Məhkəmə qərarları › İş №e-2-2(113)-6818/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6818/2024

23.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6818/2024 23.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh X3 qarşı “müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, borc, dəbbə pulu və dövlət rüsumu) Bakı Kommersiya Məhkəməsinin hakimi X6, İddiaçı MMC-nin cavabdeh X3 qarşı “pul” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh X3 (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2100 manat məbləğində əsas borcun(ƏDVdaxil), 378 manat cərimə məbləğinin, 41 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə №11/2024 saylı Alqı-satqı Müqaviləsi (kağız və karton məhsullarının alqı-satqısı) bağlamışıq və işimizi layiqincə yerinə yetirmişik. Təqdim etdiyimiz Seriya:EBEA 099848 nömrəli təhviltəslim Aktı (qaimə) xidmətlərin bizim tərəfimizdən nöqsansız və vaxtında göstərildiyini təsdiq edir. Yuxarıda qeyd etdiyimiz Seriya:EBEA 099848 nömrəli“Malların,işlərin və xidmətlərin təqdim edilməsi” Təhvil-Təslim Aktına əsasən, ümumi olaraq 2100 manat (ƏDV daxil) (iki min yüz manat) məbləğində ümumi borc yaranmışdır. Müqavilənin 5.1 bəndində qeyd olunur ki,Alıcı tərəfindən hesab-faktura əsasında 50% avans ödənişiedilməlidir.Müqavilənin bu tələbi pozulmuş,bizim tərəfimizdən təhvil-təslim aktıcavabdehə təqdim olunmuş,lakin avans ödənişi ödənilməmişdir. Eynizamanda, müqavilənin 5.2 bəndinin tələbinə görə,Alıcı Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: sifariş olunan malı təhvilaldıqdan 15 gün ərzində Satıcının təqdim etdiyi qaimə əsasında tam ödəniş etməlidir. Qeyd edilənlərə əsasən Cavabdehə verilmiş invoys üzrə 2100 manat (ƏDV daxil) (iki min yüz manat) məbləğində xidmət haqqı ödəniş müddəti pozulmaqla bugünə kimişirkətimizə ödənilməmişdir. Cavabdeh tərəfindən ödənişlər qrafikə uyğun keçirilməmiş və borc öhdəliklərinə laqeyd yanaşılmış,müxtəlif bəhanələrlə xidmət haqqımızı ödəməkdən imtina edilmişdir. II. Məhkəmə baxışının hədləri:

3. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. - Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. - 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildirişlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

III. Sübutların tədqiqi:

4. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı alqı-satqı müqaviləsi üzrə yaranmış borcun tutulması tələbini irəli sürdüyündən hazırkı iş üzrə sübutetmə predmetinə tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanıb-bağlanmaması, müqavilə predmetini təşkil edən malların satıcı tərəfindən kontragentə təhvil verilib-verilməməsi, alıcının malların dəyərini ödəmək öhdəliyini pozub-pozmamasının müəyyən edilməsi daxildir.

5. İddia ərizəsinə əlavə olunmuş İddiaçı MMC ilə X4 arasında bağlanmış xx.xx.2024-cü il tarixində 11/2024 saylı alqı satqı müqaviləsinə əsasən: Həmin Müqavilənin - 1.1-ci bəndinə əsasən Müqaviləyə əsasən "satıcı” "alıcı'ya birdəfəlik istifadə olunan kağız və karton məhsulu (bundan sonra "mal") satır. "alıcı” isə həmin Malı qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini "Satıcıya”) ödəyir. - 1.2-ci bəndinə əsasən Malın növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri sifariş və Əlavə razılaşma ilə müəyyən olunur. - 5.1-ci bəndinə əsasən "alıcı" hesab-faktura əsasında 50 % əssəlcədən avans ödənişi etməlidir. - 5.2-ci bəndinə əsasən "alıcı" sifariş olunan malı təhvil aldıqdan 15 gün ərzində "satıcının” təqdim etdiyi qaimə əsasında tam ödəniş etməlidir. - 5.3 -cü bəndinə əsasən ödəniş nağdsız formada həyata keçirilir. - 6.2-ci bəndinə əsasən "Alıcı" bu müqavilə və Əlavələr üzrə təhvil götürdüyü malın dəyərini razılaşdırılmış müddətdə ödəmədikdə. hər gecikdirilmiş gün üçün müqavilənin ümumi məbləğinin 0.1 °o-i miqdarında cərimə məbləği ödəməlidir. Müqavilə hər iki tərəfin imzası və möjürü ilə təsdiq edilmişdir.

6. EBEA 099848 nömrəli xx.xx.2024-cü il tarixli 2100 manat məbləğində elektron qaimə göndərilmişdir.

7. İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli, 000079 saylı malların təhvil-qəbul aktından görünür ki, iddiaçı tərəfindən cavabdehə EBEA 099848 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaimə üzrə 2100 manat (ƏDV daxil) mal təhvil verilmişdir.Akt cavabdehin imzası ilə təsdiq edilmişdir.

İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

8. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

IV. MƏHKƏMƏNİN MÖVQEYİ

11. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

12. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə cavabdeh X4 arasında xx.xx.2024-cü il tarixində 11/2024 saylı alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək müəssisənin istehsal etdiyi malları cavabdehə təqdim etmişdir. Cavabdeh isə iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmişdir. Hal-hazırda X2 qeyd edilən müqavilə üzrə İddiaçı MMC-yə olan borcu 2100 manat təşkil edir.

13. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – 2100 manat məbləğində pul vəsaitini ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini və iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdeh X1 2100 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

14. Bundan əlavə iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 378 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

15. Göründüyü kimi cavabdeh X2 alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur.

16. Belə olan halda məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə əsasən tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 100 manat məbləğində müəyyən edilməlidir.

17. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

18. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 44,78 manat təşkil edir.

19. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən MPM-in 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 42 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh X1 2100 manat əsas borc məbləği, 100 manat dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 42 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar