Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-656/2020 03.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Mən, Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, İddiaçı1 iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, MÜƏYYƏN E T D İ M: İddiaçı1 Cavabdehnə qarşı kabel magistrallarının texniki qovşağından “xidmətlərin göstərilməsi haqqında” müqaviləyə əsasən iddia verilən günədək ƏDV daxil 471 (dörd yüz yetmiş bir) manat əsas borc və gecikdirilmiş dəbbə faizinə görə 3.202,80 (üç min iki yüz iki manat, səksən qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, toplam olaraq 3.703,80 (üç min yeddi yüz üç manat, səksən qəpik) manat məbləğdə pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçının tələbi cavabdehlə aralarında bağlanmış müqavilədən irəli gələn borc öhdəliklərinin təmin edilməsi ilə bağlıdır və həmin kategoriya işlər üzrə dövlət rüsumu ödəməkdən azad olunmamışdır. Eyni zamanda iddia ərizəsinin “xahiş etdi” hissəsində 30 manat dövlət rüsumunun cavabdehdən tutulması tələb olunsa da, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilməmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci, 8.1 və 8.1.2 maddələrinə uyğun olaraq, məhkəməyə iddia ərizəsi verilərkən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbəğlində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1 və 108.1.1 maddələrinə əsasən, iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 108.3 maddəsinə uyğun olaraq, dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Qeyd olunan Məcəllənin 150.0 və 150.0.2 maddələrinə əsasən, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.5-ci maddəsinin tələbinə görə, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı1 Cavabdehnə qarşı “xidmətlərin göstərilməsi haqqında” müqaviləyə əsasən iddia verilən günədək ƏDV daxil 471 (dörd yüz yetmiş bir) manat əsas borc və gecikdirilmiş dəbbə faizinə görə 3.202,80 (üç min iki yüz iki manat, səksən qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, toplam olaraq 3.703,80 (üç min yeddi yüz üç manat, səksən qəpik) manat məbləğdə pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-656/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-656/2020
03.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver