Məhkəmə qərarları › İş №e-2-2(113)-6656/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6656/2025

07.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6656/2025 07.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədova Gülnarə Malik qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 665,43 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 695,43 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında məhsulların alqı-satqı müqaviləsi bağlanmışdır. Qeyd olunan alqı-satqı müqaviləsinə əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-dən müxtəlif mallar alınsa da, həmin malların dəyəri olan cəmi 665,43 manat məbləğində olan borcu hazırkı vaxtadək cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Göstərilən məbləğdə malların cavabdeh tərəfindən qəbul edilməsini malların təhvil-qəbul aktları, həmin mallara görə ödənilməmiş borcun qalmasını tərəflər arasında imzalanmış 03 fevral 2025-ci il tarixli qarşılıqlı üzləşmə aktı da bir daha təsdiq edir. Ödənişin həyata keçirilməsi üçün cababdehə: 1) 536479 saylı, xx.xx.2024-cü il tarixli; 2) 536481 saylı, xx.xx.2024-cü il tarixli; 3) 147474 saylı, xx.xx.2024cü il tarixli; 4) 749715 saylı, xx.xx.2024-cü il tarixli; 5) 749716 saylı, xx.xx.2024-cü il tarixli; 6) 577822 saylı, xx.xx.2024-cü il tarixli; 7) 577823 saylı, xx.xx.2024-cü il tarixli elektron qaimələr göndərilmişdir. Bununla bağlı dəfələrlə nümayəndə vasitəsilə cavabdehlə əlaqə saxlanılmış və həmin borc məbləğinin qısa müddətdə ödənilməsi xahiş edilmişdir. Lakin cavabdeh tərəfdən heç bir ödəniş həyata keçirilməmiş və borc məbləği ödənilməmişdir. Cavabdeh MMC aldığı malların dəyərini hazırkı vaxtadək ödəməmiş və müqavilə üzrə öhdəliyini icra etməmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 422, 448.1, 448.2-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmamışdır.

5. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar: 6 İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, tərəflər arasında müqavilə bağlanmışdır, lakin ofis dəyişdirilərkən itirilmişdir, ona görə də təqdim edilə bilmir. Müqavilə qida məhsulların alqısatqısı ilə bağlı olmuşdur. Bundan əvvəl də tərəflər arasında müqavilələr bağlanmış, həmin müqavilələr üzrə ödənişlər edilmişdir. Tələb edilən məbləğ sonuncu müqavilə üzrə yaranmış borcdur. Qarşı tərəf fəaliyyətlərini dayandırdıqlarını bildirirlər, lakin bunun da həqiqiliyi barədə məlumat yoxdur. 7 elektron qaimə mövcuddur. Həmin qaimələr təhvilqəbul aktları əsasında göndərilmişdir.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2024-cü il tarixli, EBDY seriyalı, 536479 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 135,52 manat (ƏDV daxil) təşkil edir.

8. xx.xx.2024-cü il tarixli, EBDY seriyalı, 536481 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 26,16 manat (ƏDV daxil) təşkil edir.

9. xx.xx.2024-cü il tarixli, EBDZ seriyalı, 147474 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 106,77 manat (ƏDV daxil) təşkil edir.

10. xx.xx.2024-cü il tarixli, EBDZ seriyalı, 749715 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 32,69 manat (ƏDV daxil) təşkil edir.

11. xx.xx.2024-cü il tarixli, EBDZ seriyalı, 749716 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 201,03 manat (ƏDV daxil) təşkil edir.

12. xx.xx.2024-cü il tarixli, EBEA seriyalı, 577822 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 133,41 manat (ƏDV daxil) təşkil edir.

13. xx.xx.2024-cü il tarixli, EBEA seriyalı, 577823 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 29,78 manat (ƏDV daxil) təşkil edir.

14. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə aktda adıçəkilən və ümumi dəyəri 26,16 manat olan mal təhvil verilmişdir. Akt tərəflərin imzası ilə təsdiq edilmişdir.

15. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə aktda adıçəkilən və ümumi dəyəri 135,52 manat olan mal təhvil verilmişdir. Akt tərəflərin imzası ilə təsdiq edilmişdir.

16. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə aktda adıçəkilən və ümumi dəyəri 106,77 manat olan mal təhvil verilmişdir. Akt tərəflərin imzası ilə təsdiq edilmişdir.

17. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə aktda adıçəkilən və ümumi dəyəri 201,04 manat olan mal təhvil verilmişdir. Akt tərəflərin imzası ilə təsdiq edilmişdir.

18. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə aktda adıçəkilən və ümumi dəyəri 32,7 manat olan mal təhvil verilmişdir. Akt tərəflərin imzası ilə təsdiq edilmişdir.

19. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə aktda adıçəkilən və ümumi dəyəri 133,41 manat olan mal təhvil verilmişdir. Akt tərəflərin imzası ilə təsdiq edilmişdir.

20. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə aktda adıçəkilən və ümumi dəyəri 29,78 manat olan mal təhvil verilmişdir. Akt tərəflərin imzası ilə təsdiq edilmişdir.

21. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubunun məzmunundan müəyyən olunur ki, müqavilə üzrə yaranmış borcun 7 (yeddi) təqvim günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi

24. İşin faktiki hallarından müəyyən edilir ki, tərəflər arasında şifahi formada bağlanan (yazılı müqavilə təqdim edilməyib) alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, iddiaçı üzərinə düşən öhdəliyi icra edib, malları alıcıya təhvil versə də, cavabdeh qəbul etdiyi malın dəyərini iddiaçıya ödəmək barədə öhdəliyini lazımınca icra etməmişdir. Həmin hal işdə olan sübutlarla (təhvil-təslim aktları, elektron qaimələr) öz təsdiqini tapır.

25. İddia tələbini cavabdehdən Cavabdeh MMC-dən 665,43 manat borcun tutulması təşkil edir.

26. Məhkəmə qanunvericilik normalarını, cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, belə olan halda isə iddiaçının həmin məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və Cavabdeh MMC-dən 665,43 manat (altı yüz altmış beş manat qırx üç qəpik) pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Həmin borcun mövcudluğu işdə olan sübutlarla öz təsdiqini tapır. Belə ki, təhvil-qəbul aktlarına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 665,4 manat dəyərində olan olan mallar təhvil verilmiş və cavabdehə yuxarıda göstərilən müvafiq elektron qaimələr göndərilmişdir. Qeyd edilməlidir ki, cavabdeh tərəfindən iddiaya münasibət bildirilməmiş, etiraz edilməmiş, mübahisə üzrə ödənişlərin edilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

27. Eləcə də, iddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul vəsaitinin cavabdehdən tutulmasını xahiş etmişdir.

28. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 665,4 manat (altı yüz altmış beş manat qırx qəpik) borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat olmaqla, ümumilikdə 695,4 manat (altı yüz doxsan beş manat qırx qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar