Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6651/2022 16.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan. ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan fiziki şəxs Maraqlı şəxs İcbari Tibbi Sığorta Fonduna 0,13 manat, Dövlət Sosial Müdafiə Fonduna 0,75 manat və “X4-Uşaq Bağçası" MMC-nin dövlət büdcəsinə 1126,28 manat, Dövlət Sosial Müdafiə Fonduna 7801,08 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (doğulduğu tarix - xx xxxx 1990-cı il, doğulduğu yer – Zəngilan rayonu, Bartaz kəndi, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 0,13 manat, Dövlət Sosial Müdafiə Fonduna 0,75 manat, “X4-Uşaq Bağçası" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə 1126,28 manat məbləğində (o cümlədən, vergilər üzrə 978,44 manat, faizlər üzrə 147,84 manat), Dövlət Sosial Müdafiə Fonduna 7801,08 manat olmaqla, ümumilikdə 8928,24 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli **********818900 nömrəli, xx.xx.2022-ci il tarixli **********819600 nömrəli, xx.xx.2021-ci il tarixli **********478300 nömrəli və xx.xx.2021-ci il tarixli **********194400 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Maraqlı şəxs Zəngilan rayonu, Bartaz ə/d, Bartaz kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 8 ünvanında yaşayır. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə MPM-nin 355-7.2-ci maddəsinə əsasən işə işdə maraqlı olan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: “X4-Uşaq Bağçası" MMC-nin (VÖEN: **********) şəxsi hesab vərəqəsinə əsasən müəyyən edilir ki, “X4-Uşaq Bağçasıİ" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə olan borcu 1.336,08 manat, Dövlət Sosial Müdafiə Fonduna olan borcu 7.801,08 manat təşkil edir. Maraqlı şəxs (VÖEN: **********) şəxsi hesab vərəqəsinə əsasən görünür ki, Maraqlı şəxs İcbari Tibbi Sığorta Fonduna olan borcu 0,13 manat və Dövlət Sosial Müdafiə Fonduna olan borcu 0,75 manat təşkil edir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin tərəfindən “X4-Uşaq Bağçası" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Maraqlı şəxs ünvanlanmış xx.xx.2022-ci il tarixli **********818900 nömrəli, xx.xx.2022-ci il tarixli **********819600 nömrəli, xx.xx.2021-ci il tarixli **********478300 nömrəli və xx.xx.2021-ci il tarixli **********194400 nömrəli bildirişlərin surətindən görünür ki, “X4-Uşaq Bağçası" Məhdud Məsuliyyətli Cəmiyyətindən və Maraqlı şəxs borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş və borcu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir. Fiziki şəxs haqqında məlumat ilə müəyyən edilir ki, Maraqlı şəxs xx.xx.2021-ci il tarixdə VÖEN (**********) verilmişdir. Maraqlı şəxs Zəngilan rayonu, Bartaz ə/d, Bartaz kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 8 ünvanında yaşayır. Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsinin vergi ödəyicisinin vergi borcu barədə məlumat çıxarışından görünür ki, vergi ödəyicisi Maraqlı şəxs (VÖEN: **********) xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə olan borcu 0,75 manat təşkil edir. İnternet Vergi İdarəsinin kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi barədə çıxarışından görünür ki, “X4-Uşaq Bağçası" MMC-nin (VÖEN: **********) qanuni təmsilçisi X2r. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, vergi ödəyicisi olan hüquqi şəxs “X4-Uşaq Bağçası" Məhdud Məsuliyyətli Cəmiyyəti vergi və dövlət sosial sığorta haqlarını ödəmək öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə və Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Vergi ödəyicisinə borcunun mövcudluğu və həmin borcu ödəməməyə görə məsuliyyət tədbirləri barədə məlumat verilməsinə baxmayaraq, sonuncu tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergilərə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliklərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Lakin məhkəmə araşdırması zamanı o da müəyyən edildi ki, vergi ödəyicisi olan hüquqi şəxs “X4-Uşaq Bağçası" MMC-nin qətnamənin qəbul edildiyi tarixə qanuni təmsilçisi (icra orqanın rəhbəri) Maraqlı şəxs deyil, X2r. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi Maraqlı şəxs qəbul edildiyi tarixə borclu hüquqi şəxs “X4-Uşaq Bağçası" MMC-nin qətnamənin icra orqanının rəhbəri olmadığından həmin MMC-nin borclarının ödənilməsinin təmin edilməsi məqsədilə Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Məhkəmə həmçinin qeyd edir ki, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Maraqlı şəxs qətnamənin qəbul edildiyi tarixə 0,75 manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Belə olan halda məhkəmə, vergi ödəyicisi olan fiziki şəxs Maraqlı şəxs qətnamənin qəbul edildiyi tarixə dövlət büdcəsinə borcu cəmi 0,75 manat məbləğində olduğunu nəzərə alaraq hesab edir ki, hazırkı halda fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin icbari tibbi sığorta və sosial sığorta haqları üzrə borcunun ödənilməsinin təmin edilməsi üçün fiziki şəxs Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması legitim məqsədlərə xidmət edən, qanuni tədbir olsa da, qanuni məqsədə mütənasiblik prinsipinin tələblərinə cavab vermir. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsi rədd edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsi rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-6651/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6651/2022
16.11.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver