Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6701/2021 27.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əliyeva Leyla Rauf qızı İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ M: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18.02.2011-ci il tarixli, 06-LA/11 nömrəli müqavilə üzrə 1.301.900 manat gecikdirilmiş əsas borc və 2,133,634.10 manat cərimə borcunun, 02.05.2011-ci il tarixli, 11-LA/11 nömrəli müqavilə üzrə 1,754,085 manat gecikdirilmiş əsas borc və 2.932.128,32 manat cərimə borcunun, 12.05.2009-ci il tarixli, 62-LD/09 nömrəli müqavilə üzrə 5073,61 manat gecikdirilmiş əsas borc və 16.720,55 manat cərimə borcunun, 02.03.2009-cu il tarixli, 24-LD/09 nömrəli müqavilə üzrə 1.501 manat gecikdirilmiş əsas borc və 5268,51 manat cərimə borcunun və 11.05.2010-cu il tarixli, 07-LD/10 nömrəli müqavilə üzrə 7084,44 manat gecikdirilmiş əsas borc və 21.317,70 manat cərimə borcunun, ilkin mediasiya sessiyası üçün ödənilmiş 400 manat, hüquqi yardımla bağlı ödənilmiş 350 manat, cəmi 8.579.063,23 manat pul vəsaitinin cavabeh Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 24.12.2021-ci il tarixdə iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müaciət edərək, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər məhkəməyə iddiaçının nümayəndəsinin iddia ərizəsinin qaytarılmasına dair ərizəsi daxil olduğundan, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-6701/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6701/2021
27.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver