 23/3 nömrəli Qərarının 9.2.1-ci bəndinə istinad etmişdir.
b) İddiaya qarşı etirazın dəlilləri
8. İddiaya qarşı etiraz təqdim olunmamışdır.
b) İşdə iştirak edən şəxslər və onların izahatları
9. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də tərəflərin təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.
İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
10. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
11. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
İV. TƏTBİQ EDİLƏN HÜQUQ
12. AR Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 903.1-ci maddəsinə əsasən sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. 921.2-ci maddəsinə görə sığorta müqaviləsinə (qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) qaytarır. 13.AR MPM-in: 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
14. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
15. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Sığorta Şirkəti ASC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli **********440 nömrəli “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixində **********440 nömrəli “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsində müəyyən edilmiş 741,6 manat məbləğində sığorta haqqının yalnız 380 manat hissəsini ödəmiş, bununla da müqavilədə müəyyən edilmiş sığorta haqqını ödəmək öhdəliyini pozmuşdur. Bununla əlaqədar sığortaçı tərəfindən sığorta müqaviləsinə xx.xx.2023-cü il tarixdə vaxtından əvvəl xitam verilmişdir. Hazırda İddiaçı Sığorta Şirkəti ASC sığorta müqaviləsinin xitam verildiyi tarixədək - xx.xx.2023-cü il tarixədək olan müddət üçün sığorta haqqı borcunun – 211,24 manat məbləğində pulun cvabadeh Cavabdeh tələb edir.
16. Belə olan halda məhkəmə Cavabdeh xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixində **********440 nömrəli “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi üzrə İddiaçı Sığorta Şirkəti ASC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehin iddiaçıya sığorta haqqı borcunun yarandığını, eləcə də sığorta müqaviləsinə sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlı xitam verildiyini, belə olan halda isə Mülki Məcəllənin 921.2-ci maddəsinin tələbləri baxımından sığortaçının sığorta müqaviləsinin qüvvədə olduğu müddət üçün sığorta haqqının ödənilməsini tələb etmək hüququnun olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh xx.xx.2023-cü il tarixli **********440 saylı sığorta müqaviləsi üzrə 211,24 manat məbləğində sığorta haqqı borcunun tutulmasını tələb etməkdə haqlıdır.
17. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 30 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
18. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat təşkil edir.
19. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən MPM-in 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdehən tutularaq iddiaçıya ödənilməlidir.
20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli **********440 nömrəli “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi üzrə 211,24 manat məbləğində sığorta haqqı bоrcu, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva