Məhkəmə qərarları › İş №e-2-2(113)-674/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-674/2023

27.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-674/2023 27.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1, Cavabdeh2 qanuni nümayəndəsi Korkmaz Mustafanın iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada xx.xx.2021-ci il tarixli, D095 X1 üzrə 25 959 manat lizinq mükafatı və cərimə üzrə hesablanmış 15.780 manat olmaqla cəmi 41.739 manat, xx.xx.2021-ci il tarixli, D096 saylı X1 üzrə isə 25.574 manat lizinq mükafatı və cərimə üzrə hesablanmış 15.564 manat olmaqla cəmi 41 138 manat Lizinq borcunun, ümumilikdə 51.533 manat lizinq mükafatı və 31.344 manat hesablanmış cərimə borcunun (Cəmi 82.877 manat), həmçinin mediasiya xərci kimi ödənilmiş 400 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması, İddiaçı MMC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 159 və 160 nömrəli mənzillərin boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli e-2-2(113)-7169/2022 saylı qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır.

3. İddiaçı Bakı Kommersiya Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli e-2-2(113)- 7169/2022 saylı qərardadından şikayət verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-7169/2022 saylı Qərardadınının ləğv edilməsi və işin icraata götürülməsinə dair yeni qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 12 dekabr tarixli, e-2-2(121)-7169/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(102)- 841/2022 saylı qərarı ilə Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 2 dekabr tarixli, e-2- 2(113)-7169/2022 saylı qərardadı ləğv edilmiş, növbəti prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılmışdır.

6. 27 yanvar 2023-cü il tarixdə iddiaçı tərəf məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsini və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

7. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi.

8. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və Cavabdeh2 qanuni nümayəndəsi Korkmaz Mustafa ərizənin təmin edilməsinə etiraz etmədiklərini bildirdilər .

III. Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6— 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər.

IV. Məhkəmənin mövqeyi

10. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarınnın 5-ci bənbinə əsasən “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin: 5.1. 2-ci bənd aşağıdakı redaksiyada verilsin: “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.”;

11. Məhkəmə ərizəni nəzərdən keçirib, iddia ərizəsini araşdıraraq hesab edir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılması barədə vəsatət verdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən iddia ərizəsi geri qaytarılmalıdır.

V. Nəticə:

12. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 268-269–cu maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “borcun ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar