Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-666/2021 25.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə (“xxxx” ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 127740 ABŞ dolları borc, 51100 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 178840 ABŞ dolları məbləğində vəsaitin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yaman Kırma X1 və X4 İthalat İhracat Sanayi ve Ticaret Anonim Şirketi ilə “xxxx” ASC-nin Qazaxıstan Respublikasındakı filialı arasında 12 dekbar 2018-ci il tarixində Almatı şəhərində K12/18-109 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən “xxxx” ASC “Yaman Kırma X1 və X4 İthalat İhracat Sanayi ve Ticaret Anonim Şirketinden” dəyəri 255500 ABŞ dolları dəyərində daş doğrayan qurğular almış, müqaviləyə əsasən qurğuların dəyərinin yarısı 127750 ABŞ dolları məbləği avans şəklində müqavilə bağlandıqdan sonra, digər yarısı isə müqaviləyə uyğun olaraq qurğular tam istehsal gücündə təhvil verildikdən sonra 10 iş günü ərzində ödənilməli idi. Baxmayaraq ki, qurğular müqavilə şərtlərinə uyğun olaraq 01 iyul 2019-cu il tarixində təhvil-təslim edilmişdir, cavabdeh şirkət ödənişin yarısını etməmişdir. Müqavilə üzrə Yaman Kırma X1 və X4 İthalat İhracat Sanayi ve Ticaret Anonim Şirketi üzərinə düşən bütün öhdəlikləri tam şəkildə icra etsə də, alıcı - “xxxx” ASC müqavilə ilə nəzərdə tutulan ödənişi tam şəkildə həyata keçirməmişdir. ASC tərəfindən ümumilikdə 255500 ABŞ dolları məbləğindən 127760 ABŞ dolları ödənilmişdir. Cavabdeh tərəfindən iddiaçıya mövcud 127740 ABŞ dolları təhvil-təslim aktı imzalandıqdan sonra 10 iş günü ərzində, yəni ən geci 15 iyul 2019-cu il tarixinədək ödənilməli idi. “xxxx” ASC–yə müqavilə üzrə borcunu ödəməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Lakin ASC tərəfindən müqavilə üzrə öhdəliklər icra edilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin əlavəsinin 3-cü hissəsinə əsasən məbləğin qalan 50% hissəsi tərəflər arasında yekun təhvil-təslim aktı imzalandındıqdan sonra 10 iş günü ərzində ödənilir. Ödəniş vaxtında edilmədiyi halda hər gecikdirilmiş gün üçün ümumi məbləğin 0.1% miqdarında, lakin 20%-dən çox olmamaq şərtilə cərimə məbləği alıcı tərəfindən ödənilir. Göründüyü kimi, cavabdeh “xxxx” ASC tərəfindən 1 il 4 aydan çoxdur ki, ödəniş həyata keçirilmir. Bu səbəbdən ümumi məbləğin 20%-i miqdarında, yəni 51100 ABŞ dolları məbləğində cərimə ödənilməlidir. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Akkord Sənaye Tikinti İnvestisiya Korporasiya ASC-dən 12.12.2018-ci il tarixli K12/18-109 saylı və eyni müqavilə olan 04.01.2019-cu il tarixli, AA01/01 19 saylı müqavilənin tərkib hissəsi olan (1,2,3.4,5,6,7,8,9 saylı) əlavələr və eləcə də AA01/0120 saylı, 31.01.2020-ci il tarixli (onun 1 və 2 saylı əlavəsi) əsasında ödənilməli olan 113478 (yüz on üç min dörd yüz yetmiş səkkiz) ABŞ dolları əsas vəsait, 12775 (on iki min yeddi yüz yetmiş beş) ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 126253 (yüz iyirmi altı min iki yüz əlli üç) ABŞ dollarında məbləğin tutularaq iddiaçı Yaman Kırma X1 və X4 İthalat İhracat Sanayi ve Ticaret Anonim Şirketinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, “xxxx” ASC tərəfindən edilmiş 10000 (on min) ABŞ Dolları məbləği iddia ərizəsində texniki səhv olaraq 10 (on) ABŞ dollar kimi qeyd edilmişdir. Həmçinin qeyd edir ki, “xxxx” ASC tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş tapşırıqlarından görünür ki, cavabdeh şirkət tərəfindən təqdim edilmiş maliyyə sənədlərində texniki səhvlər, ödənişlərin təyinatında fərqliliklər mövcuddur. Bu səbəbdən “xxxx” ASC-nin Yaman Kırma X1 və X4 İthalat İhracat Sanayi ve Ticaret Anonim Şirketinə olan borcun dəqiq müəyyənləşdirilməsi üçün iddia tələbinin dəqiqləşməsi barədə ərizənin verilməsi zərurəti yaranmışdır. Belə ki, mübahisə predmeti olan borcun yaranmasının əsası şirkətlər arasındakı müqavilə münasibətləri olmuşdur. İddia tələbinin dəqiqləşməsi barədə verilmiş ərizəyə əlavə olunmuş şirkətlər arasında bağlanmış 12.12.2018-ci il tarixli, Kİ2/18-109 saylı müqavilə ilə 04.01.2019-cıı il tarixli, AA01/0İ/9 saylı müqavilə eynidir. Eyni müqavilənin iki fərqli nömrədə olmasının səbəbi isə 12.12.2018-ci il tarixli, K12/18- 109 saylı müqaviləni “xxxx" ASC-nin Qazaxıstan Respublikasının Filialı ilə, digər 04.01.2019cu il tarixli AA01/0119 savlı müqavilənin isə “xxxx" ASC-nin Azərbaycan Respublikasında yerləşən baş ofisi ilə bağlanmasıdır. Şirkətlər arasında başlanmış müqavilələrin 2 fərqi var. İlk fərq ondan ibarətdir ki, birinci müqavilə üzrə tərəfin “xxxx" ASC-nin Qazaxıstan Respublikasının Filialı olması, ikinci müqavilə üzrə tərəfin “xxxx" ASC-nin özü, yəni Azərbaycan Respublikası ərazisində yerləşən baş ofisin olmasıdır. İkinci fərq isə ondan ibarətdir ki, 12.12.2018-ci il tarixli Kİ2/18-109 saylı müqaviləyə əsasən ödənişin vaxtında edilmədiyi halda hər seçikdirilmiş gün üçün məbləğin 20%-dən çox olmamaq şərtilə cərimə ödənilməsi nəzərdə tutulsa halda, digər, yəni 04.01.2019-cu il tarixli AA01/0119 saylı müqavilə ilə bu məbləğin 5%-dən çox olmamaq şərtilə cərimə məbləğinin alıcı tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur. Belə olan halda yaranmış anlaşmazlığın yeganə həll vasitəsi şirkətlər arasında bütün müqavilələr üzrə Yaman Kırma X1 və X4 İthalat İhracat Sanayi ve Ticaret Anonim Şirketi tərəfindən “xxxx” ASC-yə göndərilən malların dəyəri və bütün müqavilələr üzrə ödənilən vəsaitlər arasındakı fərqin müəyyən olunmasıdır. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbi dəqiqləşməli, iddianın əsasını bir müqavilə yox, “xxxx” ASC ilə Yaman Kırma X1 və X4 İthalat İhracat Sanayi ve Ticaret Anonim Şirketi ilə bağlanmış bütün müqavilələr (və eləcə də əlavələr) təşkiı etməlidir. Belə ki, Yaman Kırma X1 və X4 İthalat İhracat Sanayi ve Ticaret Anonim Şirketi tərəfindən “xxxx” ASC-yə 678.140 (altı yüz yetmiş səkkiz min yüz qırx) ABŞ dollar dəyərində mallar göndərmişdir, “xxxx” ASC tərəfindən göndərilən malların əvəzinə 564662 (beş yüz altmış dörd min altı yüz altmış iki) ABŞ dolları məbləğində pul Yaman Kırma şirkətinə köçürmə vasitəsi ilə ödənilmişdir. Göndərilən mallar və ödənilən pullar arasındakı fərq, “X2 İnvestisiya Korporasiyası” ASC-nin iddiaçıya olan borcunu təsdiq edir. Bəyannamələr əsasında göndərilən malların dəyəri cəmi 678140 ABŞ dolları, cavabdeh tərəfindən köçürmə vasitəsi ilə ödənilən məbləğlərin cəmi isə 564662 ABŞ dolları olmuşdur. Beləliklə, fərq 113478 ABŞ dolları təşkil edir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında ərizədə göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında cavabdehin nümayəndəsi izahat verərək, iddiaçı ilə bağlanan müqavilələr üsrə borcun ödənildiyini və iddiaçıya borcun olmadığını bildirərək, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - Alıcı qismində “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Qazaxıstan Respublikasındakı filialı ilə satıcı qismində İddiaçı arasında bağlanmış 12.12.2018-ci il tarixli, K12/18-109 nörməli alqı-satqı müqaviləsinə əsasən satıcı malları alıcıya satmağı, alıcı isə müqaviləyə əlavədə göstərilən tərkibdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə almağı öhdəsinə götürmüşdür. - 12.12.2018-ci il tarixli, K12/18-109 nörməli alqı-satqı müqaviləsinə 1 nömrəli əlavəyə əsasən satılan malların ümumi dəyəri 255500 ABŞ dolları məbləğində olmuşdur. Ümumi məbləğin 50 faiz hissəsinin avans şəklində əlavə imzalandıqdan sonra ödənilməsi, qalan hissəsinin isə tərəflər arasında təhvil-təslim aktı imzalandıqdan 10 iş günü ərzində ödənilməsi razılaşdırılmışdır. - Alıcı qismində “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə satıcı qismində İddiaçı arasında bağlanmış 04.01.2019-cu il tarixli, AA 01/0119 nörməli alqı-satqı müqaviləsinə əsasən satıcı malları alıcıya satmağı, alıcı isə müqaviləyə əlavədə göstərilən tərkibdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə almağı öhdəsinə götürmüşdür. - 04.01.2019-cu il tarixli, AA 01/0119 nörməli alqı-satqı müqaviləsinə 1 nömrəli əlavəyə əsasən satılan malların ümumi dəyəri 255500 ABŞ dolları məbləğində olmuşdur. Ümumi məbləğin 50 faiz hissəsinin avans şəklində əlavə imzalandıqdan sonra ödənilməsi, qalan hissəsinin isə tərəflər arasında təhvil-təslim aktı imzalandıqdan 10 iş günü ərzində ödənilməsi razılaşdırılmışdır. - 04.01.2019-cu il tarixli, AA 01/0119 nörməli alqı-satqı müqaviləsinə 1A nömrəli əlavəyə əsasən 04.01.2019-cu il tarixli, AA 01/0119 nörməli alqı-satqı müqaviləsinə 1 nömrəli əlavənin 2-ci bəndi dəyişdirilmiş və ümumi məbləğin 60 faiz hissəsinin avans şəklində əlavə imzalandıqdan sonra ödənilməsi, qalan hissəsinin isə tərəflər arasında təhvil-təslim aktı imzalandıqdan 10 iş günü ərzində ödənilməsi razılaşdırılmışdır. - 09.01.2019-cu il tarixli köçürmə sifarişindən görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 127750 ABŞ dolları məbləğ 04.01.2019-cu il tarixli, AA 01/0119 nörməli alqı-satqı müqaviləsinə 1 nömrəli əlavəyə əsasən İddiaçı hesabına köçürülmüşdür. - 29.04.2019-cu il tarixli köçürmə sifarişindən görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 10000 ABŞ dolları məbləğ 04.01.2019-cu il tarixli, AA 01/0119 nörməli alqı-satqı müqaviləsinə 1A nömrəli əlavəyə əsasən İddiaçı hesabına köçürülmüşdür. - 13.02.2019-cu il tarixli köçürmə sifarişindən görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 20661 ABŞ dolları məbləğ 04.01.2019-cu il tarixli, AA 01/0119 nörməli alqı-satqı müqaviləsinə 2 nömrəli əlavəyə əsasən İddiaçı hesabına köçürülmüşdür. - 18.04.2019-cu il tarixli köçürmə sifarişindən görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 7226 ABŞ dolları məbləğ 04.01.2019-cu il tarixli, AA 01/0119 nörməli alqı-satqı müqaviləsinə 3 nömrəli əlavəyə əsasən İddiaçı hesabına köçürülmüşdür. - 04.03.2019-cu il tarixli köçürmə sifarişindən görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 28600 ABŞ dolları məbləğ 04.01.2019-cu il tarixli, AA 01/0119 nörməli alqı-satqı müqaviləsinə 3 nömrəli əlavəyə əsasən İddiaçı hesabına köçürülmüşdür. - 15.03.2019-cu il tarixli köçürmə sifarişindən görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 4400 ABŞ dolları məbləğ 04.01.2019-cu il tarixli, AA 01/0119 nörməli alqı-satqı müqaviləsinə 4 nömrəli əlavəyə əsasən İddiaçı hesabına köçürülmüşdür. - 18.03.2019-cu il tarixli köçürmə sifarişindən görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 24000 ABŞ dolları məbləğ 04.01.2019-cu il tarixli, AA 01/0119 nörməli alqı-satqı müqaviləsinə 5 nömrəli əlavəyə əsasən İddiaçı hesabına köçürülmüşdür. - 03.04.2019-cu il tarixli köçürmə sifarişindən görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 16000 ABŞ dolları məbləğ 04.01.2019-cu il tarixli, AA 01/0119 nörməli alqı-satqı müqaviləsinə 5 nömrəli əlavəyə əsasən İddiaçı hesabına köçürülmüşdür. - 24.05.2019-cu il tarixli köçürmə sifarişindən görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 20000 ABŞ dolları məbləğ 04.01.2019-cu il tarixli, AA 01/0119 nörməli alqı-satqı müqaviləsinə 6 nömrəli əlavəyə əsasən İddiaçı hesabına köçürülmüşdür. - 02.07.2019-cu il tarixli köçürmə sifarişindən görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 25000 ABŞ dolları məbləğ 04.01.2019-cu il tarixli, AA 01/0119 nörməli alqı-satqı müqaviləsinə 6 nömrəli əlavəyə əsasən İddiaçı hesabına köçürülmüşdür. - 05.08.2019-cu il tarixli köçürmə sifarişindən görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 12600 ABŞ dolları məbləğ 04.01.2019-cu il tarixli, AA 01/0119 nörməli alqı-satqı müqaviləsinə 6 nömrəli əlavəyə əsasən İddiaçı hesabına köçürülmüşdür. - 11.10.2019-cu il tarixli köçürmə sifarişindən görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 9661 ABŞ dolları məbləğ 04.01.2019-cu il tarixli, AA 01/0119 nörməli alqı-satqı müqaviləsinə 6 nömrəli əlavəyə əsasən İddiaçı hesabına köçürülmüşdür. - 12.12.2019-cu il tarixli köçürmə sifarişindən görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 9476 ABŞ dolları məbləğ 04.01.2019-cu il tarixli, AA 01/0119 nörməli alqı-satqı müqaviləsinə 9 nömrəli əlavəyə əsasən İddiaçı hesabına köçürülmüşdür. - 13.02.2020-ci il tarixli köçürmə sifarişindən görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 60000 ABŞ dolları məbləğ 31.01.2020-ci il tarixli, AA 01/0120 nörməli alqı-satqı müqaviləsinə 1 nömrəli əlavəyə əsasən İddiaçı hesabına köçürülmüşdür. - 13.02.2020-ci il tarixli köçürmə sifarişindən görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 22500 ABŞ dolları məbləğ 31.01.2020-ci il tarixli, AA 01/0120 nörməli alqı-satqı müqaviləsinə 2 nömrəli əlavəyə əsasən İddiaçı hesabına köçürülmüşdür. 31.01.2019-cu il tarixli gömrük bəyannaməsindən görünür ki, 58000 ABŞ dolları dəyərində mal İddiaçı tərəfindən Azərbaycan Respublikasına göndərilmişdir. 07.02.2019-cu il tarixli gömrük bəyannaməsindən görünür ki, 37000 ABŞ dolları dəyərində mal İddiaçı tərəfindən Azərbaycan Respublikasına göndərilmişdir. 19.02.2019-cu il tarixli gömrük bəyannaməsindən görünür ki, 80000 ABŞ dolları dəyərində mal İddiaçı tərəfindən Azərbaycan Respublikasına göndərilmişdir. 26.02.2019-cu il tarixli gömrük bəyannaməsindən görünür ki, 33000 ABŞ dolları dəyərində mal İddiaçı tərəfindən Azərbaycan Respublikasına göndərilmişdir. 04.03.2019-cu il tarixli gömrük bəyannaməsindən görünür ki, 20000 ABŞ dolları dəyərində mal İddiaçı tərəfindən Azərbaycan Respublikasına göndərilmişdir. 13.03.2019-cu il tarixli gömrük bəyannaməsindən görünür ki, 63326 ABŞ dolları dəyərində mal İddiaçı tərəfindən Azərbaycan Respublikasına göndərilmişdir. 11.04.2019-cu il tarixli gömrük bəyannaməsindən görünür ki, 40000 ABŞ dolları dəyərində mal İddiaçı tərəfindən Azərbaycan Respublikasına göndərilmişdir. 30.05.2019-cu il tarixli gömrük bəyannaməsindən görünür ki, 6288 ABŞ dolları dəyərində mal İddiaçı tərəfindən Azərbaycan Respublikasına göndərilmişdir. 10.07.2019-cu il tarixli gömrük bəyannaməsindən görünür ki, 53053 ABŞ dolları dəyərində mal İddiaçı tərəfindən Azərbaycan Respublikasına göndərilmişdir. 03.10.2019-cu il tarixli gömrük bəyannaməsindən görünür ki, 14372 ABŞ dolları dəyərində mal İddiaçı tərəfindən Qazaxıstan Respublikasına göndərilmişdir. 18.02.2020-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, 83566 ABŞ dolları dəyərində mal İddiaçı tərəfindən Qazaxıstan Respublikasına göndərilmişdir. 15.03.2019-cu il tarixli gömrük bəyannaməsindən görünür ki, 4400 ABŞ dolları dəyərində mal İddiaçı tərəfindən Azərbaycan Respublikasına göndərilmişdir. 28.02.2019-cu il tarixli gömrük bəyannaməsindən görünür ki, 20661 ABŞ dolları dəyərində mal İddiaçı tərəfindən Özbəkistan Respublikasına göndərilmişdir. 28.03.2019-cu il tarixli gömrük bəyannaməsindən görünür ki, 37074 ABŞ dolları dəyərində mal İddiaçı tərəfindən Gürcüstan Respublikasına göndərilmişdir. 06.05.2019-cu il tarixli gömrük bəyannaməsindən görünür ki, 19754 ABŞ dolları dəyərində mal İddiaçı tərəfindən Gürcüstan Respublikasına göndərilmişdir. 10.05.2019-cu il tarixli gömrük bəyannaməsindən görünür ki, 6392 ABŞ dolları dəyərində mal İddiaçı tərəfindən Gürcüstan Respublikasına göndərilmişdir. 01.08.2019-cu il tarixli gömrük bəyannaməsindən görünür ki, 8888 ABŞ dolları dəyərində mal İddiaçı tərəfindən Gürcüstan Respublikasına göndərilmişdir. 20.09.2019-cu il tarixli gömrük bəyannaməsindən görünür ki, 26706 ABŞ dolları dəyərində mal İddiaçı tərəfindən Gürcüstan Respublikasına göndərilmişdir. 20.12.2019-cu il tarixli gömrük bəyannaməsindən görünür ki, 12046 ABŞ dolları dəyərində mal İddiaçı tərəfindən Gürcüstan Respublikasına göndərilmişdir. 31.01.2020-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, 35792 ABŞ dolları dəyərində mal İddiaçı tərəfindən Gürcüstan Respublikasına göndərilmişdir. 07.02.2020-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, 12962 ABŞ dolları dəyərində mal İddiaçı tərəfindən Gürcüstan Respublikasına göndərilmişdir. 13.03.2020-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, 4860 ABŞ dolları dəyərində mal İddiaçı tərəfindən Gürcüstan Respublikasına göndərilmişdir. 03.03.2021-ci il tarixli hesabdan çıxarışdan görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı hesabına cəmi 564662 ABŞ dolları (5000+22500+60000+6500+9476+9661+18168+65172+12600+8888+4104,3+10000+250 00+5960+20000+10000+7226+5886,2+7397,9+16000+7397,9+24000+4400+28600+223 13,7+20661+127750) məbləğində vəsait köçürülmüşdür. - 01.07.2019-cu il tarixli, İP/AK/47-16-26 nömrəli təhvil-təslim aktından görünür ki, 04.01.2019-cu il tarixli, AA01/119 nömrəli müqavilə ilə “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş sifarişə əsasən daş doğrayan qurğunun müqavilə şərtlərində göstərilən bəndlərə uyğun tam istehsal gücü olduğu tərəflərin imzaları ilə təsdiq edilmişdir. - İddiaçı nümayəndəsi tərəfindən cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə pretenziya məktubu ünvanlanaraq borcun yeddi gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə izahatları dinləyib, iş üzrə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətii arasında alqı-satqı müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Ödənilməsi tələb olunan borcun olması təqdim olunmuş sübutlarla öz təsdiqini tapır. İddiaçı tərəfindən iddia ərizəsində tələbinin əsası kimi göstərdiyi müqavilə və müqaviləyə əlavələrin bir qismi məhkəməyə təqdim olunsa da, digərlərinin əsli və ya lazımi qaydada təsdiqlənmiş surətləri məhkəməyə təqdim olunmamışdır. Lakin təqdim olunan köçürmə sifarişləri, gömrük bəyannamələrindən müəyyən olunur ki, tərəflər arasında müvafiq razılaşmalar olmuşdur. İddiaçı tərəfindən ümumilikdə 678140 ABŞ dolları dəyərində (58000+37000+80000+33000+20000+63326+40000+6288+53053+14372+83566+4400+ 20661+37074+19754+6392+8888+26706+12046+35792+12962+4860) mallar təyinat nöqtələrinə (Azərbcaycan Respublikası, Gürcüstan Respublikası, Özbəkistan Respublikası və Qazaxıstan Respublikası) göndərilmişdir. Cavabdeh həmin malların dəyərinin bir hissəsini, 564662 ABŞ dolları (5000+22500+60000+6500+9476+9661+18168+65172+12600+8888+4104,3+10000+250 00+5960+20000+10000+7226+5886,2+7397,9+16000+7397,9+24000+4400+28600+223 13,7+20661+127750) məbləğində vəsaiti iddiaçının hesabına köçürmüşdür. Nəticədə cavabdehin iddiaçıya 113478 ABŞ dolları məbləğində (678140-564662=113478) borcu qalmışdır. Həmin məblğin ödənilməsi ilə bağlı sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik normalarını, cavabdehin müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 113478 ABŞ dolları məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin bir hissəsini də borcun ödənilməsinin gecikdirilməsinə görə 12775 ABŞ dolları cərimənin cavabdehdən tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 500 ABŞ dolları məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən 113478 (yüz on üç min dörd yüz yetmiş səkkiz) ABŞ dolları əsas borc, 500 (beş yüz) ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 113978 (yüz on üç min doqquz yüz yetmiş səkkiz) ABŞ dolları məbləğində pul manatın ödəniş gününə məzənnə nisbəti ilə İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-666/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-666/2021
25.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver