Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6770/2024 10.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən aldığı malın dəyəri olan 5520 manat, 1728 manat faiz borcu, ödənilmiş 99 manat dövlət rüsumu və hüquqi yardım üçün ödənilmiş 600 manat olmaqla, ümumilikdə 7947 manat pulun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 20 oktyabr 2023-cü il tarixdə İddiaçı ilə Cavabdeh arasında 2010/23 nömrəli beton məhsulunun alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilənin şərtinə əsasən tərəflər razılaşmışlar ki, satıcı olan İddiaçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında alıcı olan Cavabdeh tərəfindən verilmiş spesifikasiyalara (əlavə 2) uyğun olaraq alıcının tikinti obyektlərini beton qarışığı ilə təchiz etməyi öz öhdəsinə götürür, alıcı isə öz növbəsində satıcı tərəfindən spesifikasiyalara uyğun göndərilmiş beton məhsulunu qəbul etməyi və dəyərini “razılaşma protokolu”nda (Əlavə 1) göstərilən qiymətlərə əsasən 5 iş günü ərzində ödənilməsini öz öhdəsinə götürür. 14 oktyabr 2023-cü il tarixində müqavilə şərtinə əsasən İddiaçı tərəfindən Cavabdehnə hər kubu 240 manatdan olmaqla, ümumilikdə 5520 manat (ƏDV xaric) dəyərində 23 kub beton məhsulu göndərilmiş və alıcı tərəfindən həmin beton məhsulu tam həcmdə qəbul edilmişdir. Bu barədə müvafiq sənədləşmə aparılmışdır. 26 oktybar 2023-cü il tarixdə İddiaçı tərəfindən Cavabdehnə alınmış beton məhsulunun dəyərinin ödənilməsi ilə bağlı elektron qaimə-fakturalar göndərilmiş, lakin bugünədək alıcı tərəfindən məhsulun dəyəri ödənilməmişdir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 425, 430.1, 442, 445.3, 449.1-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.
5. Cavabdeh hüquqi ünvanına məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilməsinə, qanuni nümayəndənin elektron sistem vasitəsi ilə əldə olunmuş mobil telefon nömrəsinə məhkəmə iclaslarının yeri və vaxtı barədə “sms xəbərdarlıq” göndərilməsinə baxmayaraq, məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 20 oktyabr 2023-cü il tarixli, 2010/23 nömrəli beton məhsulunun alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 3.1-ci bəndinə əsasən tərəflər razılaşır ki, satıcı olan İddiaçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında alıcı olan Cavabdeh tərəfindən verilmiş spesifikasiyalara (əlavə 2) uyğun olaraq alıcının tikinti obyektlərini beton qarışığı ilə təchiz etməyi öz öhdəsinə götürür, alıcı isə öz növbəsində satıcı tərəfindən spesifikasiyalara uyğun göndərilmiş beton məhsulunu qəbul etməyi və dəyərini “razılaşma protokolu”nda (Əlavə 1) göstərilən qiymətlərə əsasən 5 iş günü ərzində ödəməyi öz öhdəsinə götürür. Satıcı tərəfindən göndərilən beton məhlulu alıcının nümayəndəsi tərəfindən tikinti sahəsində qəbul edilib, buna uyğun qaimənin imzalanması malın təhvil verilməsi hesab edilir (6.1). Alıcı sifarişçidən aldığı malın dəyərini hesabfaktura təqdim olunan gündən beş iş günü ərzində ödəməlidir (7.2). Alıcı bu müqavilənin 6.1 bəndində göstərilmiş müddətdə malın dəyərini ödəmədiyi halda alıcıya hər gecikdirilmiş gün üçün hesab-fakturada göstərilmiş məbləğin 0,1 % məbləğində cərimə pulu ödəməlidir (7.3).
8. 20 oktyabr 2023-cü il tarixli, 2010/23 nömrəli alqı-satqı müqaviləsinə dair xx.xx.2023-cü il tarixli qiymətlərin razılaşdırma protokoluna (Əlavə 1) əsasən 1 kub metr beton marka 350 (B 25) adlı malın dəyəri 240 manatdan razılaşdırılmışdır.
9. xx.xx.2023-cü il tarixli, EBDS seriyalı, 685207 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdehnə yola salınmış malların (**********-Beton M 350) ümumi məbləği 1416 manat (1200 manat əsas, 216 manat ƏDV) təşkil edir.
10. xx.xx.2023-ci il tarixli, EBDR seriyalı, 352634 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdehnə yola salınmış malların (**********-Beton M 350 (B 25) ümumi məbləği 3398,4 manat (2880 manat əsas, 518,40 ƏDV) təşkil edir.
11. xx.xx.2023-cü il tarixli, EBDR seriyalı, 352826 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdehnə yola salınmış malların (**********-Beton M 350) ümumi məbləği 1699,20 manat (1440 manat əsas, 259,20 ƏDV) təşkil edir.
12. Həmçinin iddiaçı tərəfindən iddia ərizəsinə malların verilməsinə (qəbul edilməsinə) dair sənədlər (irsaliye, yəni yol sənədi) əlavə edilmişdir.
13. İddiaçı tərəfindən Cavabdehnə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, 05 gün ərzində borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci bəndinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmənin mövqeyi
16. İddia tələbinin bir hissəsini cavabdehdən 5520 manat əsas borcun tutulması təşkil edir.
17. Əvvəla qeyd olunmalıdır ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı malı cavabdehin mülkiyyətinə versə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və iddiaçıya borcu yaranmışdır.
18. İddiaçı iddianın əsasını təşkil edən sübut qismində yuxarıda qeyd olunan sənədlər təqdim edilmişdir.
19. təqdim olunmuş elektron qaimələr üzrə əsas məbləğləri sadə riyazi hesablama ilə hesabladıqda görünür ki, elektron qaimə-fakturalardakı əsas məbləğlərin cəmi (ƏDV-siz) 5520 manat təşkil edir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.
21. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir.
22. Məhkəmə müqavilə şərtlərini, qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını və qalıq borcun 5520 manat təşkil etməsini nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli, Cavabdehndən 5520 manat əsas borc məbləği tutularaq iddiaçıya ödənilməlidir.
23. İddia tələbinin digər hissəsini cavabdehdən 1728 manat cərimə borcunun tutulmasını xahiş etmişdir.
24. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən müqavilə şərtlərinə uyğun dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq 300 manat məbləğində müəyyən edilməli, qalan hissədə isə təmin edilməməlidir.
25. İddiaçı həmçinin ödənilmiş 99 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş edir.
26. İşdə olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 99 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.
27. Lakin məhkəmə qeyd edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 74,30 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
28. İddiaçı həmçinin hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 600 manat məbləğində pulun da cavabdehdən tutulmasını xahiş etmişdir.
29. Müraciət edən şəxs qismində X1, hüquqi yardım göstərilən şəxs qismində İddiaçı ilə vəkil qismində Vəkil arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 1317 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilənin 2.1-ci bəndinə əsasən hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 600 manat müəyyən olunur.
30. xx.xx.2024-cü il tarixli, XO240815002 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı tərəfindən 600 manat məbləğində pul hüquqi yardım xərcinin əvəzi olaraq Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına ödənilmişdir.
31. Məhkəmə AR MPM-nin 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, hüquqi yardım xərcinin əvəzi olaraq 500 manat məbləğində pulun cavabdehdən tutulması daha ağlabatandır.
32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 5520 (beş min beş yüz iyirmi) manat əsas borc, 300 (üç yüz) manat cərimə, 500 manat hüquqi yardım xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 74,30 manat (yetmiş dörd manat otuz qəpik) olmaqla, cəmi 6394,30 manat (altı min üç yüz doxsan dörd manat otuz qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova