Məhkəmə qərarları › İş №e-2-2(113)-6699/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6699/2022

20.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6699/2022 20.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı borcun ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: “Holcim (Azərbaycan)” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 307761,3 manat məbləğində əsas borcun, ilkin mediasiya sessiyasına ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 198 manat məbləğində pulun Cavabdeh MMC–dən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra “Holcim (Azərbaycan)” ASC-nin baş direktoru Khalid Samaka və Cavabdeh MMC-nin direktoru X1 aralarında aşağıda göstərilən məzmunda barışıq sazişi bağlamışlar:

1. İddiaçı cavabdehə ƏDV daxil 307761,3 manat borcun 15% həcmində, yəni 46164,2 manat məbləğində güzəşt edir. İddiaçı, həmçinin, dövlət rüsumu və mediasiya rüsümu məbləğlərini də güzəşt edir. Bu güzəştlər cavabdeh tərəfindən bu barışıq sazişi üzrə məbləğlərin vaxtında və tam ödənilməsi şərti ilə qüvvədədir. Beləliklə, tərəflər təsdiq edirlər ki, barışıq sazişi üzrə cavabdehin iddiaçıya ödəyəcəyi ümumi məbləğ 211597,1 manat (307761,3 – 50000 – 46164,2) təşkil edəcəkdir.

2. Cavabdeh ƏDV daxil 211597,1 manat məbləği aşağıdakı qaydada iddiaçıya ödəyəcəkdir: 25 dekabr 2022-ci il tarixinədək – 50000 manat; 31 yanvar 2023-cü il tarixinədək – 53865,7 manat; 28 fevral 2023-cü il tarixinədək – 53865,7 manat; 31 mart 2023-cü il tarixinədək – 53865,7 manat.

3. X5 2-ci bəndində müəyyən olunmuş qaydada borcun cavabdeh tərəfindən iddiaçıya tam və vaxtında ödənilməsindən sonra, cavabdehin iddiaçı qarşısındakı borc öhdəliyi tam həcmdə icra edilmiş hesab edilir.

4. Cavabdeh tərəfindən ödənişlər X5 2-ci bəndində göstərilən şərtlərə əsasən həyata keçirilmədikdə və ödənişlər üzrə gecikmə 10 iş günündən çox davam etdiyində, 1-ci bənddə müəyyən edilmiş 46164,2 manat məbləğində güzəşt qüvvədən düşür və iddiaçı ödənilməmiş borc qalığının və 46164,2 manat güzəşt məbləğinin cavabdehdən tutulması barədə icra vərəqəsinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Bununla belə, bu maddədə göstərilən 10 iş günü güzəşt müddəti 25 dekabr 2022-ci il tarixinədək ödənilməli olan 50000 manat məbləğində ödənişə tətbiq olunmur və həmin ödənişin gecikdirilməsi iddiaçıya bu maddədə göstərilənləri dərhal həyata keçirmək hüququ verir.

5. Barışıq sazişi Bakı Kommersiya Məhkəməsinə bir ədəd və tərəflərdən hər birinə bir ədəd təqdim edilməklə, üç eyni hüquqi qüvvəyə malik nüsxədə Azərbaycan dilində tərtib edilmişdir.

6. Barışıq sazişi Bakı Kommersiya Məhkəməsi tərəfindən təsdiq edildiyi tarixdən qüvvəyə minir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında tərəflər arasında imzalanmış barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X2 “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsilə ərizə ilə müraciət edərək, tərəflər arasında imzalanmış barışıq sazişinin təsdiq edilməsini və iclasın onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə əsasən həmin barışıq sazişi təsdiq edilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

“Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış, aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin:

1. İddiaçı cavabdehə ƏDV daxil 307761,3 manat borcun 15% həcmində, yəni 46164,2 manat məbləğində güzəşt edir. İddiaçı, həmçinin, dövlət rüsumu və mediasiya rüsümu məbləğlərini də güzəşt edir. Bu güzəştlər cavabdeh tərəfindən bu barışıq sazişi üzrə məbləğlərin vaxtında və tam ödənilməsi şərti ilə qüvvədədir. Beləliklə, tərəflər təsdiq edirlər ki, barışıq sazişi üzrə cavabdehin iddiaçıya ödəyəcəyi ümumi məbləğ 211597,1 manat (307761,3 – 50000 – 46164,2) təşkil edəcəkdir.

2. Cavabdeh ƏDV daxil 211597,1 manat məbləği aşağıdakı qaydada iddiaçıya ödəyəcəkdir: 25 dekabr 2022-ci il tarixinədək – 50000 manat; 31 yanvar 2023-cü il tarixinədək – 53865,7 manat; 28 fevral 2023-cü il tarixinədək – 53865,7 manat; 31 mart 2023-cü il tarixinədək – 53865,7 manat.

3. X5 2-ci bəndində müəyyən olunmuş qaydada borcun cavabdeh tərəfindən iddiaçıya tam və vaxtında ödənilməsindən sonra, cavabdehin iddiaçı qarşısındakı borc öhdəliyi tam həcmdə icra edilmiş hesab edilir.

4. Cavabdeh tərəfindən ödənişlər X5 2-ci bəndində göstərilən şərtlərə əsasən həyata keçirilmədikdə və ödənişlər üzrə gecikmə 10 iş günündən çox davam etdiyində, 1-ci bənddə müəyyən edilmiş 46164,2 manat məbləğində güzəşt qüvvədən düşür və iddiaçı ödənilməmiş borc qalığının və 46164,2 manat güzəşt məbləğinin cavabdehdən tutulması barədə icra vərəqəsinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Bununla belə, bu maddədə göstərilən 10 iş günü güzəşt müddəti 25 dekabr 2022-ci il tarixinədək ödənilməli olan 50000 manat məbləğində ödənişə tətbiq olunmur və həmin ödənişin gecikdirilməsi iddiaçıya bu maddədə göstərilənləri dərhal həyata keçirmək hüququ verir.

5. Barışıq sazişi Bakı Kommersiya Məhkəməsinə bir ədəd və tərəflərdən hər birinə bir ədəd təqdim edilməklə, üç eyni hüquqi qüvvəyə malik nüsxədə Azərbaycan dilində tərtib edilmişdir.

6. Barışıq sazişi Bakı Kommersiya Məhkəməsi tərəfindən təsdiq edildiyi tarixdən qüvvəyə minir.

“Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı borcun ödənilməsi barədə iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar