Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-674/2020 15.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin X6 Cavabdehnə qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət X8 İnkişaf İdarəsiiddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında “Tibbi xidmətin göstərilməsi” barədə bağlanmış xx.xx.2010-cu il tarixli 71/S saylı müqavilə üzrə yaranmış 7162,88 manat borcun və 30 manat dövlət rüsumunun Cavabdeh MMC tərəfindən ona ödənilməsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, tərəflər arasında “Tibbi xidmətlərin göstərilməsi” barədə xx.xx.2010-cu il tarixli 71/S saylı Müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən X9 tibbi xidmətlər göstərməyi, cavabdeh isə bunun müqabilində müvafiq haqq ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında müqavilə münasibətləri olmasına baxmayaraq, cavabdeh öz öhdəliklərinin layiqincə icra etməmişdir. xx.xx.2018-ci il tarixində tərtib edilmiş, “Qarşılıqlı borcların üzləşdirilməsi Aktı”na əsasən cavabdehin X7 7162,88 manat borcunun olduğu müəyyən edilmişdir. İddiaçı tərəfindən cavabdeh təşkilata yaranmış borcun ödənilməsi ilə əlaqədar müraciət edilməsinə baxmayaraq, bu günə qədər heç bir ödəniş edilməmişdir. Sonda iddiaçının nümayəndəsi məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə1 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, iddia ərizəsindən və pretenziya məktubundan də anlaşıldığı kimi iddiaçının pul tələbi xx.xx.2010-cu il tarixli müqaviləyə əsaslanır. Həmçinin iddiaçı tərəf məhkəməyə xx.xx.2018-ci il tarixli tərəflər arasında imzalanmış “Qarşılıqlı borcların üzləşdirilməsi Aktı”na istinad etmişdir. Belə ki, tələb 3 illik iddia müddəti ötürülməklə verilməsi səbəbindən rədd edilməlidir. İstinad olunan müqavilə tarixindən 10 ildən artıq bir zaman keçmişdir. xx.xx.2018-ci il tarixli “Qarşılıqlı borcların etirafı Aktı”na münasibətdə həmin akt borcun etirafını göstərən hərəkət hesab edilə bilməz. Hazırkı mübahisə üzrə tərəflər arasında imzalanmış üzləşdirmə aktı adlanan sənədin özü, onda əks olunmuş borc məbləğinin hər hansı konkret müəyyən edilmiş müddətdə ödəniləcəyi haqqında göstəriş nəzərdə tutmadığından, borcun etiraf edilməsini təsdiq edən sübutlar kimi qəbul edilə bilməz. Aktla müəyyən edilmir ki, etiraf edilən borc xx.xx.2010-cu il tarixli müqaviləyə əsaslanır ya yox. Aktla müəyyən edilmir ki, borcun etirafı səbəbi müqavilə tələbidir, zərər vurmadır yoxsa əsassız varlanmadır. Həmçinin tərəflər arasında “Qarşılıqlı borcların etirafı Aktı”ı bağlanana qədər, müqavilə tələbləri üçün müəyyən edilmiş iddia müddəti olan 3 illik müddətdən 2 dəfədən də çox bir zaman keçmişdir. Borc etirafı ilə kəsiləcək bir iddia müddəti qalmamışdır. Belə ki, iddia müddəti artıq keçmiş və hüquqi vəziyyətini tamamlamışdır. Qeyd edilən səbəblərdən sözü gedən razılaşma aktı necə adlandırılmasından asılı olmayaraq («iclasın təşkili barədə bildiriş», «niyyət protokolu», «hesabların çürüdülməsi protokolu» və sair) mövcud borcun etirafı haqqında tərəflər arasında bağlanan müqavilə hesab edilə bilməz. Mülki iş materiallarında olan: - “Könüllü tibbi sığorta üzrə müalicə-profilaktik yardımın (tibbi xidmətin) göstərilməsi haqqında” xx.xx.2010-cu il tarixli 71/S müqaviləsinə əsasən ARDNŞ X6 nəzdində fəaliyyət göstərən X4 “Sığortaçı”nın sığortalılarla bağladığı könüllü tibbi sığorta müqaviləsinin ayrılmaz hissəsi olan könüllü tibbi sığorta proqramına uyğun olaraq, sığorta hadisəsi baş verdikdə sığortalılara həftənin 7 günü, 24 saat ərzində ambulator-poliklinik şəratində müalicə, diaqnostika, laboratoriya, stasionar şəraitində müalicə xidmətlərinin göstrilməsini, “Amedicon” göstərilən xidmətlərin haqqını müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəyə əsasən ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2011-ci il tarixli, 88 saylı hesab-fakturaya əsasən Cavabdeh MMC-nin göstrilmiş xidmətə görə yekun borcu 8951,56 manat və xx.xx.2011-ci il tarixli, 442 saylı hesab-fakturaya əsaəsn isə 11752,75 manat qeyd olunmuşdur. - xx.xx.2011-ci il tarixi qarşılıqlı borcların üzləşdirilməsi aktına əsasən Cavabdeh MMC-nin xx.xx.2011-ci il tarixə olan borcu 8951,56 manat, xx.xx.2012-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktına əsasən Cavabdeh MMC-nin xx.xx.2012-ci il tarixə olan borcu 20704,31 manat, xx.xx.2015-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktına əsasən Cavabdeh MMC-nin xx.xx.2015-ci il tarixə olan borcu 7162,88 manat, xx.xx.2016cı il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktına əsasən Cavabdeh MMC-nin xx.xx.2016cı il tarixə olan borcu 7162,88 manat, xx.xx.2017-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktına əsasən Cavabdeh MMC-nin xx.xx.2017-ci il tarixə olan borcu 7162,88 manat və xx.xx.2018-ci il tarixi qarşılıqlı borcların üzləşdirilməsi aktına əsasən Cavabdeh MMC-nin xx.xx.2018-ci il tarixə olan borcu 7162,88 manat müəyyən edilmişdir. - Cavabdeh MMC-nin X5 borcunun açıqlanması barədə cədvəldən göründüyü kimi xx.xx.2012-ci ilə borc 20704,31 manat, 2012-ci il ərzində həmin borcdan 13541,43 manat ödənildiyi və xx.xx.2012-ci ilə qalıq borc 7162,88 manat qeyd olunmuşdur. - xx.xx.2012-ci il tarixli Cavabdeh MMC-yə ünvanlanmış məktubda Azərbaycan Respublikası Dövlət X8 inkişaf İdarəsi ilə Cavabdeh MMC arasında könüllü tibbi sığorta üzrə müalicə-profilaktık yardımın göstərilməsi haqqında xx xxxxxxxx 2010-cu il tarixli 71/s saylı müqavilə bağlandığı və qeyd olunan xidmətə görə 12162,88 manat borcun ödənilmədiyi qeyd olunmuşdur Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşdən göründüyü kimi Cavabdeh MMC-yə ünvanlanmış məktubda Azərbaycan Respublikası Dövlət X8 inkişaf İdarəsi ilə Cavabdeh MMC arasında könüllü tibbi sığorta üzrə müalicə-profilaktık yardımın göstərilməsi haqqında xx xxxxxxxx 2010-cu il tarixli 71/s saylı müqavilənin 2.1.1-ci bəndinə əsasən cavabdeh cəmiyyətə müqavilədə nəzərdə tutulmuş xidməti göstərmişdir. Həmçinin müqavilə üzrə nəzərdə tutulan xidmətin göstərilməsi iş materiallarına əlavə edilmiş hesab-fakturalarla, eyni zamanda qarşlılıqlı üzləşmə aktına əsasən yaranmış borclada öz təsdiqini tapmışdır. Bununla belə “xxxxxxxx” MMC isə müqavilə ilə üzərinə götürmüş öhdəlikləri yerinə yetirməmiş, qarşı tərəfin etmiş olduğu xəbərdarlığa məhəl qoymadan yaranmış borcu tam ödəməkdən hal – hazıra kimi yayınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. - 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarından görünür ki, iddia müddətinin tətbiqi barədə cavabdeh tərəfindən ərizə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Göründüyü kimi 1-ci hal (müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi) iddiaçının, 2-ci hal (borclu şəxsin borcu etiraf etməsini göstərən hərəkətlər etməsi) isə cavabdehin aktiv hərəkətləri ilə bağlı olmalıdır. İddiaçı tərəfindən məhkəməyə müqavilə bağlandıqdan sonra hər il üçün tərəflər arasında imzalanmış üzləşdirmə aktları təqdim olunmuşdur. Həmin üzləşdirmə aktlarında hal – hazırda mübahisə predmeti olan borcun məbləği əksini tapmışdır, yəni, aktların imzalanması borclu şəxsin borcu etiraf etməsini göstərən hərəkətdir. Buna görə də iddia müddətinin axımı kəsilmişdir və müddətin keçməsi əsası ilə iddia rədd edilə bilməz. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin olunmalı, 7162,88 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tam təmin olunduğuna və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin X6 Cavabdehnə qarşı pul tələbi barədə iddiası təmin edilsin. 7162,88 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin X7 ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin X7 ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-674/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-674/2020
15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver