Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-659/2025 03.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı-nin cavabdeh "xxxx" MMC-yə qarşı (“X14” MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “borc” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı və dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, İddiaçının nümayəndəsinin iştirakı olmadan, Cavabdehin nümayəndəsi/vəkili Vəkil2 iştirakı ilə, Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinın iştirakı olmadan, İddiaçı-nin cavabdeh "xxxx" MMC-yə qarşı (“X14” MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “borc” tələbinə dair kommersiya mübahisəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən icra olunmamış müqavilənin icrası təmin edilərək 656.772,88 ABŞ dolları (1116513,9 manat) borc məbləği, vəkillə bağlanmış müqavilə üzrə hüquqi yardım xərci və 1348,43 manat dövlət rüsumunun Cavabdehndən tutularaq iddiaçı “İBC TARİMSULAMA TURİZMİNŞAAT ve İHRACAT İTHALAT LTD. ŞTİ .-ə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aramızda bağlanmış xx.xx.2023-cü il tarixli İBC/17 nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdeh tərəfidən təhvil alınmış mallar əsasında 76919,41 ABŞ dolları; xx.xx.2023-cü il tarixli İBC/19 nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdeh tərəfidən təhvil alınmış mallar əsasında 52550,00 ABŞ dolları; xx.xx.2023-cü il tarixli İBC/20 nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdeh tərəfidən təhvil alınmış mallar əsasında 97941,00 ABŞ dolları; xx.xx.2024-cü tarixli İBC/01.24 alqı-satqı müqaviləsinə əsasən cavabdeh tərəfidən təhvil alınmış mallar əsasında 98418,00 ABŞ dolları; xx.xx.2024-cü il tarixli İBC/02.24 nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdeh tərəfidən təhvil alınmış mallar əsasında 58801,00 ABŞ dolları; xx.xx.2024-cü il tarixli İBC/05.24 nömrəli alqısatqı müqaviləsinə əsasən cavabdeh tərəfidən təhvil alınmış mallar əsasında 111845,00 ABŞ dolları; xx.xx.2024-cü il tarixli İBC/08.24 nömrəli alqısatqı müqaviləsinə əsasən cavabdeh tərəfidən təhvil alınmış mallar əsasında 16229,47 ABŞ dolları; xx.xx.2024-cü il tarixli İBC009/24 nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdeh tərəfidən təhvil alınmış mallar əsasında 95000,00 ABŞ dolları; xx.xx.2024-cü il tarixli İBC-27/06.24 nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdeh tərəfidən təhvil alınmış mallar əsasında 49069,00 ABŞ dolları məbləğində, ümümilikdə 656772,88 ABŞ dolları (1116513,9 manat) məbləğ Cavabdeh tərəfindən ödənilməmişdir. İddiaçı tərəfindən cavabdehlə bağlanmış xx.xx.2023-cü il tarixli İBC/17 nömrəli alqı-satqı müqaviləsinə uyğun olaraq 2317 nömrəli qaiməyə əsasən göndərilmiş mallar Cavabdeh MMC ilə “X14” MMC arasında bağlanmış müqaviləyə əsasən sonuncu tərəfindən qəbul edilmiş, **********2 nömrəli gömrük bəyənnaməsi doldurularaq gömrük orqanına ötürülmüşdür. İddiaçı tərəfindən cavabdehlə bağlanmış xx.xx.2023-cü il tarixli İBC/19 nömrəli alqı-satqı müqaviləsinə uyğun olaraq 2319 nömrəli qaimə əsasında göndərilmiş mallar Cavabdeh MMC ilə “X14” MMC arasında bağlanmış müqaviləyə əsasən sonuncu tərəfindən qəbul edilmiş, **********0 nömrəli gömrük bəyənnaməsi doldurularaq gömrük orqanına ötürülmüşdür. İddiaçı tərəfindən cavabdehlə bağlanmış xx.xx.2023-cü il tarixli İBC/20 nömrəli alqı-satqı müqaviləsinə uyğun olaraq qaimə əsasında göndərilmiş mallar Cavabdeh MMC ilə “X14” MMC arasında bağlanmış müqaviləyə əsasən sonuncu tərəfindən qəbul edilmiş, **********0 nömrəli gömrük bəyənnaməsi doldurularaq gömrük orqanına ötürülmüşdür. İddiaçı tərəfindən cavabdehlə bağlanmış xx.xx.2024-cü il tarixli İBC/01.24 nömrəli alqı-satqı müqaviləsinə uyğun olaraq qaimə əsasında göndərilmiş mallar Cavabdeh MMC ilə “X14” MMC arasında bağlanmış müqaviləyə əsasən sonuncu tərəfindən qəbul edilmiş, **********0 nömrəli gömrük bəyənnaməsi doldurularaq gömrük orqanına ötürülmüşdür. İddiaçı tərəfindən cavabdehlə bağlanmış xx.xx.2024-cü il tarixli İBC/02.24 nömrəli alqı-satqı müqaviləsinə uyğun olaraq qaimə əsasında göndərilmiş mallar Cavabdeh MMC ilə “X14” MMC arasında bağlanmış müqaviləyə əsasən sonuncu tərəfindən qəbul edilmiş, **********0 nömrəli gömrük bəyənnaməsi doldurularaq gömrük orqanına ötürülmüşdür. İddiaçı tərəfindən cavabdehlə bağlanmış xx.xx.2024-cü il tarixli İBC/05.24 nömrəli alqı-satqı müqaviləsinə uyğun olaraq qaimə əsasında göndərilmiş mallar Cavabdeh MMC ilə “X14” MMC arasında bağlanmış müqaviləyə əsasən sonuncu tərəfindən qəbul edilmiş, ********** nömrəli gömrük bəyənnaməsi doldurularaq gömrük orqanına ötürülmüşdür. İddiaçı tərəfindən cavabdehlə bağlanmış xx.xx.2024-cü il tarixli İBC/08.24 nömrəli alqı-satqı müqaviləsinə uyğun olaraq qaimə əsasında göndərilmiş mallar Cavabdeh MMC ilə “X14” MMC arasında bağlanmış müqaviləyə əsasən sonuncu tərəfindən qəbul edilmiş, ********** nömrəli gömrük bəyənnaməsi doldurularaq gömrük orqanına ötürülmüşdür. İddiaçı tərəfindən cavabdehlə bağlanmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə uyğun olaraq qaimə əsasında göndərilmiş mallar Cavabdeh MMC ilə “X14” MMC arasında bağlanmış müqaviləyə əsasən sonuncu tərəfindən qəbul edilmiş, **********0 nömrəli gömrük bəyənnaməsi doldurularaq gömrük orqanına ötürülmüşdür. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi, iddiaçı tərəfindən göndərilmiş mallar müqavilə əsasında təmsilçi olaraq "xxxx" MMC tərəfindən təhvil alınır, gömrük rəsmiləşdirilməsi ilə bağlı bütün növ elektron gömrük bəyannaməsinin, əlavə vərəqinin doldurulması və gömrük orqanına ötürülməsi xidmətlərini "xxxx" MMC həyata keçirir. Qeyd edək ki, borcun ödənilməsi üçün dəfələrlə Cavabdehnə müraciət etsək də heç bir nəticəsi olmamışdır. Bu səbəbdən, 656772,88 ABŞ dolları (1116513,9 manat) borc məbləğinin ödənilməsi üçün Cavabdeh MMC-nə rəsmi şəkildə pretenizya məktubu göndərilmişdir.
3. İddiaçının nümayəndəsi cavabdehin arqumentlərinə yazılı etirazı məhkəməyə təqdim edərək bildirmişdir ki, 18 dekabr 2024-cü il tarixdə İBC Tarım Sulama Şirkətinin 13 sentyabr 2021-də yaranması barədə Türkiyədə mətbuat orqanında – qəzetdə olan məlumatı məhkəməyə təqdim edir. Həmin qəzetdən də göründüyü kimi şirkət xx.xx.2021ci il tarixdə qurulmuşdur. Bu məlumatdan göründüyü kimi Şirkətin qurucusu və imza səlahiyyətli şəxsi Tuna Karayaca adlı şəxs olmuşdur. Bundan başqa məhkəməyə elektron və eyni zamanda məhkəmə iclasında təqdim etdiyi Türkiyədə notariat orqanlarında təsdiq edilmiş və eyni zamanda Apostil olunmuş sənədlərdən göründüyü kimi Türkiyədə olan hazırki iddiaçı Şirkətin sahibi Hüseyn İşbilir 01 sentyabr 2021-ci il tarixdə səlahiyyətli olmamışdır. Bu səbəbdən cavabdeh tərəfin vəkili tərəfindən məhkəməyə təqdim edilən İBC X11 İnşaat və Sanayi Şirkətinin 01 sentyabr 2021-ci il tarixli Azərbaycanda "AzGroup adında şirkətin açılmasına dair verdiyi sənədin hüquqi qüvvəsi yoxdur. Yuxarıda qeyd edilən əsaslardan başqa o da qeyd edilməlidir ki, cavabdeh hüquqi şəxsin nizamnaməsi əvvəlki məhkəmə iclasında cavabdeh tərəfin vəkilindən məhkəmə tərəfindən tələb edilmişdir. Əgər həmin sənədi qarşı tərəf təqdim edərsə Nizamnaməsindən aydın olar ki, o müstəqil hüquqi şəxsdir. Türkiyədə olan İBC X11 İnşaat və Sanayi Şirkətinin nə nümayəndəliyi, nədə ki filialı deyildir. Bundan başqa cavabdeh tərəfin təqdim etdiyi bu sənədə münasibətdə o da qeyd edilməlidir ki, əgər məhkəmə tərəfindən hüquqi şəxsin vergi axtarış sistemindən ( taxes gov.az) qeydiyyatı araşdırılsa məlum olar ki, cavabdeh hüquqi şəxs olaraq müstəqil olaraq dövlət qeydiyyatından keçmişdir və başqa şəriki yoxdur. Təmsilçisi və eyni zamanda iddiaçı Türkiyə Şirkətilə müqavilə bağlayan hazırki cavabdeh hüquqi şəxsin rəhbəri qanuni təmsilçidir və İBC AZGRUP MMC-də 100 faiz pay hüququna malikdir. Onu da qeyd etmək lazımdır ki, tərəflər arasında bağlanmış müqavilədən göründüyü kimi müqavilə birgə faəliyyət müqaviləsi deyildir. Əksinə alıcı ilə satıcı arasında bağlanan alqı-satqı müqaviləsidir. Yuxarıda qeyd edilən hüquqi əsaslar belə nəticəyə gəlməyə əsas verir ki, cavabdeh tərəfin məhkəmə iclasında bildirdiyi kimi guya iddiaçı olan İBC X11 İnşaat və Sanayi Şirkəti ilə cavabdeh İBC AZGROUP MMC birgə və şərikli fəaliyyət göstərdiyinə dair fikirləri tam əsassızdır. Məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. II. Tərəflərin mövqeləri:
4. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümyəndəsi/vəkili iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçı və cavabdeh müstəqil şirkətlərdir. İstənilən ad seçilə bilər. Hüseyin bəy iddiaçı şirkətin səlahiyyətli şəxsi deyil. İlk öncə qeydiyyatdan başqa şəxsin adına keçirilir və qəzetdə dərc edilir. Həmin vaxt imza səlahiyyəti başqasında olub. Bakıda ofisin olmasına etiraz etmir. Cavabdeh şirkət iddiaçı şirkətin Bakı nümayəndəliyi deyildir və müstəqil şirkətdir. Tərəflər arasında dəfələrcə alqı-satqı münasibəti olub, pullar ödənilib. Sonuncu müqavilələr üzrə isə 656.772,88 ABŞ məbləğində borc qalmışdır. Həmin pulun tutulmasını xahiş edir.
5. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının qanuni nümayəndəsi Hüseyin İşbilir bildirmişdir ki, tərəflər arasında əməkdaşlıq olmuşdur. "xxxx" MMC-nin qanuni nümayəndəsinin işlə bağlı yetərincə məlumatı olmadığı və başqa biznesdə iş gördüyündən, tenderlər zamanı ondan konsultasiya istəmişdir və nəticə olaraq əməkdaşlıq ediblər. Əməkdaşlıq etmək şirkətin sahibi olmaq demək deyildir. Xarici şirkətlərdə yüksək vəzifə olmuşdur və təcrübəsi vardır. Bu təcrübədən "xxxx" MMC-nin direktoru istifadə etmək istəmişdir. Şirkətin direktoru işi bilmədiyindən o, cavabdeh şirkətin fəaliyyətində bəzi tapşırıqlar və.s verib. Lakin işçilər onun rəsmi işçisi olmamışdır və aralarında rəsmi ortaqlıq olmamışdır. Cavabdeh tərəf 70% yanlış məlumat verir. Onun, sahib olduğu təcrübə ilə kömək etməyi şirkətin ona məxsus olması demək deyildir. Hikmət müəllim hazırda onun sahib olduğu təcrübələri bilir və işə hakimdir. Bu sadəcə əməkdaşlıqdır. Əlbəttə iş gəldiyində o, məsləhət verirdi. Cavabdehə məxsus hansısa malı satmayıb. Onlar özləri satıblar. Satış zamanı o, sadəcə satışın necə olmalı olduğunu izah edib. Paşa Holding şirkətinin tenderində iştirak zamanı o cavabdeh tərəfə dəstək verib. Cavabdeh şirkətin sahibi deyil. Cavabdeh tərəf onun əlaqələrimdən istifadə etmək üçün şirkətin adını İBC qoymaq istədi. Cavabdehin işçilərinə daha yaxşı dəstək vermək üçün həftədə 1-2 gün onların ofisində olurdu. Bir ofisi bərabər istifadə edirdilər.
6. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi/vəkili iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçı şirkətin direktoru ilə cavabdeh şirkətin direktoru şərikdilər və faktiki olaraq cavabdeh şirkəti şərikli idarə edirlər. Belə ki, cavabdeh şirkətin direktoru Hikmət bəy iddiaçı şirkətin direktoruna Hüseyn bəyə təklif etmişdir ki, bir yerdə müqavilə nəticəsində əldə olunan gəlir, xərcləri hesablasınlar. Hüseyn bəy buna etiraz etmişdir. Bundan sonra Hikmət bəy audit yoxlamasını təşkil etmişdir, nəticədə şişirdilmiş rəqəmlər və uyğunsuzluqlar müəyyən edilmişdir. Bundan sonra onlar razılaşıblar ki, aralarında olan şərikli iş birliyi bitdi. Bundan sonra Hüseyn bəy AKİA-ya yazılı müraciət edərək işlərin onun tərəfindən görüldüyünü bildirir və müraciəti əsasında cavabdeh şirkətə pulun ödənişi dayandırılmışdır. Eyni zamanda malların göndərilməsi, onların Azərbaycana çatdırılıb təhvil verilməsi, ödənişlərin həyata keçirilməsi ilə bağlı cavabdehin özünün də Türkiyədə aidiyyəti istintaq orqanlarına müraciətləri olmuşdur, çünki audit nəticəsində və Türkiyədə əldə etdikləri sənədlər nəticəsində kifayət qədər kobud qanun pozuntuları müəyyən olunmuşdur. Bundan başqa, tərəflər arasında təhviltəslim aktı olmayıb, “X14” MMC broker şirkəti olub və sadəcə daşımaları həyata keçirib. Hikmət bəy orda direktor olabilər, amma faktiki rəhbər Hüseyn bəy özü olub və elə bil pulu özü özündən istəyir. Cavabdehin direktoru ilə iddiaçının direktoru ilə şərik olublar. Təsis qərarından görünür ki, gəlirin 60%-ni Hüseyin İşbilir götürür, 40%-ni isə cavabdeh şirkətin direktoru Hikmət bəy. Bu o deməkdir ki, "xxxx" MMC şirkətinin faktiki rəhbəri Hüseyin İşbilir özü olub. Bundan əlavə Hikmət bəy Hüseyin İşbilirə işlərin düzgün aparılmaması ilə bağlı iradlar bildirəndə, Hüseyin İşbilir şirkətin anbarından təxminən 30000 dollar civarında malları götürür. Məhkəməyə 2 audit rəyi təqdim edilib. Belə ki, iddiaçı tərəfin istinad etdiyi müqavilələrin bağlandığı tarixdən cavabdeh şirkətin həm debitor, həm kreditor borcları müəyyən olunub, şirkətin mənfəətləri və gəlirləri həmin rəylərdə öz əksini tapır. Hüseyin İşbilir cavabdeh şirkətin faktiki rəhbəri olub, bütün yazışmaları, malın satışını özü həyata keçirib. Şəriklik münasibətlərinin olması məhkəməyə təqdim edilər yazışmalarda da öz əksini tapır. Hüseyin İşbilir özü Türkiyədən işçilər dəvət edib qətirib, həmin işçilər onun şirkətin rəhbəri kimi tanıyıb,onun göstərişlərini yerinə yetiriblər.
7. Məhkəmə iclaslarında iştirak edən cavabdehin qanuni nümayəndəsi X5 iddia tələbinə etiraz edərək bildirdi ki, Hüseyin bəylə 2018-ci ildən tanışdırlar və daha əvvəl sulama şirkəti üzərindən əməkdaşlıq etmişdirlər. 2021-ci ildə başqa şirkətlərlə danışıqlar üçün Türkiyəyə gedən zaman Hüseyin bəy onunla əlaqə saxlamış və əməkdaşlıq təklif etmişdir. Texniki cəhətdən işləri bilməsə də Hüseyin bəydən işi 60% öyrəndi. Bundan əlavə 40% və 60% nisbətində əməkdaşlıq üçün danışıqların getdiyini bildirir. İlk olaraq, 2 milyon 400000 yaxın dövriyyələri olmuşdur. İşlərin 80-90% o gətirmişdi. İş baxımından onun müştəri bazası var idi və şirkəti o yaratdı. Adını qoyan zaman belə Hüseyin bəydən məsləhət aldı və şirkətin adını İBC qoymağını dedi. Daha sonra ona hər birinin adında bir şirkətin olmasını dedi. İlk olaraq Hüseyn 1-2 iş gətirdi, lakin çox işi o özü gətirdi. Böyük işlər görüldü. İlk il hər şey qaydasında idi. İkinci il bankdan kredit almalı oldular. Hüseyn ona deyib ki, şirkətə o pul qoyub. Ona demişdiki, imzaları sən at, o isə hər şeyi idarə edəcək. Daha sonra gördü ki, onun şirkət olaraq çox borcu yaranır. Hüseyin bəydən soruşanda şirkətin niyə ziyan etdiyini işdən uzaqlaşmaq isədiyini dedi. Halbuki, qazanc olaraq şirkət qazanc edirdi, lakin borc yaranırdı. Hüseyin bəy ayrılmaq istədiyini deyəndə o audit rəyi almağı təklif etdi, lakin Hüseyn bəy qəbul etmədi. İstəmədiyini bildirdi. Daha sonra audit rəyi çıxdıqdan sonra onun imza çəkdiyi malların satılması ilə bağlı rəsmiyyətdə müqavilə yoxdur. Lakin 53000 manat audit rəyində görsənirdi. O, Hüseyin bəyə inanırdı. Türk şirkətindən (iddiaçı şirkətdən) alınmış mallarla bağlı qeyd edir ki, müqavilələr üzrə mallar gəlmişdir. Gələn malları Hüseyin bəy ilə birlikdə satıblar.
8. Əvvəlki məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi X6 bildirmişdir ki, müqavilə “X14” MMC ilə Cavabdeh MMC arasında bağlanmışdır. Gömrük rəsmiləşdirilməsi ilə bağlı olan prosesi İn First şirkəti icra etmişdir. Yüklərin bəyannamələrinin yazılması, broker xidmətinin göstərilməsi və başqa xidmətlər göstərilmişdir. Tırlarla həmin mallar cavabdeh şirkətin nümayəndələrinə təhvil verilirdi. Bölgələr üzrə dəyişə bilirdi bu. Bəzən konum atılırdı o formada çatdırılırdı. Əməkdaşlıq cavabdehlə olmuşdur. Bu müddət ərzində görüşləri Hikmət və Hüseyin bəylə olmuşdur. Hər iki şəxslə əməkdaşlığa başlamadan görüşmələr ediblər. Mallar gələndə həm Hikmət, həm də Hüseyin bəyə məlumat verirdilər. Direktor kimi Hikmət bəyi tanıyıblar, Hüseyin bəyi isə işə istiqamət verən kimi. Malın hansı nöqtədə təhvil verildiyi qeyd edilirdi. Qubadırsa, Xaçmazda rəsmiləşdirilirdi.
9. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya qanunla nəzərdə tutulmuş qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.
10. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
12. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, İBC/17 saylı saylı alqı-satqısı barədə müqaviləyə əsasən:
13. Müqavilənin 1.-ci bəndinə əsasən satıcı suvarma avadanlığııı alıcıya satmağı və alıcı isə malları qəbul edib və müqavilə ilə qiyməti satıcıya ödəməyi öhdəsinə götürür.
14. Müqavilənin 2.1-ci bəndinə əsasən malın ümumi qiyməti 76919,41 ABŞ dolları təşkil edir və ödəniş hissə-hissə həyata keçəcəkdir.
15. Müqavilənin 3.3-cü bəndinə əsasən mallar Azərbaycan Respublikasına idxal olunan kimi birbaşa sifarişinin bu müqavilədə qeyd olunan ünvanında sifarişçi ilə satıcı tərəfindən imzalanmış təhvil-təslim aktı əsasında təhvil verilir.
16. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, İBC/02.2024 saylı saylı alqı-satqısı barədə müqaviləyə əsasən:
17. Müqavilənin 1.-ci bəndinə əsasən satıcı suvarma avadanlığııı alıcıya satmağı və alıcı isə malları qəbul edib və müqavilə ilə qiyməti satıcıya ödəməyi öhdəsinə götürür.
18. Müqavilənin 2.1-ci bəndinə əsasən malın ümumi qiyməti 58400 ABŞ dolları təşkil edir və ödəniş hissə-hissə həyata keçəcəkdir.
19. Müqavilənin 3.3-cü bəndinə əsasən mallar Azərbaycan Respublikasına idxal olunan kimi birbaşa sifarişinin bu müqavilədə qeyd olunan ünvanında sifarişçi ilə satıcı tərəfindən imzalanmış təhvil-təslim aktı əsasında təhvil verilir.
20. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, İBC/02.2024 saylı saylı alqı-satqısı barədə müqaviləyə əsasən:
21. Müqavilənin 1.-ci bəndinə əsasən satıcı suvarma avadanlığııı alıcıya satmağı və alıcı isə malları qəbul edib və müqavilə ilə qiyməti satıcıya ödəməyi öhdəsinə götürür.
22. Müqavilənin 2.1-ci bəndinə əsasən malın ümumi qiyməti 195882 ABŞ dolları təşkil edir və ödəniş hissə-hissə həyata keçəcəkdir.
23. Müqavilənin 3.3-cü bəndinə əsasən mallar Azərbaycan Respublikasına idxal olunan kimi birbaşa sifarişinin bu müqavilədə qeyd olunan ünvanında sifarişçi ilə satıcı tərəfindən imzalanmış təhvil-təslim aktı əsasında təhvil verilir.
24. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, İBC/02.2024 saylı saylı alqı-satqısı barədə müqaviləyə əsasən:
25. Müqavilənin 1.-ci bəndinə əsasən satıcı suvarma avadanlığııı alıcıya satmağı və alıcı isə malları qəbul edib və müqavilə ilə qiyməti satıcıya ödəməyi öhdəsinə götürür.
26. Müqavilənin 2.1-ci bəndinə əsasən malın ümumi qiyməti 98418 ABŞ dolları təşkil edir və ödəniş hissə-hissə həyata keçəcəkdir.
27. Müqavilənin 3.3-cü bəndinə əsasən mallar Azərbaycan Respublikasına idxal olunan kimi birbaşa sifarişinin bu müqavilədə qeyd olunan ünvanında sifarişçi ilə satıcı tərəfindən imzalanmış təhvil-təslim aktı əsasında təhvil verilir.
28. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, İBC/02.2024 saylı saylı alqı-satqısı barədə müqaviləyə əsasən:
29. Müqavilənin 1.-ci bəndinə əsasən satıcı suvarma avadanlığııı alıcıya satmağı və alıcı isə malları qəbul edib və müqavilə ilə qiyməti satıcıya ödəməyi öhdəsinə götürür.
30. Müqavilənin 2.1-ci bəndinə əsasən malın ümumi qiyməti 58801 ABŞ dolları təşkil edir və ödəniş hissə-hissə həyata keçəcəkdir.
31. Müqavilənin 3.3-cü bəndinə əsasən mallar Azərbaycan Respublikasına idxal olunan kimi birbaşa sifarişinin bu müqavilədə qeyd olunan ünvanında sifarişçi ilə satıcı tərəfindən imzalanmış təhvil-təslim aktı əsasında təhvil verilir.
32. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, İBC/05.2024 saylı saylı alqı-satqısı barədə müqaviləyə əsasən:
33. Müqavilənin 1.-ci bəndinə əsasən satıcı suvarma avadanlığııı alıcıya satmağı və alıcı isə malları qəbul edib və müqavilə ilə qiyməti satıcıya ödəməyi öhdəsinə götürür.
34. Müqavilənin 2.1-ci bəndinə əsasən malın ümumi qiyməti 140000 ABŞ dolları təşkil edir və ödəniş hissə-hissə həyata keçəcəkdir.
35. Müqavilənin 3.3-cü bəndinə əsasən mallar Azərbaycan Respublikasına idxal olunan kimi birbaşa sifarişinin bu müqavilədə qeyd olunan ünvanında sifarişçi ilə satıcı tərəfindən imzalanmış təhvil-təslim aktı əsasında təhvil verilir.
36. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, İBC/08.2024 saylı saylı alqı-satqısı barədə müqaviləyə əsasən:
37. Müqavilənin 1.-ci bəndinə əsasən satıcı suvarma avadanlığııı alıcıya satmağı və alıcı isə malları qəbul edib və müqavilə ilə qiyməti satıcıya ödəməyi öhdəsinə götürür.
38. Müqavilənin 2.1-ci bəndinə əsasən malın ümumi qiyməti 23030 ABŞ dolları təşkil edir və ödəniş hissə-hissə həyata keçəcəkdir.
39. Müqavilənin 3.3-cü bəndinə əsasən mallar Azərbaycan Respublikasına idxal olunan kimi birbaşa sifarişinin bu müqavilədə qeyd olunan ünvanında sifarişçi ilə satıcı tərəfindən imzalanmış təhvil-təslim aktı əsasında təhvil verilir.
40. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, İBC009/24 saylı saylı alqı-satqısı barədə müqaviləyə əsasən:
41. Müqavilənin 1.-ci bəndinə əsasən satıcı suvarma avadanlığııı alıcıya satmağı və alıcı isə malları qəbul edib və müqavilə ilə qiyməti satıcıya ödəməyi öhdəsinə götürür.
42. Müqavilənin 2.1-ci bəndinə əsasən malın ümumi qiyməti 170300 manat təşkil edir və ödəniş hissə-hissə həyata keçəcəkdir.
43. Müqavilənin 3.3-cü bəndinə əsasən mallar Azərbaycan Respublikasına idxal olunan kimi birbaşa sifarişinin bu müqavilədə qeyd olunan ünvanında sifarişçi ilə satıcı tərəfindən imzalanmış təhvil-təslim aktı əsasında təhvil verilir.
44. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, İBCxx/xx.2024 saylı saylı alqı-satqısı barədə müqaviləyə əsasən:
45. Müqavilənin 1.-ci bəndinə əsasən satıcı suvarma avadanlığııı alıcıya satmağı və alıcı isə malları qəbul edib və müqavilə ilə qiyməti satıcıya ödəməyi öhdəsinə götürür.
46. Müqavilənin 2.1-ci bəndinə əsasən malın ümumi qiyməti 49069 ABŞ dolları təşkil edir və ödəniş hissə-hissə həyata keçəcəkdir.
47. Müqavilənin 3.3-cü bəndinə əsasən mallar Azərbaycan Respublikasına idxal olunan kimi birbaşa sifarişinin bu müqavilədə qeyd olunan ünvanında sifarişçi ilə satıcı tərəfindən imzalanmış təhvil-təslim aktı əsasında təhvil verilir.
48. 20.11.2023-cü il tarixli gömrük bəyannaməsinə əsasən 76919,41 ABŞ dolları dəyərində, xx.xx.2023-cü il tarixli bəyannaməyə əsasən 58400 ABŞ dolları dəyərində, xx.xx.2023-cü il tarixli bəyannaməyə əsasən 195882 ABŞ dolları dəyərində, xx.xx.2024cü il tarixli bəyannaməyə əsasən 98418 ABŞ dolları dəyərində, xx.xx.2024-cü il tarixli bəyannaməyə əsasən 58801 ABŞ dolları dəyərində, xx.xx.2024-cü il tarixli bəyannaməyə əsasən 23030 ABŞ dolları dəyərində, eyni tarixli bəyannaməyə əsasən 140000 ABŞ dolları dəyərində, xx.xx.2024-cü il tarixli bəyannaməyə əsasən 95000 ABŞ dolları dəyərində və xx.xx.2024-cü il tarixli bəyannaməyə əsasən 49069 ABŞ dolları dəyərində mallar iddiaçı tərəfindən göndərilmişdir.
49. “X14” MMC (təmsilçi) ilə Cavabdeh MMC (sifarişçi) arasında bağlanmış xx.xx.2022-ci il tarixli 82/22 saylı müqaviləyə əsasən:
50. Müqavilənin 1.1-ci bəndinə əsasən təmsilçi tərəfindən bu müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində gömrük rəsmiləşdirilməsi məqsədi ilə təmsil etdiyi şəxsdən, yəni sifarişçdən idxal, ixrac, tranzit və digər gömrük prosedurları adı altında qəbul etdiyi mal və nəqliyyat vasitlərinə aid müşaiyət sənədləri əsasında onun adından və öz adından həmi nrəsmiləşdirilməsi tələb olunan malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bütün növ elektron gömrük bəyannaməsinin və əlavə vərəqinin doldurulması və gömrük orqanına ötürülməsi xidmətlərinin göstərilməsi.
51. Müqavilənin 2.1-ci bəndinə əsasən təmçilçi aşağıdakıları öz öhdəsinə götürür:
52. 2.1.1. elektron Gömrük bəyannamələrinin gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis tərəfindən qaunvericiliyə uyğun şəkildə doldurulmasını təmin etmək, gömrük rəsmiləşdirilməsi zamanı aşkar edilmiş çatışmazlıqlar haqqında sifarişçni xəbərdar etmək, tərəflərin qarşılıqlı razılığı və sifarişçinin yazılı sifarişi əsasında əlavə xidmətlər göstərmək.
53. Cavabdeh şirkətin məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli Cavabdeh MMC-nin müstəqil auditor rəyində cavabdeh tərəfindən idxal edilmiş mallara görə iddiaçı şirkətə cəmi borc məbləği 650.909,68 ABŞ dolları, manat ekvivalentində 1106546,46 manat təşkil etməsi qeyd edilmişdir.
54. X2 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, 2022-ci ilin sentyabr oktyabr aylarında Hüseyin İşbilir tərəfindən Linkedin proqramı üzərindən ona iş təklifi edilmişdir. İlk olaraq qeyd edir ki, o, İBC Az Group MMC-də 2023-cü ilin yanvar ayının 10-11 tarixindən rəsmi olaraq beynəlxalq əlaqələr üzrə menecer olaraq işləyir. İş təklifi ona 2022-ci ildə gəlmişdir və o, Türkiyədə işləyə bilməyəcəyimi bildirdi. Hüseyin bəy ona ofisin Xətaidə AĞA biznes mərkəzində olduğunu dedi və beləliklə iş görüşməsinə getdi. Hüseyin bəylə görüşdü. Görüş pozitiv keçdi. Daha sonra ona ortağı ilə danışıb geri dönüş edəcəyini bildirdi. Bir müddət sonra xəbər çıxmadı və 2023-cü ilin yanvar ayında onu yenidən dəvət etdi danışıqlar üçün. Bu zaman Hikmət müəllimlə onu tanış etdi və həmin gün işə başlamağını dedi. Ortaqlıq pozulana kimi 98-99% o, Hikmət bəyin işlərini görüb. Bütün vəzifələri və öhdəlikləri ona Hüseyin bəy verib. Şirkətin direktoru Hikmət bəy idi lakin, o, Hikmət və Hüseyin müəllimi ortaq bilib. Ən çox isə Hüseyin bəy ilə çalışıb. Birlikdə festivallara gediblər, müqavilələr hazırlanmışdır və sair. İş öhdəliklərinin icrası ilə bağlı Hüseyin bəydən tapşırıq alıb.
55. X13 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, İBC Az Group şirkətində satış hissəsində çalışıb. Hüseyin İşbilir onu universitet yoldaşı olmuşdur. Yəni, əlaqələri uzun müddətli olmuşdur. Ona Azərbaycanda belə bir iş quracağını dedi və dəvət etdi. O gəldi. Şirkət Hikmət bəyin adına idi amma ortaq Hüseyin bəy idi. Şərtləri danışdılar və 1-2 ilə yaxın o, onlarla işlədi. Sonra Hüseyin bəy çox tez-tez müdir olduğunu bildirdi və o, bu formada işləyə bilməyəcəyini qeyd edib işdən çıxdı. Hər iki tərəflə haqq-hesabatlarını etdi. Alacaq-verəcəklər olmadan ayrıldı. Daha sonra Hüseyin bəy onu borcu olmaqla günahlandırdı və polisə verdi. Kimlə Türkiyədə işləmək istəsə ona problem yaratdı. Hüseyin bəy İBC Az Groupun 100% ortağı idi. Türkiyə ödəmələrini özü edirdi. Hikmkə bəy isə Hüseyin bəy nə deyirsə onu edirdi. O, Hikmət bəyi 1 il yarım kimi bir müddətdir tanıyır və Hüseyin bəy nə istəyirdisə onu edirdi. Övladının yatağına qədər lazımlı hər şeyi alıb ona vermişdir. Hüseyin bəy ona işlə bağlı problem yaratdı. Bəzi ödəmələr əldən edilirdi. Ona deyilirdi o da müştərilərə verirdi.
56. X3 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, hazırda İBC Az Group şirkətində baş usta kimi işləyir. Rasmi işçi olmayıb. İBC yaranandan onu Hüseyin bəy dəvət etdi və 5 ildir şirkətdə işləyir. Hüseyin bəy şərikinin Hikmət bəy olduğunu dedi.
57. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
58. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
59. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
60. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
61. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.
62. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
63. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
64. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
65. Məhkəmə araşdırılması zamanı işin mübahisə edilməyən halları kimi müəyyən edildi ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli İBC/17 nömrəli; xx.xx.2023-cü il tarixli İBC/19 nömrəli; xx.xx.2023-cü il tarixli İBC/20 nömrəli; xx.xx.2024-cü tarixli İBC/01.24 nömrəli; xx.xx.2024-cü il tarixli İBC/02.24 nömrəli; xx.xx.2024-cü il tarixli İBC/05.24 nömrəli; xx.xx.2024-cü il tarixli İBC/08.24 nömrəli; xx.xx.2024-cü il tarixli İBC009/24 nömrəli və xx.xx.2024-cü il tarixli İBC-27/06.24 nömrəli alqı-satqı müqavilələri bağlanmışdır. Həmin müqavilələrdə nəzərdə tutulan mallar iddiaçı şirkətdən cavabdeh şirkətə təhvil verilmişdir. Təhvil verilən mallara görə borcun mövcüdluğu və iddia tələbində göstərilən məbləğ cavabdeh tərəfindən bütün məhkəmə gedişatı zamanı mübahisə edilməmişdir.
66. Lakin, cavabdeh tərəf iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı şirkətin direktoru ilə cavabdeh şirkətin direktoru şərikdilər və faktiki olaraq cavabdeh şirkəti şərikli idarə edirlər. Eyni zamanda malların göndərilməsi, onların Azərbaycana çatdırılıb təhvil verilməsi, ödənişlərin həyata keçirilməsi ilə bağlı cavabdehin özünün də Türkiyədə aidiyyəti istintaq orqanlarına müraciətləri olmuşdur, çünki audit nəticəsində və Türkiyədə əldə etdikləri sənədlər nəticəsində kifayət qədər kobud qanun pozuntuları müəyyən olunmuşdur. Bundan başqa, tərəflər arasında təhvil-təslim aktı olmayıb, “X14” MMC broker şirkəti olub və sadəcə daşımaları həyata keçirib. Hikmət bəy orda direktor ola bilər, amma faktiki rəhbər Hüseyn bəy özü olub və elə bil pulu özü özündən istəyir. Cavabdehin direktoru ilə iddiaçının direktoru ilə şərik olublar. Təsis qərarından görünür ki, gəlirin 60%-ni Hüseyin İşbilir götürür, 40%-ni isə cavabdeh şirkətin direktoru Hikmət bəy. Bu o deməkdir ki, "xxxx" MMC şirkətinin faktiki rəhbəri Hüseyin İşbilir özü olub. Bundan əlavə Hikmət bəy Hüseyin İşbilirə işlərin düzgün aparılmaması ilə bağlı iradlar bildirəndə, Hüseyin İşbilir şirkətin anbarından təxminən 30000 dollar civarında malları götürür. Məhkəməyə 2 audit rəyi təqdim edilib. Belə ki, iddiaçı tərəfin istinad etdiyi müqavilələrin bağlandığı tarixdən cavabdeh şirkətin həm debitor, həm kreditor borcları müəyyən olunub, şirkətin mənfəətləri və gəlirləri həmin rəylərdə öz əksini tapır. Hüseyin İşbilir cavabdeh şirkətin faktiki rəhbəri olub, bütün yazışmaları, malın satışını özü həyata keçirib. Şəriklik münasibətlərinin olması məhkəməyə təqdim edilər yazışmalarda da öz əksini tapır. Hüseyin İşbilir özü Türkiyədən işçilər dəvət edib qətirib, həmin işçilər onun şirkətin rəhbəri kimi tanıyıb,onun göstərişlərini yerinə yetiriblər.
67. Cavabdehin etiraz arqumentlərinə dair məhkəmə qeyd edir ki, Dövlət Gömrük Komitəsi tərəfindən məhkəməyə göndərilən CD-diskdən görünür ki, iddiaçı ilə cavabdeh şirkətləri arasında hətta iddia ərizəsində göstərilən məbləğdən də qat-qat yuxarı məbləğlərdə mal alqı-satqısı həyata keçirilmişdir. Və həmin malların dəyərinin (hazırki iddiada göstərilən məbləğdən başqa) cavabdeh tərəfindən iddiaçıya köçürmə yolu ilə ödənilməsi yenə də işin mübahisə edilməyən halıdır. Bundan əlavə cavabdeh şirkətinin özünün məhkəməyə təqdim etdiyi audit rəyindən görünür ki, cavabdeh şirkətin iddiaçı şirkətə 650.909,68 ABŞ dolları məbləğində borcu mövcüddur.
68. Həm iddiaçının, həm cavabdehin qanuni nümayəndələri bildirirlər ki, müəyyən müddət birgə əməkdaşlıq ediblər, hətta bir ofisdə işləyiblər, iddiaçı şirkətin direktoru tərəfindən cavabdeh şirkətinin fəaliyyətində müəyyən rolu olub (məsləhətləri, göstərişləri və s.). Lakin, məhkəmə araşdırılması zamanı tərəflər arasında birgə fəaliyyətə dair hərhansı müqavilənin mövcüdluğu, cavabdeh şirkətin iddiaçı şirkətin direktoru tərəfindən yaradılması, cavabdeh şirkətinin gəlirlərinin iddiaçı və cavabdeh şirkətin rəhbərləri arasında bölünməsi, istinad olunan alqı-satqı müqavilələri üzrə alınan malları məhz cavabdeh şirkətin direktoru tərəfindən satılması müəyyən edilmədi və cavabdeh tərəfindən təqdim edilən yazışmalar, foto-şəkillər, şahidlərin verdiyi ifadələr və s. bu faktın təsdiq edilməsi üçün yetərli və mötəbər sübut kimi hesab edilə bilməz.
69. Digər tərəfdən məhkəmə bir daha da qeyd edir ki, hazırki mübahisə alqı-satqı müqavilələrdən irəli gələn mübahisədir. Malların cavabdeh şirkətin adına gəlməsi (təhvil verilməsi) və həmin mallara görə borcun mövcüdluğu tərəflərin izahatları, gömrük bəyannamələri, broker şirkəti ilə bağlanmış müqavilə və həmin şirkətin nümayəndəsinin məhkəməyə verdiyi izahatı və cavabdehin auditor rəyi ilə öz təsdiqini tapır. Tərəflərin direktorları arasında olan münasibətlər isə alqı-satqı müqavilələrindən irəli gələn öhdəliklərin borclu tərəfindən icra edilməməsi anlamına gəlmir və buna dair hər-hansı hüquq yaratmır.
70. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 656.772,88 ABŞ dolları (1.116.513,9 manat) bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 656.772,88 ABŞ dolları (1.116.513,9 manat)məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
71. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 1348,43 manat məbləğində dövlət rüsumu xərci və 350 manat məbəğində vəkil xərci iddiaçı tərəfindən ödənilmişdir.
72. MPM-in:
73. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
74. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.
75. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
76. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
77. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyi üçün dövlət rüsumu xərcinin əvəzi olaraq ödənilmiş 1348,43 manat məbləğində pul vəsaiti və 350 manat vəkil xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
78. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdеh "xxxx" MMC-dən alqı-satqı müqavilələri üzrə 656.772,88 ABŞ dolları (1.116.513,9 manat) borc məbləği, vəkil xərcinin əvəzi olaraq 350 manat və dövlət rüsumunun əvəzi olaraq 1348,43 manat tutularaq İddiaçı-nə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova