Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-660/2025 11.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (İddiaçı MMC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məhdud Məhdud Cəmiyyətinə (Cavabdeh2 MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 248149,42 (ƏDV daxil) manat əsas borc və ödənilmiş 538,15 manat dövlət rüsumunun cavabdehlərdən alınıb İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırki mübahisə alqı-satqı müqaviləsi ilə bağlıdır. İddiaçı MMC və Cavabdeh2 MMC arasında xx.xx.2022-ci il tarixli, №TSC 2022/22 saylı müqavilə ilə iddiaçı ilə cavabdehlər arasında alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilə imzalandığı tarixdən etibarən qüvvəyə minmişdir və tərəflərin öhdəliklərinin tam şəkildə yerinə yetirdiyi ana qədər qüvvədə sayılır. İddiaçı hər zaman müqavilə öhdəliklərini və üzərinə düşən vəzifələri vaxtlı-vaxtında icra edərək cavabdehi mallarla təchiz etmişdir. Cavabdeh isə əvəzində müqavilə öhdəliklərini pozaraq, həmin malların dəyərini iddiaçıya tam olaraq ödəməmiş, öhdəliyini pozmuş və iddiaçıya ziyan vurmuşdur. Həmin müqavilənin 1.1- ci bəndinə əsasən satıcı müqavilənin ayrılmaz hissəsini təşkil edən əlavədə müəyyən olunmuş malı-İmpuls markalı çipsi məhsullarını, kartofresh markalı kartoffri məhsulları (bundan sonra “malı”) alıcının mülkiyyətinə verməyi, alıcı isə razılaşdırılmış qaydada və müddətdə malı qəbul edib onun dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 1.2-ci maddəsinə əsasən malın təsviri, qiyməti və digər göstəriciləri tərəflərin qarşılıqlı şəkildə təsdiqlədikləri müvafiq əlavədə öz əksini tapır. Müqavilənin 5.2-ci maddəsinə əsasən bu müqavilə ilə nəzərdə tutulmuş şərtlər üzrə ödəniş gecikdirilərsə, satıcı hər gecikmə günü üçün gecikdirilmiş məbləğin 1%-i həcmində cərimə ödənilməsini alıcıdan tələb edə bilər. Müqavilənin 2.2-ci maddəsinə əsasən alıcı alınmış malın ümumi dəyərini mal təqdim olunduğu gündən 45 (qırx beş) gün ərzində satıcının müqavilədə qeyd etdiyi və ya ayrıca təqdim etdiyi cari hesabına köçürməklə həyata keçirir. Müqavilənin 2.3-cü maddəsinə əsasən tərəflər razılaşırlar ki, 2.2-ci maddədə qeyd edilmiş ödəniş müddəti keçdiyi gündən mövcud ödəniş öhdəliyi borca çevrilir və bu məbləğə illik 35% həcmində borc faizi hesablanır. Bugünkü günədək cavabdehin iddiaçıya xx.xx.2022-ci il tarixli, №TSC 2022/22 saylı alqı-satqı müqaviləsindən əmələ gələn öhdəliyin - 248149,42 (ƏDV daxil) manat əsas borcun və müqavilənin 2.3-cü bəndinə əsasən illik 35% cərimə ödənişi - 85640,99 manat, müqavilənin 5.2-ci bəndinə əsasən 1% cərimə ödənişi - 893113,17 manat borcu yaranmışdır. Cavabdeh tərəfindən impuls markalı çipsi məhsulları, kartofresh markalı kartoffri məhsulları qəbul edilib, lakin bu günədək borc bağlanmayıb. Cavabdehlərdən biri olan Cavabdeh1 şirkətin təsisçisi, qanuni nümayəndəsi olmaqla müqaviləni imzalamış və onun direktorluğu dövründə mallar tərəfimizdən tam təhvil verilmişdir. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilsə də, görüşlər təşkil edilsə də, cavabdeh borcu tam ödəməyib. Danışıqlardan sonra 51800 manat pul vəsaitini ödəmiş, qalan məbləği isə ödəməmişdir. xx.xx.2024-cü il tarixli pretenziya məktubu cavabdehə vergi şəxsi kabineti üzərindən və poçt vasitəsilə göndərilib. Lakin bu günə kimi pul ödənməyib.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 390.1, 425.1, 442, 445, 448.1, 449.1, 462.1, 465.2-ci maddələrinə istinad olunmuşdur.
4. Daha sonra iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq “iddia tələbinin artırılması barədə” ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada 248149,42 (ƏDV daxil) manat əsas borc, müqavilənin 2.3-cü bəndinə əsasən illik 35% cərimə ödənişi - 85640,99 manat, müqavilənin 5.2-cü bəndinə əsasən 1% cərimə ödənişi 893113,17 manat olmaqla, cəmi 1226903,58 manat pul vəsaiti və məhkəməyə verilən iddia ərizəsinə görə ödənilmiş cəmi 1403,45 manat dövlət rüsumunun alınıb İddiaçı MMCyə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Cavabdehlər tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
7. Cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında izahat verərək, qeyd etmişdir ki, iddia tələbini 248149,42 manat hissədə qəbul edirlər, lakin yalnız o şərtlə ki, iddiaçının onlara vurduğu zərər qəbul edilsin və əvəzləşdirilsin, həmçinin iddianı Cavabdeh1 münasibətdə qəbul etmirlər.
8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh2 MMC arasında 17 fevral 2022-ci il tarixli, TSC-2022/20 nömrəli (malların nisyə alqı-satqısı haqqında) müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən satıcı müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən əlavədə müəyyən olunmuş müvafiq malı-İmpuls məhsullarını alıcının mülkiyyətinə vermək, alıcı isə razılaşdırılmış qaydada və müddətdə malı qəbul edib onun dəyərini satıcıya ödəmək barədə öhdəlik götürür. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən malın təsviri, qiyməti və digər göstəriciləri tərəflərin qarşılıqlı şəkildə təsdiqlədikləri müvafiq əlavədə əksini tapır. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən müqavilə üzrə ödənişlər satıcının təqdim etdiyi elektron qaimə faktura əsasında aparılır. Elektron qaimə faktura mal təhvil verildiyi gün təqdim olunur və 5 gün ərzində alıcı tərəfindən geri qaytarılmazsa, mal qəbul və təhvil verilmiş sayılır. Həmin müqavilənin 2.2-ci maddəsinə əsasən alıcı alınmış malın ümumi dəyərini mal təqdim olunduğu gündən 45 gün ərzində satıcının müqavilədə qeyd etdiyi və ya ayrıca təqdim etdiyi cari hesabına köçürülməklə həyata keçirir. Həmin müqavilənin 2.3-cü maddəsinə əsasən tərəflər razılaşırlar ki, 2.2-ci maddədə qeyd edilmiş ödəniş müddəti keçdiyi gündən mövcud ödəniş öhdəliyi borca çevrilir və bu məbləğə illik 35% həcmində borc faizi hesablanır. Həmin müqavilənin 2.4-cü maddəsinə əsasən satıcının tələbi və müəyyən etdiyi şərtlərlə alıcı ona ayrılan kredit xəttinin 100% həcmində bank zəmanəti təqdim etməlidir. Həmin müqavilənin 4-cü maddəsinə əsasən alıcının müqavilənin şərtlərinə uyğun malı satıcıdan qəbul etmək və müqavilənin şərtlərinə uyğun ödəniş etmək, satıcının isə müqaviləyə və sifarişə uyğun olaraq malı vaxtında alıcıya təhvil vermək, keyfiyyətinə zəmanət vermək vəzifəsi vardır. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən tərəflər müqavilə üzrə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, məsuliyyət daşıyırlar və bununla qarşı tərəfə vurduqları zərərin əvəzini ödəməyə borcludur. Həmin müqavilənin 5.2-ci maddəsinə əsasən müqavilə ilə nəzərdə tutulmuş şərtlər üzrə ödəniş gecikdirilərsə, satıcı hər gecikmə günü üçün gecikdirilmiş məbləğin 1%-i həcmində cərimə ödənilməsini alıcıdan tələb edə bilər. Həmin müqavilənin 91.-ci maddəsinə əsasən müqavilə tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalandığı və möhürləndiyi tarixdən etibarən qüvvəyə minir və tərəflərin müqavilə üzrə öhdəliklərinin tam şəkildə yerinə yetirdiyi anadək qüvvəsini saxlamaq şərti ilə 1 il müddətinə bağlanılır. Əgər müqavilənin müddətinin başa çatmasını 30 gün qalmış tərəflərdən müqavilənin ləğvi ilə bağlı yazılı müraciət daxil olmasa, müqavilə növbəti bir il müddətinə uzadılmış hesab olunur.
9. 17 fevral 2022-ci il tarixli, TSC-2022/20 nömrəli alqı-satqı müqaviləsinə xx.xx.2022-ci il tarixli, 1 saylı Əlavədən məlum olur ki, tərəflər Əlavədə adıçəkilən malların qiymətləri barədə razılığa gəlmişdirlər. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
10. 17 fevral 2022-ci il tarixli, TSC-2022/20 nömrəli alqı-satqı müqaviləsinə xx.xx.2022-ci il tarixli, 2 saylı Əlavədən məlum olur ki, tərəflər Əlavədə adıçəkilən malların qiymətləri barədə razılığa gəlmişdirlər. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
11. 17 fevral 2022-ci il tarixli, TSC-2022/20 nömrəli alqı-satqı müqaviləsinə xx.xx.2023-cü il tarixli, 3 saylı Əlavədən məlum olur ki, tərəflər Əlavədə adıçəkilən malların qiymətləri barədə razılığa gəlmişdirlər. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
12. xx.xx.2023-cü il tarixli, EBDİ seriyalı, 389808 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh2 MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 49333 manat (ƏDV daxil) təşkil edir.
13. xx.xx.2023-cü il tarixli, EBDJ seriyalı, 186134 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh2 MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 810 manat (ƏDV daxil) təşkil edir.
14. xx.xx.2023-cü il tarixli, EBDJ seriyalı, 186135 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh2 MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 12920,11 manat (ƏDV daxil) təşkil edir.
15. xx.xx.2023-cü il tarixli, EBDJ seriyalı, 478647 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh2 MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 56133,01 manat (ƏDV daxil) təşkil edir.
16. xx.xx.2023-cü il tarixli, EBDJ seriyalı, 675932 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh2 MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 810 manat (ƏDV daxil) təşkil edir.
17. xx.xx.2023-cü il tarixli, EBDJ seriyalı, 883310 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh2 MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 12656,2 manat (ƏDV daxil) təşkil edir.
18. xx.xx.2023-cü il tarixli, EBDK seriyalı, 082984 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh2 MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 945 manat (ƏDV daxil) təşkil edir.
19. xx.xx.2023-cü il tarixli, EBDK seriyalı, 424565 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh2 MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3780 manat (ƏDV daxil) təşkil edir.
20. xx.xx.2023-cü il tarixli, EBDK seriyalı, 747371 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh2 MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 11493,16 manat (ƏDV daxil) təşkil edir.
21. xx.xx.2023-cü il tarixli, EBDL seriyalı, 081751 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh2 MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 945 manat (ƏDV daxil) təşkil edir.
22. xx.xx.2023-cü il tarixli, EBDL seriyalı, 275569 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh2 MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 53055,01 manat (ƏDV daxil) təşkil edir.
23. xx.xx.2023-cü il tarixli, EBDL seriyalı, 372450 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh2 MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 945 manat (ƏDV daxil) təşkil edir.
24. xx.xx.2023-cü il tarixli, EBDL seriyalı, 456858 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh2 MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 24964,08 manat (ƏDV daxil) təşkil edir.
25. xx.xx.2023-cü il tarixli, EBDL seriyalı, 783536 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh2 MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2160 manat (ƏDV daxil) təşkil edir.
26. xx.xx.2023-cü il tarixli, EBDL seriyalı, 851977 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh2 MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 18877,1 manat (ƏDV daxil) təşkil edir.
27. xx.xx.2023-cü il tarixli, EBDM seriyalı, 115598 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh2 MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 945 manat (ƏDV daxil) təşkil edir.
28. xx.xx.2023-cü il tarixli, EBDM seriyalı, 913081 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh2 MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 25344,1 manat (ƏDV daxil) təşkil edir.
29. xx.xx.2023-cü il tarixli, EBDM seriyalı, 913082 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh2 MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 56133 manat (ƏDV daxil) təşkil edir.
30. xx.xx.2023-cü il tarixli, EBDO seriyalı, 157535 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh2 MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 29524,3 manat (ƏDV daxil) təşkil edir.
31. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığının məzmunundan görünür ki, Cavabdeh2 MMC tərəfindən İddiaçı MMC-yə 1400 manat ödənilmişdir. Ödənişin təyinatı kimi EBDİ seriyalı, 389808 nömrəli qaimə üzrə ƏDV ödənişi göstərilmişdir.
32. "xxxx" ASC tərəfrindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, **********0/774517732 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh2 MMC tərəfindən İddiaçı MMC-yə 10000 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi EBDİ seriyalı, 389808 nömrəli, xx.xx.2023-cü il tarixli qaimə qeyd edilmişdir. Qaimə üzrə qismən ödəniş edilmişdir.
33. "xxxx" ASC tərəfrindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, **********1/781840928 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh2 MMC tərəfindən İddiaçı MMC-yə 8474,58 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi EBDİ seriyalı, 389808 nömrəli, xx.xx.2023-cü il tarixli qaimə qeyd edilmişdir. Qaimə üzrə qismən ödəniş edilmişdir.
34. "xxxx" ASC tərəfrindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, **********5/793209041 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh2 MMC tərəfindən İddiaçı MMC-yə 4237,29 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi EBDİ seriyalı, 389808 nömrəli, xx.xx.2023-cü il tarixli qaimə qeyd edilmişdir. Qaimə üzrə qismən ödəniş edilmişdir.
35. "xxxx" ASC tərəfrindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, **********2/793025666 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh2 MMC tərəfindən İddiaçı MMC-yə 8474,58 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi EBDİ seriyalı, 389808 nömrəli, xx.xx.2023-cü il tarixli qaimə qeyd edilmişdir. Qaimə üzrə qismən ödəniş edilmişdir.
36. "xxxx" ASC tərəfrindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, **********7/812387839 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh2 MMC tərəfindən İddiaçı MMC-yə 8474,58 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi EBDJ seriyalı, 478647 nömrəli, xx.xx.2023-cü il tarixli qaimə qeyd edilmişdir. Qaimə üzrə qismən ödəniş edilmişdir.
37. "xxxx" ASC tərəfrindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, **********6/817984731 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh2 MMC tərəfindən İddiaçı MMC-yə 4237,29 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi EBDİ seriyalı, 389808 nömrəli, xx.xx.2023-cü il tarixli qaimə qeyd edilmişdir. Qaimə üzrə qismən ödəniş edilmişdir.
38. İddiaçı MMC ilə Cavabdeh2 MMC arasında tərtib edilmiş üzləşmə aktından görünür ki, xx.xx.2023-cü il tarixə Cavabdeh2 MMC-nin İddiaçı MMC-yə 355489,18 manat borcu vardır. Qeyd olunan akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
39. İddiaçı MMC ilə Cavabdeh2 MMC arasında tərtib edilmiş üzləşmə aktından görünür ki, xx.xx.2023-xx.xx.2024-cü il tarixlər arasında Cavabdeh2 MMC-nin İddiaçı MMC-yə 299949,42 manat borcu vardır. Qeyd olunan akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
40. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışında qeyd olunur ki, Cavabdeh2 MMC-nin İddiaçı MMC-yə e-qaimələr üzrə qalıq borcu 248149,42 manat, müqavilənin 2.3-cü maddəsinə əsasən illik 35% cərimə ödənişi əsasında 85640,99 manat cərimə borcu, müqavilənin 5.2-ci maddəsinə əsasən 1% cərimə ödənişi əsasında 893113,17 manat cərimə borcu, cəmi 978754,16 manat faiz borcu vardır.
41. İddiaçı MMC tərəfindən Cavabdeh2 MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli, 03 nömrəli pretenziya məktubundan görünür ki, müqavilə üzrə yaranmış 248149,42 manat (ƏDV daxil) əsas borcun, 85640,99 manat illik 35% cərimə borcunun və 893113,17 manat müqavilənin 5.2-ci maddəsinə əsasən 1% cərimə borcunun 5 (beş) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, borcun ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş borcun ödənilməsi məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlər Cavabdeh1 və dir. 462.1-ci maddəsinə görə dəbbə borcun ödənilməsiu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu borcun ödənilməsi məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə borcun ödənilməsiunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
44. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı və Cavabdeh2 MMC arasında alqısatqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Müqaviləyə əsasən satıcı müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən əlavədə müəyyən olunmuş müvafiq malı-İmpuls məhsullarını alıcının mülkiyyətinə verməyi, alıcı isə razılaşdırılmış qaydada və müddətdə malı qəbul edib onun dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh özərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, qəbul etdiyi malın dəyərini iddiaçıya tam ödəməmiş, qalıq borcu yaranmışdır. Müqavilənin bağlanması və tərəflər arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərinin olması işin mübahisəsiz hallarını təşkil edir.
45. İddia tələbinin bir hissəsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada 17 fevral 2022-ci il tarixli, TSC-2022/20 saylı alqı-satqı müqaviləsi üzrə 248149,42 (ƏDV daxil) manat əsas borcun tutulması təşkil edir.
46. Qeyd olunmalıdır ki, həmin məbləğdə borcun mövcudluğu cavabdeh tərəfindən mübahisələndirilməmiş, lakin onların da zərərə məruz qaldıqları bildirilərək, 248149,42 manatın iddiaçının onlara vurduğu zərərlə əvəzləşdirilə biləcəyini bildirmişdir. Eyni zamanda həmin məbləğdə borcun olması işdə olan sübutlar, elektron qaimələr, ödəniş sənədləri, qarşılıqlı üzləşmə aktları ilə öz təsdiqini tapır. Belə ki, son üzləşmə aktında borcun məbləği 299949,42 manat göstərilmiş, həmin məbləğdən ödənilmiş 51800 manat çıxılaraq, qalan 248149,42 manatın cavabdehlərdən tutulması tələb edilmişdir.
47. Məhkəmə qanunvericilik normalarını, Cavabdeh2 MMC-nin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və Cavabdeh2 MMC-dən 17 fevral 2022-ci il tarixli, TSC-2022/20 saylı alqı-satqı müqaviləsi üzrə 248149,42 manat (iki yüz qırx səkkiz min yüz qırx doqquz manat qırx iki qəpik) borc tutularaq iddiaçıya ödənilməlidir.
48. Bundan əlavə, iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada müqavilənin 2.3-cü bəndinə əsasən illik 35% cərimə ödənişi-85640,99 manat, müqavilənin 5.2-cü bəndinə əsasən 1% cərimə ödənişi 893113,17 manat cərimə borcu, ümumilikdə 978754,16 manat cərimə borcunun tutulmasını xahiş etmişdir.
49. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, Cavabdeh2 MMC tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən müqavilə şərtlərinə uyğun cərimənin tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə borcunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq 12000 (on iki min) manat məbləğində müəyyən edilməli, qalan hissədə isə təmin edilməməlidir. Eyni zamanda məhkəmə müqavilənin 2.3-cü bəndinə əsasən illik 35%-lə hesabladığı məbləğin cavabdehlərdən tutulması hissəsində iddianı əsassız sayır və hesab edir ki, həmin hissədə iddia təmin edilməməlidir.
50. Eləcə də, iddiaçı 1403,45 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.
51. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin olunan hissəsinə uyğun olaraq ödənilmiş dövlət rüsumunun əvəzində 297,58 manat (iki yüz doxsan yeddi manat əlli səkkiz qəpik) Cavabdeh2 MMC-dən iddiaçının xeyrinə tutulmalıdır.
52. Məhkəmə hesab edir ki, iddia Cavabdeh1 münasibətdə təmin edilməməlidir, belə ki, həmin cavabdehlə iddiaçı arasında hər hansı öhdəlik hüquq münasibətlərinin olması müəyyən edilmir.
53. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2ndən ƏDV daxil 248149,42 manat (iki yüz qırx səkkiz min yüz qırx doqquz manat qırx iki qəpik) borc, 12000 (on iki min) manat cərimə, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 297,58 manat (iki yüz doxsan yeddi manat əlli səkkiz qəpik) olmaqla, cəmi 260447 (iki yüz altmış min dörd yüz qırx yeddi) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddia Cavabdeh1 münasibətdə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova