Məhkəmə qərarları › İş №e-2-2(113)-67/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-67/2020

12.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-67/2020 12.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh X6rşı ödənilmiş vəsaitin və illik faiz dərəcəsinin cavabdehdən tutulması tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (İddiaçı MMC) Cavabdeh X9 (Cavabdeh ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qrunt sularına görə cavabdehə 2016-cı ildə ödənilmiş 1772,40 manat (bir min yeddi yüz yetmiş iki manat qırx qəpik), 2018-cil ildə ödənilmiş 5372 manat (beş min üç yüz yetmiş iki) vəsaitin, həmin vəsaitlərin qanunsuz olaraq saxlanılmasına görə illik 17 (on yeddi) fazi dərəcəsi ilə 1215 (min iki yüz on beş) manat dəyən zərərin, 30 (otuz) manat məhkəmə rüsumunun, cəmi 8389,40 manat (səkkiz min üç yüz səksən doqquz manat qırx qəpik) vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qrunt sularına görə cavabdehə 2016-cı il ödənilmiş 1772,40 manat (min yeddi yüz yetmiş iki manat qırx qəpik), 2018-cil ildə ödənilmiş 5372 (beş min üç yüz yetmiş iki) manat vəsaitin, həmin vəsaitlərin qanunsuz olaraq saxlanılmasına görə illik 17 (on yeddi) fazi dərəcəsi ilə 1215 (min iki yüz on beş) manat dəyən zərərin, 30 (otuz) manat məhkəmə rüsumunun, cəmi 8389,40 manat (səkkiz min üç yüz səksən doqquz manat qırx qəpik) vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması və qrunt sularının ümumi şəhər təsərrüfatına aid kanalizasiya şəbəkəsinə axıdılması üçün əlavə vəsaitin hesablanmamasının və tutulmamasının cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 107 saylı, xx.xx.2005-ci il tarixli sərəncamı ilə “Hüseyn” firmasına (sonradan “xxxxxxxxxxxxxxxxx” MMC) Yasamal rayonu, Əbilov 68 ünvanda yaşayış binası və ticarət mərkəzinin layihələndirilməsi və tikintisinə icazə verilmişdir. Sərəncamın icrası məqsədilə BŞİH-nin tabeçiliyində olan “İnterservis” müdiriyyəti ilə torpaq icarə müqaviləsi bağlanıb və icarə haqqı ödənilir. Eyni zamanda ərazidə olan tikililər köçürülmüş, yeni yaşayış binalarının tikintisinə başlanmışdır. Tikinti işləri müqavilə əsasında İddiaçı MMC-yə həvalə olunmuş, həmçinin həmin müqavilə əsasında “sifarişçi” funksiyası İddiaçı MMC-yə ötürülmüşdür. İddiaçı MMC ilə Cavabdeh ASC arasında xx xxxxxxx 2013-cii il tarixdə suyun verilməsi və çirkab sularının axıdılması barədə müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı MMC tərəfindən cavabdehə 2018-ci il ərzində 844 kub.metr içməli su üçün 844 manat vəsait ödənmişdir. Paralel olaraq eyni miqdar çirkab sularının axıdılması üçün 844 manat, yəni cəmi 1688 (bir min altı yüz səksən səkkiz) manat vəsait ödənmişdir. Bundan əlavə, 2018-ci il üçün 5372 kub.metr qrunt sularının axıdılması üçün əlavə olaraq iddiaçıdan 5372 (beş min üç yüz yetmiş iki) manat vəsait alınmışdır. Eyni zamanda 2016-cı il üçün də 5908 kub.metr qrunt sularının axıdılması üçün 1772,40 (bir min yeddi yüz yetmiş iki tam yüzdə qırx) manat vəsait alınmışdır. Həmin vəsaitlər iddiaçıya təzyiq və təsir yolu ilə əldə edilmişdir. Belə ki, həmin vəsaitlər ödənilmədikdə, cavabdeh tərəfindən obyektə sayğac üzrə verilən içməli su kəsilir, sistem üzərindən bloklama icra edilir və sayğac işləmirdi. Eyni dövr üzrə olan içməli su barədə hesabatlardan görünür ki, 2018-ci ildə 844 kub.metr içməli su istifadə edilmişdir və o qədər də çirkab suyun axıdılmasına görə ödəniş edilmişdir. Lakin əlavə olaraq 2018-ci ildə iddiaçıdan 5372 manat vəsait alınmışdır. Qaimələrdən görünür ki, cavabdeh çirkab suyun axıdılmasına görə iddiaçıdan əsassız və qanunsuz olaraq vəsait almışdır. Halbuki çirkab suyu adı altında haqqı ödənilən su, əslində çirkab suyu deyil, qrunt suyudur. Belə ki, ərazi Bakı şəhərinin yeraltı sularının üzdə olan və intensiv olaraq müşahidə edilən ərazilərindəndir. Cavabdeh özü də təsdiq edir ki, haqqı alınan sular, iddiaçının aldığı içməli suyun, iddiaçı tərəfindən istifadə edildikdən sonra çirkab suya çevrilən su deyil, torpaq işləri aparıldığı üçün meydana gələn qrunt sularıdır. Həmin qrunt suları iddiaçı tərəfindən nasoslar və onun haqqını ödədiyi elektrik sərfıyyatı üzrə şəhərin ümumi kanalizasiya sisteminə ötürülür, lakin onun əvəzinə əsassız olaraq cavabdeh tərəfindən iddiaçıdan xidmət haqqı alınır. Hesab qaimələrin analizi göstərir ki, payız - qış aylarında yağış sularının intensivliyi ilə həmin qrunt sularının miqdarı artır və iddiaçının ödədiyi vəsait də yüksəlir. Hazırda cavabdeh əsassız varlanma yolu ilə iddiaçıya zərər vurur. Hazırda iddiaçı ilə cavabdeh arasında müqavilə yoxdur. Aralarında olan müqavilə xx xxxxxxx 2013-cü il tarixdə imzalanmışdır. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən müqavilənin bitmə tarixi xx xxxxxx 2015-ci il olmuşdur. Müqavilənin 6.3-cü bəndinə əsasən müqavilənin qüvvədə olma müddətinin başa çatmasına 1 (bir) ay qalmış tərəflərdən biri müqavilənin ləğv edilməsi barədə yazılı təşəbbüs göstərməzsə, bu müqavilənin müddəti növbəti 3 (üç) il üçün uzaldılmış hesab olunur. Hazırda növbəti 3 (üç) illik müddət də bitmişdir. Bundan əlavə, aralarında olan müqavilənin 2.1.5-ci bəndinə əsasən axıdılmış tullantı sularının miqdarı təyin edilərkən istifadə olunmuş quyu, yeraltı qrunt və gətirilmə sular da nəzərə alınır. Müqavilədə göstərilib ki, əgər abonent qrunt və ya gətirilmə sudan istifadə edərsə, həmin suyun kanalizasiya şəbəkəsinə axıdılmasına görə vəsait ödəməlidir. iddiaçı isə qrunt suyundan istifadə etməyib və ümumiyyətlə onun istifadəsi mümkün deyil. Cavabdeh iddiaya qarşı etiraz etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, kanalizasiya şəbəkəsinə birbaşa axıdılan qrunt suyu ilə sayğacdan keçən suyun həcminə görə müəyyən edilən tullantı sularının hesabatı ayrıca aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 7.25-ci bəndinə əsasən kanalizasiya şəbəkəsinə axıdılan istehsalat tullantı sularının uçotu müəssisənin su təsərrüfatı pasportunun və suölçən cihazının göstəricisinə əsasən hesablanır. Suölçən cihaz və ya su təsərrüfatı pasportu olmadıqda axıdılan tullantı suyunun həcmi içməli suyun həcmi ilə bərabər götürülür. İddiaçıya məxsus obyektin su sayğacı mövcuddur. Qaydaların tələbinə əsasən obyektə istifadə olunaraq çirkləndirilmiş tullantı suyunun həcmi su sayğacından keçən suyun həcminə uyğun olaraq hesablanmışdır. Həmin hesabatı abonent haqqında məlumat vərəqəsindən də görmək mümkündür. Digər tərəfdən qrunt suları yealtı sulardır. Həmin qrunt suları d=50 mm-lik boru vasitəsi ilə iddiaçı tərəfindən birbaşa Cavabdeh X9 məxsus kanalizasiya şəbəkələrinə axıdılır. İddiaçı iddia ərizəsində qrunt sularını nasoslar vasitəsi ilə şəhərin ümumi kanalizasiya sisteminə axıtdığını etiraf etmişdir. Qrunt suyu sayğacdan keçmədiyi üçün və birbaşa kanalizasiya şəbəkəsinə axıdıldığı üçün onun həcmi Qaydalara uyğun əlavə olaraq ayrıca hesablanmışdır. “Sudan istifadə qaydalarının” 4 nömrəli əlavəsinin qeyd hissəsində göstərilir ki, qrunt suyundan istifadə etməklə, tullantı sularının kanalizasiya şəbəkəsinə axıdılması müddəti 4 saat qəbul edilir. Bələliklə, iddiaçı tərəfindən "Cavabdeh" X8 istismarında olan kanalizasiya şəbəkəsinə axıdılmış qrunt suyuna görə xidmət haqqının alınması əsaslıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, İddiaçı MMC tərəfindən kanalizasiya sisteminə axıdılmış suyun qrunt suyu olduğunu zənn etmişlər. Lakin həmin ərazidən götürülmüş su nümunəsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən analiz edilən zaman müəyyən edilmişdir ki, suyun kimyəvi tərkibi içməli suya uyğun gəlir. Həmin içməli su cavabdehin təqsiri ucbatından israf edilmiş və nəticədə İddiaçı MMC-nin ərazisinə dolmuşdur. Həmçinin həmin su qrunt suyu olsa belə, iddiaçı tərəfindən istifadə edilmədən kanalizasiya sisteminə axıdılmışdır. İstifadə edilməmiş qrunt suyunun kanalizasiya sisteminə axıdılmasına görə də hər hansı bir ödəniş tələb edilməməlidir. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək etiraz ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, xx.xx.2020-ci il tarixli, 07663/20 nömrəli su nümunəsinin analiz nəticəsinə əsasən həmin suyun içməli su olmadığı öz təsdiqini tapır. Eyni zamanda "Cavabdeh" ASC tərəfindən aparılmış analiz üçün su nümunəsi götürülərkən iddiaçının nümayəndələri orada iştirak etsələr də, iddiaçı tərəfin təqdim etdiyi analizlə bağlı su nümunəsi götürülərkən "Cavabdeh" ASC-nin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Həmçinin qrunt sularının istənilən halda kanalizasiya sisteminə axıdılmasına görə müvafiq haqq ödənilməlidir. Odur ki, əsassız olduğundan iddianın rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən verilmiş dövlət reyestrindən çıxarışdan görünür ki, “İddiaçıs” MMC xx.xx.2003-cü il tarixdə ********** (VÖEN) nömrə ilə dövlət qeydiyyatına alınmışdır. - Sifarişçi “Hüseyn” firması ilə icraçı “İddiaçıs” MMC arasında bağlanmış xx xxxxxxx 2002-ci il tarixli podrat müqaviləsinə əsasən Bakı şəhər İH-nin 543 saylı,xx.xx.2002-ci il tarixli sərəncamı ilə “Hüseyn” firmasına Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi 377-ci məhəllədə çoxmərtəbəli yaşayış binasının lahiyələndirilməsi və tikintisi üçün ayrılmış torpaq sahəsində çoxmərtəbəli yaşayış binasının tikintisini sifarişçi icraçıya həvalə etmişdir. - İddiaçı “İddiaçıs” MMC ilə Cavabdeh ASC arasında xx xxxxxxx 2013-cü il tarixli, 012762 saylı su təchizatı və kanalizasiya xidmətlərinə dair qeyri-əhali istehlakçıları üçün müqavilə bağlanılmışdır. - “İddiaçıs” MMC xx xxxxxx 2019-cu il tarixdə pretenziya məktubu ilə Cavabdeh ASCyə müraciət edərək 7 gün müddətində Bakı şəhəri, Yasamal rayonu, Əbilov 68 ünvanında olan yaşayış binalarının özül hissəsinin qazıntısı zamanı ortaya çıxan qrunt sularının haqqı kimi odənilən 2016-cı il üçün 1772,40 manat, 2018-cil il üçün 5372 manat olmaqla, cəmi 7144,4 manat vəsaitin geri qaytarılmasının təmin edilməsini xahiş etmiş, əks halda movcud qanunvericiliyin tələbinə əsasən məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 21925 saylı ekspert rəyində qeyd olunur ki, iş materiallarında olan abonent haqqında saldo məlumatlarına əsasən “İddiaçıs” MMC-nin Cavabdeh ASC-yə artıq ödənişin aparılmaması müəyyən edilmişdir. - Elektron qaimələrdən görünür ki, “İddiaçıs” MMC tərəfindən Cavabdeh ASC-yə çirkab və içməli suya görə 2018-cil ilin mart ayı üzrə (faktura 111459743) 100 manat, 2018-cil ilin may ayı üzrə (faktura 11938007) 100 manat, 2018-cil ilin may ayı üzrə (faktura 113610040) 100 manat, 2018-cil ilin iyun ayı üzrə (faktura 116779368) 300 manat, 2018cil ilin dekabr ayı üzrə (faktura 127577961) 794 manat, 2018-cil ilin avqust ayı üzrə (faktura 118868330) 916 manat, 2018-cil ilin avqust ayı üzrə (faktura 120493096) 120 manat, 2018-cil ilin sentyabr ayı üzrə (faktura 121826360) 1495 manat, 2018-cil ilin oktyabr ayı üzrə (faktura 123909324) 1068 manat, 2018-cil ilin oktyabr ayı üzrə (faktura 123523328) 300 manat, 2018-cil ilin oktyabr ayı üzrə (faktura 124134628) 14 manat, 2018-cil ilin noyabr ayı üzrə (faktura 125908479) 1099 manat, 2018-cil ilin noyabr ayı üzrə (faktura 125911061) 120 manat, 2018-cil ilin dekabr ayı üzrə (faktura 127570203) 30 manat, 2018-cil ilin dekabr ayı üzrə (faktura 126949702) 14 manat, 2018-cil ilin dekabr ayı üzrə (faktura 127280701) 30 manat ödənilmişdir. xx.xx.2020-ci il tarixli, 07663/20 nömrəli su nümunəsinin analiz nəticəsinə əsasən Yasamal rayonu, Əbilov küçəsi, 68 ünvanından götürülmüş su nümunəsinin təyin olunmuş fiziki-kimyəvi göstəricilərinə görə Cavabdeh ASC-nin şəbəkə suyuna uyğun gəlmədiyi müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixi məhkəmə iclasında mütəxəssis qismində dindirilmiş X7 izahatında bildirmişdir ki, Yasamal rayonu, Əbilov küçəsi, 68 ünvanından su nümunəsi götürülərək analiz edilmiş və götürülmüş nümunənin fiziki-kimyəvi göstəricilərinə görə Cavabdeh ASC-nin şəbəkə suyuna uyğun gəlmədiyi müəyyən edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara hüquqi qiymət verərək hesab edir ki, ödənilmiş vəsaitin və illik faiz dərəcəsinin cavabdehdən tutulmasına dair iddia rədd olunmalı, qrunt sularının ümumi şəhər təsərrüfatına aid kanalizasiya şəbəkəsinə axıdılması üçün əlavə vəsaitin hesablanmamasının və tutulmamasının cavabdehə həvalə edilməsi tələbinə dair hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında su təchizatı və kanalizasiya xidmətlərinə dair qeyri-əhali istehlakçıları üçün müqavilə bağlanılmış və həmin müqavilə ilə müəssisənin su təchizatı sistemindən abonentin tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə dövlət standartlarının tələblərinə uyğun, məişət (təsərrüfat) içməli və istehsalat məqsədli suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəlikləri müəyyən edilmişdir. Müqaviləyə əsasən Cavabdeh ASC “İddiaçıs” MMC-ni tələbatına uyğun məişət (təsərrüfat) içməli və istehsalat məqsədli su ilə təmin etməyi və tullantı sularının fasiləsiz qəbulunu həyata keçirməyi, “İddiaçıs” MMC isə göstərilmiş su təchizatı və kanalizasiya xidmətlərinin haqqını təqdim olunmuş hesabfakturaya əsasən 10 gün müddətində ödəməyi öz öhdəsinə götürmüşdür. iddiaçı “İddiaçıs” MMC tərəfindən istifadə edilmiş su ilə yanaşı, qrunt suları da kanalizasiya şəbəkəsinə axıdılmışdır və bu hal işin mübahisəsiz halıdır. Belə ki, iİddiaçı iddia ərizəsində qrunt sularını nasoslar vasitəsi ilə şəhərin ümumi kanalizasiya sisteminə axıtdığını qeyd etmişdir. Qrunt suyu sayğacdan keçmədiyi üçün və birbaşa kanalizasiya şəbəkəsinə axıdıldığı üçün onun həcmi Qaydalara uyğun əlavə olaraq ayrıca hesablanmış və Cavabdeh ASC tərəfindən iddiaçıya 2016-cı il üzrə 1772,40 manat, 2018-cil il üzrə isə 5372 manat borc hesablanmışdır. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 21925 saylı ekspert rəyinə əsasən “İddiaçıs” MMC tərəfindən Cavabdeh ASC-yə artıq ödənişin aparılmaması müəyyən edilmişdir. İddiaçı məhkəməyə ünvanladığı yazılı izahatında kanalizasiya şəbəkəsinə axıdılmış suyun qrunt suyu deyil, içməli su olduğunu, həmin suyun cavabdehin təqsiri ucbatından israf edilməsi nəticəsində torpağın alt qatı ilə gələrək “İddiaçıs” MMC-nin ərazisinə dolduğunu bildirmiş və həmin suyun içməli su olmasının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin xx.xx.2019-cu il tarixli, 18/395 nömrəli məktubu və məktuba əlavə edilmiş su analizlərinin cavabı ilə öz təsdiqini tapdığını qeyd etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli, 07663/20 nömrəli su nümunəsinin analiz nəticəsinə əsasən Yasamal rayonu, Əbilov küçəsi, 68 ünvanından götürülmüş su nümunəsinin təyin olunmuş fiziki-kimyəvi göstəricilərinə görə Cavabdeh ASC-nin şəbəkə suyuna uyğun gəlmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın: 7.2-ci bəndinə əsasən STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. 7.3-cü bəndinə əsasən smart-kart tipli suölçən cihaz quraşdırılmış istehlakçıya istifadə etdiyi suyun həcmi haqqında STKM tərəfindən hesab təqdim edilməsi (göndərilməsi) tələb edilmir. 7.5-ci bəndinə əsasən suölçən cihazlar olmadıqda, fərdi yaşayış və bağ evlərinin həyətyanı torpaq sahələrində təsərrüfat məqsədləri üçün istifadə edilən suyun həcmi mövcud texniki qaydalara uyğun olaraq hesablanır. Digər istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının həcmi və buna görə ödənilməli vəsaitin həcmi Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının qərarında nəzərdə tutulmuş qaydada müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. 7.25-ci bəndinə əsasən kanalizasiya şəbəkəsinə axıdılan istehsalat tullantı sularının uçotu müəssisənin su təsərrüfatı pasportunun və (və ya) suölçən cihazının göstəricisinə əsasən hesablanır. Suölçən cihaz və ya su təsərrüfatı pasportu olmadıqda, axıdılan tullantı suyunun həcmi verilən içməli suyun həcmi ilə bərabər götürülür. 7.26-cı bəndinə əsasən istehsalat və təsərrüfat-məişət ehtiyacları üçün su alternativ mənbələrdən götürülərsə, suölçən cihaz olmadıqda kanalizasiya şəbəkəsinə atılan tullantı sularının həcmi hesabat əsasında STKM ilə istehlakçılar arasında bağlanılmış müqaviləyə əsasən müəyyənləşdirilir. 7.27-ci bəndinə əsasən STKM göstərdiyi xidmətlərin müvafiq qaydada ödənilməsi şərtilə leysan axarları vasitəsilə suların axıdılması üçün yol xidməti müəssisələri ilə müqavilə bağlaya bilər. 7.28-ci bəndinə əsasən STKM leysan axarları vasitəsilə suların axıdılması üçün göstərdiyi xidmətlərin dəyərini aidiyyəti icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilmiş iqlim yağıntı normalarına uyğun hesablayıb yol xidməti müəssisələrinə (istehlakçıya) təqdim edir. 9.1-ci bəndinə əsasən tullantı suları yalnız kanalizasiya şəbəkəsi vasitəsilə axıdılmalıdır. İstehsalat tullantı sularının axıdılmasına aid məsələlərin həlli hər bir halda STKM tərəfindən təmin olunmalıdır. 9.2-ci bəndinə əsasən şərti təmiz sular təsərrüfat-məişət kanalizasiya sisteminə STKM ilə bağlanılmış müqaviləyə əsasən və kanalizasiya şəbəkələrinin və təmizləyici qurğularının gücü, həmçinin axıdılan suyun həcmi nəzərə alınmaqla axıdıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”na 2 nömrəli əlavədə qeyd olunan su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan müqavilənin 3.5ci bəndində göstərilir ki, axıdılmış tullantı sularının miqdarı təyin edilərkən istifadə olunmuş quyu, yeraltı qrunt və gətirmə sular da nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”na 4 nömrəli əlavənin qeyd hissəsində göstərilir ki, qrunt suyundan istifadə etməklə, tullantı sularının kanalizasiya şəbəkəsinə axıdılma müddəti 4 saat qəbul edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, “İddiaçıs” MMC tərəfindən qrunt suları axıdılan zaman Cavabdeh ASC-nin kanalizasiya şəbəkəsindən istifadə edilmiş və beləliklə, iddiaçı tərəfindən "Cavabdeh" X8 istismarında olan kanalizasiya şəbəkəsinə axıdılmış qrunt sularına görə xidmət haqqının alınması əsaslı olmuşdur. Ona görə də qrunt sularına görə cavabdehə 2016-cı ildə ödənilmiş 1772,40 manat (bir min yeddi yüz yetmiş iki manat qırx qəpik), 2018-cil ildə ödənilmiş 5372 manat (beş min üç yüz yetmiş iki) vəsaitin, həmin vəsaitlərin qanunsuz olaraq saxlanılmasına görə illik 17 (on yeddi) fazi dərəcəsi ilə 1215 (min iki yüz on beş) manat dəyən zərərin, 30 (otuz) manat məhkəmə rüsumu olmaqla, cəmi 8389,40 manat (səkkiz min üç yüz səksən doqquz manat qırx qəpik) vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 145 (yüz qırx beş) manat məbləğində pul (ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 145 manatdır) iddiaçı “İddiaçıs” MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir. Nəticə hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh X6rşı qrunt sularına görə cavabdehə 2016-cı il ödənilmiş 1772,40 manat (min yeddi yüz yetmiş iki manat qırx qəpik), 2018-cil ildə ödənilmiş 5372 (beş min üç yüz yetmiş iki) manat vəsaitin, həmin vəsaitlərin qanunsuz olaraq saxlanılmasına görə illik 17 (on yeddi) fazi dərəcəsi ilə 1215 (min iki yüz on beş) manat dəyən zərərin, 30 (otuz) manat məhkəmə rüsumu olmaqla, cəmi 8389,40 manat (səkkiz min üç yüz səksən doqquz manat qırx qəpik) vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddiası təmin olunmasın. İddia verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat məbləğində pul iddiaçı “İddiaçıs” X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar