Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6698/2022 11.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2015-ci il tarixli 2163-GL/15 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə hesablanmış 6379 manat gecikdirilmiş borcun və hesablanmış 3928,51 manat cərimə borcunun, xx.xx.2018ci il tarixli 832-GL/18 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə hesablanmış 4214 manat gecikdirilmiş borcun və hesablanmış 2667,46 manat cərimə borcunun, hüquqi yardımla bağlı 300 manat, 200 manat mediasiyaya dair xərcin, cəmi 17715,97 manat pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır, belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 2163-GL/15 nömrəli müqavilənin 8-ci maddəsindən görünür ki, tərəflər razılığa gələ bilmədikdə, müqavilənin yerinə yetirilməməsi nəticəsində meydana çıxmış bütün mübahisə və fikir ayrılıqları məhkəmədə baxılmalı və həll edilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli 832-GL/18 nömrəli müqavilənin 8-ci maddəsində isə qeyd olunmuşdur ki, müqavilənin yerinə yetirilməməsi nəticəsində meydana çıxmış bütün mübahisə və fikir ayrılıqlarının həlli 30 gün müddətində danışıqlar yolu ilə mümkün olmadıqda, tərəflər lizinq alanın qeydiyyatda olduğu yer və ya lizinq verənin yerləşdiyi ərazi üzrə aidiyyatı məhkəmələrə müraciət edə bilərlər. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli 832-GL/18 nömrəli müqaviləyə əsasən iddiaçının Bakı Kommersiya Məhkəməsi və Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmək hüququ olsa da, xx.xx.2015-ci il tarixli 2163- GL/15 nömrəli müqaviləsinə əsasən qanunvericiliyin tələbinə əsasən yalnız cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə müraciət etmək hüququ vardır. Belə ki, Cavabdeh qeydiyyatda olduğu ünvan Siyəzən rayonu, Yenikənd kəndi olduğundan xx.xx.2015-ci il tarixli 2163-GL/15 nömrəli müqavilədən irəli gələn tələblə bağlı iddiaçı aidiyyatı üzrə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etməlidir. Göründüyü kimi xx.xx.2015-ci il tarixli 2163-GL/15 nömrəli müqavilədən irəli gələn tələbə Bakı Kommersiya Məhkəməsində baxıla bilməz, iddiaçı isə həmin tələbi Bakı Kommersiya Məhkəməsində baxılması mümkün olan xx.xx.2018-ci il tarixli 832-GL/18 nömrəli müqavilədən irəli gələn tələblə olmayan tələblə birləşdirmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə izah edilsin ki, yalnız xx.xx.2018-ci il tarixli 832-GL/18 nömrəli müqavilədən irəli gələn tələblə bağlı yenidən məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-6698/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6698/2022
11.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver