Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-683/2024 14.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh “X1” MMC-nə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə açıq məhkəmə iclasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh “X1” MMC-nə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5818,29 manat məbləğində borcun və 100 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin nümayəndələri Məhkəməyə tərəflər arasında xx.xx.2024-cü il tarixdə imzalanmış barışıq sazişini təqdim edərək, barışıq sazişinin şərtlərinin məhkəmə tərəfindən təsdiq edilməsini, bununla əlaqədar iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Belə ki, barışıq sazişinin məzmununa görə:
1. Bu barışıq müqaviləsinə əsasən, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-683/2024 kommersiya işini barışıq sazişi ilə yekunlaşdırılmasına dair razılığa gəlirlər.
2. Cavabdeh “X1” MMC 5818,29 manat məbləğində borcun və 100 manat mediasiya xərcinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsini qəbul edir.
3. “X1” MMC tərəfindən ilkin olaraq 500 manat ödəniş edilir.
4. “X1” MMC tərəfindən 5418,29 manat qalıq borc məbləği 2024-cü ilin mart ayından başlamaqla 12 ay müddətində hər ayın 20-30 aralığında İddiaçı MMC-yə hər ay 451,52 manat ödəniş ediləcək.
5. “X1” MMC tərəfindən 4-cü bənddə göstərilən ödəniş məbləği bir aydan artıq gecikmə olduğu təqdirdə barışıq sazişinin təsdiqi barədə qərardada əsasən məcburi qaydada icra edilməsi üçün icra sənədi icra edilməsi üçün müvafiq icra xidmətinə göndəriləcəkdir.
6. Tərəflər barışıq sazişinin şərtləri ilə razıdırlar və məhkəmənin barışıq sazişini təsdiq etməsini xahiş edirlər. Məhkəmə barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokulu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tətəf imzalayır. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrində də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavbdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad cıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci və 262.1-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir və bu barədə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Məhkəmə
QƏRARA ALDİ:
İddiaçı MMC ilə cavabdeh “X1” MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin aşağıdakı şərtləri məhkəmə tərəfindən təsdiq edilsin və iş üzrə icraata xitam verilsin: Barışıq sazişinin məzmununa görə:
1. Bu barışıq müqaviləsinə əsasən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 683/2024 kommersiya işini barışıq sazişi ilə yekunlaşdırılmasına dair razılığa gəlirlər.
2. Cavabdeh “X1” MMC 5818,29 (beş min səkkiz yüz on səkkiz manat iyirmi doqquz qəpik) manat məbləğində borcun və 100 (bir yüz) manat mediasiya xərcinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsini qəbul edir.
3. “X1” MMC tərəfindən ilkin olaraq 500 (beş yüz) manat ödəniş edilir.
4. “X1” MMC tərəfindən 5418,29 (beş min dörd yüz on səkkiz manat iyirmi doqquz qəpik) manat qalıq borc məbləği 2024-cü ilin mart ayından başlamaqla 12 (on iki) ay müddətində hər ayın 20-30 aralığında İddiaçı MMC-yə hər ay 451,52 (dörd yüz əlli bir manat əlli iki qəpik) manat ödəniş ediləcək.
5. “X1” MMC tərəfindən 4-cü bənddə göstərilən ödəniş məbləği bir aydan artıq gecikmə olduğu təqdirdə barışıq sazişinin təsdiqi barədə qərardada əsasən məcburi qaydada icra edilməsi üçün icra sənədi icra edilməsi üçün müvafiq icra xidmətinə göndəriləcəkdir.
6. Tərəflər barışıq sazişinin şərtləri ilə razıdırlar və məhkəmənin barışıq sazişini təsdiq etməsini xahiş edirlər. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Ülkər Həsənova