Məhkəmə qərarları › İş №e-2-2(113)-6749/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6749/2025

10.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6749/2025 10.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, dövlət rüsumu ) Bakı Kommersiya Məhkəməsinin hakimi Namazova Günay Rüstəm qızı, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 5000 manat məbləğində əsas pulun, hər gecikdirilmiş gün üçün 750 manat məbləğində dəbbə pulunun, ümumilikdə 5750 manat pul vəsaitinin həmçinin iddiaçı tərəfindən dövlət rüsumu üçün ödənilmiş 77 manat pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsinə dair Qətnamə qəbul edəsiniz.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bildirirəm ki, Cavabdeh MMC (bundan sonra Alıcı) ilə İddiaçı arasında bağlanmış 436/24 saylı, 16 iyul 2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Satıcı müqavilənin predmeti olan malları Alıcıya verməyi, Alıcı isə bunun müqabilində X1 ödənişi 30 gündən gec olmayaraq etməyi öhdəsinə götürmüşdür. Nəzərinizə çatdırmaq istəyirəm ki, Alıcı müqavilənin tələblərini icra etməkdən imtina edərək öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, Alıcının Satıcıya olan borcun ümumi məbləği5000 manat (beş min manat) (Malların ümumi dəyəri və ƏDV də daxil olmaqla) olmuşdur. Müqavilənin 3.2-ci bəndinə əsasən, ödəniş - Alıcı ödənişlərimalın qəbuledilməsindən sonra 30 təqvim günündən gec olmayaraq bank ödənişi və ya nağd ödəniş yolu ilə həyata keçirilir. Müqavilənin 3.3-cü bəndinə əsasən malların dəyəri 3.2-ci bəndində göstərilən 30 təqvim günü müddətində ödənilmədikdə Satıcımalları geri götürmək,çatışmayan malların dəyərini və çəkilmiş xərcləri Alıcıdan tələb etmək hüququna malikdir. Müqavilənin 6.2-ci bəndinə əsasən müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə Alıcı gecikdirmənin hər günü üçün icrası gecikdirilən öhdəliyin dəyərinin 0,5% həcmində dəbbə pulu ödəyir. Gecikdirmənin müddəti 15 gündən çox olduqda, Satıcı öhdəliklərin məcburi qaydada icrası və dəbbə pulunun ödənilməsi üçün məhkəməyə müraciət edə bilər. Həmçinin gecikdirilmiş gün üçün 750 (yeddi yüz əlli) manat məbləğində dəbbə pulu, bundan əlavə dövlət rüsumu olaraq ödənilmiş 77 (yetmiş yeddi) manat Alıcı tərəfindən Satıcının xeyrinə ödənilməlidir. Məlumat üçün bildirirəm ki, mübahisənin məhkəməyə qədər nizama salınması üçün cavabdehə borclu olduğu pul məbləğinin 5 gün ərzində ödənilməsi üçün xx.xx.2025-ci il tarixdə pretenziya məktubu vergi xidmətinin saytından online kargüzarlıq qaydasında göndərilmişdir.

II. Məhkəmə baxışının hədləri:

3. Mülki Prosessual Məcəllənin: -284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. -284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. -Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. -Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildirişlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

III.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

4. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 436/24 saylı, 16 iyul 2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən:

5. Müqavilənin 1.1-ci bəndinə əsasən «Satıcı» bu müqavilənin 1.2-ci yarımbəndində göstərilən malları «Alıcı»ya satmağı, «Alıcı» isə həmin malları almağı və onun dəyərini ödəməyi öz üzərinə götürür.

6. Müqavilənin 1.2-ci bəndinə əsasən müqavilənin predmeti olan məhsulun növləri, çeşidi, kəmiyyəti və qiyməti Razılaşma Protokolunda və ya Qaimə-Fakturada öz əksini tapır.

7. Müqavilənin 1.3-cü bəndinə əsasən «Alıcı» və «Satıcı» arasında yaranmış borc qalıqları mütəmadi olaraq tərəflər arasında imzalanaraq bağlanan “Öhdəliklərin qarşılıqlı tanınması aktı” və ya qaimə və ödənişə dair sənədlər ilə müəyyən edilir.

8. Müqavilənin 2.1-ci bəndinə əsasən malların çatdırılması müddətləri və digər şərtləri hər bir konkret partiya üçün razılaşdırılır.

9. Müqavilənin 2.2-ci bəndinə əsasən mallar «Satıcı» tərəfindən «Alıcı»ya və ya «Alıcı»nın nümayəndələrinə təhvil verilir.

10. Müqavilənin 2.3-cü bəndinə əsasən çatdırılmaya görə xərclər «Satıcı» tərəfindən müstəqil şəkildə ödənilir. Çətin ıelyefli və paytaxtdan 300 km uzaq məsafədə yerləşən məntəqələrə çatdırılma zamanı yaranan əlavə çatdırılma xərcləri «Alıcı» tərəfindən qarşılanır.

11. Müqavilənin 3.1-ci bəndinə əsasən malların qiymətləri bu müqaviləyə əlavə edilən və onun ayrılmaz tərkib hissəsi olan «Razılaşma Protokoluna » və ya Qaimə-Fakturaya uyğun olaraq müəyyən edilir.

12. Müqavilənin 3.2-ci bəndinə əsasən «Alıcı» ödənişləri malın qəbul edilməsindən sonra 30 (otuz) təqvim günündən gec olmayaraq bank ödənişi və ya nağd ödəniş yolu ilə həyata keçirməlidir.

13. Müqavilənin 3.3-cü bəndinə əsasən malların dəyəri 3.2 bəndində göstərilən 30 (otuz) təqvim günü müddətində ödənilmədikdə «Satıcı» malları geri götünnək, çatışmayan malların dəyərini və çəkilmiş xərcləri «Alıcı»dan tələb etmək hüququna malikdir.

14. Müqavilənin 3.4-cü bəndinə əsasən məhsulun qiyməti tarif şurası, hökümət qərarları və qiymətə təsir göstərən digər iqtisadi faktorların təsiri nəticəsində Satıcı tərəfindən birtərəfli qaydada dəyişdirilə bilər.

15. Müqavilənin 3.5-ci bəndinə əsasən istehsalatda hər-hansı texniki xətaya görə malın çatdırılmasında və təminatında gecikmələr yaranarsa, malların bu səbəbdən çatdırılmasında yaranan gecikmələrə görə «Satıcı» məsuliyyət daşımır və hər-hansı zərəri ödəmək öhdəliyindən azaddır.

16. Müqavilənin 4.1-ci bəndinə əsasən satılan malların keyfiyyəti onların texniki göstəricilərinə uyğun gəlməlidir.

17. Müqavilənin 4.2-ci bəndinə əsasən «Satıcı» yalnız malların keyfiyyətinə görə məsuliyyət daşıyır. «Satıcı»nm mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə hallan zamanı yarana biləcək problemlərə görə «Satıcı» məsuliyyət daşımır.

18. Müqavilənin 4.3-cü bəndinə əsasən əgər «Alıcı»nm malın keyfiyyəti, kəmiyyəti və digər parametrləri ilə bağlı şikayəti varsa, o mah qəbul etdiyi gündən 5 (beş) təqvim günü ərzində şikayətini «Satıcı»ya yazılı şəkildə bildinnəlidir, 5 (beş) təqvim günü keçdikdən sonra daxil olan şikayət «Satıcı» tərəfindən qəbul edilməyəcək.

19. Müqavilənin 4.4-cü bəndinə əsasən malın keyfiyyətinin itməsi səbəblərini müəyyən etmək lazım gəldiyi halda, dərhal həmin mal Alemin malı tətbiq etdiyi yerdə saxlanılır və hər iki Tərəfin iştirakı ilə plomblanır, bir ədəd plomblanmış nümunə tətbiq edilən yerdə (obyektdə) saxlanılır, digər plomblanmış nümunə Satıcının laboratoriyasına müayinəyə göndərilir. Malın keyfiyyəti ilə bağlı şikayət laboratoriya müayinəsi nəticəsində öz təsdiqini tapdıqdan sonra, şikayət ilə bağlı ölçü götürülür. Malın keyfiyyəti ilə bağlı şikayət öz təsdiqini taparsa, laborator müayinə xərclərini «Satıcı», şikayət öz təsdiqini tapmazsa isə «Alıcı» ödəyir.

20. Müqavilənin 4.5-ci bəndinə əsasən «Alıcı» tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yararlığı, qablaşması, keyfiyyət xassələri, həmçinin ona mal itajəjelikdə verilmiş digər sənədlər saxlanılıbsa, bu hallarda o, 14 gün ərzində dəyişdirilə bilər. Keyfiyyət xassələri görünüşünü itinniş mallara görə «Satıcı-» məsuliyyət daşımır , həmin mallar geri qaytarıla və dəyişdirilə bilməz.

21. Müqavilənin 5.1.1-ci bəndinə əsasən «Satıcı» «Alıcı»dan satılmış malın dəyərini bu müqavilədə müəyyən edilmiş müddətdə ödəməyi tələb etmək hüququna malikdir.

22. Müqavilənin 5.1.2-ci bəndinə əsasən «Satıcı» vaxtaşırı öz nümayəndəsi vasitəsilə malların satış həcminə və saxlanması şəraitinə nəzarət etmək hüququna malikdir.

23. Müqavilənin 5.1.3-cü bəndinə əsasən «Satıcı» malları razılaşdırılmış müddətdə «Alıcı» ya çatdırmaq vəzifəsi daşıyır.

24. Müqavilənin 5.1.4-cü bəndinə əsasən «Satıcı» malların müvafiq keyfiyyət göstəricilərinə uyğun gəlməsini təmin edir.

25. Müqavilənin 5.2-ci bəndinə əsasən «Alıcı»nın hüquq və vəzifələri:

26. Müqavilənin 5.2.1-ci bəndinə əsasən «Alıcı» malların müvafiq keyfiyyət göstəricilərinə uyğun gəlməsini tələb etmək hüququna malikdir.

27. Müqavilənin 5.2.2-ci bəndinə əsasən «Alıcı» malların vaxtında çatdırılmasını tələb etmək hüququna malikdir.

28. Müqavilənin 5.2.3-cü bəndinə əsasən «Alıcı» malların dəyərini bu müqavilə ilə müəyyən edilmiş vaxtda ödəmək vəzifəsi daşıyır.

29. Müqavilənin 5.2.4-cü bəndinə əsasən «Alıcı» malın öz keyfiyyətini saxlaması üçün zəruri olan saxlama şərtlərini təmin etmək vəzifəsi daşıyır.

30. Müqavilənin 6.2-ci bəndinə əsasən bu müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə «Alıcı» gecikdirmənin hər günü üçün icrası gecikdirilən öhdəliyin dəyərinin 0.5%-i həcmində dəbbə pulu ödəyir. Gecikdirmənin müddəti 15 gündən çox olduqda, «Satıcı» öhdəliklərin məcburi qaydada icrası və dəbbə pulunun ödənilməsi üçün məhkəməyə müraciət edə bilər.

31. 17.01.2025-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsinə dair Akta əsasən Cavabdeh MMC İddiaçınə əsas borc üzrə 4237,54 manat, ƏDV borcu üzrə 762,76 manat olmaqla, cəmi 5000,30 manat razılaşdırılmışdır. Akt hhər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.

32. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

34. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

35. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

36. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

37. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər

38. Göründüyü kimi tərəflər arasında 436/24 saylı, 16 iyul 2024-cü il tarixli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən «Satıcı» bu müqavilənin 1.2-ci yarımbəndində göstərilən malları «Alıcı»ya satmağı, «Alıcı» isə həmin malları almağı və onun dəyərini ödəməyi öz üzərinə götürür.İddiaçı müqavilədə nəzərdə tutulmuş öhdəlikləri icra etsə də, cavabdehin iddiaçıya müqavilə üzrə 5000 manat ödənilməmiş borcu qalmışdır.

39. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, qarşılıqlı üzləşmə aktı ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 5000 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.

40. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 5000 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 5000 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.

41. Bundan əlavə iddiaçı 750 manat həcmində dəbbə pulunun cavabdehdən tutulmasını xahiş etmişdir.

42. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

43. Məhkəmə hesab edir ki, cavabdeh ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

44. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

45. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə (5000 manat) nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan, tutulacaq dəbbə pulu 250 manat məbləğində müəyyən edilməlidir.

46. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 77 manat dövlət rüsumu ödənilmişdir.

47. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

48. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün dövlət rüsumunun əvəzi olaraq 73 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

IV. Nəticə:

49. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 5000 manat məbləğində əsas borc, 250 manat dəbbə pulu olmaqla, cəmi 5250 manat və dövlət rüsumunun əvəzi olaraq 73 manat tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar