Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6759/2024 13.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, icranın gecikdirilməsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (İddiaçı MMC) Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 15741,63 manat əsas borc, 976 manat gecikdirilmiş faiz borcu olmaqla, cəmi 16717,63 manat borc və 140,15 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında K2023-0154 nömrəli, xx.xx.2023-cü il tarixli müqavilə bağlanmıdır. Həmin müqaviləyə əsasən cavabdeh İddiaçı MMC-dən tikinti materialları almış və qeyd olunan borcu ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin müqavilə üzrə İddiaçı MMC-yə 15741,63 manat əsas borc, 976 manat gecikdirilmiş faiz borcu, cəmi 16717,63 manat məbləğində borcunun olması müəyyən edilmişdir. Lakin bugünə kimi cavabdeh tərəfindən İddiaçı MMC-yə ödəniş edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, tərəflər arasında müqavilə bir dəfə bağlansa da, alqı-satqı münasibətləri davam etmişdir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 425.2, 427.1, 442, 445.7, 448.1, 448.2, 598.1, 598.2, 739.1, 739.2, 740.2, 743-cü maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.
5. Cavabdeh MMC-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, K2023-0154 nömrəli (malların alqı-satqısı haqqında) müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən satıcı hazırkı müqavilənin əlavələrində göstərilən materialları (bundan sonra hazırkı müqavilədə “mal adlandırılacaq) alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul etməyi və onun əvəzində malın satış qiymətini müqavilədə müəyyən edilən məbləğdə və şərtlərlə alıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən bu müqaviləyə əsasən satılan malların hər birinin adı, çeşidi və miqdarı bu müqavilənin ayrılmaz hissəsi sayılan X1 müəyyən edilir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən alıcı Azərbaycan Respublikasının mövcud qanun və qaydalarına riayət etməlidir. Müqavilənin icrası və ya yerinə yetirilməməsi zamanı mövcud qanun və qaydaların pozulmasından yaranan və satıcıya dəyə biləcək zərərə görə alıcı satıcı qarşısında məsuliyyət daşıyır. Həmin müqavilənin 3.3-cü maddəsinə əsasən alıcı aldığı mal/malların qiymətini satıcı ilə razılaşdırılan və bu müqavilədə nəzərdə tutulan qaydada və müddətdə ödəməlidir. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən satıcı müqavilə qüvvəyə mindikdən sonra alıcının tələbatını və müqavilə ilə müəyyən edilmiş qaydaları nəzərə almaqla satdığı mal/malları təhvil-təslim aktı əsasında alıcıya təhvil verir. Təhvil-təslim icra olunduqdan sonra satıcı tərəfindən alıcıya elektron qaimə-faktura göndərilir. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən müqaviləyə əsasən satılan malın hər bir vahidinin və ƏDV-ni nəzərə almaqla malın satış qiyməti qiymət razılaşdırma protokolu ilə müəyyən edilir. Həmin müqavilənin 5.3-cü maddəsinə əsasən alıcı qəbul etdiyi mal/malların dəyərini qanunvericiliklə nəzərdə tutulmuş qaydada 30 (otuz) gün ərzində satıcıya ödənilməsini təmin etməlidir. Ödəniş köçürmə yolu ilə həyata keçirilir. Həmin müqavilənin 5.4-cü maddəsinə əsasən razılaşdırılmış müddətdə mal/malların dəyəri ödənilmədikdə satıcı onun ödənilməsini alıcıdan tələb etmək hüququna malikdir. Alıcı mal/malların satış qiymətinin ödənilməsini gecikdirdiyinə görə gecikdirmənin hər günü üçün satıcıya vaxtında ödəmədiyi məbləğin 0,1%-i məbləğində dəbbə pulu ödəyir.
8. Tərəflər arasında imzalanmış borcların qarşılıqlı üzləşdirilməsi haqqında aktdan görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixinə 15741,63 manat borcu vardır. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
9. xx.xx.2023-cü il tarixli, EBDK seriyalı, 017922 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3148,33 manat (ƏDV daxil) təşkil edir.
10. xx.xx.2023-cü il tarixli, EBDK seriyalı, 166381 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3777,99 manat (ƏDV daxil) təşkil edir.
11. xx.xx.2023-cü il tarixli, EBDK seriyalı, 259450 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2266,8 manat (ƏDV daxil) təşkil edir.
12. xx.xx.2023-cü il tarixli, EBDK seriyalı, 384858 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 251,87 manat (ƏDV daxil) təşkil edir.
13. xx.xx.2023-cü il tarixli, EBDL seriyalı, 233327 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 125,93 manat (ƏDV daxil) təşkil edir.
14. xx.xx.2023-cü il tarixli, EBDL seriyalı, 233324 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3148,33 manat (ƏDV daxil) təşkil edir.
15. xx.xx.2023-cü il tarixli, EBDL seriyalı, 233325 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1007,47 manat (ƏDV daxil) təşkil edir.
16. xx.xx.2023-cü il tarixli, EBDL seriyalı, 233326 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2140,86 manat (ƏDV daxil) təşkil edir.
17. xx.xx.2023-cü il tarixli, EBDL seriyalı, 320881 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3022,4 manat (ƏDV daxil) təşkil edir.
18. xx.xx.2023-cü il tarixli, EBDL seriyalı, 320882 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 755,6 manat (ƏDV daxil) təşkil edir.
19. xx.xx.2023-cü il tarixli, EBDL seriyalı, 320884 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2392,73 manat (ƏDV daxil) təşkil edir.
20. xx.xx.2023-cü il tarixli, EBDL seriyalı, 320885 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1763,06 manat (ƏDV daxil) təşkil edir.
21. xx.xx.2023-cü il tarixli, EBDL seriyalı, 320886 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1385,26 manat (ƏDV daxil) təşkil edir.
22. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, borcun 10 (on) iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
25. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, iddiaçı alqı-satqı müqaviləsinə əsasən malı alıcının mülkiyyətinə versə də, cavabdeh qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini tam şəkildə iddiaçıya ödəməmiş, qalıq borcu yaranmışdır.
26. İddia tələbinin bir hissəsini cavabdehdən Cavabdeh MMC-dən ödənilməmiş 15741,63 manat əsas borcun tutulması təşkil edir.
27. Məhkəmə qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və Cavabdeh MMC-dən 15741,63 manat (on beş min yeddi yüz qırx bir manat altmış üç qəpik) əsas borc tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Həmin borcun mövcudluğu cavabdeh tərəfindən imzalanıb möhürlənən borcların qarşılıqlı üzləşdirilməsi aktı və digər sübutlarla öz təsdiqini tapır.
28. İddia tələbinin digər hissəsini cavabdehdən öhdəliyin icrasının gecikdirilməsinə görə illik 5 faizlə hesablanmış 976 manat gecikdirilmiş faiz borcunun cavabdehdən tutulması təşkil edir.
29. Müəyyən olunur ki, cavabdeh pul məbləğinin ödənilməsini gecikdirmişdir. Ona görə də məhkəmənin qənaətinə əsasən iddiaçı gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış məbləğin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.
30. Ona görə məhkəmə belə nəticəyə gəlir ki, həmin hissədə iddia qismən təmin olunmalı və cavabdehdən 1 il üçün illik 5 (beş) faizlə hesablanan 787 manat (15741,63X5:100≈787) pul iddiaçının xeyrinə tutulmalıdır.
31. Eləcə də, ödənilmiş 140,15 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
32. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 138,6 manat (yüz otuz səkkiz manat altmış qəpik) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 15741,63 manat (on beş min yeddi yüz qırx bir manat altmış üç qəpik) əsas borc, gecikdirilmiş vaxt üçün hesablanmış 787 (yeddi yüz səksən yeddi) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 138,6 manat (yüz otuz səkkiz manat altmış qəpik) olmaqla, cəmi 16667,23 manat (on altı min altı yüz altmış yeddi manat iyirmi üç qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova