Məhkəmə qərarları › İş №e-2-2(113)-672/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-672/2025

07.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-672/2025 07.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “Holcim (Azərbaycan)” ASC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı “Holcim (Azərbaycan)” ASC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı “Holcim (Azərbaycan)” ASC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alınmış beton məhsullarına görə 89298,4 manat, borcun gecikdirilməsinə görə 24195,2 manat cərimə məbləğinin, dövlət rüsumu qismində ödənilmiş 404 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə Holcim (Azərbaycan) ASC arasında bağlanmış O001655009 saylı, xx.xx.2024-cü il tarixli Beton təchizatına dair (bundan sonra “Müqavilə” adlanacaq) əsasən iddiaçı cavabdehə müqavilədə qeyd edilmiş məhsulları təchiz etməyi, cavabdeh isə bu məhsul və xidmətləri həmin müqavilədə və onun əlavələrində göstərilən qiymət və şərtlərlə qəbul edərək dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə qeyd edilmiş məhsullarla cavabdeh təchiz edilmiş, cavabdeh həmin malları yük-nəqliyyat qaimələrini imzalayaraq təhvil almışdır. Cavabdehə göndərilmiş malların satılması barədə elektron qaimələr təsdiq edilmişdir. Müqaviləyə əsasən sifarişçi malın dəyərini malı əldə etdiyi tarixdən 45 gün müddətində təchizatçıya ödəməlidir. Cavabdeh ona təhvil verilmiş beton məhsullarının dəyərinin 89298,4 (səksən doqquz min iki yüz doxsan səkkiz manat qırx qəpik) manat məbləğində olan hissəsini ödəməmişdir. Cavabdehə dəfələrlə edilən şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq cavabdeh təhvil aldığı məhsulların dəyərini ödəməmişdir. Müqavilənin 9.1-ci bəndində ödənişi gecikdirildiyi hər günə görə əsas borcdan 0,1% qədər cərimənin ödənilməsi qeyd olunur. Həmin bəndə əsasən hazırkı tarixədək cavabdehə hesablanan cərimənin məbləği 24195,2 (iyirmi dörd min yüz doxsan beş manat iyirmi qəpik) manat təşkiledir. Cavabdehə xx.xx.2024-cü il tarixdə pretenziya məktubu göndərilib borc məbləğinin xx.xx.2024-cü il tarixədək ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət etmək üçün tədbirlər görüləcəyi bildirilmişdir. Cavabdehə pretenziya məktubu təqdim edilmişdir (poçt qəbzi iddia ərizəsinə əlavə edilir). Bundan başqa pretenziya məktubu xx.xx.2024-cü il tarixində vergi portalı vasitəsilə cavabdehə göndərilmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi D.Abdullayev iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən məhkəmə icraatı dövründə hər hansı ödəniş edilməmiş, mübahisənin məhkəmədən kənar həlli mümkün olmamışdır.

4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi V.Səfərov iddia tələbini əsas borc hissəsində qəbul etdiklərini, həmin hissədə iddianın təmin edilməsinə etiraz etmədiklərini bildirib iddianın qalan hissədə rədd edilməsini xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. İddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, O001655009 saylı beton təchizatına dair müqaviləyə görə, təchizatçı sifarişçinin sifariş etdiyi məhsul və xidmətləri satmağı, sifarişçi isə bu məhsul və xidmətləri bu müqavilədə və onun əlavələrində göstərilən qiymət və şərtlərlə qəbul edərək dəyərini ödəməyi öz üzərinə götürür.

7. Müqavilənin 2.1-ci bəndinə görə, müqavilə 19 fevral 2024-cü il tarixindən qüvvəyə minir və bu sənədin 11-ci maddəsinin müdddəaları nəticəsində xitam verilməzsə 19 fevral 2025-ci il tarixinə qədər qüvvədə qalır.

8. Müqavilənin 2.2-ci bəndinə görə, aşağıdakı 11-ci maddəyə uyğun şəkildə müqavilə ləğv olunmadıqda onun müddəti müqavilə üzrə əlavə imzalanmaqla uzadılır.

9. Müqavilənin 7.1-ci bəndinə görə, məhsullar çatdırılmadan ən azı 24 saat əvvəl, ölçüsü 200 metr kubdan böyük olan sifarişlər üçün çatdırılmadan 48 saat əvvvəl sifarişçinin təchizatçıya göndərdiyi yazılı sifariş əsasında çatdırılır. Sifarişlər rəsmi qeyri-iş günləri istisna olmaqla bazar ertəsi-cümə saat 08:00-dan 16:00-a qədər beton zavodunun normal iş saatları ərzində göndəriləcək.

10. Müqavilənin 9.1-ci bəndinə görə əgər sifarişçi fakturaların dəyərini ödəniş tarixinin sonuna qədər ödəməzsə təchizatçı öz mülahizəsinə uyğun olaraq ödənilməli ümumi məbləğə tətbiq olunmaqla son tarixdən ödəniş anına qədər hesablanmaqla hər gecikmiş təqvim gününə görə 0,1 % dəbbə pulu tətbiq edə bilər.

11. xx.xx.2024-cü il tarixli, O001655009 saylı müqaviləyə 1 nömrəli əlavə ilə müqavilə üzrə məhsul barədə məlumatlar, çatdırılma ünvanları və digər şərtlər razılaşdırılmışdır.

12. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli EBDZ 796021 nömrəli 135370,78 manat məbləğində elektron qaimə təqdim olunmuşdur.

13. İş materiallarında olan köçürmədən görünür ki, cavabdeh tərəfindən EBDZ 796021 nömrəli qaimə üzrə xx.xx.2024-cü il tarixdə 3875 manat ödəniş edilmişdir.

14. xx.xx.2024-cü il tarixli AAA0000661 nömrəli yük-nəqliyyat qaiməsinə görə 10 kub metr, xx.xx.2024-cü il tarixli AAA0000660 nömrəli yük-nəqliyyat qaiməsinə görə 10 kub metr, xx.xx.2024-cü il tarixli AAA0000659 nömrəli yük-nəqliyyat qaiməsinə görə 8 kub metr, xx.xx.2024-cü il tarixli AAA0000658 nömrəli yük-nəqliyyat qaiməsinə görə 10 kub metr, xx.xx.2024-cü il tarixli AAA0000657 nömrəli yük-nəqliyyat qaiməsinə görə 12 kub metr, xx.xx.2024-cü il tarixli AAA0000656 nömrəli yük-nəqliyyat qaiməsinə görə 5 kub metr, xx.xx.2024-cü il tarixli AAA0000655 nömrəli yük-nəqliyyat qaiməsinə görə 7 kub metr, xx.xx.2024-cü il tarixli AAA0000654 nömrəli yük-nəqliyyat qaiməsinə görə 5 kub metr, xx.xx.2024-cü il tarixli AAA0000653 nömrəli yük-nəqliyyat qaiməsinə görə 5 kub metr, xx.xx.2024-cü il tarixli AAA0000652 nömrəli yük-nəqliyyat qaiməsinə görə 5 kub metr, xx.xx.2024-cü il tarixli AAA0000651 nömrəli yük-nəqliyyat qaiməsinə görə 5 kub metr, xx.xx.2024-cü il tarixli AAA0000650 nömrəli yük-nəqliyyat qaiməsinə görə 5 kub metr, xx.xx.2024-cü il tarixli AAA0000649 nömrəli yük-nəqliyyat qaiməsinə görə 7 kub metr, xx.xx.2024-cü il tarixli AAA0000648 nömrəli yük-nəqliyyat qaiməsinə görə 5 kub metr, xx.xx.2024-cü il tarixli AAA0000647 nömrəli yük-nəqliyyat qaiməsinə görə 5 kub metr, xx.xx.2024-cü il tarixli AAA0000646 nömrəli yük-nəqliyyat qaiməsinə görə 7 kub metr, xx.xx.2024-cü il tarixli AAA0000645 nömrəli yük-nəqliyyat qaiməsinə görə 5 kub metr, xx.xx.2024-cü il tarixli AAA0000644 nömrəli yük-nəqliyyat qaiməsinə görə 5 kub metr, xx.xx.2024-cü il tarixli AAA0000643 nömrəli yük-nəqliyyat qaiməsinə görə 5 kub metr, xx.xx.2024-cü il tarixli AAA0000642 nömrəli yük-nəqliyyat qaiməsinə görə 5 kub metr, xx.xx.2024-cü il tarixli AAA0000641 nömrəli yük-nəqliyyat qaiməsinə görə 5 kub metr, xx.xx.2024-cü il tarixli AAA0000640 nömrəli yük-nəqliyyat qaiməsinə görə 5 kub metr, xx.xx.2024-cü il tarixli AAA0000639 nömrəli yük-nəqliyyat qaiməsinə görə 5 kub metr, xx.xx.2024-cü il tarixli AAA0000638 nömrəli yük-nəqliyyat qaiməsinə görə 7 kub metr, xx.xx.2024-cü il tarixli AAA0000637 nömrəli yük-nəqliyyat qaiməsinə görə 5 kub metr, xx.xx.2024-cü il tarixli AAA0000636 nömrəli yük-nəqliyyat qaiməsinə görə 7 kub metr, xx.xx.2024-cü il tarixli AAA0000635 nömrəli yük-nəqliyyat qaiməsinə görə 5 kub metr, xx.xx.2024-cü il tarixli AAA0000634 nömrəli yük-nəqliyyat qaiməsinə görə 5 kub metr, xx.xx.2024-cü il tarixli AAA0000633 nömrəli yük-nəqliyyat qaiməsinə görə 5 kub metr, xx.xx.2024-cü il tarixli AAA0000632 nömrəli yük-nəqliyyat qaiməsinə görə 5 kub metr, xx.xx.2024-cü il tarixli AAA0000631 nömrəli yük-nəqliyyat qaiməsinə görə 5 kub metr, xx.xx.2024-cü il tarixli AAA0000630 nömrəli yük-nəqliyyat qaiməsinə görə 5 kub metr, xx.xx.2024-cü il tarixli AAA0000629 nömrəli yük-nəqliyyat qaiməsinə görə 7 kub metr, xx.xx.2024-cü il tarixli AAA0000628 nömrəli yük-nəqliyyat qaiməsinə görə 7 kub metr, xx.xx.2024-cü il tarixli AAA0000627 nömrəli yük-nəqliyyat qaiməsinə görə 7 kub metr, xx.xx.2024-cü il tarixli AAA0000690 nömrəli yük-nəqliyyat qaiməsinə görə 8 kub metr, xx.xx.2024-cü il tarixli AAA0000689 nömrəli yük-nəqliyyat qaiməsinə görə 8 kub metr, xx.xx.2024-cü il tarixli AAA0000688 nömrəli yük-nəqliyyat qaiməsinə görə 10 kub metr, xx.xx.2024-cü il tarixli AAA0000687 nömrəli yük-nəqliyyat qaiməsinə görə 8 kub metr, xx.xx.2024-cü il tarixli AAA0000686 nömrəli yük-nəqliyyat qaiməsinə görə 10 kub metr, xx.xx.2024-cü il tarixli AAA0000685 nömrəli yük-nəqliyyat qaiməsinə görə 11 kub metr, xx.xx.2024-cü il tarixli AAA0000684 nömrəli yük-nəqliyyat qaiməsinə görə 10 kub metr, xx.xx.2024-cü il tarixli AAA0000683 nömrəli yük-nəqliyyat qaiməsinə görə 11 kub metr, xx.xx.2024-cü il tarixli AAA0000682 nömrəli yük-nəqliyyat qaiməsinə görə 8 kub metr, xx.xx.2024-cü il tarixli AAA0000681 nömrəli yük-nəqliyyat qaiməsinə görə 8 kub metr, xx.xx.2024-cü il tarixli AAA0000680 nömrəli yük-nəqliyyat qaiməsinə görə 8 kub metr, xx.xx.2024-cü il tarixli AAA0000679 nömrəli yük-nəqliyyat qaiməsinə görə 10 kub metr, xx.xx.2024-cü il tarixli AAA0000678 nömrəli yük-nəqliyyat qaiməsinə görə 8 kub metr, xx.xx.2024-cü il tarixli AAA0000678 nömrəli yük-nəqliyyat qaiməsinə görə 10 kub metr, xx.xx.2024-cü il tarixli AAA0000676 nömrəli yük-nəqliyyat qaiməsinə görə 11 kub metr, xx.xx.2024-cü il tarixli AAA0000678 nömrəli yük-nəqliyyat qaiməsinə görə 8 kub metr mal iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.

15. İddiaçı və cavabdeh tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli üzləşmə aktına görə cavabdehin iddiaçıya xx.xx.2024-cü il tarixə olan borcu 89298,46 manat (ƏDV daxil) təşkil edir.

16. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

17. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, O001655009 saylı alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

20. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.

21. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

22. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

23. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

24. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

25. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

26. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

27. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

28. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmiş, satılmış malların dəyəri cavabdeh tərəfindən iddiaçıya tam şəkildə ödənilməmiş, cavabdehin iddiaçıya 89298,46 manat qalıq borcu yaranmışdır.

29. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır və həmin hissədə təmin edilməlidir.

30. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 9.1-ci bəndinə əsasən hesablanmış 24195,2 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

31. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

32. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

33. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 4000 manat müəyyən edilməlidir.

34. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 89298,46 manat əsas borc və 4000 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

36. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 369,90 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 34,10 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 89298,40 manat əsas borc, 4000 manat dəbbə pulu, 369,90 manat dövlət rüsumu, ümumilikdə 93668,30 (doxsan üç min altı yüz altmış səkkiz manat otuz qəpik) manat məbləğində pul tutularaq iddiaçı “Holcim (Azərbaycan)” ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 34,10 (otuz dörd manat on qəpik) manat dövlət rüsumu iddiaçı “Holcim (Azərbaycan)” ASC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar