Məhkəmə qərarları › İş №e-2-2(113)-675/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-675/2021

16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-675/2021 16.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" X3 Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinnin Gürcüstandakı nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Gürcüstandakı nümayəndəliyindən Azərbaycan Respublikasının Mərkəzi Bankının bugünə olan məzənnəsinə əsasən 57000.00 (əlli yeddi min manat 00 qəpik) AZN məbləğindən pul vəsaitinin tutulub İddiaçınə ödənilməsi barədə və digər işlərin icrasının ləngiməsi və hazırda mümkünsüz hala gətirilməsi ilə cavabdeh tərəfindən iddiaçının işgüzar nüfuzuna vurulmuş zərər görə 10.000 (on min) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sora iddiaçı cavabdehin əsl cavabdehlə əvəz olunmasına dair ərizə ilə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 49045 manat xidmət haqqına görə yaranmış borc, hesablanmış 13523 ,50 manat dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi 300 manat, ümumilikdə 32598,50 manat məbləğin tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı“ ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Gürcüstandakı nümayəndəliyi arasında 03 oktyabr 2019-cu il tarixdə 02- 10/2019 saylı Nəqliyyat-Ekspedisiya müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış müqavilənin predmeti ondan ibarətdir ki, ekspeditor (iddiaçı) cavabdehin sifarişinə əsasən, malın daşınması xidmətini yerinə yetirməyi və ya onların yerinə yetirilməsini təşkil etməyi, sifarişçi (cavabdeh) isə həmin əməliyyatlar müqabilində ekspeditora xidmət haqqını ödəməyi öhdəsinə götürür. Xidmət üzrə hər bir əməliyyata dair xüsusi şərtlər və qiymətlər müqaviləyə edilən əlavələrdə öz əksini tapır. Həmin müqavilənin 4-cü bəndinin 4.1-ci hissəsinə uyğun olaraq hesab-faktura təqdim olunduqdan sonra 5 təqvim günü ərzində ödəniş İddiaçı“nin hesablaşma hesabına və ya nağd qaydada ödənilməlidir. Həmin Müqavilənin 4.4-cü bəndinə əsasən, yük 48 (qırx səkkiz) saat ərzində boşaldılmalıdır. Əks təqdirdə hər gecikdirilmiş gün üçün Sifarişçi boş dayanma üçün 100 (yüz) Avro ödəməlidir. Müqavilə üzrə xidmətlər tam şəkildə həyata keçdikdən sonra iddiaçı cavabdehə 212 saylı 12 mart 2020-ci il tarixli hesab faktura 5300.00 (beş min üç yüz dollar 00 sent) ABŞ dolları təşkil edir, lakin həmin məbləğdən 4760.00 (dörd min yeddi yüz altmış dollar 00 sent) ABŞ dolları ödənilməmiş qalmışdır; 252 saylı 21 mart 2020-ci il tarixli Hesab Faktura üzrə 1180.00 (bir min yüz səksən dollar 00 sent) ABŞ dolları; 253 saylı 26 mart 2020-ci il tarixli Hesab Faktura üzrə 2650.00 (iki min altı yüz əlli dollar 00 sent) ABŞ dolları; 254 saylı 30 mart 2020-ci il tarixli Hesab Faktura üzrə 2650.00 (iki min altı yüz əlli dollar 00 sent) ABŞ dolları; 267 saylı 31 mart 2020-ci il tarixli Hesab Faktura üzrə 1820.00 (bir min səkkiz yüz iyirmi dollar 00 sent) ABŞ dolları; 284 saylı 11 aprel 2020-ci il tarixli Hesab Faktura üzrə 2650.00 (iki min altı yüz əlli dollar 00 sent) ABŞ dolları; 291 saylı 14 aprel 2020-ci il tarixli Hesab Faktura üzrə 2750.00 (iki min yeddi yüz əlli dollar 00 sent) ABŞ dolları; 282 saylı 14 aprel 2020-ci il tarixli Hesab Faktura üzrə 2650.00 (iki min altı yüz əlli dollar 00 sent) ABŞ dolları; 328 saylı 01 may 2020-ci il tarixli Hesab Faktura üzrə 2600.00 (iki min altı yüz dollar 00 sent) ABŞ dolları; 359 saylı 08 may 2020-ci il tarixli Hesab Faktura üzrə 1040.00 (bir min qırx dollar 00 sent) ABŞ dolları; 383 saylı 15 may 2020-ci il tarixli Hesab Faktura üzrə 2600.00 (iki min altı yüz dollar 00 sent) ABŞ dolları; 400 saylı 31 may 2020-ci il tarixli Hesab Faktura üzrə 300.00 (üç yüz dollar 00 sent) ABŞ dolları; 411 saylı 04 iyun 2020-ci il tarixli Hesab Faktura üzrə 1 200.00 (bir min iki yüz dollar 00 sent) ABŞ dolları. X2 bugünədək ödənilməmişdir. Müqavilənin 4.2-ci maddəsinə əsasən “xidmət haqqının ödənilməsi bu müqavilədə nəzərdə tutulan qaydada həyata keçirilmədikdə və yaxud gecikdirildikdə, tərəf gecikdirilmiş hər gün üçün xidmət haqqının ümumi məbləğinin 0.5%-i məbləğində peniya ödəməlidir”. Gecikdirilmiş günlərin sayını nəzərə alaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Gürcüstandakı nümayəndəliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə bugünə olan borcu 7955.00 (yeddi min doqquz yüz əlli beş manat 00 qəpik) manat təşkil edir. Bununla da tərəfələr arasında bağlanmış müqavilə üzrə iddiaçı öz üzərinə düşən öhdəliyi tam, vaxtında və lazımi şəkildə icra etmiş, lakin cavabdeh isə həmin müqavilə üzrə öhdəliklərini tam şəkildə icra etməmişdir və etməməkdə davam edir. Cəmiyyətə ünvanlanmış 22 may 2020-ci il tarixli AG-1858 saylı məktubda borcun etiraf edilməsinə baxmayaraq qeyd olunan zamana qədər yaranmış hesab fakturalar üzrə vəsait ödənilməmiş qalmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Gürcüstandakı nümayəndəliyi iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə öhdəliklərini tam icra etməməsi nəticəsində iddiaçının konstitusion hüquqları pozulur, işgüzar mənafeyinə ziyan vurulur. Buna görə də iddiaçının pozulmuş hüquqları məhkəmə qaydasında bərpa edilməli, müqavilə üzrə icra edilməyən öhdəliyinin məcburi qaydada icra edilməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulmalı və cavabdeh tərəfindən İddiaçınə vurulan zərər tam şəkildə ödənilməlidir. 212 saylı 12 mart 2020-ci il tarixli Hesab Faktura 5 300.00 (beş min üç yüz dollar 00 sent) ABŞ dolları təşkil edir, lakin həmin məbləğdən 4 760.00 (dörd min yeddi yüz altmış dollar 00 sent) ABŞ dolları ödənilməmiş qalmışdır;Gecikdirilmiş günlərin sayı 400 gün təşkil edir hər gecikmiş gün üçün müqavilənin şərtlərinə əsasən 0.1% olmaqla 4.76 USD təşkil edir. 4.76*400=1 904 ABŞ dolları.252 saylı 21 mart 2020-ci il tarixli Hesab Faktura üzrə 1 180.00 (bir min yüz səksən dollar 00 sent) ABŞ dolları. Gecikdirilmiş günlərin sayı 384 gün təşkil edir hər gecikmiş gün üçün müqavilənin şərtlərinə əsasən 0.1% olmaqla 1.18 USD təşkil edir. 1.18*384= 453 ABŞ dolları. 253 saylı 26 mart 2020-ci il tarixli Hesab Faktura üzrə 2 650.00 (iki min altı yüz əlli dollar 00 sent) ABŞ dolları. Gecikdirilmiş günlərin sayı 379 gün təşkil edir hər gecikmiş gün üçün müqavilənin şərtlərinə əsasən 0.1% olmaqla 2.65 USD təşkil edir. 2.65*379= 1 004 ABŞ dolları. 254 saylı 30 mart 2020-ci il tarixli Hesab Faktura üzrə 2 650.00 (iki min altı yüz əlli dollar 00 sent) ABŞ dolları.Gecikdirilmiş günlərin sayı 378 gün təşkil edir hər gecikmiş gün üçün müqavilənin şərtlərinə əsasən 0.1% olmaqla 2.65 USD təşkil edir. 2.65*378=1 001 ABŞ dolları.267 saylı 31 mart 2020-ci il tarixli Hesab Faktura üzrə 1 820.00 (bir min səkkiz yüz iyirini dollar 00 sent) ABŞ dolları.Gecikdirilmiş günlərin sayı 377 gün təşkil edir hər gecikmiş gün üçün müqavilənin şərtlərinə əsasən 0.1% olmaqla 1.82 USD təşkil edir. 1.82*378= 687 ABŞ dolları. 284 saylı 11 aprel 2020-ci il tarixli hesab Faktura üzrə 2 650.00 (iki min altı yüz əlli dollar 00 sent) ABŞ dolları.Gecikdirilmiş iş günlərin sayı 372 gün təşkil edir hər gecikmiş gün üçün müqavilənin şərtlərinə əsasən 0.1% olmaqla 2.65 USD təşkil edir. 2.65*372= 985 ABŞ dolları.291 saylı 14 aprel 2020-ci il tarixli Hesab Faktura üzrə 2 750.00 (iki min yeddi yüz əlli dollar 00 sent) ABŞ dolları.Gecikdirilmiş günlərin sayı 363 gün təşkil edir hər gecikmiş gün üçün müqavilənin şərtlərinə əsasən 0.1% olmaqla 2.75 USD təşkil edir. 2.75*363= 998ABŞ dolları.282 saylı 14 aprel 2020-ci il tarixli Hesab Faktura üzrə 2 650.00 (iki min altı yüz əlli dollar 00 sent) ABŞ dolları.Gecikdirilmiş günlərin sayı 363 gün təşkil edir hər gecikmiş gün üçün müqavilənin şərtlərinə əsasən 0.1% olmaqla 2.65 USD təşkil edir. 2.65*363=961 ABŞ dolları.328 saylı 01 may 2020-ci il tarixli Hesab Faktura üzrə 2 600.00 (iki min altı yüz dollar 00 sent) ABŞ dolları.Gecikdirilmiş günlərin sayı 349 gün təşkil edir hər gecikmiş gün üçün müqavilənin şərtlərinə əsasən 0.1% olmaqla 2.60 USD təşkil edir. 2.60*349=907 ABŞ dolları. 359 saylı 08 may 2020-ci il tarixli Hesab Faktura üzrə 1.040.00 (bir min qırx dollar 00 sent) ABŞ dolları.Gecikdirilmiş günlərin sayı 340 gün təşkil edir hər gecikmiş gün üçün müqavilənin şərtlərinə əsasan 0.1% olmaqla 1.04 USD təşkil edir. 1.04*340= 353 ABŞ dolları.383 saylı 15 may 2020-ci il tarixli Hesab Faktura üzrə 2 600.00 (iki min altı yüz dollar 00 sent) ABŞ dolları.Gecikdirilmiş günlərin sayı 333 gün təşkil edir hər gecikmiş gün üçün müqavilənin şərtlərinə əsasən 0.1% olmaqla 2.60 USD təşkil edir. 2.60*333=865 ABŞ dolları.400 saylı 31 may 2020-ci il tarixli Hesab Faktura üzrə 300.00 (üç yüz dollar 00 sent) ABŞ dolları.Gecikdirilmiş günlərin sayı 318 gün təşkil edir hər gecikmiş gün üçün müqavilənin şərtlərinə əsasən 0.1% olmaqla 0.3 USD təşkil edir. 0.3*318=95 ABŞ dolları. 411 saylı 04 iyun 2020-ci il tarixli Hesab Faktura üzrə 1 200.00 (bir min iki yüz dollar 00 sent) ABŞ dolları bugünədək ödənilməmişdir. Gecikdirilmiş günlərin sayı 313 gün təşkil edir hər gecikmiş gün üçün müqavilənin şərtlərinə əsasən 0.1% olmaqla 1.2 USD təşkil edir. 1.2*313=375 ABŞ dolları. Hesab-fakturalar üzrə borc 28 850 ABŞ dolları, gecikmə üzrə borc 10 588 ABŞ dolları, ümumi borc 39 438 ABŞ dolları təşkil edir. Bununla da tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı öz üzərinə düşən öhdəliyi tam, vaxtında və lazımi şəkildə icra etmiş, lakin cavabdeh isə həmin müqavilə üzrə öhdəliklərini tam şəkildə icra etməmiş və etməməkdə davam edir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək "xxxx" ASC-dən 49.045,00 (qırx doqquz min qırx beş manat) manat xidmət haqqında görə yaranmış borc, hesablanmış 13.523,50 (on üç min beş yüz iyirmi üç manat, əlli qəpik) manat dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat məbləğində pul vəsaitini, ümumilikdə 62.598,50 (altmış iki min beş yüz doxsan səkkiz manat, əlli qəpik) manat pul məbləğini tutaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ekspeditor İddiaçı ilə sifarişçi "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 03.10.2019-cu il tarixli, 02-10/2019 saylı nəqliyyatekspedisiya müqaviləsinin 2-ci bəndinə əsasən, ekspeditor sifarişçinin sifarişinə əsasən malın daşınması xidməti yerinə yetirməyi və ya onların yerinə yetirilməsini təşkil etməyi, sifarişçi isə həmin əməliyyatlar müqabilində ekspeditora xidmət haqqını ödəməyi öhdələrinə götürür. Xidmət üzrə hər bir əməliyyata dair xüsusi şərtlər və qiymətlər müqaviləyə edilən əlavələrdə öz əksini tapır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən sifarişçi ekspeditor tərəfindən təqdim olunmuş elektron hesab-fakturaya əsasən ödənişi həyata keçirməlidir. Sifarişçi ödənişi 5 təqvim günü ərzində ekspeditorun hesablaşma hesabına köçürmə yolu ilə həyata keçirir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən malları ekspeditor tərəfindən ilkin təhvil aldığı zaman təhvil-təslim aktı imzalandığı halda ekspeditorun təşəbbüsünə əsasən yalnız yüklər təyinat yerinə çatdırıldıqdan sonra sifarişçi ilə təhvil təslim aktı imzalaya bilər. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən xidmət haqqının ödənilməsi bu Müqavilədə nəzərdə tutulan qaydada həyata keçirilmədikdə və yaxud gecikdirildikdə, tərəf gecikdirilmiş hər gün üçün xidmət haqqının ümumi məbləğinin 0.1 %-i məbləğində peniya ödəyəcəkdir. İş materiallarında olan 359 saylı 08 may 2020-ci il tarixli hesab faktura üzrə 1040.00 (bir min qırx dollar 00 sent) ABŞ dolları, 383 saylı 15 may 2020-ci il tarixli hesab faktura üzrə 2 600.00 (iki min altı yüz dollar 00 sent) ABŞ dolları, 400 saylı 31 may 2020-ci il tarixli hesab faktura üzrə 300.00 (üç yüz dollar 00 sent) ABŞ dolları, 411 saylı 04 iyun 2020-ci il tarixli hesab faktura üzrə 1 200.00 (bir min iki yüz dollar 00 sent) ABŞ dolları, 328 saylı 01 may 2020-ci il tarixli hesab faktura üzrə 2 600.00 (iki min altı yüz dollar 00 sent) ABŞ dolları, 212 saylı 12 mart 2020-ci il tarixli hesab faktura üzrə 5300.00 (beş min üç yüz dollar 00 sent) ABŞ dolları, 284 saylı 11 aprel 2020-ci il tarixli hesab faktura üzrə 2 650.00 (iki min altı yüz əlli dollar 00 sent) ABŞ dolları, 291 saylı 14 aprel 2020-ci il tarixli hesab faktura üzrə 2 750.00 (iki min yeddi yüz əlli dollar 00 sent) ABŞ dolları, 292 saylı 14 aprel 2020-ci il tarixli hesab faktura üzrə 2 650.00 (iki min altı yüz əlli dollar 00 sent) ABŞ dolları məbləğində müqavilə ilə nəzərdə tutulmuş xidmətlərin "xxxx" ASC-yə göstərilməsi qeyd edilmişdir. İş materiallarında olan 28 sentyabr 2020-ci il tarixli, 02/09-20 saylı pretenziya məktubundan məlum olur ki, Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Gürcüstandakı nümayəndəliyindən, X4” MMC-yə ümumilikdə 58.094 (əlli səkkiz min doxsan dörd) manat həcmində pul vəsaitini 3 iş günü ərzində cəmiyyətin hesablaşmahesabına köçürmə yolu ilə ödənilməsi xahiş edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan, 22 may 2020-ci il tarixli, AG-1858 saylı məktubdan məlum olur ki, "xxxx" ASC “X4” Məhdud Məsuliyətli Cəmiyyətinə olan 37.350 ABŞ dolları məbləğində borcun bir hissəsini (10.000 ABŞ dolları) 29.05.2020-ci il tarixinə qədər geri qalan 27.350 (ABŞ dolları) məbləği isə 2 həftə ərzində ödəyib bitiriləcəyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə uyğun olaraq, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, həmin Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “X4” Məhdud Məsuliyətli Cəmiyyəti ilə "xxxx" ASC arasında 03.10.2019-cu il tarixli, 02-10/2019 saylı nəqliyyat-ekspedisiya müqaviləsi bağlanmışdır. İddiaçı göstərilən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam və lazımi qaydada yerinə yetirməyərək, öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehin 49.045 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddiaçı iddia ərizəsində həmçinin hesablanmış 13.523,50 (on üç min beş yüz iyirmi üç manat, əlli qəpik) manat dəbbə pulunu da tələb etmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi qeyd olunan hissədə qismən təmin olunmalıdır. AR Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə (cərimə) pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, tutulması tələb olunan dəbbə (cərimə) pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə (cərimə) pulu 4.900 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 49.045 manat əsas borc, 4.900 manat cərimə məbləği, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsati olmaqla, ümumilikdə 53.975 (əlli üç min doqquz yüz yetmiş beş) manat İddiaçı hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 49.045 manat əsas borc, 4.900 manat cərimə məbləği, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsati tutularaq ümumilikdə 53.975 (əlli üç min doqquz yüz yetmiş beş) manat İddiaçı hesabına ödənilsin. İddia qalan hissədə rədd edilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar