Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6564/2024 29.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Namazova Günay Rüstəm qızı, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə müraciət məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, № F.M. Ş/B 374 nömrəli “alğı-satqı” müqaviləsi əsasında yaranmış ƏDV daxil 4,868.25 AZN (dörd min səkkiz yüz altmış səkkiz manat, iyirmi beş qəpik) məbləğindəki borc pul vəsaitinin, cərimə pulu olaraq 968,78 AZN (doqquz yüz altmış səkkiz manat yetmiş səkkiz qəpik) pul vəsaitinin, ümumilikdə 5837,03 AZN (beş min səkkiz yüz otuz yeddi manat üç qəpik) pul vəsaitinin və Məhkəməyə müraciət etmək üçün əvvəlcədən ödənilmiş 78,38 AZN (yetmiş səkkiz manat otuz səkkiz) məbləğində dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən alınaraq İddiaçı MMC-yə ödənilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixində iddiaçının nümayəndəsi X1 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ilə müaciət edərək, cavabdh tərəfindən borc tam şəkildə ödənildiyi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.9-cu maddəsinə əsasən, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçı tərəfindən iddia ərizəsinin geri qaytarılması barədə ərizə daxil olduğundan, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsi verilərkən ********** saylı qəbzə əsasən ödənilmiş 78,38 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Namazova
Məhkəmə qərarları › İş №e-2-2(113)-6564/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6564/2024
29.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver