Məhkəmə qərarları › İş №e-2-2(113)-6804/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6804/2022

28.11.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6804/2022 28.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, tərəflərin iştirakı olmadan, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, yuxarıda qeyd olunan hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 0 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 9285,45 manat, İşsizlikdən sığorta fonduna olan 48,4 manat, İcbari Tibbi Sığorta Fonduna olan 101,26 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (Doğulduğu tarix xx xxxx 1977-ci il, Doğulduğu yer - Azərbaycan, Bakı, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan Xəzər rayon Şağan Bələdiyyəsinin (VÖEN: **********) dövlət büdcəsinə 0 manat məbləğində (o cümlədən, ) , İcbari Tibbi Sığorta Fonduna 101,26 manat, Dövlət Sosial Müdafiə Fonduna 9285,45 manat, İşsizlikdən sığorta fonduna 48,4 manat olmaqla, ümumilikdə 9435,11 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli **********919200, xx.xx.2022-ci il tarixli **********914900, xx.xx.2022- ci il tarixli **********319700, xx.xx.2022-ci il tarixli **********058600 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ünvan 1 ünvanında yaşayır. Maraqlı şəxs məhkəməyə müraciət ünvanlanmış və müraciətində qeyd etmişdir ki, 2022-ci ilin may ayından etibarən Şağan bələdiyyəsinin sədr vəzifəsini icra edir, əsas iş yeri F.Gözəlov adına 124 nömrəli tam orta məktəb olduğu üçün Şağan Bələdiyyəsində ictimai əsaslarla işləyir. Şağan Bələdiyyəsində işə başladığı müddət ərzində bir çox çətinliklərlə üzləşmiş, belə ki, əvəllər kadr dəyişikliyi olduğundan Şağan Bələdiyyəsinin müfəttişləri verginin yığılmasını tam təmin etmədiklərindən Bələdiyyə büdcəsinə müttəmadi olaraq pul vəsaiti yığılmamış və nəticədə vacib olan ödənişləri ödəmək mümkün olmamış və borc yaranmışdır. Şağan Bələdiyyəsində yaranan borc 2013-cü ildən etibarən artaraq hal-hazırda ümumilikdə 10.580 manat təşkil etmişdir. Maraqlı şəxsin işlədiyi müddətdə, yəni 2022-ci ilin may ayında artıq həmin məbləğ 8896 manat təşkil etmiş, o ilkin olaraq kadr islahatları apararaq həmin borcların ödənilməsi üçün bütün lazımi tədbirləri görmüş və hal-hazırda da bu istiqamətdə tədbirləri davam etdirir. Göstərdiyi səylər nəticəsində 2013-cü ildən yığılmış borcdan işlədiyi dövrdə 4470 manat ödənilmiş və qalıq qalmış məbləği də qısa müddət ərzində tamlıqla ödənilməsi istiqamətində tədbir görəcəkdir. Yaranmış borcun maraqlı şəxsin rəhbərlik etdiyi dövrdə olmamışdır, telefonla, sms və məktub formasında Dövlət Vergi Xidmətindən və ya digər qurumlar tərəfindən xəbərdarlıq olunmamış, xəbərdarlıq olmadığı halda belə tərəfindən Şağan Bələdiyyəsinin borcunun ödənilməsi ilə əlaqədar tədbirlər görülmüşdür. Maraqlı şəxs rəsmi xəbərdarlıq olunmamış, pulun ödənilməsi ilə əlaqədar möhlət verilməmiş və üzürlü səbəb olubolmaması araşdırılmamışdır. Üzürlü səbəb isə vergilərin yığılmasında çətinliklər olması olub. Bələdiyyə seçkili orqandır və keçirilən seçkilərdə başqa bələdiyyə sədri də seçilə bilər və digər sədr seçildiyi halda artıq Maraqlı şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə əlaqədar qəbul ediləcək qərarın dəyişdirilməsi zərurəti yaranacaqdır. Maraqlı şəxs iddia tələbinə etiraz edərək, ərizənin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi şəkildə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-nin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Xəzər rayon Şağan Bələdiyyəsinin (VÖEN: **********) şəxsi hesab vərəqəsinə əsasən müəyyən edilir ki, xx.xx.2022-ci il tarixə Bələdiyyənin Dövlət SoSial Müdafiə Fonduna borcu 10.654,23 manat, İşsizlikdən Sığorta Fonduna 160,82 manat, İcbari Tibbi Sığorta Fonduna 434,7 manat təşkil edir. Dövlət Sosial Müdafiə Fonduna olan borc xx.xx.2022-ci il tarixə 10.989,21 manat (8291,31 manat əsas və 2697,90 manat faiz borcu) təşkil etmiş, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arası dövrdə həmin borcdan 3162,74 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən Xəzər rayon Şağan Bələdiyyəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli **********919200, xx.xx.2022-ci il tarixli **********914900, xx.xx.2022ci il tarixli **********319700, xx.xx.2022-ci il tarixli **********058600 nömrəli bildirişlərin surətindən görünür ki, Bələdiyyədən borcunun 5 gün müddətində ödənilməsi tələb edilmiş və vergi borcunu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir. Hüquqi şəxs haqqında məlumat ilə müəyyən edilir ki, Xəzər rayon Şağan Bələdiyyəsinin (VÖEN **********) icra orqanının rəhbəri Maraqlı şəxsdır. Xəzər rayon Şağan Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 05 saylı əmri ilə müəyyən edilir ki, Maraqlı şəxs xx.xx.2022-ci il tarixdən Bələdiyyənin sədrinin səlahiyyətlərini icra edən vəzifəsinə (ictimai əsasla) təyin edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, vergi ödəyicisi olan Xəzər rayon Şağan Bələdiyyəsi dövlət sosial sığorta, işsizlikdən sığora və icbari tibbi sığorta haqlarını ödəmək öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna və İcbari Tibbi Sığorta Fonduna borcu yaranmışdır. Vergi ödəyicisinə borcunun mövcudluğu və həmin borcu ödəməməyə görə məsuliyyət tədbirləri barədə məlumat verilməsinə baxmayaraq, sonuncu tərəfindən borc məbləğinin tam ödənilməsi təmin edilməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergilərə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliklərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Digər tərəfdən məhkəmə araşdırması zamanı müəyyən edildi ki, vergi orqanının hazırkı ərizə ilə məhkəməyə müraciət edilməsi üçün əsas olmuş bələdiyyənin borc məbləği Maraqlı şəxs bələdiyyə sədrinin səlahiyyətlərini icra etməyə başladığı tarixdən əvvəlki dövrdə yaranmışdır. O cümlədən, vergi orqanı tərəfindən həmin borcun ödənilməsi ilə bağlı bildirişlər də borclu şəxsə Maraqlı şəxs sədr vəzifəsini icra etməyə başladığı tarixdən əvvəl göndərilmişdir. Bununla yanaşı iş materiallarından hörünür ki, Maraqlı şəxs vəzifəsini icra etməyə başladığı dövrdən Xəzər rayon Şağan Bələdiyyəsi cari borcları mütəmadi olaraq ödəmiş, eləcə də Dövlət Sosial Müdafiə Fonduna olan köhnə borcundan da ödənişlər etmişdir, nəticədə bələdiyyənin Dövlət Sosial Müdafiə Fonduna olan əsas borcu 750 manat azalmışdır. Belə olan halda hazırkı ərizənin verilməsi üçün əsas olmuş borcların maraqlı şəxs S. Atayevanın bələdiyyə sədrinin səlahiyyətlərini icra etdiyi dövrdə, yəni maraqlı şəxsin idarəetməni səmərəli həyata keçirməməsi səbəbindən yaranmadığını, bundan əlavə sonuncunun bələdiyyə sədrinin vəzifələrinin ictimai əsaslarla icra etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı halda bələdiyyənin borcunun ödənilməsini təmin edilmək üçün Maraqlı şəxs ölkədən getmə hüququnun məhdudlaşdırılması sonuncunun qanunla qorunan hüquqlarını həddən artıq məhdudlaşdırmaqla qanuni məqsədlərə mütənasib tədbir deyildir. Bundan əlavə Maraqlı şəxs vəzifəsinin icrasına başladıqdan sonra cari borcların ödənilməsi, eləcə də köhnə borcların azaldılması istiqamətində tədbirlər gördüyünü nəzərə alan məhkəmə maraqlı şəxsin sərbəst hərəkət azadlığına məhdudiyyətinin tətbiq edilməsini həmin tədbirinin tətbiq edilməsi məqsədinə - borclu şəxsin sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə borcu ödənilməsinə nail olmaq baxımından zəruri tədbir hesab etmir. BMT-nin İnsan Hüquqları Komitəsinin Beynəlxalq Paktın 12-ci maddəsinə dair qəbul etdiyi 1999-cu il 2 noyabr tarixli 27 saylı X1 göstərilir ki, həmin maddə ilə təmin olunmuş hüquqlara aid icazə verilən məhdudiyyətlər hərəkət sərbəstliyi prinsipini sarsıtmamalıdır. Bu hüquqlara dair məhdudiyyətlərin məqbul sayılması üçün onlar qanunvericilikdə nəzərdə tutulmalı, demokratik cəmiyyətdə Paktın 12-ci maddəsinin 3-cü bəndində göstərilən məqsədlərə nail olmaq üçün zəruri olmalı və Paktda göstərilən bütün digər hüquqlara uyğun gəlməlidir. Dövlətlər Paktın 12-ci maddəsinin 3-cü bəndində icazə verilmiş məhdudiyyətləri əks etdirən qanunları qəbul edərkən, hər zaman bu məhdudiyyətlərin nəzərdən keçirilən hüququn mahiyyətinə toxunmaması prinsipini rəhbər tutmalıdırlar. Məhdudlaşdırıcı tədbirlər mütənasiblik prinsipinə uyğun gəlməlidir; onlar müdafiə funksiyalarının yerinə yetirilməsi üçün yararlı olmalıdır; arzu edilən nəticəyə gətirib çıxara bilən bütün vasitələr sırasında onlar ən az məhdudlaşdırıcı vasitə olmalı və müdafiə olunan maraqlarla mütənasib olmalıdır. Mütənasiblik prinsipinə təkcə müvafiq məhdudiyyətin nəzərdə tutulduğu qanunvericilikdə deyil, həmçinin həmin qanunvericiliyin tətbiq edilməsi prosesi çərçivəsində inzibati və məhkəmə hakimiyyəti orqanlarında da əməl olunmalıdır. Avropa Məhkəməsinin Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, və Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli, qərarlarında göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsi rədd edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsi rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar