Məhkəmə qərarları › İş №e-2-2(113)-6609/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6609/2023

27.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6609/2023 27.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialar üzrə sadələşdirilmiş icraatla bağlı kommersiya mübahisələrinə dair işə məhkəmənin inzibati binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2973 manat əsas borc, 60 gün ərzində gecikdirmənin hər gününə görə borc məbləğinin 0,5 faizi həcmində hesablamaqla 891,90 manat penya və 70 manat mediasiya xərci məbləğində ödənilmiş dövlət rüsumu cəmi 3934,90 manat məbləğində borcun ödənilməsi barəsində məhkəmə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia ərizəsi belə əsaslandırmışdır ki, Cavabdeh, “Mətanət A” şirkəti ilə bağladığı 258/22 saylı, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin 3.2 bəndinə əsasən, malların verilməsindən 30 gündən gec olmayaraq ödəmək şərti ilə şirkətin istehsal etdiyi məhsullarını götürmüşdür. Cavabdeh aldığı malların dəyərinin bir hissəsini ödəmiş və onunla xx.xx.2022-ci il tarixində imzalanmış “Öhdəliklərin qarşılıqlı tanınması akt”ı tərtib edilərkən razılaşmaya əsasən yaranmış borcu etiraf edərək yaxın vaxtlarda ödəməyi öz üzərinə götürsə də, indiyədək 2973 manat borc qalığını ödəməmişdir. Məhkəmədən əvvəl məsələnin tərəflər arasında həll edilməsi məqsədi ilə mediasiya təşkilatına müraciət edilmiş, lakin cavabdeh mediasiyada iştirak etməkdən, razılığa gəlməkdən imtina etmişdir və bu səbəbdən xx.xx.2023-cü il tarixli arayış verilmişdir. Beləliklə, cavabdeh bu günədək öz borcunu ödəməmiş və buda o deməkdir ki, tərəflər arasında imzalanmış müqavilənin 6.2 bəndinə əsasən gecikdirmənin müddəti 30 gündən çox olduqda hər gün üçün 0,5 % həcmində penya pulunu da ödəməli və həmin məbləğ borc məbləğinin üzərinə əlavə edilməlidir. Qanunla müəyyən edilmiş müddətdə Cavabdeh ünvanına hazırki tələblə bağlı rəsmi qaydada bildiriş göndərildiyinə görə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2 və 284-5.3-cü maddələrinə əsasən iddiaçının məhkəməyə təqdim etdiyi sənədlər əsasında işə baxılmasını məqsədə müvafiq hesab edirəm. İİ. İşin halları İş materiallarına əlavə edilmiş: xx.xx.2022-ci il tarixli 238/22 nömrəli İddiaçı ilə Cavabdeh oğlu arasında bağlanmış alğı-satqı müqaviləsinin 1.1.-ci bəndindən görünür ki, “satıcı” bu müqavilənin 1.2-ci yarımbəndində göstərilən malları “Alıcıya” satmağı, “alıcı” isə həmin malları almağı və onun dəyərini ödəməyi öz üzərinə götürür. Müqavilənin 6.2-ci bəndinə görə bü müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə alıcı gecikdirmənin hər günü üçün icrası gecikdirilən öhdəliyin dəyərinin 0,5%-i həcmində dəbbə pulu ödəyir. Gecikdirmənin müddəti 15 gündən çox olduqda satıcı öhdəliklərin məcburi qaydada icrası və dəbbə pulunun ödənilməsi üçün məhkəməyə müraciət edə bilər. xx.xx.2022-ci il tarixli öhdəliklərin qarşılıqlı tanınması aktından görünür ki, Cavabdeh İddiaçınə 3448,4 manat məbləğində borcu var. xx.xx.2023-cü il tarixli MŞB/18/2023/01467 nömrəli ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün nəzərdə tutulmuş 70 manat məbləğində mediasiya xərcini ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467 və 567-ci maddələrinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İV.Məhkəmənin gəldiyi nəticə İş materiallarından göründüyü kimi iddiaçı və cavabdeh arasında qanunvericiliyə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı müqavilə üzrə öz öhdəliklərini yerinə yetirərək malları cavabdehə satmış, cavabdeh isə bunun müqabilində satılan mallara görə yaranmış borcunu ödəməmişdir. Hesab edirəm ki, əsas borc 2973 manat və mediasiya xərci kimi ödənilmiş 70 manat tələbi əsaslı olduğundan təmin edilməli və sözügedən vəsait Cavabdeh alınaraq İddiaçınə ödənilməlidir. İddia tələbinin cərimə hissəsi ilə əlaqədar isə hesab edirəm ki, tənasübsüz sürətdə yüksək hesablanmış cərimə azaldılaraq 157 manat məbləğində müəyyən edilməlidir. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, iddia qismən təmin edilməli, Cavabdeh 2973 manat məbləğində əsas borc, 157 manat cərimə, cəmi 3130 manat, həmçinin 70 manat məbləğində mediasiya xərci tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, Q Ə T E T D İ M: İddia qismən təmin edilsin. Cavabdeh 2973 manat məbləğində əsas borc, 157 manat cərimə, cəmi 3130 manat, həmçinin 70 manat məbləğində mediasiya xərci tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar