Məhkəmə qərarları › İş №e-2-2(113)-664/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-664/2021

02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-664/2021 02.11.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi Cəfərzadə Şəhriyar Rəhman oğlunun katibliyi İdiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdeh2 nümayədəsi Nümayəndə3 iştirakları ilə İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş zərərin və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş zərərin və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, AR Ali Məhkəməsinin 02.06.2019-cu il tarixli 2- 2(102)-202/19 saylı qərarından sonra keçmiş 16 ay müddət üçün 93783 manat məbləğ üçün illik 5% hesablanmaqla 6252 manat tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 AR Ali Məhkəməsinin 02.06.2019-cu il tarixli 2- 2(102)-202/19 saylı qərarından sonra keçmiş 16 ay müddət üçün 93783 manat məbləğinə 16 ay ərzində "xxxx" ASC tərəfindən hesablanmış 17756 manat tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “Mimaki CJV 30-160BS” çap avadanlığının (Seriya№ N62CE113) bazar dəyəri 20000 manat, “Flora LJ 320P” çap avadanlığının (Seriya№ LJİİ+3200A/8P-B/USB/789) bazar dəyəri 25000 manat və “Maxima GT2 PZ 3208” çap avadanlığının (Seriya№EJ**********0) bazar dəyəri 25000 manat, avadanlıqların cəmi bazar dəyəri 70000 manat tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 04.06.2018-ci il tarixli qərardadı ilə Mimaki CJV30-160BS” çap avadanlığı (Seriya№ N62CE113), “Flora LJ 320P” çap avadanlığı (Seriya№ LJİİ+3200A/8P- B/USB/789) və “Maxima GT2 PZ 3208” çap avadanlığı (Seriya№EJ**********0) avadanlıqların cəmi 70000 manat dəyəri ilə illik 20% illik olmaqla hesblanmış 24999 manat əldən çıxmış fayda tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia verilməsi üçün ödənilmiş 30 manat 07.12.2020 dövlətrüsumu tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilsin. barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)- 65/2019 saylı 16.01.2019-cu il tarixli qətnaməsinə uyğun olaraq, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 92952.90 manat məbləğində cəmi borc, 30 manat dövlət rüsumu, hüquqi xidmətlərə görə 800 manat xidmət haqqı, cəmi 93783 manat "xxxx" QSCnin (əvvəlki adı "xxxx" QSC) xeyrinə tutulma, 05.06.2014-cü il tarixli LM№160/06-2014 saylı X5 müqaviləsi üzrəl izinq obyektləri olan “MİMAKİ UJV-160” çap avadanlığı (Seriya№ G93CB571); “Roland LEC 540 UV” plotter-çap avadanlığı (Seriya№ ZBQ0398); “MAXİMA PZ3208 GT2” çap avadanlığı (Seriya№ EJ**********T); “Roland ARM 10”çap avadanlığı (Seriya№ ZBR0208); “Roland EGX 360”çap avadanlığı (Seriya № ZBN0328); “Mimaki CJV 30-160BS” çap avadanlığı (Seriya № N62CE113); “Flora LJ 320P” çap avadanlığı (Seriya№ LJİİ+3200A/8P-B/USB/789); “Maxima GT2 PZ 3208” çap avadanlığı (Seriya № EJ**********0) və Polietilen paket istehsal xətti (ekstruder 1, ekstruder 2, kəsim avadanlığı 2, çap avadanlığı, doğrayıcı, (drabilka), təkrar emal) Cavabdeh1 tərəfindən "xxxx" QSC-yə geri qaytarılmalı idi. AR Ali Məhkəməsinin 02.06.2019-cu il tarixli 2-2(102)-202/19 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-65/2019 saylı 16.01.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmdə, işə birinci instansiya məhkəməsində baxılarkən "xxxx" BOKT QSC-nin iddianı təmin tədbiri barədə ərizəsi təmin edilərək 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 04.06.2018-ci il tarixli qərardadı ilə lizinq obyektləri olan yuxarıda göstərilmiş avadanlıqlar üzərində sahiblik və istifadə hüquqları Cavabdeh1 və Cavabdeh2 qadağan edilmişdi. Lakin məhkəmə qərarları icra edilməmiş, pul məbləğləri ödənilməmiş, “Mimaki CJV 30-160BS” çap avadanlığı (Seriya № N62CE113), “Flora LJ 320P” çap avadanlığı (Seriya № LJİİ+3200A/8P-B/USB/789) və “Maxima GT2 PZ 3208” çap avadanlığı (Seriya № EJ**********0) Cavabdeh1 tərəfindən "xxxx" BOKT QSC-yə geri qaytarılmamışdır. Həmin avadanlıqların geri qaytarılması mümkün deyildir, bunu Cavabdeh1 Yasamal rayon İcra və Probasiya şöbəsinə izahatı da sübut edir. Cavabdeh1 28.08.2018-ci il tarixində Yasamal rayon İcra və Probasiya şöbəsinə verdiyi izahatda təsdiq etmişdir ki, 3 avadanlıq: “Mimaki CJV 30-160BS” çap avadanlığı (Seriya№ N62CE113), “Flora LJ 320P” çap avadanlığı (Seriya № LJİİ+3200A/8PB/USB/789) və “Maxima GT2 PZ 3208” çap avadanlığı (Seriya № EJ**********0) onda yoxdur və onların dəyərini ödəməyə hazırdır. Cavabdeh1 və Cavabdeh2 bu hərəkətləri nəticəsində "xxxx" BOKT QSC-yə zərər dəymişdir. AR Ali Məhkəməsinin 02.06.2019-cu il tarixli 2-2(102)- 202/19 saylı qərarından sonra keçmiş 16 ay müddət üçün 93783 manat məbləğ üçün illik 5% hesablanmaqla Atakişiyev Ənvər Akif oğlu və Cavabdeh2 6252 manat ödəməlidirlər. Bundan başqa, Cavabdeh1 ilə bağlanmış 05.06.2014-cü il tarixli LM № 160/06-2014 saylı X5 müqaviləsi üzrə lizinq obyektlərinin əldə edilməsini maliyyələşdirmək üçün "xxxx" QSC "xxxx" ASC ilə kredit müqaviləsi imzalamış və illik 14,2% hesablanmaqla pul vəsaitlərini cəlb etmişdi. Cavabdeh1 və Cavabdeh2 məhkəmə qətnaməsi üzrə ödəmədikləri 93783 manat məbləğinə 16 ay ərzində "xxxx" ASC tərəfindən "xxxx" BOKT QSC-yə əlavə olaraq 17756 manat hesablanmışdır. Həmçinin, "xxxx" QSC-yə geri qaytarılmamış “Mimaki CJV 30-160BS” çap avadanlığının (Seriya № N62CE113) bazar dəyəri 20000 manat, “Flora LJ 320P” çap avadanlığının (Seriya № LJİİ+3200A/8P-B/USB/789) bazar dəyəri 25000 manat və “Maxima GT2 PZ 3208” çap avadanlığının (Seriya№EJ**********0) bazar dəyəri 25000 manat, avadanlıqların cəmi bazar dəyəri 70000 manat təşkil edir. Eyni zamanda, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 04.06.2018-ci il tarixli qərardadı ilə Mimaki CJV 30- 160BS” çap avadanlığı (Seriya № N62CE113), “Flora LJ 320P” çap avadanlığı (Seriya № LJİİ+3200A/8P-B/USB/789) və “Maxima GT2 PZ 3208” çap avadanlığı (Seriya № EJ**********0) üzərinə həbs qoyularaq istifadəsi qadağan olunmuşdu. Lakin həmin qərardad icra oluna bilmədyi üçün qərardadın tarixindən AR Ali Məhkəməsinin 02.06.2019-cu il tarixli 2-2(102)-202/19 saylı qərarına qədər ötmüş 12 ay müddət üçün "xxxx" QSC həmin avadanlıqlarıcəmi 70000 manat dəyəri ilə illik 20% illik olmaqla yenidən digər üçüncü şəxslərə lizinqə verməklə əldə edə biləcəyi 24999 manat gəlir formasında əldən çıxmış faydadan məhrum olmuşdur. Cavabdeh1 və Cavabdeh2 hərəkətləri, yəni məhkəmə qərarlarının icra edilməməsi, pul məbləğlərinin ödənilməməsi, lizinq obyektlərini qaytarmaması nəticəsində "xxxx" QSC-yə olan dəymiş zərərin məbləği 119007 manat təşkil edir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin artırılmasına dair ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, AR Ali Məhkəməsinin 02.06.2019-cu il tarixli 2- 2(102)-202/19 saylı qərarından sonra keçmiş 16 ay müddət üçün 93783 manat məbləğ üçün illik 5% hesablanmaqla 7815 manat müştərək qaydada tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilməsi, cavabdehlər Cavabdeh1 Akif oğlundan və Cavabdeh2 AR Ali Məhkəməsinin 02.06.2019 cu il tarixli 2-2 (102)-202/19 saylı qərarından sonra keçmiş 16 ay müddət üçün 93783 manat məbləğinə 16 ay ərzində "xxxx" ASC tərəfindən hesablanmış 19319 manat müştərək qaydada tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “Mimaki CJV 30-160BS” çap avadanlığının (Seriya № N62CE113) bazar dəyəri 20000 manat, “Flora LJ 320P” çap avadanlığının (Seriya № LJİİ+3200A/8P-B/USB/789) bazar dəyəri 25000 manat və “Maxima GT2 PZ 3208” çap avadanlığının (Seriya № EJ**********0) bazar dəyəri 25000 manat, avadanlıqların cəmi bazar dəyəri 70000 manat müştərək qaydada tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 04.06.2018-ci il tarixli qərardadı ilə Mimaki CJV 30-160BS” çap avadanlığı (Seriya № N62CE113), “Flora LJ 320P” çap avadanlığı (Seriya № LJİ1+3200A/8P-B/USB/789) və “Maxima GT2 PZ 3208” çap avadanlığı (Seriya № EJ**********0) avadanlıqların cəmi 70000 manat dəyəri ilə illik 20% illik olmaqla hesblanmış 24999 manat əldən çıxmış fayda müştərək qaydada tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilməsi, cavabdehlər Cavabdeh1 və Xəlilov Elmar Rövşən oğlundan Vəkil ödənilmiş 800 manat məhkəmə xərci kimi müştərək qaydada tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 "xxxx" QSC ilə Cavabdeh2 arasında imzalanmış 14.12.2020-ci il tarixli cədvəl üzrə 7200 manat məbləğində cari ödənilməmiş müştərək qaydada borc tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilməsi, cavabdehlər Cavabdeh1 Akif oğlundan və Cavabdeh2 iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 14.12.2020-ci il tarixdə "xxxx" QSC ilə Cavabdeh2 arasında mübahisə predmeti olan LMN 160/06-2014 saylı lizinq müqaviləsi və onun əlavələri üzrə ödənilməmiş 31500 manat qalıq lizinq ödənişi borcunun olması barədə razılıq əldə olunmuş və həmin borcun 17.01.2021-ci ildən başlayaraq 18 ay ərzində hər ay 1800 manat olmaqla ödənilməsi barədə müvafiq ödəniş cədvəli imzalanmışdır. Lakin indiyə qədər həmin cədvəl üzrə də cavabdehlər tərəfindən heç bir ödəniş edilməmişdir. 14.12.2020-ci il tarixli cədvəl üzrə cari ödənilməmiş borc 7200 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi məhkəməyə izahatında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Nümayəndə3 məhkəməyə izahatında qeyd etdi ki, "xxxx" QSC iddia tələblərinin artırılması ilə bağlı 16.04.2021-ci il tarixli ərizəsi ilə 160/06-2014 saylı lizinq müqaviləsi və onun əlavələri üzrə ödənilməmiş 31.500 manat qalıq lizinq ödənişi borcunun olması barədə razılıq əldə olunması və həmin borcun 17.01.2021-ci ildən başlayaraq 18 ay ərzində hər ay 1.800 manat olmaqla ödənilməsi barədə 14.12.2020-ci il tarixli müvafiq ödəniş cədvəli (sənədin) olmasını bildirmişdir. Buna oxşar bir sənəd də bir il qabaq 06.12.2019-cu ildə imzalanmışdır və orada qalıq borc 54.000 manat göstərilməklə, hər ay 3601,9 manat olmaqla 18 ay ərzində həmin məbləğin ödənilməsi barədə razılıq əldə olunmuşdur. Necə olub ki, lizinq borcunun cəmi 93783 manat olması barədə 16.01.2019-cu il tarixli məhkəmə qətnaməsi olduğu halda 2 sənəd (əgər bunlara sənəd demək olarsa) ortaya çıxıb? İş icraya veriləndən sonra borclular Cavabdeh1 və Cavabdeh2 tərəfindən 06.12.2019-cu il tarixə 60.983 manat ödənilmişdir. Qalıq 32.800 qaldığı halda ödəniş cədvəlində həmin tarixə qalıq 54.000 manat göstərilməklə 21.200 manat artırılmış və yekunda mükafat (faiz) hesablandıqdan sonra 32034,4 manat məhkəmə qətnaməsinə qət edilmiş məbləğdən artıq vəsaitin ödənilməsi barədə razılıq olmuşdur. Belə ki, qarşı tərəf "xxxx" QSC- 01.12.2019-cu ildə məhkəmə qətnaməsi tam icra olunmamış, zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edir və heç bir əsas olmadan Cavabdeh2 adını da həmin iddia ərizəsinə borclu kimi hallandırır. Bundan sonra 06.12.2019-cu il tarixdə o "xxxx" QSC-nin ofisində məhkəmə qətnaməsində qeyd olunan borcla bağlı və eyni zamanda qaytarılmamış 3 ədəd dəzgahla bağlı söhbət aparmışdır. Qarşı tərəf bildirir ki, Cavabdeh2 93783 manatı ödə və çəkil qırağa (göstərilən tarixə 60.983 manat ödənilmişdir). Şifahi surətdə deyirlər ki, ancaq pul ödənişlərinə zaminsən, 3 avadanlığı biz Cavabdeh1 istəyəcəyik. Elmar qarşı tərəfə bildirir ki, yox mən elə razılaşmıram. Gəlin məsələni birdəfəlik razılaşaq və həll edək. Bu şifahi söhbətdən sonra razılaşma oldu ki, 32034,4 manat məhkəmə qətnaməsində qət edilmiş (93783 manat) vəsaitdən artıq ödəyirsiniz, 3 avadanlıq da qalır sizdə və bizim sizinlə işimiz yoxdur. Bu şifahi razılaşmadan sonra onların təqdim elədiyi ödəniş cədvəlində Cavabdeh1 qalmalı olduğu razılaşdırılmış 3 avadanlıqla bağlı qeyd, məlumat yazılmamış, yalnız qalıq borcun 06.12.2019-cu ilə 54 000 manat və mükafat (faizlərlə) 10834,4 manat birlikdə 64834,4 manat ödəniş cədvəli məhkəmə qətnaməsində qət edilmiş 93783 manatdan 32034,4 manat artıq təqdim edirlər. Elmar öz hüquqlarını və qanunları bilmədiyindən qeyd olunan yarımçıq, əsassız, qanunsuz sənədə qol çəkir. Cavabdeh1lə, Cavabdeh2 iş yerləri və kassaları birdir. 1-ci sual niyə şifahi surətdə razılaşdırılmış bunlarda qalmalı olduğu 3 dəzgah barədə, yazılı surətdə tərtib olunmuş 06.12.2019-cu il tarixli ödəniş cədvəlində bu barədə heç bir məlumat, qeyd yoxdur? 2-ci sual Cavabdeh2 nə düşmüşdü ki, məhkəmə qətnaməsində qət edilmiş 93783 manatdan 32034,4 manat artıq ödəniş sənədinə qol çəksin? Əgər qarşı tərəfin sözləri ilə işləri (əməlləri) düz gəlsəydi, məramları səmimi olsaydı həmin sənədin başlığını belə qoymalı idilər “Zamin Cavabdeh2 06.12.2019-cu il tarixli ərizəsini nəzərə alaraq tərəflər Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2( 103)-65-2019 saylı, 16.01.2019-cu il qətnaməsi ilə qaytarılmalı olan 3 ədəd dəzgahın (adı, seriya, nömrəsi) qaytarılmaması şərti ilə qalıq borcun aşağıdakı ödəniş cədvəlinə uyğun ödənilməsi barədə razılığa gəlirlər. 3-cü sual- Əgər qarşı tərəf bunları inkar eləsə, yəni desə ki, 3 ədəd dəzgahın bunlarda qalması və yaxud qaytarılmaması barədə söhbət olunmayıb, onda bu hüquq elminin biliciləri artıq istənilən 32034,34 manatı hansı qanun, hansı məcəllə maddələrinə calaq edirlər. 14.09.2020-ci ilə kimi pandemiya, karantin şəraitində bütün çətinliklərə baxmayaraq Cavabdeh2 məhkəmə qətnaməsində qət edilmiş 93783 manatı (414 manat, 08.10.2021-ci ildə ödənilib) ödəyib və zamin kimi öz missiyasını yerinə yetirib qurtarıb. Artıq istənilən 32034,4 manat borc məbləğinə görə qarşı tərəfdən zəmanət məktubu (yəni 32034,4 manat ödəniləndən sonra borcun qalmaması ilə bağlı) istədikdə, dedilər ki, biz onu verə bilmərik bizi yoxlayırlar. Cavabdeh1 də dedi ki, biz artıq heç nə ödəməli deyilik, məhkəmə qətnaməsində nə yazılıbsa biz onu ödəməliyik. Cavabdeh2 barışıq mövqeyindən çıxış edərək, məhkəmə çəkişmələrinə son qoymaq üçün dəfələrlə Cavabdeh1 "xxxx" QSC ilə gedib bu məsələləri müzakirə etməyi təklif edib, Cavabdeh1 cavabı bu olub ki, mən ora getmirəm. "xxxx" QSC də deyir ki, Cavabdeh1 bura gəlməsin. Bu minvalla "xxxx" QSC tərəfindən dəfələrlə edilən zənglərdən (gəl danışaq və s.) sonra bu məsələlərə son qoymaq üçün "xxxx" QSC 14.12.2020-ci il tarixdə zaminlik müqavilələri əsasında lizinq borcunun 18 ay ərzində 1800 manat olmaqla cəmi 31500 manat olması barədə cədvələ qol çəkdirirlər və şifahi surətdə deyirlər ki, bu məbləği ödə və səninlə işimiz yoxdur. Bizim işimiz Cavabdeh1lə olacaq. Bütün bu hadisələrdən sonra atası Nümayəndə3 Cavabdeh1lə söhbət etdi və dedi ki, Ənvər mən bu işi barışıq, sülh yolu ilə həll etmək istəyirəm, gedək qarşı tərəflə danışaq, Ənvər dedi ki, mən ora getmirəm. Rövşən dayı, Elmarlıq orda bir iş yoxdur, məhkəmə qətnaməsində qət edilmiş borcu biz ödəyib qurtarmışıq, 3 ədəd avadanlığı da istəyirlər, yəni mən cavabdehəm, atam dedi ki, onda zəmanət məktubu ver. Zəmanət məktubunu imza etmişdir. "xxxx" QSC-dən də zəmanət məktubu almaq üçün 14.12.2020-ci il tarixli ödəniş cədvəli üzrə 31500 ödənilmədən sonra borcun olmaması ilə bağlı zəmanət məktubu almaq üçün cəmiyyətin ofisində olmuş və dedi ki, bir işə də düzələrəm o pulu mən ödəyərəm lakin, siz mənə bir zəmanət məktubu verin. Səhv etmirəmsə əməliyyat müdirləri Rövşən adlı şəxs bildirdi ki, biz elə sənəd verə bilmirik, bizi yoxlayırlar, iş icraya veriləndə biz deyərik, xahiş edərik və s. Cavabdeh1 dedi ki, Rövşən dayı əgər qarşı tərəf çox məbləğ almağa iddialıdırsa onlar heç vaxt çox məbləği qoyub aza razı olmazlar. Əgər razılaşırlarsa qoy ərizəyə qol çəksinlər. Bu məzmunda ərizə ilə "xxxx" QSC-yə ərizə ilə müraciət etdim, qarşı tərəf onu imzalamaqdan imtina etdi. 4-cü sual-LM № 160/06-2014 saylı Lizinq müqaviləsi və onun əlavələri və müvafiq zaminlik müqavilələri 19.01.2019-cu ildə məhkəmə qətnaməsi ləğv edildiyi halda ona istinad edilərək tərtib edilmiş ödəniş cədvəlinin baxmayaraq onu həm qarşı tərəf, həm də Cavabdeh2 imzalayıb bir hüquqi qüvvəsi varmı? Zaminliklə təmin olunmuş öhdəlik varsa, qalıbsa həmin məbləği həm lizinq alan, həm də zamin duran müştərək qaydada ödəməlidirlər. Öhdəlik zaminliklə təmin olunmayıbsa, zamin duran heç nə ödəməli deyil. Bütün yuxarıda qeyd edilən faktlardan mən Cavabdeh2 belə nəticə çıxardıram ki, bu təşkilat "xxxx" QSC insanları tovlamaq, aldatmaq, məngənəyə salmaq və onlardan əlavə pullar qoparmaqla məşğuldur. Qeyd olunanlara əsasən cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsi və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: “Lizinq verən” "xxxx" QSC “lizinq alan” Cavabdeh1 olmaqla imzalanmış 05 iyun 2014-cü il tarixli LM 160/06-2014 saylı X5 müqaviləsinə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş və onun ərizəsinə əsasən alınacaq əmlakın dəyərini ödəyib öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilinddə müvəqqəti sahiblik və istifadəyə verməyi, öhdəsinə götürür. Lizinq obyektinin təsviri bu müqavilənin ayrılmaz hissəsi olan Əlavə №A (spesifikasiya) göstərilir. “Lizinq verən” "xxxx" QSC “zamin” Cavabdeh2 olmaqla imzalanmış ZM 160/06-2014 saylı 05.06.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən “Zamin” Cavabdeh2 LM № 160/06-2014 saylı, 05.06.2014 tarixli X5 müqaviləsi və ona əlavə edilmiş bütün əlavələr üzrə (bundan sonra “lizinq müqaviləsi”) Cavabdeh1 (bunan sonra “lizinq alan” adlanacaq) öhdəliklərin tam icrasına görə bu müqavilə ilə nəzərədə tutulmuş qaydada, həcmdə və şərtlərlə “lizinq verən” qarşısında məsuliyət daşıyır. “satıcı” X4, “alıcı” "xxxx" QSC olmaqla “Lizinq alan” Cavabdeh1 olmaqla imzalanmış ASM 160/06-2014-04 saylı 30 iyul 2015-ci il tarixli alğı-satğı müqaviləsinə əsasən bu alqısatqı müqaviləsinin məqsədi Lizinq verən və Lizinq alan arasında bağlanmış L.M № 160/06-2014-04 saylı 29.07.2015-ci il tarixli razılaşma (05.06.2014 tarixli LM № 160/06- 2014 saylı X5 müqaviləsinə əlavə və dəyişikliyin edilməsi haqqında) müqaviləsinin həyata keçirilməsidir və Lizinq alan, Lizinq serən və Satıcı 3 tərəfli razılıq əsasında bu müqaviləni imzalayıb təsdiq edirlər. Satıcı ona məxsus çap avadanlığını (bundan sonra-əmlak) bu müqavilənin ayrılmaz hissəsi olan Əlavə № A-da (spesifikasiya) göstərilən sayda, komplektlilikdə və s. göstəricilərlə alıcıya satmağı, alıcı isə qeyd olunan əmlakı lizinq alana lizinqə verilməsi üçün öz mülkiyyətinə əldə etməyi öhdəsinə götürür. iddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun ödənilməsi, lizinq obyektinin geri qaytarılması və müqavilənin ləğv ediməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-10.04.2019 saylı qətnaməsi ilə 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-2(81)-782/2018 saylı iş üzrə qəbul etdiyi 31 iyul 2018-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə Cavabdeh1 apelyasiya şikayəti təmin edilməmiş, "xxxx" QSC-nin şikayəti qismən təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmişdir. 05.06.2014-cü il tarixli LM № 160/06-2014 saylı X5 müqaviləsi və bu müqaviləyə əlavə edilməsi haqqında 17.12.2014-cü il tarixli LM №160/06-2014-01 saylı, 21.01.2015-ci il tarixli LM № 160/06- 2014-02 saylı, 30.03.2015-ci il tarixli LM № 160/06-2014-03 saylı, 29.07.2015-ci il tarixli LM № 160/06-2014-04 saylı və 29.04.2016-cı il tarixli LM № 160/06-2014-05 saylı razılaşma müqaviləsi ləğb edilmişdir. 05.06.2014-cü il tarixli LM № 160/06-2014 saylı X5 müqaviləsi və bu müqaviləyə əlavə edilməsi haqqında 17.12.2014-cü il tarixli LM №160/06-2014-01 saylı, 21.01.2015-ci il tarixli LM №160/06-2014-02 saylı, 30.03.2015-ci il tarixli LM №160/06-2014-03 saylı, 29.07.2015-ci il tarixli LM №160/06-2014-04 saylı, 29.04.2016-cı il tarixli LM №160/06-2014-05 saylı razılaşma müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 oğl və Cavabdeh2 iddiaçı "xxxx" QSC-nin xeyrinə 79.036,94 manat əsas borc, 13.212,56 manat faiz (mükafat) borcu, 703,4 manat gecikməyə görə borc (dəbbə pulu), olmaqla cəmi 92.952,9 manat borc tutulmuşdur. Lizinq obyektləri olan Mimaki UJV-160 çap avadanlığı (Seriya № G93CB571); “Roland LEC 540 UV” plotter-çap avadanlığı (Seriya № ZBQ0398); “Maxima PZ3208 GT2” çap avadanlığı (Seriya № EJ**********) “Roland ARM 10” çap avadanlığı (Seriya №ZBR0208); “Roland EGX360” çap avadanlığı (Seriya № ZBN0328); “Mimaki CJV 30-160BS” çap avadanlığı (“Seriya № 2CE113), “Flora Lİ 320P” çap avadanlığı (seriya № Lİİ+3200A/8PB/USB/789, “Maxima GT2 PZ 3208” çap avadanlığı (Seriya № EJ**********0) və polietlin paket istehsal xəttinin (ekstruder 1, ekstruder 2, kəsim avadanlığı 2, çap avadanlığı, doğrayıcı, (drabilka), təkrar emal Cavabdeh1 tərəfindən iddiaçı "xxxx" QSC-yə geri qaytarılsın. İddiaçı "xxxx" QSC-nin xeyrinə, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və hüquqi xidmətlərə görə 800 manat xidmət haqqı cavabdehlər X3 və Cavabdeh2 müştərək qaydada tutulmalıdır. Qeyd olunan qətnamədən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 2(102)-202/2019 saylı, 04.06.2019 tarixli qərarı ilə kasassiya şikayət təmin edilməmişdir. 14 yanvar 2020-ci il tarixli zəmanət məktubuna əsasən “lizinq alan” Cavabdeh1 zəmanət verərək, “zamin” Cavabdeh2 06.12.2019-cu il tarixli "xxxx" QSC-nin ərizəsinə əsasən tərəflərin Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)- 65/2019 saylı, 16 yanvar 2019-cu il tarixli qətnaməsinin icrası ilə bağlı qalıq borcun razılığa gəlinmiş ödəniş cədvəlinin, sentyabr 2019-cu il tarixdən sonra ödəmələrin aparılmasından imtina etmişdir. Gələcəkdə bununla bağlı lizinq şirkəti "xxxx" QSC tərəfindən ziyanın ödənilməsi ilə bağlı hər-hansı məhkəmə qətnaməsi, iddia tələbi və s. olarsa Cavabdeh1 bu ziyanı qarşı tərəfə ("xxxx" QSC) ödənilməsi ilə bağlı zamin Cavabdeh2 qarşı hansı tələb, iddia və ya şikayətin olmayacağı qeyd olunmuşdur. 06 dekabr 2019-cu il tarixli ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh2 06.12.2019 tarixli ərizəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-65/2019 saylı qətnaməsinin icrası ilə 54.000 manat əsas borc, 10.834,44 manat mükafat borcu "xxxx" QSC və Cavabdeh2 arasında 06.12.2019 tarixində razılaşdırılmışdır. 14 dekabr 2020-ci il tarixli ödəniş cədvəlinin surətindən görünür ki, L.M № 160/06- 2014 saylı lizinq müqaviləsi və onun əlavələri üzrə zamin Cavabdeh2 ilə imzalanmış zaminlik müqavilələri əsasında cəmi 31.500 manat məbləğində ödəniş "xxxx" QSC və Cavabdeh2 ilə 14.12.2020-ci il tarixli ödəniş cədvəli ilə razılaşdırılmışdır. 29.12.2014-cü il traixli K1339/03 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən Paşa Bank” ASC tərəfindən "xxxx" QSC-yə 41.185 manat məbləğində illik 12.7% olmaqla birdəfəlik kredit verilmişdir. 28.11.2014-cü il tarixli K1339/02 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən Paşa Bank” ASC tərəfindən "xxxx" QSC-yə 166.775 manat məbləğində illik 12.7% olmaqla birdəfəlik kredit verilmişdir. 28.11.2014-cü il tarixli K1339/01 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən Paşa Bank” ASC tərəfindən "xxxx" QSC-yə 292.040 manat məbləğində illik 12.7% olmaqla birdəfəlik kredit verilmişdir. 26.01.2021-ci il tarixli ******* saylı ödəniş tapşırığına əsasən "xxxx" BOKT-a məxsus bank hesabından Vəkil bank hesabına 800 manat köçürülmüşdür. K1339/01 saylı kredit müqaviləsi üzrə çıxarışa əsasən "xxxx" QSC-yə 100.894,26 manat məbləğində dövr sonuna əsas borc qalığı hesablanmışdır. İş üzrə keçirilmş 30 sentyabr 2021-ci il tarixli 9/3799 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasında “Mimaki CJV 30-160BS” çap avadanlığı (Seriya № N62CE113) 02.06.2019-cu il tarixə 20.000 manat, 08.12.2020-ci il tarixə 18.000 manat, “Flora LJ 320P” çap avadanlığı (Seriya № LJİİ+3200A/8P-B/USB/789) 02.06.2019-cu il tarixə 25.000 manat, 08.12.2020-ci il tarixə 22.500 manat, “Maxima GT2 PZ 3208” çap avadanlığı (Seriya № EJ**********00) 02.06.2019-cu il tarixə 25.000 manat, 08.12.2020-ci il tarixə 22.500 manat olmaqla 02.06.2019-cu il tarixə cəmi 70.000 manat, 08.12.2020-ci il tarixə 63.000 manat qeyd olunmuşdur. Ekspertizanıın nəticəsində qeyd olunur ki, iddia ərizəsində adları sadalanan istifadədə olmuş çap avadanlığlarının aşınma faizi nəzərə alınmaqla nəzəri qaydada orta bazar dəyəri ilə ümumi 02.06.2019-cu il tarixə təxminən 70000,0 manat, 08.12.2020-ci il tarixə isə 63000,0 manat müəyyən olunur. Həmin çap avadanlığlarının ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, "xxxx" QSC ilə Cavabdeh1 arasına lizinq müqaviləsi imzalanmış, daha sonra "xxxx" QSC ilə arasında zaminlik müqaviləsi imzalanmış və Cavabdeh2 Cavabdeh1 öhdəliklərinin tam olaraq icra edilməsinə zamin olmuşdur. Tərəflər arasında məhkəmə mübahisəsi olmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qətnaməsi ilə həmin iş üzrə iddiaçı "xxxx" QSC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, kasassiya şikayəti verilsə də qətnamə dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəyə minmişdir. Qeyd olunan qətnamə üzrə cavabdehlər qətnamənin icrasını tam olaraq icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəlləyə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.3-cü maddəyə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.7-ci maddəyə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Qeyd olunanlara əsasən məkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli və Azərbaycan Respublikası Ali Məhkəməsinin 02.06.2019-cu il tarixli 2- 2(102)-202/19 saylı qərarından sonra keçmiş 16 ay müddət üçün 93.783 manat məbləğində illik 5% hesablanmaqla 7.033,72 (yeddi min otuz üç manat, yetmiş iki qəpik) manat Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, "xxxx" QSC-nin xeyrinə ödənilməlidir. İddia tələbinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 AR Ali Məhkəməsinin 02.06.2019 cu il tarixli 2-2 (102)-202/19 saylı qərarından sonra keçmiş 16 ay müddət üçün 93783 manat məbləğinə 16 ay ərzində "xxxx" ASC tərəfindən hesablanmış 19319 manat müştərək qaydada tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “Mimaki CJV 30-160BS” çap avadanlığının (Seriya № N62CE113) bazar dəyəri 20000 manat, “Flora LJ 320P” çap avadanlığının (Seriya № LJİİ+3200A/8P- B/USB/789) bazar dəyəri 25000 manat və “Maxima GT2 PZ 3208” çap avadanlığının (Seriya № EJ**********0) bazar dəyəri 25000 manat, avadanlıqların cəmi bazar dəyəri 70000 manat müştərək qaydada tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 "xxxx" QSC ilə Cavabdeh2 arasında imzalanmış 14.12.2020-ci il tarixli cədvəl üzrə 7200 manat məbləğində cari ödənilməmiş müştərək qaydada borc tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilməsi hissəsində məhkəmə hesab edir ki, iddia tələbləri həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair“ 09 iyul 2009-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında qeyd edilir ki, həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən Cavabdeh1 və Cavabdeh2 “Mimaki CJV 30-160BS” çap avadanlığı (Seriya № N62CE113), “Flora LJ 320P” çap avadanlığı (Seriya № LJİ1+3200A/8P-B/USB/789) və “Maxima GT2 PZ 3208” çap avadanlığı (Seriya № EJ**********0) avadanlıqlarından faydalandığına dair hər hansı mötəbər sübut təqdim edilməmişdir. Odur ki, iddia qeyd edilən hissədə də təmin edilməməlidir. AR MPM-nin 119.1 maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1 maddəyə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Vəkil ödənilmiş 800 manat məhkəmə xərci iş materialları ilə öz təsdiqini tapdığından eləcə də, iddia tələbi qismən təmin edildiyindən Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 800 manat məbləğində hüquqi yardımla bağlı çəkilmiş xərc və 30 manat dövlət rüsumu tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilməlidir. Məhkəmə iş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası ilə bağlı olaraq qeyd edir ki, ödənilməli olan cəmi 100 manat müştərək qaydada cavabdehərdən tutulmalıdır. Məhkəmə Ekspertiza Mərkəzinin bank rekvizitləri aşağıdakılardır: Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada vəkilə ödənilmiş 800 manat məhkəmə xərci, 30 manat məbləğində dövlət rüsumu, Azərbaycan Respublikası Ali Məhkəməsinin 02.06.2019-cu il tarixli 2-2(102)-202/19 saylı qərarından sonra keçmiş 16 ay müddət üçün 93.783 manat məbləğində illik 5% hesablanmaqla 7.033,72 (yeddi min otuz üç manat, yetmiş iki qəpik) manat tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertizası ilə bağlı ödənilməli olan 100 manat Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, "xxxx" QSC-nin xeyrinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 7.033,72 (yeddi min otuz üç manat, yetmiş iki qəpik) manat, vəkilə ödənilmiş 800 manat məhkəmə xərci, 30 manat məbləğində dövlət rüsumu müştərək qaydada tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizası ilə bağlı ödənilməli olan 100 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar