Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-679/2025 07.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həşimova Günay qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh aldığı sement məhsullarına görə 8352 AZN,borcun gecikdirilməsinə görə 10690,9 AZN cərimə məbləğinin, dövlət rüsumu qismində ödənilmiş 148 AZN pulun tutularaq iddiaçı Holcim (Azərbaycan) ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı məhkəməyə barışıq sazişi təqdim etməklə, cavabdehlə birlikdə aralarında bağlanmış sazişinin təsdiq edilməsini, işin icraatına xitam verilməsini xahiş etmişlər və barışıq sazişinin təsdiq edilməsinin nəticələrinin onlara aydın olduğunu bildirmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 barışıq sazişinin təsdiq edilməsinin MPM-in 191-ci maddəsində nəzərdə tutulmuş nəticələrinin onlara aydın olduğunu bildirmişlər. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq,məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış 05 noyabr 2024-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər (iddiaçı və cavabdeh) aşağıdakı şərtlərlə barışığa gəlmişlər:
1. X4 Satıcı ilə Alıcı arasında xx.xx.2020-ci il tarixli, ********** saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Tərəflər təsdiq edirlər ki, cavabdehin aldığı sement məhsullarına görə əsas borcu 8352 AZN təşkil edir. Tərəflər razılığa gəlirlər ki, Alıcı bu Sazişin 2.1 -ci maddələrində göstərilən şərtləri icra etdiyi halda Satıcı qarşısında öhdəliklərini icra etmiş hesab edilir.
2. X5: 2.1. Tərəflər razılaşırlar ki, Alıcı aldığı sement məhsullarına görə 8352 AZN əsas borcu xx.xx.2025-ci il tarixindən etibarən hər ay 417,6 (dörd yüz on yeddi manat altmış qəpik) olmaqla 20 ay ərzində ardıcıl olaraq ödəyir. 2.2 Alıcı tərəfindən ödəniş bu Razılaşmada göstərilmiş qaydada ödənilmədikdə Satıcı sement məhsullarının alışından yaranmış borcun (8352 AZN) ödənilməmiş hissəsinin ödənilməsi məqsədilə məhkəməyə müraciət etmək hüququna malikdir. Hazırkı Razılaşma üç eyni hüquqi qüvvəyə malik nüsxədə Azərbaycan dilində tərtib edilmişdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış 05 noyabr 2024-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərdə təsdiq edilsin və iş üzrə icraata xitam verilsin.
1. X4 Satıcı ilə Alıcı arasında xx.xx.2020-ci il tarixli, ********** saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Tərəflər təsdiq edirlər ki, cavabdehin aldığı sement məhsullarına görə əsas borcu 8352 AZN təşkil edir. Tərəflər razılığa gəlirlər ki, Alıcı bu Sazişin 2.1 -ci maddələrində göstərilən şərtləri icra etdiyi halda Satıcı qarşısında öhdəliklərini icra etmiş hesab edilir.
2. X5: 2.1. Tərəflər razılaşırlar ki, Alıcı aldığı sement məhsullarına görə 8352 AZN əsas borcu xx.xx.2025-ci il tarixindən etibarən hər ay 417,6 (dörd yüz on yeddi manat altmış qəpik) olmaqla 20 ay ərzində ardıcıl olaraq ödəyir. 2.2 Alıcı tərəfindən ödəniş bu Razılaşmada göstərilmiş qaydada ödənilmədikdə Satıcı sement məhsullarının alışından yaranmış borcun (8352 AZN) ödənilməmiş hissəsinin ödənilməsi məqsədilə məhkəməyə müraciət etmək hüququna malikdir. Hazırkı Razılaşma üç eyni hüquqi qüvvəyə malik nüsxədə Azərbaycan dilində tərtib edilmişdir.
Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Günay Həşimova