Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-659/2021 15.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC–dən 10.432,86 ( on min dörd yüz otuz iki manat 86 qəpik) manat məbləğində pulun tutularaq İddiaçı Məhdud Məsulliyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Məhdud Məsulliyətli Cəmiyyəti (VOEN **********) Qəbələ şəhərində tikinti mallarının satışı ilə məşğul olur. İddiaçı ilə cavabdeh Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh şirkət iddiaçıdan tikinti malları almışdır. xx.xx.2020-ci ilin üzləşmə aktına əsasən xx.xx.2020-ci il tarixinə qədər cavabdeh şirkətin tikinti materiallarına olan borcu 10.432,86 ( on min dörd yüz otuz iki manat 86 qəpik) manat təşkil edir. Lakin cavabdeh şirkət bizə olan borcunu ödəməmiş, borc tələb edilən zaman isə borc ödəməkdən yayınmış, etinasızlıq etmişdir. Bu səbəbdən də iddiaçı pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan satıcı olan iddiaçı ilə alıcı olan cavabdeh arasında xx.xx.2019cu il tarixdə bağlanmış 02/2019 nömrəli alqı-satqı müqaviləsinə əsasən “xxxx” MMC sifarişlər əsasında razılaşdırımış miqdarda, çeşiddə və keyfiyyətdə istehsal və ya idxal etdiyi, habelə digər hüquqi formada ticarət predmeti olan malları alıcıya satır, alıcı isə malı satıcıdan alır və müqabilində satıcıya bu müqavilə ilə nəzərdə tutulmuş qiyməti (haqqı) ödəyir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 864157 nömrəli elektron qaiməfakturadan görünür ki, məhsullarının yekun dəyəri 1953,90 manat olmaqla iddiaçı cavabdehə mal satmış və tərəflər öz imza və möhürləri ilə bunu təsdiq etmişlər. İş materiallarında olan xx.xx.2019-cu il tarilxi, 201836 nömrəli elektron qaiməfakturadan görünür ki, məhsullarının yekun dəyəri 1470,93 manat olmaqla iddiaçı cavabdehə mal satmış və iddiaçı öz imza və möhürü ilə bunu təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 201693 nömrəli elektron qaiməfakturadan görünür ki, məhsullarının yekun dəyəri 116 manat olmaqla iddiaçı cavabdehə mal satmış və iddiaçı öz imza və möhürü ilə bunu təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 821433 nömrəli elektron qaiməfakturadan görünür ki, məhsullarının yekun dəyəri 733,20 manat olmaqla iddiaçı cavabdehə mal satmış və iddiaçı öz imza və möhürü ilə bunu təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 414891 nömrəli elektron qaiməfakturadan görünür ki, məhsullarının yekun dəyəri 1405 manat olmaqla iddiaçı cavabdehə mal satmış və iddiaçı öz imza və möhürü ilə bunu təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 374253 nömrəli elektron qaiməfakturadan görünür ki, məhsullarının yekun dəyəri 2864,49 manat olmaqla iddiaçı cavabdehə mal satmış və iddiaçı öz imza və möhürü ilə bunu təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 374224 nömrəli elektron qaiməfakturadan görünür ki, məhsullarının yekun dəyəri 2684,98 manat olmaqla iddiaçı cavabdehə mal satmış və iddiaçı öz imza və möhürü ilə bunu təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 490677 nömrəli elektron qaiməfakturadan görünür ki, məhsullarının yekun dəyəri 1496 manat olmaqla iddiaçı cavabdehə mal satmış və iddiaçı öz imza və möhürü ilə bunu təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya xx.xx.2020-ci il tarixə 10432,86 manat dəyərində kreditor borcunun mövcüd olmasına dair akt tərtib edilərək, tərəflər öz imza və möhürləri ilə bunu təsdiq etmişlər. İş materiallarında olan xx.xx.2020-ci il tarixli,xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktublarına əsasən cavavdeh Cavabdeh MMC-dən borcun ödənilməsi tələb edilmiş, əks halda yaranmış mübahisənin müqavilənin 5-ci maddəsini rəhbər tutularaq məhkəmə yolu ilə həll olunacağı bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.7 maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə iddiaçının qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə sonuncuya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış və ödənilməmiş borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında müqavilə bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, müqavilənin şərtlərinin pozmuşdur. Nəticədə cavabdeh tərəfindən, iddiaçının təhvil verdiyi mallar üzrə 10.432,86 manat məbləğində borc ödənilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh MMC–dən 10.432,86 ( on min dörd yüz otuz iki manat 86 qəpik) manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 10.432,86 ( on min dörd yüz otuz iki manat 86 qəpik) manat məbləğində pul vəsaiti, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-659/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-659/2021
15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver