Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-673/2021 18.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Mustafayev Ramil Elbrus oğlunun katibliyi, İddiaçının nümayəndəsi X7 və Vəkil2, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Azərbaycan X3 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Azərbaycan X3 (AMEA-nın Fizika İnstitutu) Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (Cavabdeh ASC) qarşı iddiaçıya cavabdeh tərəfindən yazılmış 109216,80 manat məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən AMEA-nın Fizika İnstitutuna yazılmış 103888,62 məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, AMEA-nın Fizika İnstitutu ilə Cavabdeh ASC ilə arasında bağlanan “su təchizatı və kanalizasiya xidmətlərinə dair” müqavilə əsasında sudan istifadə olunur. Cavabdeh ASC ilə Yasamal rayon Sukanal İdarəsinin xx.xx.2013-cü il tarixli abonent haqqında məlumata dair üzləşmə aktında xx.xx.2003-cü il tarixdən halhazıra kimi suyun sərfiyyatına görə 107066,62 manat borcun yaranması qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 21 may tarixli, 81 nömrəli qərarına əsasən Azərbaycan Akademiyasında struktur dəyişikliyi edilərək, H.Abdullayev adına Fizika İnstitutu və Fotoelektronika İnstitutu bazasında Azərbaycan X2 yaradılmışdır. Eyni zamanda 2002-ci ildə AMEA-nın Fizika və Fotoelektronika İnstitutlarının birləşməsi nəticəsində sayğaclarda təhvil-təslim aparılarkən Fotoelektronika İnstitutunun binasına Cavabdeh ASC tərəfindən 109216,80 məbləğində borc yazılmışdır. Bununla əlaqədar olaraq Cavabdeh ASC-dən xx.xx.2019-cu, xx.xx.2017-ci il tarixlərdə həmin borcun Biofizika İnstitutunun hesabına köçürülməsi xahiş olunmuş, lakin heç bir cavab verilməmişdir. Bundan sonra xx.xx.2019-cu il tarixdə Cavabdeh ASC-nin sədrinə müraciət olunaraq suya olan borcun iddia müddəti keçdiyi üçün silinməsi və bu barədə qarşılıqlı üzləşmə aktının tərtib olunması xahiş olunmuşdur. Cavabdehin xx.xx.2020-ci il tarixli 01/2/01-5-/2/553 saylı cavab məktubunda qeyd olunmuşdur ki, mövcud borcun ümidsiz hesab edilməsi və ya iddia müddətinin ötməsi o halda mümkün olar ki, təchizatçı ilə istehlakçı təşkilatlar arasında Mülki Məcəllədə qeyd olunan müddət ərzində hər hansı dövriyyə, xidmətlərdən istifadə olunmasın. Cavabdeh ödənişlərin qismən aparıldığını əsas kimi götürərək, 2002-ci ildə yaranmış borcun silinməsini təmin etməyərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli 825 saylı sərəncamını icra etməkdən yayınmışdır. İşin faktiki hallarından məlum olur ki, su təhcizatı və tullantı sularının axıdılması xidmətlərinə görə tərəflər arasında borca görə yaranmış mübahisələrlə bağlı müraciətlər olunmuş və cavabdeh təşkilat borcun tam ödənilməsini tələb etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndələri iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı qeyd olunan borcundan ödənişlər etdiyindən iddia tələbini əsassız hesab edir və rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - Cavabdeh ASC ilə Azərbaycan X6 arasında xx.xx.2013-cü il tarixdə “su təchizatı və kanalizasiya xidmətlərinə dair” bağlanmış 071158 saylı müqaviləyə əsasən Cavabdeh ASC “Azərbaycan X5 içməli və istehsalat məqsədli su ilə təmin etməyi, tullantı sularının fasiləsiz qəbulunu həyata keçirməyi, Azərbaycan X6 isə su təchizatı və kanalizasiya xidmətlərinin haqqını təqdim olunmuş hesab-fakturaya əsasən ödəməyi öz öhdəsinə götürmüşdür. - X9 Su Cəmiyyəti Suölçmə X1 və X12 070130 saylı, xx xxxxx 2002-ci il tarixli aktının surətindən görünür ki, Fotoelektronuka ETİ-nun xx.xx.2002-ci il tarixə qalıq borcu ********* manat (62440,76 manat) təşkil edir. - AMEA Rəyasət Heyətinin xx.xx.2002-ci il tarixli, 13/1 saylı qərarından görünür ki, Fizika və Fotoelektronika İnstitutlarının bazasında AMEA-nın Fizika İnstitutu yaradılmaışdır. - Cavabdeh ASC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2015-ci il tarixli “Borcun ödənilməsi haqqında” xəbərdarlıq məktubundan görünür ki, su təchizatı və kanalizasiya xidmətlərinə görə xx.xx.2015-ci il tarixə olan 108620,5 manat borcun 3 iş günü ərzində ödənilməsi tələb edilmişdir. - AMEA-nın Fizika İnstitutu və Biofizika İnstitutu tərəfindən tərtib olunmuş xx.xx.2017-ci il tarixli aktda qeyd olunur ki, bu aktla AMEA Fizika İnstitutunun balansında olan ünvan 1 ünvaninda 0,8250 ha torpaq sahəsində yerləşən 5 və 2 mərtəbəli inzibati və laboratoriya binaları ətrafında olan köməkçi tikililəri ilə birlikdə (5 və 2 mərtəbəli binaların hər birinin çertyoju, eləcə də əlavə tikililər göstərilən torpaq sahəsinin hər iki tərəfdən təsdiq edilmiş çertyoju əlavə olunur) Fizika İnstitutu tərəfindən AMEA - da yeni yaradılmış Biofizika İnstitutunun balansına təhvil verildi. 2002-ci ildə AMEA nın Fizika və Fotoelektronika İnstitutlarının birləşməsi nəticəsində sayğaclarda təhvil təslim olarkən Fotoelektronika institutunun binasına Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən 109216,80 qəpik məbləğində borc yazılmışdır, həmin borc bu gunkü günə qədər qalir. Hal-hazırda Fizika institutunun Fotoelektronika binası Biofizika İnstitutuna verildiyi üçün həmin borc Biofizika institutuna təhvil verilsin. - Azərbaycan X6 tərəfindən Cavabdeh ASC Yasamal rayonu Sukanal İdarəsinə ünvanlanmış xx.xx.2017-ci il tarixli, 029-08/552 nömrəli məktubdan görünür ki, Fizika İnstitutunun balansında olan ünvan 3 ünvanda 0.8250 ha torpaq sahəsində yerləşən 5 və 2 mərtəbəli inzibati və laboratoriya binalari ətrafında olan köməkçi tikililəri ilə birlikdə AMEA Biofızika İnstitutunun balansına verildiyi bildirilmiş və Fotoelektronika İnstitutunun binasına Cavabdeh ASC tərəfindən 109216,80 qəpik məbləğində yazılmış boıcun Biofızika İnstitutunun razılığı ilə onların hesabına köçürülməsi xahiş edilmişdir. - Azərbaycan X6 tərəfindən Cavabdeh ASC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 029-08/236 nömrəli məktubdan görünür ki, Fizika İnstitutunun balansında olan ünvan 3 ünvanda 0.8250 ha torpaq sahəsində yerləşən 5 və 2 mərtəbəli inzibati və laboratoriya binalari ətrafında olan köməkçi tikililəri ilə birlikdə AMEA Biofızika İnstitutunun balansına verildiyi bildirilmiş və Fotoelektronika İnstitutunun binasına Cavabdeh ASC tərəfindən 109216,80 qəpik məbləğində yazılmış boıcun Biofızika İnstitutunun razılığı ilə onların hesabına köçürülməsi xahiş edilmişdir. - İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd olunur ki, məlumat üçün bildiririk ki, AMEA-nm Fizika İnstitutunun Cavabdeh ASC-nin Yasamal rayon Sukanalı İdarəsinə istifadə etdiyi içməli suya və çirkab suyıın axıdılmasma görə borcu olmamışdır. Cavabdeh ASC-nin Yasamal rayon Sukanal İdarəsinin xx.xx.2013-cü il tarixli Abonet haqqında məlumata dair üzləşmə aktında xx.xx.2002-ci il tarixinə içməli suya və çirkab suyun axıdılmasma görə Fizika İnstitutunun suyun sərfıyyatına görə borcunun olmaması qeyd olunmuşdur. Eyni zamanda yuxanda qeyd olunan üzləşmə aktında Fizika İnstitutunun 01.01 2003-cü il tarixdən hal-hazıra kimi suyun sərfıyyatına görə 107066,62 manat borcunun yaranması qeyd edilmişdir. Buna əsas səbəb kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 21 may tarixli 81 nömrəli qərarına əsasən Azərbaycan Akademiyasında struktur dəyişikliyi edilərək, H.Abdullayev adma Fizika İnstitutu və Fotoelektronika İnstitutunun bazasında - Azərbaycan X2 yaradılmış və Fotoelektronika İnstitutunun suyun sərfıyyatına görə Cavabdehya olan borcu əsassız olaraq Fizika İnstitutunun suya olan borcu kimi hesabatda əks olunmuşdur. Məlumat üçün bildiririk ki, borcun ümidsiz hesab edilməsi üçün meyarlardan biri də iddia müddətinin keçməsini hesab etmək olar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən hüququn pozulmasına görə, yəni borcun ödənilməsi üçün bütün tələblərlə bağlı məhkəməyə şikayətin verilmə müddəti 10 il müəyyən edilmişdir. Həmin müddətdən sonra, məhkəməyə müraciət edilsə və məhkəmənin qərarı hüququ pozulmuş hüquqi şəxsin xeyrinə olsa da belə, borclu öz borcunu qaytarmaya bilər. Bundan başqa Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 07 fevral tarixli 189 nömrəli Fərmanına əsasən 2006-cı il yanvarın 1-dən Azərbaycan Respublikasında milli valyutanın-manatın denominasiyası həyata keçirilmişdir. Yeni manata keçid zamanı 1 yeni manat 5000 köhnə manata bərabər tutulmuşdur. Eyni zamanda Fərmanda bütün dövlət orqanlarına və təşkilatlarına, habelə mülkiyyət formasından asılı olmayaraq təsərrüfat subyektlərinə tapşırıq verilmişdir ki, onların fəaliyyət sahəsinə aid olan və məbləğlə ifadə olunan müvafiq göstəricilərin 2005-ci ilin sonunadək yeni qiymətlər miqyasına keçirilməsi üzrə zəruri tədbirlər görsünlər və 2006-cı il yanvarın 1-dən başlayaraq bu göstəricilərin yeni miqyasda hesablanmasını və tətbiqini təmin etsinlər. Beləliklə, suya olan borcun iddia müddəti keçdiyi üçün Fizika İnstitutu ilə Cavabdeh ASC-nin mühasibatlığı arasında yenidən qarşılıqlı üzləşmə aktı tərtib olunaraq hesabatda əks olunmasını xahiş edirik. - Cavabdeh ASC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda deyilir ki, yaranmış borcla bağlı müraciətinizə “Cavabdeh ASC-də baxılmışdır. “Cavabdeh" ASC ilə AMEA-nın Fizika İnstitutu arasında bağlanmış “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair" müqavilələrə əsasən "Cavabdeh" ASC tələbata uyğun lazımı miqdarda, tərkib və keyfiyyətinə görə 2874-82 saylı dövlət Standartlarının tələblərinə uyğun, içməli və istehsalat məqsədli suyun buraxılmasını, tullantı sularının kanalizasiya sisteminə qəbulunu, təmizlənməsini və axıdılmasını təmin etmişdir. Fizika İnstitutu istifadə olunan su təchizatı və kanalizasiya xidmətlərinin həcmi sayğac göstəricilərinə, sayğac olmadıqda isə mövcud qanunvericiliyə və normativ hüquqi aktlara əsasən hesablanmışdır. Hazırda AMEA-nın Fizika İnstitutunun 103888,62 manat (bir yüz üç min səkkiz yüz səksən səkkiz manat, altmış iki qəpik) su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə ödənilməmiş debitor borcu yaranmışdır. Mövcud borcun ümidsiz hesab edilməsi və ya iddia müddətinin ötməsi o halda mümkün olar ki, təchizatçı ilə istehlakçı təşkilatlar adaşında Mülki Məcəllədə qeyd olunan müddət ərzində hər hansı dövriyyə, xidmətlərdən istifadə olunmasın. X13 ilə Cavabdeh ASC arasında istifadə olunmuş su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə hesablar təqdim olunmuş və ödənişlər qismən aparılmışdır. Qeyd edilənlərlə bağlı AMEA-nın Fizika İnstitutunun hesabında yaranmış borcun ödənilməsinin təmin olunması istiqamətində müvafiq tədbirlər görməyinizi xahiş edirik. - Azərbaycan X6 ilə Cavabdeh ASC Yasamal rayonu Sukanal İdarəsi arasında tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 071158 nömrəli üzləşmə aktından görünür ki, cəmi borc məbləği 103888,62 manat təşkil edir. -xx.xx.2021-ci il tarixli Abonent haqqında məlumatdan görünür ki, iddiaçının cari tarixə qalıq borcu 98388,62 manat təşkil edir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. 551.2.1. kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Qeyd olunan maddənin məzmunundan göründüyü kimi, vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. İddiaçı həmin maddəyə istinad edərək ərizədə göstərilən məbləğin onun hesabından silinməsini xahiş etmişdir. Bununla bağlı aşağıdakıları qeyd etmək olar: xx.xx.2021-ci il tarixli Abonent haqqında məlumatdan müəyyən olunur ki, iddiaçının içməli su görə xx.xx.2002-cü il tarixə qalıq borcu 0,00 manat, 2002-ci ildə sudan istifadə haqqı 8342 manat göstərildiyi halda, xx.xx.2003-cü il tarixə qalıq borcu 76838,66 manat olaraq qeyd olunmuşdur. Abonent haqqında məlumatdan görünür ki, iddiaçının içməli su və çirkab sularına görə xx.xx.2004-cü il tarixə qalıq borcu 103556,46 manat, xx.xx.2005cü il tarixə qalıq borcu 103820,51 manat, xx.xx.2006-cı il tarixə qalıq borcu 111230,09 manat, xx.xx.2007-ci il tarixə qalıq borcu 106292,71 manat, xx.xx.2008-ci il tarixə qalıq borcu 106292,71 manat, xx.xx.2009-cu il tarixə qalıq borcu 106292,71 manat, xx.xx.2010-cu il tarixə qalıq borcu 106292,71 manat, xx.xx.2011-ci il tarixə qalıq borcu 106292,71 manat, xx.xx.2012-ci il tarixə qalıq borcu 106292,71 manat, xx.xx.2013-cü il tarixə qalıq borcu 108587,71 manat, xx.xx.2014-cü il tarixə qalıq borcu 108588,3 manat, xx.xx.2015-ci il tarixə qalıq borcu 108620,8 manat, xx.xx.2016-cı il tarixə qalıq borcu 108620,8 manat, xx.xx.2017-ci il tarixə qalıq borcu 106782,8 manat, xx.xx.2018-ci il tarixə qalıq borcu 106930,97 manat, xx.xx.2019-cu il tarixə qalıq borcu 107066,62 manat, xx.xx.2020-ci il tarixə qalıq borcu 103888,62 manat, xx.xx.2021-ci il tarixə qalıq borcu 98388,62 manat təşkil edir. Eyni zamanda iddiaçı su təchizatı və kanalizasiya xidmətlərinə görə mütəmadi olaraq ödənişlər etmişdir. Belə ki, iddiaçı su təchizatı və kanalizasiya xidmətlərindən 2015-ci ildə 25480 manat məbləğində istifadə etmiş və həmin məbləğdə ödəniş etmişdir, 2016-cı ildə 26614,59 manat məbləğində istifadə etmiş və 28452,59 manat məbləğdə ödəniş etmişdir, 2017-ci ildə 35946,17 manat məbləğində istifadə etmiş və 35800 manat məbləğdə ödəniş etmişdir, 2018-ci ildə 37103,65 manat məbləğində istifadə etmiş və 36968 manat məbləğdə ödəniş etmişdir, 2019-cu ildə 33822 manat məbləğində istifadə etmiş və 37000 manat məbləğdə ödəniş etmişdir, 2020-ci ildə 31500 manat məbləğində istifadə etmiş və 37000 manat məbləğdə ödəniş etmişdir. 2015-ci ildən əvvəlki illərdə də oxşar vəziyyət olmuşdur. Göründüyü kimi, iddiaçı illər üzrə su təchizatı və kanalizasiya xidmətlərinin dəyərini ödəmişdir və hazırda qalıq borcu təşkil edən 98388,62 manat məbləğində qalıq borc iddiaçının 2015-ci ildən əvvəlki illərə aid olan borcdur. Qeyd olunanlara əsasən məhkəmə hazırkı mübahisəyə AR MM-nin 550 və 551-ci maddələrinin tələblərinin tətbiq olunmasını mümkün sayır. İddiaçı 103888,62 məbləğində borcun silinməsini xahiş etsə də, 2021-ci ilin yanvar ayına 98388,62 manat məbləğində qalıq borcun olması müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehin iddiaçıdan su təchizatı və kanalizasiya xidmətlərinə görə 98388,62 manat məbləğində qalıq borcun ödənilməsini tələb etmək hüququna beş il müddət keçdiyinə görə xitam verilməli və iddiaçıya hesablanmış 98388,62 (doxsan səkkiz min üç yüz səksən səkkiz) manat məbləğində borc Azərbaycan X3 hesabından silinməlidir. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 30 manat dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınmalıdır. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya hesablanmış 98388,62 (doxsan səkkiz min üç yüz səksən səkkiz) manat məbləğində borc Azərbaycan X3 hesabından silinsin. İddia qalan hissədə təmin olunmasın. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 30 manat dövlət rüsumu tutularaq, dövlət gəlirlərinə alınsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-673/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-673/2021
18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver