Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-675/2022 09.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kiçik iddialar üzrə sadələşdirilmiş icraatla bağlı kommersiya mübahisələrinə dair işə məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN E T D İ M: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14.01.2021-ci il tarixli, 04/21 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh MMC-dən 1277,91 manat borc, 180 manat dəbbə pulu və mediasiya sessiyasına ödənilmiş 40 manat məbləğində pulun tutularaq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırmışdır ki, iddiaçı “AZƏRİŞ LTD“ MMC ilə cavabdeh "xxxx" MMC arasında alkoqollu və alkoqolsuz içki məhsullarının alqı-satqısına dair 14 yanvar 2021-ci il tarixli, 04/21 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən müxtəlif adda alkoqollu və alkoqolsuz içki məhsulların alıcının verir, alıcı isə malı qəbul edərək müəyyən edilmiş qiymətini ödəyir. Lakin, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə borcu yaranmışdır. Müqavilənin 7.1-ci bəndinə görə alıcı malın dəyərini bu müqavilə ilə müəyyən edilmiş müddətlərdə ödəmədikdə hər gecikdirilmiş gün üçün malın ödənilməmiş qalığının 0,2% həcmində peniya ödəyir. Qanunla müəyyən edilmiş müddətdə Cavabdeh MMC-nin hüquqi ünvanına hazırki tələblə bağlı rəsmi qaydada bildiriş göndərildiyinə görə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2 və 284-5.3-cü maddələrinə əsasən iddiaçının məhkəməyə təqdim etdiyi sənədlər əsasında işə baxılmasını məqsədə müvafiq hesab edirəm. İş materiallarına əlavə edilmiş: 14.01.2021-ci il tarixli 14.01.2021-ci il tarixli müqavilədən görünür ki, satıcı «Azəriş LTD” MMC ilə alıcı Cavabdeh MMC arasında alkoqollu və alkoqolsuz içki məhsulların satılması ilə bağlı alqı-satqı müqaviləsi bağlanmışdır. Satıcı «Azəriş LTD” MMC-nin alıcı Cavabdeh MMC-yə göndərdiyi elektron qaimələrdən görünür ki, alıcıya 1277,91 manat məbləğində mallar satılmişdir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 462.1, 467, 567, 598.1 və 598.2-cü maddələri). Göründüyü kimi satıcı «Azəriş LTD” MMC ilə alıcı Cavabdeh MMC arasında bağlanmış müqaviləyə əsasən alıcıya 1277,91 manat məbləğində malların satılmasına baxmayaraq, Cavabdeh MMC satılan məhsullara görə borcu ödəməmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq, iddiacının 1277,91 manat əsas borc və mediasiya sessiyasına ödənilmiş 40 manatın tələbi əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı dəbbə pulu tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 22,09 manat məbləğində müəyyən edilməlidir. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 1277,91 manat borc, 22,09 manat dəbbə pulu və mediasiya sessiyasına ödənilmiş 40 manat cəmi 1340 manat məbləğində pul tutularaq iddiaçı «Azəriş LTD” MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, QƏT E T D İ M: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən (VÖEN **********) 1277,91 manat borc, 22,09 manat dəbbə pulu və mediasiya sessiyasına ödənilmiş 40 manat cəmi 1340 manat məbləğində pul tutularaq iddiaçı «Azəriş LTD” MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-675/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-675/2022
09.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver