Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-674/2021 14.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İlkin iddia üzrə iddiaçı/qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X5, İlkin iddia üzrə cavabdeh/qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X6 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı «X8» MMC-nin ilkin iddia üzrə Cavabdeh İstehsal-Kommersiya Firmasına qarşı “pul” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İstehsal- Kommersiya Firmasının qarşılıqlı iddia üzrə cavabdeh «X8» MMC-yə qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı «X8» MMC ilkin iddia üzrə Cavabdeh İstehsal-Kommersiya Firmasına qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4581 (dörd min beş yüz səksən bir) manat məbləğindən pul vəsaitinin tutulub İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı“ ilə “xxxx" X4 ilə xx xxxxxxxx 2019-cu il tarixdə xx-xx/2019 saylı Nəqliyyat-Ekspedisiya müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış Müqavilənin predmeti ondan ibarətdir ki, Ekspeditor (iddiaçı) cavabdehin sifarişinə əsasən, malın daşınması xidmətini yerinə yetirməyi və ya onların yerinə yetirilməsini təşkil etməyi, Sifarişçi (cavabdeh) isə həmin əməliyyatlar müqabilində Ekspeditora xidmət haqqını ödəməyi öhdəsinə götürür. Xidmət üzrə hər bir əməliyyata dair xüsusi şərtlər və qiymətlər Müqaviləyə edilən əlavələrdə öz əksini tapır. Həmin müqavilənin 4-cü bəndinin 4.1-ci hissəsinə uyğun olaraq hesab-faktura təqdim olunduqdan sonra 5 təqvim günü ərzində ödəniş İddiaçı“niı hesablaşma hesabına və ya nağd qaydada ödənilməlidir. Muqavilə “X8" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tam icra olunmuşdur və buna sübut olaraq tərəflər arasında imzalanmış təhvil-təslim aktı mövcuddur. Müqavilənin 4.2-ci maddəsinə əsasən “Malları Ekspeditor tərəfindən ilkin təhvil aldığı zaman Təhvil-Təslim AKTİ imzalandığı halda Expeditorun təşəbbüsünə əsasən yalnız yüklər təyinat yerinə çatdırıldıqdan sonra Sifarişçi ilə təhvil təslim aktı imzalaya bilər”, imzalanan akt sübut edir ki, “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən daşınan yük təyin olunan yerə çatıb və təhvil verilib. Tehvil-teslim aktında xidmət haqqı qeyd olunub ve xidmet haqqının yükü tehvil verən zaman ödənişin təmin olunmaması əks edilmişdir. “X8" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" X4 şirkətlərin nümayəndələri tərəflərindən imzalanmış təhvil-təslim aktı sübut edir ki, "xxxx" X4 şirkəti yükü qebul edib lakin xidmət haqqı ödənilməyib. Nəzərinizə çatdirmaq istəyirik ki, aramızda imzalanmış müqavilənin 2-ci madəsinə əsasən “Ekspeditor, Sifarişçinin sifarişinə əsasən malın daşınması xidməti yerinə yetirməyi və ya onların yerinə yetirilməsini təskil etməyi, Sifarişçi isə həmin əməliyyatlar müqabilində Ekspeditora xidmət haqqını ödəməyi öhdəsinə götürür. Xidmət üzrə hər bir əməliyyata dair xüsusi şərtlər və qiymətlər. Müqaviləyə edilən əlavələrdə öz əksini tapacaqdır”, İddiaçı tərəfinden bütün öhdəliklər icra olunub və buna sübut olaraq təhvil-təslim aktı mövcuddur. Bununlada tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı öz üzərinə düşən öhdəliyi tam, vaxtında və lazımi şəkildə icra etmiş, lakin cavabdeh isə həmin müqavilə üzrə öhdəliklərini tam şəkildə icra etməmişdir. Cavabdeh X4 iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə öhdəliklərini tam icra etməməsi nəticəsində iddiaçının Konstitusion hüquqları pozulur, işgüzar mənafeyinə ziyan vurulur. Buna görə də iddiaçının pozulmuş hüquqları məhkəmə qaydasında bərpa edilməli, müqavilə üzrə icra edilməyən ödəliyinin məcburi qaydada icra edilməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulmalı və cavabdeh tərəfindən İddiaçınə vurulan zərər tam şəkildə ödənilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh X1rşılıqlı iddia üzrə qarşılıqlı iddia üzrə cavabdeh “X8” MMC-yə qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X8” MMC-dən Cavabdeh X3 xeyrinə 1907,31 Avro (ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə uyğun manatla) və 1174,03 AZN məbləğində vurulmuş ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, “X8” MMC tərəfindən qaldırılmış iddia tələbinə dair qarşılıqlı tələb irəli süürülmüşdür. Müəyyən olunduğu kimi xx.xx.2020-ci ildə “X8” MMC nəqliyyat şirkətinə İtaliyadan Bakıya yük daşınması (mətbəx mebeli) haqqında sifariş verilmiş və həmin şirkətin işçisi Nigar Nağıyeva tərəfindən təklif alınmışdır. Tərəfimizdən əlavə şərt olaraq malların sığortalanması tələb olunmuşdur. “X8” MMC sığorta haqqının malın ümumi invoys dəyərinin 0,7% miqdarında olacağını bildirmişdir. Biz bu təklif ilə razılaşdıqdan sonra nəqliyyat xərci olaraq 1860 avro və sığorta haqqı olaraq 19019,12 x 0,7 % =133,13 avro cəmi 1993,13 avro nəqliyyat və sığorta xərci razılaşdırılmışdır. Malları yük avtomobilindən boşaltmaqdan əvvəl tərəfimizdən malların düzgün yerləşdirilmədiyi aşkar edilmiş və necə yerləşdiyini təsdiq edən fotoşəkil çəkilmişdir.Mallarm yük avtomobilindən boşaldılması zamanı mətbəx mebelinin işçi səthinin qırıldığı aşkar edilmışdir.Bu haqda dərhal nəqliyyat şirkəti xəbərdar edilmişdir. “X8” MMC -nin nümayəndələrindən sığorta şirkətini dəvət etmək təklif olunmuşdur. Bu zaman nəqliyyat şirkəti əsassız bəhanələr gətirərək bizim bütün tələblərimizi yerinə yetirməkdən boyun qaçırmışdır. Bu haqda malların gömrük rəsmiləşdirilməsini yerinə yetirən xxxx firmasının əməkdaşı Əhməd Mukimovun izahatı əlavə olunur. İsrarlı tələblərimizdən sonra X8 MMC yük sığorta şəhadatnaməsini təqdim etmişdir. Bu zaman Sığortaçı kimi “X11 X12 Dağitim” MMC-nin çıxış etdiyi görünməkdədir. Bilindiyi kimi sığortaçı - Qanun əsasında sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olan, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi olan yerli hüquqi şəxs olmalıdır. “X8” MMC bu hərəkətləri nəticəsində iddiçıya malın invoys qiymətinə əsasən 1607,31 avro, 1174,03 manat gömrük rüsumu və 300 avro nəqliyyat xərcləri miqdarında ziyan vurulmuşdur. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehin nümayəndəsi ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin nümyəndələrinin izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ilə “xxxx" X4 arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixdə xx-xx/2019 saylı Nəqliyyat-Ekspedisiya müqaviləsindən görünür ki, bir tərəfdən Nizamnamə əsasında fəaliyyət göstərən Direktor cənab Nümayəndə şəxsində, sonradan “Ekspeditor” adlandırılacaq “X8” MMC və digər tərəfdən Direktor cənab İlgar Bğırov şəxsində sonradan “Sifarişçi” adlandırılacaq Cavabdeh İstehsal-Kommersiya Firması, birgə “Tərəflər” adlandırılmaqla, aşağıdakılar barədə bu müqaviləni (bundan sonra “Müqavilə”) imzalamışlar. Həmin Müqavilənin 2-ci bəndinə əsasən Ekspeditor, Sifarişçinin sifarişinə əsasən malın daşınması xidməti yerinə yetirməyi və ya onların yerinə yetirilməsini təşkil etməyi, Sifarişçi isə həmin əməliyyatlar müqabilində Ekspeditora xidmət haqqını ödəməyi öhdəsinə götürür. Xidmət üzrə hər bir əməliyyat dair xüsusi şərtlər və qiymətlər Müqaviləyə edilən əlavələrdə öz əksini tapacaqdır. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən Sifarişçi Expreditor tərəfindən təqdim olunmuş elektron hesab-fakturaya əsasən ödənişi həyata keçməlidir. Sifarişçi ödənişi 5 (beş) təqvim günü ərzində Ekspeditorun hesablaşma hesabma köçürmə yolu ilə həyata keçirir. Həmin Müqvailənin 4.2-ci bəndinə əsasən malları Ekspeditor tərəfindən ilkin təhvil aldığı zaman Təhvil Təslim AKTı imzalandığı halda Expeditorun təşəbbüsünə əsasən yalnız yüklər təyinat yerinə çatdırıldıqdan sonra Sifarişçi ilə təhvil təslim aktı imzalaya bilər. Həmin Müqavilənin 4.3-cü bəndinə əsasən xidmət haqqının ödənilməsi bu Müqavilədə nəzərdə tutulan qaydada həyata keçirilmədikdə və yaxud gecikdirildikdə, Tərəf gecikdirilmiş hər gün üçün xidmət haqqının ümumi məbləğinin 0.5 %-i məbləğində peniya ödəyəcəkdir. Həmin Müqavilənin 4.5-ci bəndinə əsasən yük 48 (qırx səkkiz) saat ərzində boşaldılmalıdır. Əks təkdirdə hər geciktirilmiş gün üçün Sifarişçi boş dayamaya görə AVRO ZONA üçün 150 (bir yüz əlli) AVRO, ASİA və digər ölkələr üçün 150 (bir yüz əlli) ABŞ dolları. Həmin Müqavilənin 4.6-cı bəndinə əsasən tərəflər razılaşırlar ki, Sifarişşçinin Expeditora olan borcu hazırki müqavilənin dəyərindən 50 (əlli) %-dən və ya maksimal olaraq 25 000.00 (iyirmi beş min manat 00 qəpik) AZN- dən cox olduqda Expeditor hazırki müqavilənin 4.2-ci bəndini tədbiq edərək boşdayanmaya görə ödəniləcək vəsaitdən əlavə olaraq Expeditor Sifarişçinin malmı müqavilə üzrə ödənişlər tamhqla həyata keçənə dək yükü təhvil verməyə bilər. Bu halda Sifarişçiyə dəyə biləcək hər hansı ziyana görə Expeditor məsuliyyət daşımır. Həmin Müqavilənin 6.1.1-ci bəndinə əsasən Sifarişçinin sifarişinə əsasən Müqavilənin 2-ci maddəsində əks edilmiş əməliyyatları yerinə yetirmək və ya onlarm yerinə yetirilməsini təşkil etmək. Həmin Müqavilənin 6.1.2-ci bəndinə əsasən Optimal marşrutun seçilməsi, yükvurmayükboşaltma əməliyyatlarına və digər əməliyyatlara çəkilən xərclərin azaldılması yolu ilə nəqliyyat-ekspedisiyanın səmərəliliyinin artırılması barədə Sifarişçiyə məsləhətlər vermək. Həmin Müqavilənin 6.1.10-cu bəndinə əsasən Sifarişçi yükü sığortalamaqdan imtina etdiyi halda Expeditor yükə onun təqsiri ucbatmdan olmayan ziyana görə məsuliyyət daşımır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli işlərin görülməsi və yüklərin təhvil-təslim haqqında tərəflərin tərtib etdiyi aktdan görünür ki, xx-xx/2019 nömrəli və xxxx/2019 tarixli Müqaviləyə əsasən xidmətlərin tam həcmilə həyata keçirildiyini və xx.xx.2020-ci il tarixdə 33 EHH 40 / 33 EJA 40 nömrəli TİR-da gəlmiş 1.969,85 kg çəkili 90 yer sayında (Göndərici: BERLONİ GROUP SRL - 2020-1 FV20000003 nömrəli və xx.xx.2020 tarixli invoysa əsasən) yüklərin təhvil-təslim edildiyini hər iki tərəf imzaları ilə təsdiq etmişdir. Eyni zamanda görülmüş işlərin ümumi dəyəri (1993 Avro) 3807 manat təşkil etməsi və “ödənilməyib” qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli 221 nömrəli hesab fakturadan görünür ki, X7 SRL -1969,85 kg yükünün Bakıya daşınması üçün 1993 Avro ödəniş Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə mövcud olan valyuta məzənnəsinə uyğun olaraq manatla həyata keçirilməsi qeyd olunmuşdur. İş materiallarından görünür ki, ilkin iddia üzər iddiaçı tərəfindən ilkin iddia üzrə cavabdehə xx.xx.2020-ci il tarixli 01/05-20 nömrəli borcun ödənilməsi barədə pretenziya məktubu ünvanlanmışdır. Məktubda 4581 manat həcmində borcun 3 iş günü müddətində hesablaşma-hesabına köçürülməsini xahiş olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı və “xxxx" X4 arasında xx xxxxxxxx 2019-cu il tarixdə xx-xx/2019 saylı Nəqliyyat-Ekspedisiya müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən 1969,85 kg yükün gətirilməsinə dair müvafiq sifariş ilkin iddia üzrə cavabdeh tərəfindən verilmişdir. Daha sonra tərəflər arasında xx.xx.2019-cu il tarixli işlərin görülməsi və yüklərin təhvil-təslim haqqında akt tərtib edilmişdir. İlkin iddia üzrə iddiaçı görülmüş işlərin xidmət haqqına dair hesab fakturanı ilkin iddia üzrə cavabdehə təqdim etmişdir. İlkin iddia üzrə cavabdeh tərəfindən qeyd olunan məbləğ ödənilmədiyindən ilkin iddia üzrə iddiaçı məhkəməyə müraciət etmişdir. İlkin iddia üzrə cavabdeh tərəfindən ilkin iddia tələbinə qarşı “vurulmuş ziyanın ödənilməsi” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Qarşılıqlı iddia tələbinin əsası olaraq gətirilməsi sifariş edilən yükün düzgün yüklənməməsi səbəbindən gətirilən mallara ziyan dəydiyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarında qeyd olunmuşdur ki, Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Məhkəmə qeyd edir ki, xx xxxxxxxx 2019-cu il tarixdə xx-xx/2019 saylı Nəqliyyat- Ekspedisiya müqaviləsi tərəflərin iradə ifadəsinin təzahürü kimi, hər iki tərəf üçün hüquq və öhdəliklər əmələ gətirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Qeyd edilən hər müqavilə üzrə tərəflər razılığa gəlmişlər ki, müqaviləyə görə sifarişçi tərəfindən verilmiş sifarişlər üzrə mallar ekspeditor yəni ilkin iddia üzrə iddiaçı tərəfindən yerinə yetirilir və bu xidmətlərə görə sonucuya ilkin iddia üzrə cavabdeh tərəfindən müəyyən edilmiş tariflər üzrə ödənişlər həyata keçirilir. Sifariş üzrə gətirilən malların miqdarı, çəkisi və xidmət haqqı müvafiq akt əsasında müəyyən edilərək təsdiq edilir. Eyni zamanda ilkin iddia üzrə cavabdeh məhkəmə iclasında verdiyi izahatlarda, habelə ilkin iddia tələbinə qarşı verilmiş qarşılıqlı iddia ərizəsində ilkin iddia üzrə iddiaçı tərəfindən malların onlara çatdırıldığı bildirmişlər. Belə olan halda məhkəmə ilk öncə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə ilkin iddia tələbi üzrə iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmişdir. Belə ki, tərəflər arasında tərtib edilmiş akt əsasında müəyyən edilmiş, malların sifarişi qəbul edilmiş, sifarişçiyə təqdim edilmiş və müvafiq xidmətlər üzrə hesab faktura ilkin iddia üzrə cavabdehə təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, xx xxxxxxxx 2019-cu il tarixdə xx-xx/2019 saylı Nəqliyyat- Ekspedisiya müqaviləsi üzrə ilkin iddia üzrə iddiaçı tərəfindən göstərilmiş xidmətlərə görə ilkin iddia üzrə cavabdehdən 3807 (1993 avro) manat məbləğindən pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. Bundan başqa ilkin iddia ürzə iddiaçı tərəfindən xx xxxxxxxx 2019-cu il tarixdə xxxx/2019 saylı Nəqliyyat-Ekspedisiya müqaviləsinin 4.3-cü bəndini rəhbər tutularaq ilkin iddia üzrə cavabdehdən gecikdirilmiş hər gün üçün xidmət haqqının ümumi məbləğinin 0,5 %-i məbləğində peniya tələbi irəli sürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq, tələb olunan 774 manat cərimənin tutulmasını ədalətli hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdehin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi müəyyən edilmişdir. Bu halda iddiaçı göstərilmiş xidmətlərə görə cavabdeh tərəfindən ödənilməyən borc məbləğinin gecikdirilməsinə görə müqavilənin 4.3-cü bəndinə əsasən müvafiq qaydada penya hesablanmaqda və cavabdehdən bu məbləği tələb etməkdə haqlı olmuşdur. Məhkəmə qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı tərəfindən irəli sürülmüş tələbə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə yüklərin yığılma forması və hallarına dair hər hansı şərt müəyyən edilməmişdir. Belə ki, qarşılıqlı iddia üzrə cavabdeh qeyd olunan müqavilənin 6.1.2-ci bəndində optimal marşrutun seçilməsi, yükvurma-yükboşaltma əməliyyatlarına və digər əməliyyatlara çəkilən xərclərin azaldılması yolu ilə nəqliyyat-ekspedisiyanın səmərəliliyinin artırılması barədə Sifarişçiyə məsləhətlər vermək üzrə öhdəlik götürmüşdür. Göründüyü kimi qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən göstərilən əsaslar üzrə Ekspeditorun götürdüyü öhdəliklərə aid deyildir. Belə ki, müqavilənin bəndində yükvurmayükboşaltma əməliyyatlarına çəkilən xərcin azaldılmasına dair məsləhətlərin verilməsindən ibarət olmuşdur. Lakin qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən mallara vurulmuş zərərin onların düzgün yüklənməməsi səbəbindən olduğunu bildirmiş və bunun əksini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən,qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə sadalanan qanunvericilik normalarını, məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallara tətbiq edərək bildirir ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən iddia tələbi üzrə tələb edilən hallara dair sübutlar təqdim edilməmişdir. Halbuki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İkin iddia tələbi üzrə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddia tələbi ilə tələb edilməditindən ilkin iddia tələbi üzrə iddiaçının özünə aid edilməlidir. Qarşılıqlı iddia tələbi üzrə iddia tələbi təmin edilmədiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilməlidir. Beləliklə məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh X1rşılıqlı iddia üzrə cavabdeh “X8” MMC-yə qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İlkin iddia tələbi təmin edilsin. İlkin iddia üzrə Cavabdeh X2 4581 (dörd min beş yüz səksən bir) manat məbləğindən pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İkin iddia tələbi üzrə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddia tələbi ilə tələb edilməditindən ilkin iddia tələbi üzrə iddiaçının özünə aid edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh X1rşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qarşılıqlı iddia tələbi üzrə iddia tələbi təmin edilmədiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-674/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-674/2021
14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver