Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-668/2024 12.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borcun tutulması Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, X1 katibliyi, iddiaçının qanuni təmsilçisi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İcraçı İddiaçı MMC (satıcı) ilə sifarişçi Cavabdeh MMC (alıcı) arasında 18 oktyabr 2021-ci il tarixli 18-10-21OE saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən «Sifarişçi» (“Alıcı”) bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən qiymət razılaşma protokollarında, hesab-fakturalarda, təhvil-qəbul aktlarında və elektron qaimə fakturalarda qeyd olunan işlərin görülməsini, xidmətlərin göstərilməsini və ya malların alınmasım sifariş verir, «İcraçı» (“Satıcı”) isə bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesan edilən qiymət razılaşma protokollarında, hesab-fakturalarda, təhvil-qəbul aktlarında və elektron qaimə fakturalarda sadalanan işlərin görülməsini, xidmətlərin göstərilməsini və ya malların alınmasını təmin edir. - 2.1-ci bəndinə əsasən müqavilənin ümumi məbləği müqaviləyə əlavə edilmiş qiymət razılaşma protokollarma, hesab-fakturalara, təhvil-qəbul aktlarına və elektron qaimə fakturalara əsasən müəyyən edilir. - 2.2-ci bəndinə əsasən müqavilə üzrə ödənişlər «İcraçı» (“Satıcı”) tərəfindən təqdim edilən müvafiq ilkin sənədlər əsasında bank köçürməsi yolu ilə həyata keçiriləcək. - 2.3-cü bəndinə əsasən mallar təchiz olunduqdan sonra hər 30 (otuz ) gündən bir «Sifarişçi» (“Alıcı”), «İcraçı» (“Satıcı”)-ya satılmış malların hesabatını təqdim etməlidir. Satılmış malların hesabatında göstərilən saya görə qiymətlərin razılaşma protokolunda nəzərdə tutulan məbləğ əsasında «İcraçı» (“Satıcı”) hesab faktura təqdim edir. «Sifarişçi» (“Alıcı”) hesab faktura əsasında ödənişi 3 (üç) gün ərzində köçürmə yolu ilə həyata keçirir. - 3.1.2-ci bəndinə əsasən göstərilmiş xidmətlərin, görülmüş işlərin və ya alınmış malların dəyərini ödəmək sifarişçinin (alıcının) vəzifəsidir. - 6.1-ci bəndinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və xx.xx.2021-ci il tarixədək etibarlı hesab olunur. - 6.2-ci bəndinə əsasən müqavilənin müddətinm başa çatmasına 30 (otuz) gün qalmış tərəflərdən birinin digərinə rəsmi məktubla müraciət etmədiyi təqdirdə müqavilə növbəti 1 (bir) il müddətinə eyni şərtlərlə etibarlı hesab olunur. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
2. İddiaçı MMC tərəfindən ümumilikdə 65.548,05 manat (ƏDV daxil) dəyərində mal verilməsinə dair elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir.
3. İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli qarşılıqlı borcların üzləşdirilməsi barədə aktı tərtib edilmiş və aktda Cavabdeh MMC-nin İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixə 26000 manat məbləğində borcun olduğu qeyd olunmuşdur. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir..
4. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə borcun ödənilməsi ilə bağlı pretenziya məktubu ilə müraciət edilmişdir.
İİ. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
5. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 26.000 manat məbləğində borc məbləğin və ödənilmiş 168 manat dövlət rüsumu tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, sifarişçi (alıcı) Cavabdeh MMC icraçı (satıcı) İddiaçı MMC arasında bağlanmış 18-10-21OE nömrəli 18 oktyabr 2023-cü il tarixli müqaviləyə əsasən bu müqaviənin tərkib hissəsi hesab edilən qiymət razılaşma protokollarından, hesa-fakturalarda, təhvil-qəbul aktlarında və elektron qaimə fakturalarda qey olunan işlərin görülməsi, xidmətlərin göstərilməsi və ya malların alınmasını sifariş verir, icraçı isə işlərin görülməsini, xidmətlərin göstərilməsini və ya malların alınmasını təmin edir. Yuxarıda qeyd edilən müqaviləyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə müxtəlif tarixlərdə 65.548,05 manatlıq müxtəlif elektirik avdalıqları verilmişdir. Ancaq Cavabdeh MMC tərəfindən bu günə kimi 26000 manat borc qalmışdır. Bunula bağlı 31 iyul 2023-cü il tarixli qarşılıqlı borcların üzləşdirilməsi barədə akt tərtib olunmuşdur. Cavabdeh tərəfindən borcun tez bir zamanda ödənilməsi qeyd olunsa da, bu günə kimi borc ödənilməmişdir.
7. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 445.8 və 447.1-ci maddələrinə istinad etmişdir.
b) İddiaya qarşı etirazın dəlilləri
8. İddiaya qarşı etiraz təqdim olunmamışdır.
b) İşdə iştirak edən şəxslər və onların izahatları
9. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni təmsilçisi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
10. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
11. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
12. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
13. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
İV. TƏTBİQ EDİLƏN HÜQUQ
14. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin - 106.3-ci maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
16. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
17. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
18. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 18 oktyabr 2021-ci il tarixli 18-10-21OE saylı alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək malları cavabdehə təqdim etmişdir. Cavabdeh isə iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmişdir. Hal-hazırda Cavabdeh MMC-nin qeyd edilən müqavilə üzrə İddiaçı MMC-yə olan borcu 26000 manat təşkil edir.
19. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – 26000 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini və iddiaçının Mülki Məcəllənin 567-ci maddəsinə əsasən göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 26000 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
20. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 200 manat məbləğində mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir.
21. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 168 manat təşkil edir.
22. Hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumunundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir.
23. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:
İddia təmin edilsin. Cavabdeh MMC-dən 18 oktyabr 2021-ci il tarixli 18-10-21OE saylı (alqı-satqı) müqaviləsi üzrə 26000 manat borc, mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva